333
sentrasiyasından asılılığı həmçinin, şəkər şərbəti məhlullarının
özlülüyünün onların tərkibində mövcud
olan xörək duzundan
asılılıq xüsusiyyətləri də öyrənilmişdir.
Sümük-ət həlimi və əridilmiş donuz piyi üçün, soya və
günəbaxan miseliləri üçün özlülüyün temperaturdan asılılığı
tədqiq edilmiş və müəyyən müsbət nəticələr əldə olunmuşdur
ki, bu nəticələr hazırda müxtəlif sorğu kitablarına daxil edil-
mişdir.
Şəkil 38. Diyircəkli Qeppler viskozimetri
1 – viskozimetrin işçi hissəsi – şəffaf borucuq;
2 – diyircək; 3 – termostatlaşdırılmış maye üçün silindr;
4 – termometr; 5 – borucuqdan mayeni boşaltmaq üçün qapaq;
6 – sıxıcı qayka; 7 – artıq mayeni yığmaq (toplamaq) üçün
tutum; 8 – kipləşdirici üzük; 9 – qapaq; 10 – altlıq;
11 – tənzimləyici vint; 12 – mayenin verilməsi üçün ştuser
334
Adi və mumabənzər qarğıdalıdan alınan nişastanın fiziki-
kimyəvi xüsusiyyətlərinin müqayisəli tədqiqi zamanı özlülüyün
temperaturdan və konsentrasiyadan asılılığı araşdırılmışdır.
Kinematik özlülük (məhlulun özlülüyünün onun sıxlığına
nisbəti) buğda və darıdan alınan nişasta fosfatları üçün
tədqiq
olunmuşdur.
Diyircəkli viskozimetrlər konserv sənayesində konserv-
ləşdirilmiş məhsulların özlülük xarakteristikalarının öyrə-
nilməsi üçün istifadə olunur.
5.4.1.6. Konik viskozimetr
Bu cihaz P.A.Rebinder və N.A.Semenenko tərəfindən
təklif edilmiş və axının hədd gərginliyini ölçmək üçün nəzərdə
tutulur (şəkil 39).
Ölçmə metodikası:
Axının hədd gərginliyi konusun,
küvetin içərisində olan tədqiq edilən maddəyə maksimal
daxilolma dərinliyinə görə hesablanır.
Konusun uc nöqtəsi ölçülən
sistemin səthi ilə toxunma
vəziyyətinə gətirilir. Tənzimləyici çəki daşını götürür və
konusun dayananadək daxilolma sürəti ölçülür. Konusun
hərəkəti dayandıqda daha bir çəki daşı götürülür və müşahidə
konusun növbəti dəfə dayanadək davam etdirilir.
Konus vasitəsilə h
m
daxil olma həddinin əldə olunduğu
zaman, konusun kənar səthlərinin göstərdiyi F yüklənməsi
sistemin axınının P
m
hədd gərginliyinə bərabər olacaqdır.
Hesablama aşağıdakı bərabərliyə əsasən aparılır:
2
m
m
h
F
K
P
. . . . . . 63)
burada: P
m
– axının
hədd gərginliyi, q/sm
2
, (kq/m
2
);
K
α
– konusluq bucağından asılı olan (müxtəlif
bucaqlı və hesablanmış müxtəlif konstantlı,
335
məsələn ,
0658
,
0
0
45
K
159
,
0
0
90
K
bir
neçə konus cihaza əlavə olunur) konstant;
F – əks çəkidən götürülən yük, q (kq);
h
m
– konusun daxil olma dərinliyi, sm (m).
Şəkil 39. Konik plastometr
1 – konus; 2 – blok; 3 – yük; 4 – şkala;
5 – mikroskop; 6 – nümunə.
Axının hədd gərginliyini
hesablamaq üçün ölçməni üç
dəfə təkrar edir və orta arifmetrik qiymət qəbul edilir. Əgər
deformasiya kinetikasının əyrisini qurmaq tələb olunursa, onda
mikroşkalanın göstəricisinin zamana görə dəyişməsi qeydə
alınaraq, yazılır.
Qida sənayesində daha tez-tez, Rusiya Federasiyasında
istehsal olunan KP – 3 markalı konik plastometrdən istifadə
edilir. Bu tip aparatların iş prinsipi və hesablama üsulları,
336
əvvəldə şərh olunmuş aparatlardan bir o qədər də kəskin
fərqlənmir.
Konik plastometrin köməyi ilə,
Binqam cismi kimi ba-
xılan kərəyağının struktur-mexaniki xüsusiyyətləri tədqiq
olunmuşdur. Tədqiqatlar onun konsistensiyasını qiymətləndir-
mək üçün obyektiv kriteriyanı əldə etmək məqsədilə apa-
rılmışdır. Əsas reoloji xüsusiyyətləri deformasiya kinetikası
əyrisindən təyin etmək mümkün olur.
L.S.Kyznesova və digər alimlər tərəfindən meyvə-jele
sistemlərinin həlməşik əmələgətirmə prosesi və müxtəlif
amillərin (əlavə edilən şəkərin miqdarı, nəmlik, aktiv turşuluq
və s.) bu prosesə təsiri tədqiq olunaraq öyrənilmişdir. Axının
hədd gərginliyinin qiymətinə görə pomadka kütləsinin,
polivinil spirti əsasında hazırlanan jeleli qənnadı kütləsinin,
natrium-alqinat, aqar və aqaroid əlavələri ilə oksidləşdirilmiş
nişasta həlməşiyinin (bu həlməşik jeleli marmelad,
rahat-lokum
hazırlamaq üçün məsləhət görülür) plastik möhkəmliyi təyin
edilmişdir. Axının hədd gərginliyinin qiymətinin müəyyən
olunması, halvanın keyfiyyətini qiymətləndirmək məqsədilə
məsləhət görülür.
Konik plastometrin köməyi ilə şəkərli xəmirin struktur-
mexaniki xüsusiyyətləri tədqiq edilmiş, səthi-aktiv maddələrin
təsiri və onun plastiki möhkəmliyinə olan
digər təsirlər öyrə-
nilmişdir.
Günəbaxan yağı fosfolipidlərinin, xəmirin plastiki möh-
kəmliyinə təsirinin öyrənilməsi, onun qıcqırma müddətini ix-
tisar etməyə imkan vermişdir.
Qursaq pendirlərinin konsistensiya xüsusiyyətlərinin
obyektiv kriteriyasını işləyib hazırlamaq üçün, axının hədd
gərginliyi qiymətindən dəfələrlə istifadə edilmişdir.