Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə90/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   86   87   88   89   90   91   92   93   ...   108

 
295
Hisəverilmiş  məhsulun sınaq nümunəsinin çəki miqdarı 
100 q-dək azaldıqda, lipidlərin sabunlaşması üçün götürülmüş 
maddələrin göstərilən uyğunluğuna riayət olunduqda və poli-
tsiklik aromatik karbohidrogenlərin çıxarılması, təmizlənməsi 
və fraksiyalandırılmasının şərh olunan bütün mərhələləri yerinə 
yetirildikdə bu üsulun həssaslıq həddi 0,1 – 0,2 mkq/kq təşkil 
edir. Sınaq xətası 10-15% olur. 
 
4.3.3.2. Pestisidlərin təyini 
 
Bəzi pestisdilər, məsələn, varfalin, potozon, indolinsirkə 
turşusu, naftilasetat xüsusi fluoressensiya qabiliyyətinə malik-
dir.  İlkin lüminessensiyaya malik olmayan pestisidləri (DDT, 
metoksixlor, aldrin, xlordan, heptaxlor və s.) kimyəvi yolla 
fluoressensiyalanan birləşmələrə çevirmək mümkündür. Mə-
sələn, insektisid 0,0-dietil-0-naftilimidotiofosfatı,  əvvəlcədən 
fluoressensiyalanan törəmələrinə oksidləşdirməklə, 0,01 mkq-
/ml konsentrasiyalarda lüminessensiya üsulu ilə  təyin etmək 
mümkündür. 
Pambıq yağında sevin zəhərli kimyəvi preparatın qalıq 
miqdarı təyin etmək üçün 100 ml məhsul və elə o miqdarda da 
butil spirtini bölücü qıfa yerləşdirilir. Qıfda olan kütlələri 30 
san ərzində mükəmməl qarışdırılır, sonra onun üzərinə NaOH-
ın 25 ml 1 n. sulu məhlulunu əlavə edir və daha 30  ehtiyatla 
qarışdırma davam etdirilir. Mayelər təbəqələşdikdən sonra, sulu-
qələvili altdakı təbəqəni sınaq şüşəsinə boşaldır və ultrabənövşəyi 
şüalar selində onun lüminessensiyasını müşahidə edilir. Məhlulun 
yaşılımtıl-mavi rəngli işıqlanması, onda sevin zəhərli kimyəvi 
preparatın mövcud olması haqqında məlumat verir. 
Təzə və qurudulmuş meyvə və tərəvəzlərin analizi zamanı 
100 q xırdalanmış  məhsul kip bağlanan tıxacı olan kolbaya 
yerləşdirilir, üzərinə benzol əlavə edilir, kolba çalxalanır və 30 
dəq ərzində sakit saxlanılır. Ekstraksiyaolmuş benzollu məhlul 
bölücü qıfa filtrlənir, üzərinə NaOH-ın 10-15 ml 0,1 n. məhlulu 
əlavə edilir, kütlə 30 san qarışdırılır. Bir müddət sakit sax-


 
296
ladıqdan sonra məhlul təbəqələşir, təbəqələşmə başa çatdıqdan 
sonra aşağı  təbəqə  sınaq  şüşəsinə boşaldır və onun 
lüminessensiya müşahidə edilir. 
Sevin zəhərli kimyəvi preparatı miqdarca təyin etmək 
üçün B
1
 vitaminin təyinində göstərildiyi kimi, işıq filtrləri ilə 
təchiz edilmiş EF – 3 markalı fluometrdən istifadə edilir.  
Standart məhlul, NaOH-in 100 ml 0,1 n. sulu məhlulunda 
50 mkq sevin zəhərli kimyəvi preparatına malik olur. Sevin zə-
hərli kimyəvi preparatın məhsuldakı miqdarı tədqiq olunan və 
standart məhlulların lüminessensiya intensivliyinə görə hesab-
lanılır. 
 
