Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə92/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   88   89   90   91   92   93   94   95   ...   108

 
301
M ö h k ə m l i k
 – xarici qüvvələrin təsiri altında cisim-
lərin formalarını  dəyişməsinə müqavimət göstərmək qabiliy-
yətidir. 
G ə r g i n l i k
 – xarici qüvvələrin təsiri nəticəsində ya-
ranmış daxili elastik qüvvələrin intensivlik ölçüsüdür. Gərgin-
lik [ τ (Pa)], qüvvənin [ P (n)] sahəyə [ F (m
2
)] olan nisbətinə 
bərabərdir. 
                           
F
P


   .   .   .   .   .   .   .                   (44) 
 
G ə r g i n l i y i n   r e l a k s a s i y a s ı
 – cisimdəki 
ehtiyatda olan deformasiya enerjisinin, istilik enerjisinə keç-
məsi yolu ilə tədricən azalması prosesidir. 
Gərginliyin relaksasiyası 
 
             





/
)
(
t
S
B
S
e





    .   .   .   .   .   .     
(45) 
 
tənliyi ilə hesablanır. 
Burada:  

verilmiş anda gərginlik, Pa;  
              

B
başlanğıc gərginlik, Pa;  
              

S
son gərginlik, Pa, t–cari vaxt, san;  
              

relaksasiya periodudur, san. 
 
Gərginliyin relaksasiyası nəticəsində materialın elastikliyi 
azalmaqla, plastikliyi yüksəlir. Bu onunla izah olunur ki, elas-
tik deformasiya nəticəsində materialda toplanan enerji tədricən 
istilik halında ayrılır.  
S ü r ü ş m ə
 – toxunan gərginliklərin təsiri nəticəsində 
deformasiya edən cismin sabit həcmdə formasının dəyişməsi 
halıdır. Buna misal olaraq mayelərin   l a m i n a r  axınını gös-
tərmək olar, belə ki, axma zamanı mayeni təşkil edən təbə-
qələrin biri digərinə nəzərən sürüşür.  
S ü r ü ş m ə      g  ə r g i n l i y i – cismin ona tətbiq 
olunmuş toxunan qüvvələrə qarşı müqavimətidir. Sürüşmə 


 
302
gərginliyi toxunan qüvvənin sürüşmə  səthinin sahəsinə olan 
nisbətinə bərabərdir. 
Süruşmənin baş verməsi üçün tətbiq edilən minimum 
gərginlik,   s ü r ü ş m ə    h ə d d ə    g ə r g i n l i y i  (a x ı c ı-  
l ı q  h ə d d i) adlanır. 
Sürüşməklə axıcılıq – sabit gərginliyin təsiri altında ma-
terialın fasiləsiz deformasiya hadisəsidir.  
Y a p ı ş q a n l ı q  (a d h e z i y a)
 – iki müxtəlif ma-
terialın toxunma səthləri arasında yaranan ilişmə qüvvəsidir. 
  
5.2. Reoloji modellər və bərabərliklər.  
Qida kütlələrinin həcmi deformasiyası  
 
Qida kütlələrinin əsas axma növləri və modellərini nəzər-
dən keçirək. İdeallaşdırılmış materialların  əsas 3 aralıq  modeli 
məlumdur: 
1.  İ d e a l e l a s t i k i   c i s i m
 – elə cisimdir ki, 
deformasiyaya sərf olunan enerji, cismin özündə toplanır və  
təsir kəsildikdən sonra, sərf olunan enerji yenidən bərpa olunur. 
2. İ d e a l p l a s t i k  c i s i m
 – normal qüvvədən 
asılı olmayaraq, üfüqi səthdə, miqdarca daim azalan element 
şəklində təsəvvür oluna bilər. 
3. İ d e a l ö z l ü  m a y e 
– malik olduğu gərginliyin, 
deformasiya sürəti ilə düz mütənasib olması ilə xarakterizə 
olunur, yəni 
 
                      





   .  .  .   .   .   .   .   .           (46) 
burada: 

 – özlülük əmsalı,   
              

 – axın sürətidir. 
 


 
303
Özlü axın istənilən qüvvənin təsiri altında baş verir
təsir azaldıqca, deformasiya sürəti azalır, təsir yox olduqda 
sürət sıfıra çevrilir. 
Reoloji modellər iki elementdən: yay və  porşendən 
ibarət olur, bu elementlər kombinəedilmiş ardıcıl və paralel 
birləşmə şəklində qurula bilirlər. 
Elastik–plastik, elastik–özlü, özlü–elastik, özlü–plastik 
cisimlər daha mürəkkəb modellərə malikdir. 
17-ci cədvəldə  bəzi mürəkkəb modellərin sxemi, reoloji 
əyriləri və reoloji tənlikləri göstərilir. 
 
5.2.1. Qida kütlələrinin həcmi deformasiyası 
 
Qida məhsulları istehsalının bir sıra sahələrində, məsələn, 
xəmirdoğrayan, makaron presləyən, konfet kütlələrini forma-
laşdıran maşınlarda,  şirə, yağ  çıxaran preslərdə  və digər ava-
danlıqlarda emal edilən qida məhsulları  hərtərəfli sıxılmaya 
məruz qalır. Bu zaman onların sıxılması  əvvəlcə maye və ya 
havanın kənarlaşması, sonra isə kütlə hissəciklərinin  daha kip 
yerləşməsi hesabına baş verir. 
Materialın təzyiq altında, hərtərəfli sıxılma  şəraitində 
həcmi deformasiyası öyrənilərkən, adətən aşağıdakı  məsələlər 
dəqiqləşdirilir: kütlənin həcmi boyunca təzyiqin paylanması; 
təzyiq altında materialın sıxlığı; materialın sıxlığının təzyiqdən 
asılılığı; gərginliyin relaksasiyası prosesləri və materialın 
sürtünməsi.  
Müxtəlif qida məhsullarının (məsələn, makaron xəmiri, 
konfet kütlələri, çay, qəhvə  və s.) preslənməsi prosesinin xa-
rakter əyriləri aşağıdakı 29-cu şəkildə göstərilmişdir:  
 
 
 
 


 
304
 
 
  
 
 
 
    а                                 b                            c 
Şəkil 29.Müxtəlif qida məhsullarının preslənməsi  
prosesinin xarakter əyriləri 
Şəkildə verilən əyrilərdən görünür ki, kütlənin maksi-
mum sıxılmış bircinsli strukturu əmələ  gələnə  qədər,  əv-
vəlcə  təzyiqdən asılı olaraq sıxlığın kəskin dəyişməsi baş 
verir, sonra isə təzyiq kəskin artarkən, sıxlığın cüzi artması 
müşahidə olunur.  
Müxtəlif çeşidli qida məhsulları istehsalında çətin və 
asan bərkiyən materiallar bir-birindən fərqləndirilir. Yuxa-
rıdakı 29-cu şəkildə göstərilən sxemlər, bu baxımdan, aşa-
ğıdakı kimi izah olunur: (a) – sxemi çətin bərkiyən, (b) – 
sxemi bərkimə zamanı bir sıra elastiki xüsusiyyətləri mey-
dana çıxan və (c) – sxemi isə asan bərkiyən materialların 
preslənməsi prosesini xarakterizə  edir. 
Qida kütlələrinin həcmi deformasiyası  və onların pres-
lənməsi, formalaşdırılması, borularda nəql etdirilməsi zamanı 
axıcılıq  şəraitinə, təzyiqin relaksasiyası  və materialın sür-
tünməsi xüsusi təsir göstərir.  
Qida sənayesindəki belə təzahürlər çörək və makaron xə-
mirləri, müxtəlif konfet kütlələri, çay və bir sıra digər məh-
sullar üçün tədqiq edilmişdir. 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə