348
Paralel olaraq məhsulu əhatə edən havanın temperaturu
və nəmliyi ölçülür.
Əldə edilən informasiya məhsul və ətraf mühit arasında
baş verən istilik və kütlə mübadiləsi proseslərinin, eləcə də
məhsulun özünün daxilindəki istilik və kütlə keçiriciliyinin in-
kişafını izləməyə imkan verir və bu proseslərin tənzimlənməsi
üzrə tədbirlərin keçirilməsi üçün əsas kimi xidmət göstərir.
Temperaturun məsafədən ölçülməsi zamanı ötürücülər
qismində, adətən məftil və ya yarımkeçirici termomüqavi-
mətlərdən, eləcə də termocütlərdən istifadə edilir.
Temperaturun müqavimət termometrləri ilə ölçülməsi
cərəyan keçirici materialın (məftilin və ya yarımkeçiricinin)
temperatur dəyişkənliyindən asılı olaraq özünün elektrik müqa-
vimətini dəyişməsi xassəsinə əsaslanır. Temperaturu artırdıqda
metal keçiricilərin elektrik müqavimətinin qiyməti yüksəlir,
yarımkeçiricilərdə isə azalır.
Müasir zamanda sənaye tərəfindən seriyalı şəkildə iki
qrup məftilli müqavimət termometrləri buraxılır: platinli müqa-
vimət termometrləri (PMT) və mis müqavimət termometrləri
(MMT). 50-dən 180
0
C-dək temperatur intervalında işləmək
üçün mis müqavimət termometrlərindən, 200-dən 600
0
C-dək
daha geniş temperatur diapazonunda isə platinli müqavimət ter-
mometrlərindən istifadə edirlər.
Yarımkeçirici müqavimət termometrləri
(termistorlar)
bir neçə metal oksidlərin qarışığından hazırlanır. Ənənəvi ola-
raq hazırda sənaye tərəfindən MMT tipli mis-manqan və KMT
tipli kobalt-manqan termistorları istehsal edilir.
Termistorlar – digər müqavimət termometrlərindən daha
yüksək həssaslığı ilə fərqlənir. Onlar daha kompaktdırlar və xa-
rici mühitin təsirindən qorunmaq üçün şüşə daxilinə salına
bilərlər.
Ölçülən temperaturların nisbətən kiçik diapazonu (–70
0
C-dən 120-180
0
C-dək) və ölçücü sxemi əlavə olaraq tənzimlə-
mədən qarşılıqlı əvəzolunmanı istisna edən müqavimət
349
nominalına görə ayrı-ayrı nüsxələrin xeyli səpələnməsi (20%-
dək) termistorların çatışmazlığı hesab olunur.
Məftil müqavimət termometrləri və termistorlar ilə bir
komplektdə tətbiq edilən ikinci cihazları üç qrupa bölmək olar:
1. Loqometrlər (ommetrlər);
2. Tarazlaşdırılmış körpülər;
3. Tarazlaşdırılmamış körpülər.
Loqometrlərin təsir prinsipi sabit maqnit sahəsi ilə müəy-
yən bucaq altında çarpazlaşmış və öz aralarında sərt çar-
pazlaşmış iki çərçivə arasında axan cərəyanla yaradılan maqnit
sahələrinin qarşılıqlı əlaqəsinə əsaslanır. Loqometrin maqnit
sistemi xətlər üzrə maqnit induksiyasının daha böyük qiymətini
təmin edir ki, bu induksiya maqnit sonluqlarının ortasından və
ətrafında çərçivələr fırlanan silindrik özəyin, yəni rotorun mər-
kəzindən keçir. Ötürücünün müqaviməti dəyişən zaman çərçi-
vələrin birindən böyük güclü cərəyan keçir, momentlər bəra-
bərliyi pozulur və cihazın əqrəbi ilə əlaqələnmiş hərəkət sis-
temi çevrilir. Qidalandırıcı körpünün müəyyən rəqs hədlərində
cihazın göstəricilərinə gərginliyin təsir göstərməməsi, bu
cihazın ən böyük uğuru hesab olunur.
Tarazlaşdırılmış körpülər
termistorların elektrik mü-
qavimətini ölçmək üçün daha geniş yayılmış cihazlar sayılır.
Bu tarazlaşdırılmış körpülərin iş prinsipi, körpünün ter-
momüqavimət qoşulan çiyni ilə körpü zəncirində vacib olan
tarazlığı təminatlandıran reoxord olan tarazlaşdırıcı çiyni
arasındakı tarazlığın qorunmasından ibarətdir.
Tarazlaşdırılmamış körpülər,
əsasən yarımkeçirici mü-
qavimət termometrləri ilə istifadə olunur, lakin onlar cərəyanın
enib-yüksəlməsinə qarşı həssas olduqlarından, onların istifadəsi
məhduddur.
Termoelektrik termometrlərin köməyi ilə temperaturun
ölçülməsi termoelektrik effektindən istifadəyə əsaslanır. Bu
effekt, onların birləşmə yerlərindəki temperatur qradiyentində
iki müxtəlif cinsli keçiricidən ibarət olan qapalı zəncirdə
elektrik cərəyanının əmələ gəlməsindən ibarətdir.
350
İstifadə edilən materiallardan asılı olaraq termocütləri iki
qrupa bölünür:
1. Nəcib metallardan hazırlanan termocütlər;
2. Paslanan metallardan hazırlanan termocütlər.
Birinci qrupa məsələn, yuxarı ölçmə həddi 1300
0
C olan
platinorodiy-platinli (TPP) termocüt aid edilir. İkinci qrupa
1000
0
C-dək temperaturu ölçmək üçün xromel-alümel (TXA),
yuxarı ölçmə həddi 600
0
C olan xromel-kopel, 400
0
C-dək
temperaturu ölçmək üçün mis-konstant termocütləri aid edilir.
Qeyd edək ki, xromel – 89% nikel, 10% xrom və 1% də-
mirdən, alümel – 94% nikel, 2% alüminium, 2,5% manqan, 1%
silisium, 0,5% dəmirdən, kopel isə 44% nikel və 56% misdən
ibarət olur.
Mexaniki zədələnmələrdən və kimyəvi cəhətdən aqressiv
olan mühitlərdən mühafizə etmək üçün termocütlər qoruyucu
xüsusi örtük içərisinə yerləşdirilir. Termoelektrodlar bir-birin-
dən və qoruyucu armaturdan keramik (çini) və ya şüşə izolya-
torların köməyi ilə izolə edilir.
T e r m o e l e k t r o h ə r ə k ə t v e r i c i q ü v v ə n i
(t.e.h.q.) ölçmək üçün termocütlər zəncirinə millivoltmetr və ya
potensiometr daxil edilir.
Termoelektrik termometrlərin termoelektrohərəkətverici
qüvvəsini ölçmək üçün ikinci cihazlar qismində tətbiq olunan
millivoltmetrlər və potensiometrlər, konstruksiyalarından asılı
olaraq bir və ya bir neçə termocütlə bir komplektdə işləyə, lent
və ya diaqramda göstəricilərin qeydiyyatı üçün qurğuya malik
ola bilir.
Millivoltmetrlərin iş prinsipi qütbləri arasında çərçivə
yerləşən sabit maqnitin maqnit sahəsi ilə fırlanan çərçivənin
buruqlarından keçən elektrik cərəyanının qarşılıqlı təsirinə
əsaslanır.
Potensiometrlərin köməyi ilə termoelektrohərəkətverici
qüvvəni (t.e.h.q.) ölçülməsi kompensasiya üsulu ilə həyata ke-
çirilir. Bu zaman ölçülən termoelektrohərəkətverici qüvvə
kalibrlənmiş müqavimətlərdə cərəyanın məlum düşgüsünədək
Dostları ilə paylaş: |