4.3.3.3. Ağır metal duzlarının təyini 
 
Lüminessensiya reaktivlərinin köməyi ilə qida məhsul-
larının tərkibində mövcud olan ağır metalların miqdarını təyin 
etmək olar. Oksixinolinlə  işləmə misin, qurğuşunun, dəmirin 
fluoressensiyasını  əmələ  gətirir. Bəzi maddələrin mövcudluğu 
şəraitində qalay və civə duzlarına malik olan məhlullar lümi-
nessensiyalanır (60). 
Tədqiq edilən maddənin kiçik konsentrasiyalarında fluo-
rometrik üsul həssaslığa görə kolorimetrik üsulu üstələyir, la-
kin lüminessensiyalı analizin işlənib hazırlanmış yaxşı tədqiqat 
metodikasının yoxluğu səbəbindən qida məhsullarının tərki-
bindəki ağır metalların təyin edilməsi zamanı  hələlik istifadə 
olunmur. 
 
4.4. Fluoressensiya və hemilüminessensiya indikatorları 
 
Bulantılı  və  ya  boyanmış  məhlulları,  məsələn,  pivəni, 
meyvə, giləmeyvə və tərəvəz şirələrini, bitki yağlarını titrləyən 
zaman   f l u o r e s s e n t   i n d i k a t o r l a r ı n d a n   istifa-
də edilir. Turşu və ya əsasi xüsusiyyətlərə malik olan bir çox 
lüminessensiyalanan üzvi maddələr, pH-indikatorlar qismində 
tətbiq oluna bilər, belə ki, mühitin pH-ı  dəyişdikdə adətən 
maddənin lüminessensiya xüsusiyyətləri də dəyişir. Müasir za-
manda 40-dək pH-ı indikatorun məlum olmasına baxmayaraq, 


 
297
onlar məhdud çərçivədə  tətbiq olunur, belə ki, bunların 
istifadəsi əlavə cihaz, aparat və qurğulardan istifadəni, eləcə də 
xüsusi  şəraitlərin yaradılmasını, məsələn, otağın qaranlıqlaş-
dırılması, titrlənən məhlulun filtrləyici ultrabənövşəyi  şüalarla 
işıqlandırılması kimi ilkin tədbirlərin görülməsini tələb edir. 
Titrlənən məhlulda mövcud olan maddələrlə indikatorun 
fluoressensiyanın “sönməsi”nə görə müşahidə  nəticələrinin 
təhrif edilməsi də (yanlış qəbul olunması) baş verə bilər. 
İşıqlanması, bütün fotolüminessensiya növlərində olduğu 
kimi, udulan işıq enerjisinin çevrilməsi nəticəsində baş ver-
məyib, kimyəvi reaksiyalarda ayrılan enerji hesabına işıqlanan 
hemilüminessensiya indikatorları daha geniş yayılmışdır. 
Hemilüminessensiya indikatorlarının fluoressensiya indikator-
larından üstün cəhəti ondan ibarətdir ki, birincilərdən istifadə 
edilən zaman ultrabənövşəyi şüa mənbəyinə ehtiyac duyulmur. 
Hemilüminessensiya pH-indikatorların istifadəsi ona 
əsaslanır ki, onların işıqlanması pH-mühitin müəyyən qiymə-
tində baş verir. Məsələn, lüminolun lüminessensiyası pH 8,0-
8,5-də, lyusitenin lüminessensiyası isə pH 9,0-10,0-da başlayır. 
Turşuluğu təyin edərkən titrlənən məhlula 40 mq lüminol, 
30 mq hemoqlobin və 6 ml 3,0%-li hidrogen peroksid (H
2
O
2

məhlulu  əlavə edir, vizual müşahidə edilən işıqlanma  əmələ 
gələnədək 0,1 n. natrium qələvisi (NaOH) məhlulu ilə titrlənir. 
Lüminolu kalium ferrosianidin və hidrogen peroksidlə birlikdə 
də  tətbiq etmək olar. Titrlənən məhlula 3 damcı 0,1%-li hid-
rogen peroksid məhlulu, 4 damcı 5,0%-li K
3
Fe(CN)
6
 (qırmızı 
qan duzu) məhlulu və 6 damcı lüminolun suda doymuş  məh-
lulu  əlavə edilir. Titrlənmənin sonu 30 san-dən az olmayaraq 
davam edən xarakterik işıqlanmaya görə təyin edilir. 
Qida məhsulların xarab olmasının diaqnostikası, südün 
tərkibindəki zülalları və yağları təyin etmək, B qrup vitaminləri 
analiz etmək üçün lüminessensiya daha geniş miqyasda istifadə 
olunur. Polisiklik aromatik karbohidrogenləri aşkar etmək və 
miqdarca müəyyən etmək üçün fluoressensiya üsulları  əvəz-
sizdir. 
      


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə