Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə76/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   72   73   74   75   76   77   78   79   ...   89

 305 
daşıyıcısı kimi təqdim olunur. Buna münasibət bildirən 
prof. T.Hacıyev yazır: «Dədə Qorqud ədəbiyyatı üçün, əl-
bəttə, qəhrəmanlığın, vətənpərvərliyin təbliği  əsasdır. Bir 
qədər qəribə görünsə  də, Dədə Qorqud motivlərində iki 
komediya (K.Abdullanın «Casus» komediyası ilə A.Məm-
mədovun «Dəli Domrul» komediyası - Y.İ.) yazılmışdır. 
Altay Məmmədovun «Dəli Domrul» komediyasında dasta-
nın müvafiq boyuna müraciət olunmuşdur. Əlbəttə, yazıçı 
öz mövzusunu işləməkdə  sərbəstdir. Ancaq qəhrəmanlıq 
motivini komik planda işləməyin şərtlərində müəyyən ən-
dazə olmalıdır. Məsələn, Banıçiçək Oğuz elinin səciyyə-
lənməsində  əsas obrazlardandır. O, Bamsınındır, onu 
Domrula nikahlamaq olmaz - bu təhrifdir. Yaxud Əzrayıl 
mələkdir, onu istədiyin şəkildə təyinləyə bilməzsən. «Əz-
rayıl donquz oğlunu tap, göndər bəri. Göndər görüm nə 
dəyyusdur», «Ə,  Əzrayıl qağa, hardasan?» kimi ifadələr 
süni gülüş doğurmaq üçündür. «Baş qaldırdı Alp dağlar 
da, Heyran qaldı allahlar da» və ya «Ey insan oğlu, insan, 
insan,  Ərşdən, kürşdən, tanrılardan Sən ucasan, sən uca-
san» nəğmə mətnlərində Allaha münasibət sovet ideologi-
yasından gəlir. Halbuki dastanda təkallahlığın təbliği mü-
hüm mətləblərdəndir. Komiklik tarixiliyi təhrif etmə-
məlidir» (154, 9). 
Belə nümunələr pyesdə istənilən qədərdir. Ümumiy-
yətlə, komediyada Əzrayıl, eləcə  də haqqında tez-tez 
üçüncü  şəxs kimi söhbət gedən Tanrı uca varlıqlar kimi 
yox, adi insanlar kimi təqdim olunmuşlar və əsərdə onlara 
əndazəsiz dərəcədə çox sərbəst yanaşılmışdır. Halbuki 
«Kitabi-Dədə Qorqud»un özündə  nə Tanrıya, nə  də onun 
mələyi  Əzrayıla heç bir təhqiramiz münasibət yoxdur. 
Əksinə, Allahı tanımayan Domrul sonda Onun böyüklü-
yünü və ucalığını  qəbul edərək bağışlanır. Lakin prof. 
N.Cəfərovun müşahidələrinə görə, elə dastanın özündə də 
belə  sərbəstlik vardır və bu təsadüfi deyil: «Hər  şeydən 
 306
əvvəl qeyd etmək lazımdır ki, Allah-Tanrı obrazının 
(«Kitabi-Dədə Qorqud»da - Y.İ.) bu cür sərbəst, sadəlöhv-
cəsinə, bir qədər də  ərkyana yaradılması, birincisi, epos 
təfəkkürünün xarakteri ilə bağlıdırsa, ikinci tərəfdən, türk 
düşüncəsinin tipologiyasından irəli gəlir. Türklər qədim 
dövrlərdən başlayaraq öz Tanrıları ilə  sıx mənəvi-ruhi 
təmasda olmuş, ondan qorxub çəkinməmiş, əksinə, könül-
dən ona bağlanmış,  İslamı  qəbul edəndən sonra həmin 
sadəlöhvlük, səmimilik müsəlman Allahına münasibətdə 
də özünü göstərmişdir» (87, 16). 
Tədqiqatçı H.Məmmədzadəyə görə, qədim türkcə 
«tanrı» (tenqri) sözünün birinci mənası Göy, ikinci mənası 
isə Tanrıdır. Sözün kökü «tan» (tanq) olub, türk dillərində, 
əsasən, heyrət, möcüzə, səhər  şəfəqləri, günəşin doğması 
mənalarını verir. Bu sözün müxtəlif fonetik variantları türk 
dillərində od, su, göy, yer, həyat, can, ruh, səs (xəbər), öl-
çü, çəki, haqq-ədalət, xeyir-bərəkət, artmaq, çoxalmaq an-
lamlı sözlər  əmələ  gətirir (245, 101). F.e.d. C.Bəydili 
(Məmmədov) yazır ki, Tanrı türk din düşüncəsi tarixi bo-
yunca bilinən ən əski anlayışdır... Türk tanrıçılığı bir sis-
tem kimi Tanrı adı ətrafında təşəkkül tapmışdır. Prototürk-
lərin etnik-mədəni tarixinin ən alt qatında belə var olan bu 
anlayış «Kitabi-Dədə Qorqud»da İslamiyyətdəki Allah 
mənasının da qarşılığı olaraq işlənmişdir (74, 316). F.e.d. 
F.Bayat da tanrıçılığın dini-mifoloji sistemin prototürk, 
yaxud Altay dil ailəsi dövründən mövcud olmasını təsdiq 
etmişdir (66, 70).  
Demək, nəticə  çıxarmaq olar ki, dastandakı Tanrı 
tam müsəlman Allahı deyildir. Tədqiqatçı S.Şıxıyeva təs-
diq edir ki, «Dəli Domrul» boyu islami düşüncənin hələ 
şüurlarda dərin kök sala bilmədiyi, ölümə qarşı  çıxaraq, 
ruhu geri qaytarmağa inamın - şamanlığın qüvvətli olduğu 
bir düşüncənin ifadəsi kimi də  dəyərləndirilə bilər.  İnsan 
ölümə qarşı  çıxır və qalib gəlir; bu, islami alın yazısı  və 


 307 
qədər anlayışı ilə uyuşmayan bir düşüncə  tərzinin ifadə-
sidir (319, 339). 
Bütün bunlar, əlbəttə, doğrudur. Yəni «Dədə Qor-
qud» dastanındakı Allah qədim türk Tanrısıdır. Yəqin ki
Əzrayıl da qədim türk dinindəki - tanrıçılıqdakı hansısa bir 
obrazdır. Ancaq tanrıçılıq da, islam da - hər ikisi təktanrı-
çılıq dini, yəni monoteist dindir. Biz din tarixindən bilirik 
ki, türklər islamı asanlıqla qəbul etmişlər. Çünki onlar 
islama qədər də  təktanrılı idilər. Bu halda tanrıçılıq da, 
islam da biz azərbaycanlıların müqəddəs dəyərlərini yaşa-
dır. Elə buna görə  də prof. T.Hacıyev öz dəyərləndirmə-
sində tamamilə haqlıdır. Sovet dövründə bu əsər insanlar 
tərəfindən təbii qəbul olunurdu. Çünki sovet cəmiyyəti 
rəsmi olaraq ateist - dinsiz cəmiyyət idi. A.Məmmədovun 
komediyasında  Əzrayılın, Tanrının gülüş  hədəfi kimi gö-
türülməsi, onlar haqqında çox nalayiq ifadələr - vulqa-
rizmlər (xüsusən söyüşlər, təhqirlər) işlədilməsi sovet 
ateist görüşlərinin ifadəsidir. Ancaq Azərbaycan müstəqil-
lik əldə etdikdən sonra biz öz köklərimizə qayıtmağa, mil-
li-mənəvi ənənələrimizi bərpa etməyə başladıq. Bu prose-
sə, xüsusilə müqəddəs dini ənənələrimizin bərpasına gör-
kəmli dövlət xadimi H.Əliyev çox böyük əhəmiyyət ver-
mişdir. O, gənc nəslin müqəddəs ənənələr ruhunda tərbiyə 
olunmasından ötrü ağır ziyarətgahları, məscidləri təmir 
etdirmiş, insanların ixtiyarına vermişdir. Ulu öndər şəxsən 
müqəddəs yerləri, ziyarətgahları, o cümlədən Məkkəni zi-
yarət etmişdir. H.Əliyev bununla insanlara, xüsusən gənc-
lərə nümunə göstərir, dinimizin bizim həyatımızın ayrıl-
maz tərkib hissəsi olduğunu hər an nümayiş etdirirdi. İndi 
bütün bunların müqabilində A.Məmmədovun «Dəli Dom-
rul» pyesinin gənclərimiz üçün tərbiyəvi rolundan danış-
maq mümkün deyildir. Axı bədii ədəbiyyat insanlara bədii 
zövq, estetik duyğular bəxş etməklə yanaşı, həm də 
onların mənəviyyat dünyasını kamilləşdirməyə xidmət 
 308
etməlidir. Açıq deyək ki, müasir gənclik bizim tariximiz 
boyu müqəddəs olmuş tanrıçılıq və islam dininə münasi-
bətdə bu əsərdən faydalı bir şey götürə bilməz. Halbuki 
A.Məmmədovun «Dəli Domrul» komediyasını  bədii cə-
hətdən zəif  əsər saymaq olmaz. Əsərdə süjetin dramatik-
liyi bir an belə zəifləmir. Hadisələr biri-birini məntiqi şə-
kildə əvəz edərək tamamlayır. Komediyada xorun dilindən 
ifa olunan şeirlər bədii cəhətdən mükəmməldir. Ancaq 
əsərdə gülüş vasitəsi ilə  təcəssüm olunmuş atezim görüş-
ləri, o cümlədən qədim oğuzların hərbi yürüşlərinin əsərdə 
birmənalı şəkildə talançılıq, zorakılıq, evyıxma və s. kimi 
təqdim olunması tariximizə münasibətdə doğru yanaşma 
deyildir. Orta əsrlər tarixinin öz siyasi, ictimai dialektikası 
var idi. Türk etnosu dünya səhnəsində öz varlığını bərqə-
rar etmək üçün mübarizə aparmış, 20-dən çox imperiya 
quraraq dünya tarixini siyasi cəhətdən zənginləşdirmişdir. 
Lakin pyesdə komediya janrında - gülüş üslubunda da 
olsa, oğuzların fütuhatlarının adi talançılıq, oğuz bəylə-
rinin yadellilərin var-dövlətinə, qız-gəlininə tamah salması 
kimi təqdim olunması bu əsərin günümüz üçün aktual 
olmadığını göstərir. 
«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azər-
baycan dramaturgiyasının inkişafına təsirindən danışarkən 
bir sahəyə - eposun mətni əsasında hazırlanmış tamaşalar 
haqqında danışmamaq olmur. Düzdür, «Dədə Qorqud» 
motivləri  əsasında teatr tamaşaları artıq sənətşünaslığın  
mövzusudur. Ancaq dram əsəri ilə onun səhnə təcəssümü 
arasında, təbii ki, bir sədd çəkmək olmaz. Həm də biz bu 
tamaşalardan söhbət açarkən məqsədimiz heç də onların 
sənətşünaslıq tərəflərinə - səhnə  təcəsümünün imkan və 
texnikasına, aktyor oyununa qiymət vermək deyildir. Məq-
sədimiz birbaşa dastanın mətni əsasında hazırlanmış tama-
şalarda «Dədə Qorqud» mətninin yeni ruhda bədii təcəs-
süm imkanlarına mövzumuzun məqsəd və  vəzifələrinin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə