314
Şəkil 32. İki (a və b) modifikasiyada Veyler – Rebinder
cihazının sxemi:
1 – düz paralel küvet; 2 – lövhəcik; 3 – yük;
4 – mikroşkala; 5 – mikroskop.
Birinci modifikasiyada (şəkil 32, a) yükün təsiri ilə
lövhəcik hərəkət edir, ikinci modifikasiyada isə (şəkil 32, b)
elektrik mühərrikinin köməyi ilə təqribən 1 sm/dəq sürəti ilə
bərabər olaraq enə bilən hərəkətli stol üzərində küvet yerləş-
dirilmişdir. Lövhəciyin hərəkət etməsi üçün vacib olan güc, əv-
vəlcədən kalibrlənmiş yayın gərilməsinə (dartılmasına,
açılmasına) görə təyin edilir.
Ö l ç m ə m e t o d i k a s ı:
küveti tədqiq edilən sistemlə
doldurur və ilkin sınaqda yük elə seçilir ki, lövhənin dartılması
315
yavaş-yavaş baş versin. Həm də deformasiya qiyməti şkalanın
ölçülərinə yerləşməlidir.
Küveti su ilə yuyur, onun mərkəzi (orta) hissəsində löv-
həciyi yerləşdirir və tədqiq olunan sistemlə yenidən doldurulur.
Ölçmələr təqribən 30 dəq.-dən sonra başlanır, cihazı və sani-
yəölçən eyni zamanda işə salınır və yük lövhəciyi hərəkət
etdirməyə başlanır. Zamana görə hərəkət deformasiyası mik-
roskopda müşahidə edilir və yazılır (özü yazan qurğuda). Ölç-
mələrin nəticələrinə əsasən deformasiya kinetikasının əyrisi
qurulur.
Cihaz kifayət qədər həssasdır və aşağıdakı qiymətləri
təyin etməyə imkan verir:
1. Axının hədd gərginliyi:
S
F
F
P
m
2
. . . . . . (49)
burada: P – axının gərginlik həddi, q/sm
2
(kq/m
2
);
F
m
– lövhəciyin sistemdə hərəkəti üçün lazım olan
qüvvə, q (kq);
F – lövhəciyin dispers mühitdə hərəkəti üçün (əgər bu
mühit suspenziyadırsa, onda suda) lazım olan
qüvvə, q (kq);
S – lövhəciyin sahəsi, sm
2
(m
2
).
2. Yerdəyişmə (hərəkət) modulu:
P
E
c
. . . . . . . . (50)
burada: P – gərginlik, q/sm
2
(kq/m
2
);
ε – yerdəyişmə deformasiyasının lövhəcik və küvetin
divarları arasındakı məsafənin eninə olan nisbəti.
316
3. Effektiv özlülük:
D
P
effek
.
. . . . . . . (51)
burada: D –
h
V
nisbətinə bərabər olan hərəkət sürətidir
(V – lövhəciyin yerdəyişmə sürəti sm/san
(m/san);
h – lövhəciyin və küvetin divarları arasında
boşluğun (məsafənin eni, sm).
Axının hədd gərginliyinin qiyməti lövhəciyin ölçü-
lərindən asılı olmur.
Veyler – Rebinder cihazı qida sənayesində müxtəlif qida
kütlələrinin möhkəmliyini, temperatur və qatqıların möhkəm-
liyə təsirini ölçmək üçün, eləcə də məhsulun konsistensiyasını
yaxşılaşdırmaq və texnoloji istehsal prosesini təkmilləşdirmək
məqsədilə bir sıra digər xüsusiyyətləri müəyyənləşdirmək üçün
geniş istifadə olunur.
Şəkərli alma və şəkərli pektin həlməşiklərinin reoloji
xüsusiyyətlərini tədqiq etməklə, qənnadı məmulatlarının tələb
olunan konsistensiyasını əldə etmək üçün şəkərin optimal do-
zalaşdırılması müəyyən olunmuşdur. Sistemin “sərtlik” krite-
riyası qismində şərti-ani elastiklik modulu götürülmüşdür.
Axının (yerdəyişmənin) hədd gərginliyinin qiymətinə
əsasən, qatılığından və mexaniki təsirlərdən asılı olaraq nişasta
yapışqanının möhkəmli təyin edilir.
Axının (yerdəyişmənin) hədd gərginliyinin qiyməti və
deformasiya kinetikası əyrilərinin görünüşü, konfet istehsalı
zamanı pralin kütlələrinin qarışdırılmasının (yoğurulmasının)
optimal qiymətinin tapılması üçün əsas olmuşdur.
Amiloza, amilopektin və yapışqanlaşdırılmış nişasta məh-
lullarının deformasiya kinetikası əyrilərinin, bu maddələrin
“qocalması” müddətindən asılı olaraq öyrənilməsi nişastanın
retroqradasiyasının tədqiq olunmasına xeyli kömək etdi.
317
Deformasiyanın yerdəyişmə gərginliyindən asılılıq əyri-
lərinə görə müəyyən edildi ki, bolqar tomat (pomidor) məcunu
strukturlaşdırılmış sistemdir. Bu qida məhsulu üçün struktur –
mexaniki xassələrin konsentrasiyadan, istilik emalından və
xammalın növündən asılılığı öyrənilmişdir.
5.4.1.2. Maili səthdə yerdəyişmə deformasiyasının
ölçülməsi üçün Nikolayev cihazı
Bu cihaz məlum D. İ. Tolstov modeli əsasında yaradılmış
və ondan gərginliyin optiki qeydiyyatı üsulunun mexaniki
qeydiyyatla əvəzlənməsi ilə fərqlənir (şəkil 33).
Ölçmə metodikası.
Əsas səthi üfüqi vəziyyətə gətirilir.
Buraxılmış 8 meydançasına ərsin vasitəsilə tədqiq edilən məh-
suldan sürtür və o 4x4x0,5 sm ölçülü lövhə şəklində for-
malaşdırılır. Bu qalınlıqda sürtülərkən tədqiq edilən nümunə 2
səthi səviyyəsinədək düşür. Nümunə üzərinə nahamar 12
alüminium lövhəsi yerləşdirilir ki, bunu da ölçücü əqrəbin
aşağı sonluğuna kip otuzdurulur. 12 lövhəsinin üzərinə yük
qoyulur.
9 düyməsini basaraq, nümunə səthin 2 səviyyəsinə qal-
dırılır, ölçücü əqrəbin bu zaman sıfır vəziyyətindən yerdə-
yişməyə məruz qalıb-qalmadığı yoxlanılır (əgər yerdəyişmə
baş veribsə, onda əqrəbi sıfır vəziyyətinə gətirilir). Nümunə
belə vəziyyətdə təqribən 1 dəq. saxlanılır, dayaq ştiftinin 4 baş-
lığı sıxır və 2 səthinin sonluğunu 3 şkalasına görə 10-15
0
mail-
lik bucağınadək qaldırılır. Maili səth möhkəmləndirilir (bər-
kidir) və eyni zamanda, saniyəölçən işə salınr. 6 şkalasındakı
əqrəbin göstərdiyi deformasiya qiyməti zamana müvafiq olaraq
yazılır.
Yüklənmədə deformasiya öyrənilməsi sona çatdırılaraq,
yük lövhəciyi götürülür, 4 stiftini azad edir və səthi üfüqi
vəziyyətə gətirilir. Strukturun elastiki qüvvələri sayəsində baş
verən əqrəbin əks-hərəkətini yazır və şkalanı müşahidə edilir.
Dostları ilə paylaş: |