351
tarazlaşdırılır, ölçücü cihaza verilən
ölçülən və məlum elek-
trohərəkətverici qüvvənin nəticələnən effekti isə sıfıra çatdı-
rılır. Normal element qismində 20
0
C temperatur həddində
1,0183 B elektrohərəkətverici qüvvə ilə üstünlük təşkil edən və
bunu kiçik yüklənmələr zamanı saxlayan civəli-kadmiumlu
qalvanik Veston elementindən istifadə edilir.
Dənəvər (səpələnən) qida məhsullarının nəmliyinin məsa-
fədən təyin edilməsi, onların temperaturunun təyin edilməsi ilə
müqayisədə daha mürəkkəb məsələdir. Bu, təyin olunan para-
metrin xüsusiyyəti ilə izah edilir. Əgər
məhsulun tempera-
turunu ölçən zaman qızma dərəcəsi haqqında və ya başqa sözlə,
bütövlükdə, verilən məhsulun molekullarının orta kinetik ener-
jisi haqqında məlumat (informasiya) almaq kifayətdirsə, onda
nəmliyi təyin edən zaman tədqiq edilən maddənin molekulları
ilə məhsulda olan su molekulları arasındakı nisbəti təyin etmək
lazımdır.
Məlumdur ki, qida məhsulları nəmliyi müxtəlif üsullarla
saxlaya bilir, yəni nəmliyin, öz enerjisinə və buna uyğun olaraq
əlaqə möhkəmliyinə görə fərqlənən əsas materialla bir neçə
əlaqə forması mövcuddur.
Bundan əlavə, məhsulda mövcud
olan nəmlik onun sıxlığı, səpələnmə (dənəvərlik) qabiliyyəti,
elastikliyi, dielektrik keçiriciliyi, elektrik müqaviməti və bu
kimi digər xassələrinə təsir göstərir. Bu səbəblərdən bir çox
qida məhsulları üçün nəmliyin məsafədən təyin edilməsi məsə-
ləsinin həlli çətinləşir, lakin səpələnən qida məhsulları ilə bağlı
müəyyən irəliləyişlər qeydə alınmışdır.
Müasir
dövrdə şəkər tozunun, taxılın və digər qida məh-
sullarının nəmliyinin məsafədən ölçülməsi üsulları işlənilmiş
və istehsal şəraitlərində praktiki olaraq həyata keçirilir. Bu
üsullar məhsulun elektrofiziki xassələr dəyişkənliyinin onun
nəmlik dəyişkənliyindən asılılığına əsaslanır.
Qida məhsullarının nəmliyinin məsafədən ölçülməsi üsul-
larından biri
həcmi metoddur. Nəmliyin dəyişməsi ilə məh-
sulun dielektrik keçiriciliyi qiymətinin dəyişməsi xassəsi, nəm-
liyin həcmi ölçülməsi üsulunun əsasını təşkil edir. Məlumdur
352
ki, suyun dielektrik keçiriciliyi sabit kəmiyyətdir və 81-ə ya-
xındır (ε~81 f/n), bir çox quru maddələr üçün isə bu kəmiyyət
2,0-dən 10,0-də qiymətlər arasında dəyişir.
Buna görə də,
maddənin nəmliyi hətta cüzi dəyişdikdə belə, onun dielektrik
keçiriciliyinin dəyişməsi halı baş verir.
Bu üsul məhsuldakı sərbəst (qurutma ilə kənarlaşdırılan)
nəmliyin miqdarını kifayət qədər dəqiqliklə müəyyən etməyə
imkan verir.
Birləşmiş nəmlik (bərk maddələrlə ion, molekulyar rabitə
ilə birləşən su molekulları) üçün bu üsulu tətbiq etmək ya-
rarsızdır, belə ki, birləşmiş suyun dielektrik keçiriciliyinin
qiyməti 2,2-dən 15 f/n-dəkdir.
Qida məhsulunun nəmliyinin
həcmi üsulla təyin olunması məhsulun dielektrik keçiriciliyinin
qiymətinin dəyişməsinə gətirib çıxarır.
Həcmi təyinat üsulunda üç əsas qurğudan, yəni
1. Yüksək tezlikli generatordan;
2. Vericidən;
3. Ölçücü cihazdan istifadə olunur.
Həcmi nəmlikölçənlərin ötürücüləri içərisinə tədqiq
olunan məhsul yerləşdirilən silindrik və ya yastı formalı
kondensator kimidir. Kondensatorun ətrafına (çərçivəsinə) gər-
ginlik verilir və onun tutumu ölçülür. Bu zaman nəzərə alınır
ki, kondensatorlu ötürücünün tutum qiymətinə dielektrik ke-
çiriciliyi ilə yanaşı, yığım sıxlığı və materialın kütləsi, onun
temperaturu, elektrik keçiriciliyi və digər amillər də təsir gös-
tərir. Bu amillərin təsirini azaltmaq
üçün uyğun düzəlişlər tət-
biq edilir.
Hazırda taxıl üçün, onun nəmliyinə məsafədən nəzarəti
təmin edən həcmi (tutum) nəmlikölçənlər yaradılmış və tətbiq
olunur. AVP nəmlikölçən cihaz taxıl dəninin 10-20% diapazo-
nunda olan nəmliyini ±1,0%-dək dəqiqliklə təyin etməyə im-
kan verir. Bu cihazın analoqları olan OTİ-1 və OTİ-2 markalı
cihazlar da mövcuddur.
Nəmliyin konduktometrik üsulla ölçülməsi, buğda, un,
şəkər tozu və digərləri kimi səpələnən qida məhsulları üçün
353
geniş tətbiq edilir. Bu üsul, məhsulun nəmliyi ilə onun elektrik
müqaviməti arasında mövcud olan asılılığa əsaslanır. Nəmliyin
konduktometrik üsulla təyin edilməsi materialın müqavimə-
tinin ölçülməsinə gətirib çıxarır.
Ölçmə qurğusu ötürücüdən
və müqavimətiölçən ikinci ci-
hazdan ibarət olur ki, bu ötürücü də bir çox elektrod şəklində
olur və onun köməkliyi ilə tədqiq olunan məhsuldan elektrik
cərəyanı buraxılır.
Misal kimi aşağıda, şəkər tozunun nəmliyi və tempera-
turunu məsafədən ölçmək üçün cihaz qurğusuna diqqət yetirək.
O, ötürücüdən, E-6-3 tipli teraometrdən və kommutasion
qurğudan ibarətdir (şəkil 42).
Şəkil 42. Nəmlikölçən vericinin sxemi
1 – konusşəkilli ucluq; 2 – ftoroplast izoləedici;
3 – MMT – 1 – 100 tipli termistor; 4 – korpus;
5, 6, 7 – çıxışlar.
Konikşəkilli 1 ucluğu və 4 gövdəsi elektrodlar kimi xid-
mət göstərilir. Onlar bir-birindən kalibrlənən qalınlığa malik
floroplast materialdan hazırlanan izoləedici ilə ayrılmışlar.
Temperaturu ölçmək üçün ötürücünün daxilində MMT-1-100
tipli 3 kondensatoru qurulmuşdur. Şəkər tozunun elektrik mü-
qavimətinin, eləcə də termistorun müqavimətinin ölçülməsi
10
3
-dən 10
12
Om-dək işçi ölçmə diapazonuna malik E-6-3 tipli
teraometrin köməyi ilə həyata keçirilir. Nəmliyə görə ölçmə