Microsoft Word Elsever m kitab doc



Yüklə 44,13 Kb.
Pdf görüntüsü
səhifə95/108
tarix02.10.2017
ölçüsü44,13 Kb.
#2569
1   ...   91   92   93   94   95   96   97   98   ...   108

 
314
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 32. İki (a və b) modifikasiyada Veyler – Rebinder 
cihazının sxemi: 
 
1 – düz paralel küvet; 2 – lövhəcik; 3 – yük;  
4 – mikroşkala; 5 – mikroskop. 
 
Birinci modifikasiyada (şəkil 32, a) yükün təsiri ilə 
lövhəcik hərəkət edir, ikinci modifikasiyada isə  (şəkil 32, b) 
elektrik mühərrikinin köməyi ilə  təqribən 1 sm/dəq sürəti ilə 
bərabər olaraq enə bilən hərəkətli stol üzərində küvet yerləş-
dirilmişdir. Lövhəciyin hərəkət etməsi üçün vacib olan güc, əv-
vəlcədən kalibrlənmiş yayın gərilməsinə (dartılmasına, 
açılmasına) görə təyin edilir. 
Ö l ç m ə   m e t o d i k a s ı:
 küveti tədqiq edilən sistemlə 
doldurur və ilkin sınaqda yük elə seçilir ki, lövhənin dartılması 


 
315
yavaş-yavaş baş versin. Həm də deformasiya qiyməti şkalanın 
ölçülərinə yerləşməlidir. 
Küveti su ilə yuyur, onun mərkəzi (orta) hissəsində löv-
həciyi yerləşdirir və tədqiq olunan sistemlə yenidən doldurulur. 
Ölçmələr təqribən 30 dəq.-dən sonra başlanır, cihazı  və sani-
yəölçən eyni zamanda işə salınır və yük lövhəciyi hərəkət 
etdirməyə başlanır. Zamana görə  hərəkət deformasiyası mik-
roskopda müşahidə edilir və yazılır (özü yazan qurğuda). Ölç-
mələrin nəticələrinə  əsasən deformasiya kinetikasının  əyrisi 
qurulur. 
Cihaz kifayət qədər həssasdır və  aşağıdakı qiymətləri 
təyin etməyə imkan verir: 
1.  Axının hədd gərginliyi: 
 
                   
S
F
F
P
m



2
   .  .   .   .   .   .                        (49) 
 
burada: P – axının gərginlik həddi, q/sm
2
 (kq/m
2
); 
    F
m
 – lövhəciyin sistemdə  hərəkəti üçün lazım olan 
qüvvə, q (kq); 
   F – lövhəciyin dispers mühitdə hərəkəti üçün (əgər bu 
mühit suspenziyadırsa, onda suda) lazım olan 
qüvvə, q (kq); 
   S – lövhəciyin sahəsi, sm
2
 (m
2
). 
 
2. Yerdəyişmə (hərəkət) modulu: 
 
                        

P
E
c

       .   .   .   .   .   .   .   .            (50) 
 
burada: P – gərginlik, q/sm
2
 (kq/m
2
); 
    ε – yerdəyişmə deformasiyasının lövhəcik və küvetin 
divarları arasındakı məsafənin eninə olan nisbəti. 
 
 


 
316
3. Effektiv özlülük: 
                                 
D
P
effek

.

   .   .   .   .   .   .   .        (51) 
 
burada: D – 
h
V
  nisbətinə bərabər olan hərəkət sürətidir 
(V – lövhəciyin yerdəyişmə sürəti sm/san 
(m/san);  
h – lövhəciyin və küvetin divarları arasında 
boşluğun (məsafənin eni, sm). 
 
Axının hədd gərginliyinin qiyməti lövhəciyin ölçü-
lərindən asılı olmur. 
Veyler – Rebinder cihazı qida sənayesində müxtəlif qida 
kütlələrinin möhkəmliyini, temperatur və qatqıların möhkəm-
liyə təsirini ölçmək üçün, eləcə də məhsulun konsistensiyasını 
yaxşılaşdırmaq və texnoloji istehsal prosesini təkmilləşdirmək 
məqsədilə bir sıra digər xüsusiyyətləri müəyyənləşdirmək üçün 
geniş istifadə olunur. 
Şəkərli alma və  şəkərli pektin həlməşiklərinin reoloji 
xüsusiyyətlərini tədqiq etməklə, qənnadı  məmulatlarının tələb 
olunan konsistensiyasını  əldə etmək üçün şəkərin optimal do-
zalaşdırılması müəyyən olunmuşdur. Sistemin “sərtlik” krite-
riyası qismində şərti-ani elastiklik modulu götürülmüşdür. 
Axının (yerdəyişmənin) hədd gərginliyinin qiymətinə 
əsasən, qatılığından və mexaniki təsirlərdən asılı olaraq nişasta 
yapışqanının möhkəmli təyin edilir. 
Axının (yerdəyişmənin) hədd gərginliyinin qiyməti və 
deformasiya kinetikası  əyrilərinin görünüşü, konfet istehsalı 
zamanı pralin kütlələrinin qarışdırılmasının (yoğurulmasının) 
optimal qiymətinin tapılması üçün əsas olmuşdur. 
Amiloza, amilopektin və yapışqanlaşdırılmış nişasta məh-
lullarının deformasiya kinetikası  əyrilərinin, bu maddələrin 
“qocalması” müddətindən asılı olaraq öyrənilməsi nişastanın 
retroqradasiyasının tədqiq olunmasına xeyli kömək etdi. 


 
317
Deformasiyanın yerdəyişmə  gərginliyindən asılılıq  əyri-
lərinə görə müəyyən edildi ki, bolqar tomat (pomidor) məcunu 
strukturlaşdırılmış sistemdir. Bu qida məhsulu üçün struktur – 
mexaniki xassələrin konsentrasiyadan, istilik emalından və 
xammalın növündən asılılığı öyrənilmişdir. 
 
5.4.1.2.  Maili səthdə yerdəyişmə deformasiyasının 
ölçülməsi üçün Nikolayev cihazı 
 
Bu cihaz məlum D. İ. Tolstov modeli əsasında yaradılmış 
və ondan gərginliyin optiki qeydiyyatı üsulunun mexaniki 
qeydiyyatla əvəzlənməsi ilə fərqlənir (şəkil 33). 
Ölçmə metodikası.
  Əsas səthi üfüqi vəziyyətə  gətirilir. 
Buraxılmış 8 meydançasına ərsin vasitəsilə tədqiq edilən məh-
suldan sürtür və o 4x4x0,5 sm ölçülü lövhə  şəklində for-
malaşdırılır. Bu qalınlıqda sürtülərkən tədqiq edilən nümunə 2 
səthi səviyyəsinədək düşür. Nümunə üzərinə nahamar 12 
alüminium lövhəsi yerləşdirilir ki, bunu da ölçücü əqrəbin 
aşağı sonluğuna kip otuzdurulur. 12 lövhəsinin üzərinə yük 
qoyulur. 
9 düyməsini basaraq, nümunə  səthin 2 səviyyəsinə qal-
dırılır, ölçücü əqrəbin bu zaman sıfır vəziyyətindən yerdə-
yişməyə  məruz qalıb-qalmadığı yoxlanılır (əgər yerdəyişmə 
baş veribsə, onda əqrəbi sıfır vəziyyətinə  gətirilir). Nümunə 
belə vəziyyətdə təqribən 1 dəq. saxlanılır, dayaq ştiftinin 4 baş-
lığı sıxır və 2 səthinin sonluğunu 3 şkalasına görə 10-15
0
 mail-
lik bucağınadək qaldırılır. Maili səth möhkəmləndirilir (bər-
kidir) və eyni zamanda, saniyəölçən işə salınr. 6 şkalasındakı 
əqrəbin göstərdiyi deformasiya qiyməti zamana müvafiq olaraq 
yazılır. 
Yüklənmədə deformasiya öyrənilməsi sona çatdırılaraq, 
yük lövhəciyi götürülür, 4 stiftini azad edir və  səthi üfüqi 
vəziyyətə  gətirilir. Strukturun elastiki qüvvələri sayəsində baş 
verən əqrəbin əks-hərəkətini yazır və şkalanı müşahidə edilir. 
 


Yüklə 44,13 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə