Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.

səhifə1/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   108


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
 
 
 
 
Fərzəliyev Elsevər Baba oğlu  
 
 
 
 
 
 
 
QİDA MƏHSULLARININ  
MÜASİR  TƏDQİQAT   
ÜSULLARI  
 
Ali məktəblər üçün dərslik 
 
 
 
      
Azərbaycan Respublikası  Təhsil 
Nazirliyinin 07.05.2012-ci il tarixli, 
772 saylı  qərarı ilə  dərslik kimi 
təsdiq edilmişdir
 
 
 
 
 
 
BАКI – 2014 
 


 
2
Redaktor:  t.e.n., dos. V.Ş.Mikayilov, “AzGranata”  
ATSC-nin baş məsləhətçisi, Azərbaycan 
Kooperasiya Universitetinin “Əmtəəşünaslıq  
və ekspertiza” kafedrasının dosenti  
 
Rəyçilər:      t.е.n., dos. M.Ə.Məhərrəmov, Bakı  Qida 
Sənayesi Kollecinin direktoru 
 
t.e.n. N.T.Kərimov, Azərbaycan Kooperasiya 
Universitetinin“Texnologiya və   
Standartlaşdırma” kafedrasının dosenti  
 
t.e.n. N.H.Qurbanov, Azərbaycan Dövlət 
İqtisad Universitetinin “Qida məhsullarının 
texnologiyası” kafedrasının dosenti  
 
b.e.n., dos. V.Q.Qlıcov,  Azərbaycan Dövlət          
İqtisad Universitetinin “Qida məhsullarının            
texnologiyası” kafedrasının dosenti 
 
           
 
Fərzəliyev E.B. Qida məhsullarının  müasir tədqiqat üsulları.  
Ali məktəblər üçün dərslik.  Bakı: “İqtisad Universiteti”  
Nəşriyyatı, 2014. –  365  s. 
 
      Dərslik mövcud tədris proqramına uyğun olaraq tərtib edilmişdir. O xeyli yeni 
və kifayət qədər dəyərli məlumatlarla, o cümlədən qida məhsullarının müasir 
tədqiqat üsullarını həm nəzəri və həm də praktiki cəhətdən əsaslandıran dərin elmi-
nəzəri və praktiki məlumatlarla zəngindir.  
Kitabda qida məhsullarının müasir tədqiqat üsullarının  əhəmiyyəti, spektral, 
xromatoqrafik, lüminessentli və reoloji analiz üsulları, habelə qida məhsullarının 
keyfiyyətinə  nəzarət üçün işlədilən cihaz və texniki vasitələr haqqında hərtərəfli 
elmi məlumatlar verilmişdir. 
Dərslik ali  təhsil müəssisələrinin 050642 – “Qida məhsulları mühəndisliyi” ixtisası 
üzrə bakalavr pilləsində  təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.Ondan, eyni 
zamanda uyğun istiqamətdə təhsil alan magistrantlar, aspirantlar və habelə müvafiq qida 
sənayesi sahəsində çalışan mütəxəssislər də faydalana bilər. 
 
  
 
                   © Fərzəliyev E.B. 2014 
 
 
                     © «İqtisad Universiteti» – 2014  


 
3
 G İ R İ Ş 
 
Müasir dövrdə insanların sağlamlığının qorunması  ən 
vacib məsələlərdən biri hesab olunur və bu haqda Azərbaycan 
Prezidenti mütəmadi olaraq müvafiq əmr və  sərəncamlar im-
zalayır. Bu da dövlət proqramlarının vaxtında, layiqincə yerinə 
yetirilməsinə, Azərbaycan əhalisinin sağlamlığının qorunması-
na bilavasitə xidmət göstərir.  
Yüksək keyfiyyət göstəriciləri ilə üstünlük təşkil edən, 
kifayət qədər uzun müddət  ərzində korlanmadan saxlanma 
qabiliyyətinə malik, ekoloji cəhətdən təmiz və eləcə  də insan 
orqanizmi üçün zərərli komponentsiz olan müxtəlif çeşidli qida 
məhsulları istehsalının təmin edilməsi, müasir zamanda ən yeni 
cihaz və qurğularla təchiz olunmuş müəssisə elmi-tədqiqat 
laboratoriyalarının olması  zərurətini tələb edir. Bu laborato-
riyalar  ən müasir tədqiqat metodikaları ilə  təmin olunduğu 
halda, təqdim edilən qida məhsullarının bütün fiziki-kimyəvi 
göstəriciləri (kimyəvi tərkibi, ekoloji təmizliyi, insan orqanizmi 
üçün əhəmiyyəti və s.) haqqında hərtərəfli və dəqiq məlumatlar 
əldə etmək mümkün olur.  
Qida məhsullarının hazırlanması texnologiyalarında xam-
malların keyfiyyəti və tərkib göstəriciləri, istehsal proseslərinin 
effektivliyi, ekoloji təhlükəsizlik, istehsal edilən məhsulların 
müəyyən olunmuş normalara – yəni müvafiq Standartın tələb-
lərinə uyğunluğu, sanitar-gigiyenik tələblərin yerinə yetirilməsi 
böyük  əhəmiyyət kəsb edir. Yuxarıda sadalanan bütün mə-
sələlərin həlli qida xammallarının və hazır qida məhsullarının 
tədqiqat üsullarını bilməyi tələb edir. Bu elm sahəsi qida 
sistemlərinin yeni prinsip və üsullarının yaradılması ilə yanaşı, 
eləcə  də qida məhsullarının tərkibinə daxil olan ayrı-ayrı 
maddələrin quruluşunun, onların funksiyaları  və digər kom-
ponentlərlə qarşılıqlı əlaqələrinin müəyyən edilməsini nəzərdə 
tutur.  


 
4
İstənilən hər hansı bir qida məhsulunun tədqiq edilməsi 
müəyyən mürəkkəbliklə  fərqlənən analitik prosesdir. Qida 
məhsullarının tərkib xüsusiyyətləri və çoxkomponentli olduq-
ları  nəzərə alınaraq, standart tədqiqat metodlarını  məhsulların 
fiziki-kimyəvi strukturuna və  tərkib xüsusiyyətlərinə görə uy-
ğunlaşdırmaq vacibdir, yəni hər bir konkret halda bu və ya 
digər ölçü həddində analitik tədqiqat işlərinin aparılması tələb 
olunur.  
Müasir zamanda qida sənayesinin müxtəlif sahələrində 
geniş miqyasda tətbiq olunan aşağıdakı tədqiqat üsullarını mi-
sal göstərmək olar: qaz, maye xromatoqrafiyası, qaz-maye, 
kağız üzərində paylaşdırıcı, nazik təbəqəli, kolonkalı  və ion 
mübadilə xromatoqrafiyası, atom-absorbsiyalı spektrometriya, 
fotometriya, lüminessensiya, kapillyar elektroforez, infra-
qırmızı spektroskopiya, elektrokimya, klassik analiz üsulları 
(refraktometriya, titrləmə, qravimetriya) və reoloji tədqiqat 
üsulları və s. 
Son illər  ərzində qida məhsullarının tədqiqi üsulları ara-
sında xromatoqrafik və kapillyar elektroforez tədqiqat üsulla-
rının həcminin xeyli artması qeyd olunur ki, bu da qida sə-
nayesi üçün adı  çəkilən üsulların, ilk növbədə, mənimsənilmə 
vacibliyini göstərir. Yeni çeşidli yüksəkkeyfiyyət göstəriciləri 
ilə üstünlük təşkil edən ekoloji cəhətdən təmiz qida məhsul-
larına olan tələbatın artmasına müvafiq olaraq, gələcəkdə bir 
sıra digər analiz üsullarından qida xammalları  və hazır qida 
məhsullarının keyfiyyət göstəricilərinin tədqiqi üçün istifa-
dəedilmə intensivliyi yüksələcəkdir. Buradan belə  nəticəyə 
gəlmək olar ki, “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə 
təhsil alan mühəndis-texnoloqlar üçün qida xammallarının və 
eləcə də hazır qida məhsullarının xüsusiyyətlərinin qiymətlən-
dirilməsi metodologiyasının mənimsənilməsi, yəni məhsulların 
keyfiyyət göstəricilərinin təyin edilməsinin müasir metodla-
rının öyrənilməsi olduqca vacib əhəmiyyət kəsb edir.  




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   108


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə