Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə98/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   94   95   96   97   98   99   100   101   ...   108

 
326
olaraq, o effektiv özlülük adlandırılır və  aşağıdakı  bərabər-
likdən təyin edilir: 
 
                       
dx
dv
P
ef

.

   .   .   .   .   .   .   .                 (55) 
Strukturlaşdırılmış mayelərin axma əyriləri üçün ümumi 
analitik ifadələr yoxdur, müəyyən şəraitlərdə onlardan bəziləri 
Binqam bərabərliyi ilə şərh oluna bilər: 
 
                       
dx
dv
P





   .   .   .   .   .   .            (56) 
 
Bu bərabərliyin iki konstantı: θ və γ axın gərginliyinə və 
özlülüyə uyğun olaraq ölçüyə malik olur. 
Əgər Binqam mayesinin axma əyrisinə diqqət yetirsək 
(şəkil 29) görərik ki, göstərilən gərginlik yalnız θ qiymətindən 
böyük olduqda axın başlaya bilər. Buna görə  də qeyd olunan 
bu konstanta axının hədd gərginliyi adı verir və sistemin 
möhkəmliyinin xarakteristikası üçün istifadə edilir. Binqam 
özlülüyü (azalan η
ef.
  kəmiyyətindən fərqli olaraq) dəyişilməz, 
yəni sabit qalır və aşağıdakı bərabərlikdən təyin olunur: 
 
 
   .   .   .   .   .                       (57) 
 
 
Binqam bərabərliyinə  kəskin riayət edən real sistemlər 
yoxdur, lakin bu bərabərlik axın gərginliyinin bəzi orta qiy-
mətləri üçün mayelərin axmasını yaxşı əks etdirir (şəkil 36).  
Qida sənayesində Pavlov, Maçixin və bir sıra digər sis-
temlərlə  işləyən rotasiyalı viskozimetrlərdən istifadə edilir. 
Lakin, qeyd etmək lazımdır ki, əksər tədqiqat işləri hazırda 
RV-4, RV-7 (QOST-a daxil edilmişlər) və RV-8 markalı Vo-
laroviç sistemli viskozimetrlərdə yerinə yetirilir. 
dx
dv
P






 
327
Buğda unundan xəmirin hazırlanmasının texnoloji prose-
sini yaxşılaşdırmaq üçün özlülüyün və axının hədd gərgin-
liyinin nəmlikdən asılılığı öyrənilmişdir. 
Xəmirin  əsas reoloji xüsusiyyətləri  əsasında, bəzi ba-
ranki, çörək və bulka məmulatlarının formalaşması prosesi 
tədqiq edilmişdir.  
Konserv sənayesində, axın sürəti – axın gərginliyi koor-
dinatında qurulmuş reoloji əyrilərin görünüşünə görə, maye və 
püreşəkilli hazır məhsulların və yarımfabrikatların çoxsaylı 
strukturlarını təsnifatlaşdırmağa cəhd göstərilmişdir. 
 
 
Şəkil 36. Binqam mayesinin axıcılıq əyrisi 
 


 
328
Qənnadı  sənayesində, pralində olan qida kütlələrinin 
struktur-mexaniki xüsusiyyətləri dəfələrlə  tədqiq edilmişdir. 
“Çarodeyka” konfet kütləsi üçün effektiv özlülüyün yağın 
miqdarından, temperaturundan və yerdəyişmə sürətindən ası-
lılığı öyrənilmişdir. Prolinli konfetlərin strukturunun forma-
laşmasının texnoloji prosesini təkmilləşdirmək üçün müxtəlif 
temperaturda axın gərginliyinin axın sürətindən asılılığı tədqiq 
edilmişdir.  
Qaymaqlı pomadka olduqca maraqlı reoloji cisim hesab 
edilir. Maçixinin rotasiyalı viskozimetrində axıcılıq  əyrilərini 
tədqiq edərək, müəyyən edilmişdir ki, bu məhsulu struktur-
laşdırılmış mayelərə aid etmək olar, belə ki, özlülük, axma sü-
rətindən asılıdır. 
Adheziya və struktur-mexaniki xassələrin bir-biri ilə 
əlaqəsinin (eləcə də axının hədd gərginliyinə görə) öyrənilməsi 
daxili strukturu parçalanmadan pamadkalı kütlələrdən hazırla-
nan konfet korpuslarının formalaşmasını, axının uyğun gər-
ginliyi və sürəti seçilərsə, istənilən temperaturda həyata ke-
çirmək olar. 
Südlü konfetlərin effektiv özlülüyünü təyin edərək, “Ka-
rovka” tipli kütlənin alınması üçün şəraitləri seçmiş  və 
bişirilmə müddətinin onun özlülüyünə təsirini öyrənmişdir. 
Effektiv özlülük qiymətinin sürət qradiyentindən asılılığı 
rahat – lukumun (şəkər-nişasta həlməşiyi) reoloji xüsusiyyət-
lərinin tədqiqi üçün əsas olmuşdur. 
Bundan başqa, RV-8 markalı viskozimetrdə ət qiyməsinin 
və digər məhsulların keyfiyyətini, sortunu təyin etmək 
məqsədilə jelatinin reoloji xassələri öyrənilmişdir. 
 
5.4.1.4. Kapillyar viskozimetrlər 
 
Bu cihazlar kiçik özlülük göstəriciləri ilə üstünlük təşkil 
edən sistemlərin tədqiq olunması üçün istifadə edilir. 37-ci 
şəkildə  kapillyar viskozimetrlərin iki tipi təsvir edilmişdir ki


 
329
bunlar da daha tez-tez Ostvald və Ubellod viskozimetrləri kimi 
adlandırılır. 
Ostvald viskozimetri Ubellod viskozimetrindən onunla 
fərqlənir ki, birincidə mayenin kapillyardan axması xüsusi çəki 
hesabına baş verir. Ubellod viskozimetrində mayenin axması 
üçün qollardan birində təzyiq və ya vakuum yaradılır. Bu və ya 
o biri cihazdan istifadə edərkən, müəyyən miqdarda mayenin 
kapillyardan axma müddəti, ölçülən kəmiyyət qismində  çıxış 
edir. Adətən, özlülük hər hansı bir etalon mayenin özlülüyünün 
məlum özlülük qiymətinə olan nisbətinə görə  təyin olunur. 
Belə etalon maye kimi su, gənəgərçək yağı, qliserin və s. gö-
türülə bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 37. Kapillyar viskozimetrlər 
 
a – Ostvald; b – Ubellod; 1 – tədqiq olunan  
maye üçün tutum; 2 – kapillyar; 3 – ölçülmədən sonrakı 
mayeni toplamaq üçün tutum  
 
Ölçmə metodikası:
 Ostvald viskozimetrindən istifadə 
edən zaman tədqiq olunan mayenin həcmi elə seçilir ki, sol 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə