341
xətası 5,0% olan, qəbul oluna bilən nəticələr almağa imkan
verir.
Şərh edilən bu cihazın köməyi ilə deformasiyanın, 10
-3
-
dən 10 kq/m
2
-dək elastiklik modulu olan sistemlər üçün gər-
ginlikdən, temperaturdan və zamandan asılılığını ölçmək olar.
Ölçmə metodikası.
Ölçməyə başlamazdan əvvəl, mikro-
şkalanın bölünmə qiymətini müəyyən etmək lazımdır. Bunun
üçün çəkinin sıfır qiyməti müəyyənləşdirilərək, işçi stola dəqiq
təyin olunmuş qalınlıqlı metal lövhə yerləşdirilir və puanson
buraxılır. İşıqlanan şkaladan bölgülərin sayı müəyyən edilir.
Lövhənin qalınlığını bölgülərin sayına bölərək, bir bölgünün
qiyməti alınır.
Ölçülməyə məruz qoyulacaq nümunələr, d=10 – 13 mm,
h=13 – 20 mm ölçülərə malik silindrik formalı olmalıdır, belə
ki, tədqiqata məruz qoyulan xammallara göstərilən əməliy-
yatların paralelliyinə xüsusi tələblər irəli sürülür. Müxtəlif
ədəbiyyat mənbələrində belə nümunələrin bir neçə hazırlanma
üsulu göstərilmişdir.
İşçi stolun qanovuna bir neçə damcı distillə olunmuş su
əlavə edilir, nümunə yerləşdirilir və qapaq bağlanır, köynəyi
termostatlaşdırılır və sıfır nöqtəsi müəyyən edilir.
Sıfır nöqtəsini müəyyən etmək üçün aşağıda şərh olunan
üsul təklif edilir: ani deformasiyanın ən azı üç yüklənmədəki
qiyməti ölçülür (məsələn, 1, 2 və 3 q yüklənmədə). Yüklənmə
müddəti koordinatlarında eksperimental nöqtələrdən düz xətt
keçirilir. Bu düz xətti sıfır nöqtəsinə ekspolyasiya edərək,
ordinat oxunda müəyyən parçanı alırlar ki, bu da sıfır nöqtəsi
kimi qəbul edilir və sonradan hər bir göstəricidən bu parça
çıxır.
Sıfır nöqtəsi müəyyən edilib, sınaq nümunəsi verilən tem-
peraturda 15-30 dəq. ərzində termostatlaşdırılır. Bütün bu dövr
ərzində tərəzi bağlı qalır və yük sınaq nümunəsini sıxmır. Ter-
mostatlaşdırma qurtardıqda, eyni zamanda yükün təsiri və
saniyəölçən işə salınır (çəki fincanından müəyyən yük götü-
rülür). İlk 5-10 dəq.-də şkala üzrə hesablama hər 30 san-dən
342
bir, deformasiya yavaş-yavaş artmağa başladıqda hesabat vaxtı
artırılır. Bu ölçmə vaxtı hər bir çəki üçün ayrılıqda seçilir.
Əyrinin yüklənmə hissəsini çıxarmaqla, tərəzi bir anlıq
bağlanır ki, fincana əvvəldən çıxarılmış yüklər yerləşdirilsin,
bundan sonra onlar saniyəölçənlə eyni zamanda işə salınır və
nümunənin “istirahəti” zamanı əyrinin boşalma (yüksüz)
hissəsi çəkilir.
Yumşaqlıq – zaman koordinatlarında qurulmuş deforma-
siya kinetikası əyrisinə görə özlülüyü hesablamaq olar.
Elastiklik modulu aşağıdakı nisbətdən tapılır:
P
E
. . . . . . (66)
burada: P –
S
F
nisbətinə bərabər olan gərginlikdir, q/sm
2
və ya kq/m
2
(F – yükün çəkisi, qram və ya
kq);
S – nümunənin en kəsik sahəsi, sm
2
və ya m
2
;
ε –
h
n
a
nisbətinə bərabər olan deformasiya (a –
mikroşkala bölgülərinin sayı, n – bölgülərin
qiyməti, h – nümunənin hündürlüyü, sm və
ya m).
Qrafiki qurmalar üçün elastiklik modulu əvəzinə, yum-
şaqlıq adlandırılan əks kəmiyyətdən istifadə etmək əlverişlidir:
P
İ
. . . . . . . (67)
Yuxarıda şərh edilən cihazın köməyi ilə qarışıq alhinat –
nişasta həlməşiklərinin struktur-mexaniki xüsusiyyətlərini,
qarışıq jelatin və kalsium alhinat həlməşiklərinin istilik –
mexaniki xüsusiyyətlərini tədqiq etmək mümkün olmuşdur.
343
Eləcə də jelatin və marmelad kütlələrinin həlməşikləri üçün
konsentrasiyasından asılı olaraq yumşaqlığın öyrənilməsi hə-
yata keçirilmişdir, belə ki, sonuncu halda dinamometrik tərəzi-
lərlə mütləq vahidlərə malik nəticələr verməyən Valent cihazını
dəyişmək məsləhət görülmüşdür.
Yuxarıda baxılan cihazlar və reoloji xüsusiyyətlərin
hesablanması üsulları, eləcə də onların praktikada istifadə nəti-
cələri göstərir ki, reoloji metodlar, tədqiqat məqsədləri üçün
istifadə olunduğu kimi, həm də texnoloji proseslərin təkmil-
ləşdirilməsi məqsədilədə istifadə edilə bilər. Ölçmə nəticə-
lərinin mütləq vahidlərlə alınması isə, müxtəlif tədqiqatlardan
alınan nəticələri müqayisə etməyə imkan verir.
344
VI BÖLMƏ
QİDA MƏHSULLARININ KEYFİYYƏTİNƏ
NƏZARƏT ÜÇÜN İŞLƏDİLƏN CİHAZ
VƏ TEXNİKİ VASİTƏLƏR
Müasir dövrdə istehsal şəraitlərində və laboratoriyalarda
fiziki-kimyəvi tədqiqatlarla yanaşı qida məhsullarının keyfiy-
yətinə avtomatik nəzarət üsulları da geniş tətbiqini tapmışdır.
6.1. Qida məhsullarının tərkibi və xassələrinin
avtomatlaşdırılmış təyini üsullarının təsnifatı
Qida məhsullarının keyfiyyətini xarakterizə edən xüsusiy-
yətlərin təyin olunması prosesinin avtomatlaşdırılması, onların
tədqiqi üsullarının sonrakı inkişafı və təkmilləşdirilməsinin
vacib mərhələsi hesab olunur.
Avtomatlaşdırılmış nəzarət-ölçü cihazları və qurğuları
müvafiq keyfiyyət göstəricilərinin yüksək təyinat dəqiqliyini
təmin etməklə yanaşı, həm də qida məhsullarının istehsalı, da-
şınması, saxlanması və realizə olunması zamanı analiz və ölç-
mələrin aparılmasına sərf edilən zamanı xeyli dərəcədə ixtisar
etməyə imkan verir.
Qida məhsullarının tərkibi və xüsusiyyətlərinin müasir
zamanda tətbiq olunan avtomatlaşdırılmış təyinat üsulları son
dərəcə müxtəlifdir. Onlar tədqiq edilən məhsulların ilkin dəyiş-
diricilərlə (vericilər) fiziki, kimyəvi, elektrik, atom və digər
qarşılıqlı əlaqə effektlərində istifadəyə əsaslanır. Vericilərin
ötürdüyü siqnallar ikinci cihazlar tərəfindən başa düşülərək qə-
bul edilir və informasiyaya çevrilir.
Vericilərin və ikinci cihazların tətbiq olunan sxem və
konstruksiyalarının müxtəlifliyi bu üsulların təsnifatlaşdırılma-
sı vacibliyini və onların sistemləşdirilməsini şərtləndirir
(cədvəl 18).
Dostları ilə paylaş: |