Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə78/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   74   75   76   77   78   79   80   81   ...   89

 313 
dastanının «Bamsı Beyrək» boyuna istinadən yazıb tama-
şaya qoyduğu «Oğul» tamaşası da bir sıra yaxşı cəhətləri 
ilə seçildi...  Burada oğul igidliyi, dəyanəti ilə yanaşı, ana 
müqəddəsliyi, ana ürəyi, ana məhəbbəti öz əksini tapmış-
dır. Ailənin kişi ilə tamhüquqlu üzvü olan ana yalnız tərbi-
yəçi deyil, həm də xilaskardır. Ana adı əsərdə çox qürurla 
səslənir. Ailə şərəfi, saf məhəbbət uğrunda mübarizə apa-
ran ana həm də cəfakeşdir, sədaqət rəmzidir, dözümlüdür» 
(195). 
 Sənətşünas İ.Rəhimliyə görə, «Yuğ» teatr studiyası-
nın «Dədəm Qorqudun kitabı»ndan «Baybörənin oğlu 
Bamsı Beyrək boyu» üzərində «Oğul» adlı yuğlaması ilk 
və  bəlkə  də, buna görə  də duyğulu və ehtiraslı sözdür...» 
(284). 
Rejissor V.İbrahimoğlu sözü gedən boyu səhnələşdi-
rərkən bir sıra priyomlardan istifadə etmişdir. Aktyorlar 
qədim türk dilində danışırlar, eposun məntiqinə söykənir-
lər. Rejissor bunu belə  əsaslandırır: «Çağdaş dünyaduyu-
mumuzu, düşüncəmizi nəzərə almışıq. Bu gün azərbaycan-
lı adlanan insanın - sənin, mənim, qohum-tanışlarımızın 
şüurunda, mənəviyyatında, ruh aləmində materializm, əski 
inanclar və islam dininin məzmunlu dəyərləri, nemətləri 
elə qatışıb, bitişib ki, onları bir-birindən ayırmaq, əslində, 
mümkün deyildir» (284).   
Başqa sözlə, V.İbrahimoğlu tamaşada cəmi bir boya 
əsaslansa da, bu boy vasitəsi ilə Azərbaycan mənəviyyat 
tarixinin bütün ruhunu təcəssüm etdirməyə çalışıb. Boyu 
konkret bir dövrün, konkret bir zamanın epik faktı kimi 
yox, bətnində, ruhunda özündən əvvəlki və özündən son-
rakı zamanı  təcəssüm etdirən milli mədəniyyət hadisəsi 
kimi təqdim etmişdir. Əsərə baxan tamaşaçı oğuz tarixinin 
bu səhifəsində  təkcə dünəni yox, bugünü və dünənlə bu 
gün arasındakı bütün tarix yolunu görə bilir. Bəs bu, ta-
maşaçıya nə verir? 
 314
İ.Rəhimli yazır ki, tamaşada «dəfələrlə  səslənən bu 
sözlər («Qutlu olsan dövlətiniz» - Y.İ.) əski tariximizin də-
rinliyindən,  ən son həddən-səddən, ulu və  qəhrəman  əc-
dadlarımızdan bizə xeyir-dua kimi səslənir, qayğılı xəbər-
darlıq kimi anlaşılır. Bir anlığa sehrli-ovsunlu uyğudan 
oyanırsan, ulu Dədəmizin milli, etnik birliyi uğrunda çaba-
lamalarının çağdaş mənalarını görürsən. Bir anda anlayıb-
duyursan ki, uğursuz nə insan yaşaya bilər, nə toplu, nə də 
dövlət» (284). 
V.İbrahimoğlu eposun «Dəli Domrul» boyunun mo-
tivlərindən artıq «Mən Dədə Qorqud» tamaşasında istifadə 
etsə də, eyni boya bir müddətdən sonra tamamilə fərqli bir 
uslubda yenidən müraciət etmişdir. Rejissor burada əski 
mətni tam yeni yozumda gerçəkləşdirmişdir. Prof. R.Bə-
dəlov yozumlar arasındakı fərq haqqında yazır: «Vaqif İb-
rahimoğlu on il bundan qabaq (1982-ci ildə - Y.İ.) Tədris 
Teatrında özünün ən önəmli tamaşalarından olan «Mən - 
Dədə Qorqud»da Dəli Domrula müraciət etmişdi. O 
tamaşada Dəli Domrul üsyankar, ittihamçı idi, hətta Dədə 
Qorqudun təmsil etdiyi əski  şaman ruhuna qarşı qiyamlı 
idi və onların qarğışı artıq Domrulu tutmurdu. Yeni Allaha 
pərəstiş əski ovsunların tilsimini qırmışdı, yeni Allaha diz 
çökürdü, pənah diləyirdi, Domrul və Allah-təalaya məhz 
bu hərəkət «xoş  gəlirdi». O tamaşanın mayası rejissorun 
fikir, nəzəriyyə axtarışları idi və məhz Domrul bu fikirlə-
rin özəyi idi. On ildən sonra (1992-ci ildə) indi rəhbər ol-
duğu «Yuğ» teatrında Vaqif yenidən Dəli Domrula müra-
ciət etdi, monotamaşa qurdu, onu aktrisa Mehriban Zəkiyə 
tapşırdı, tamaşanın adınısa «Xatun» qoydu. Amma bu 
dəfəki Dəli Domrul tam başqa cür alındı... Əslində, Vaqif-
lə Mehribanın «Xatun»unda dərin, gizli mənalar axtarmaq 
lazım deyil. Daha dəqiq desək, bu tamaşada nəzəriyyədən 
əsər-əlamət qalmayıb, keçmiş «Mən - Dədə Qorqud» 
tamaşasının fikir aşkarlığı, fikir təməli əriyib» (69). 


 315 
«Yuğ» teatrının «Dəli Domrul» boyu əsasında hazır-
ladığı «Xatun» tamaşası da bir sıra üstün cəhətləri ilə se-
çildi.  Burada qadın-kişi münasibətlərindəki ülvilik, cəfa-
keşlik, qadın məhəbbəti, qadın sədaqəti ön plana çəkilib. 
Rejissor Vaqif İbrahimoğlunun quruluş verdiyi «Xatun» ta-
maşasında gənc aktrisa Mehriban Zəkinin orijinal oyun ma-
nerası rejissor taktı, rejissor dinamikası ilə birləşərək belə 
bir həqiqəti təsdiqlədi ki, yüksək sənətkarlıq güclü texnika 
ilə qovuşduqda hər bir fiziki hərəkət və cest düşünülmüş 
məna yükü ilə tamamlandıqda oyunun səmimiyyətinə inam 
yaradır, ifanın tamaşaçıya təsirini artırır (195). 
Maraqlıdır ki, 1992-ci ildə - müstəqilliyimizə  təzə 
qədəm qoyduğumuz dövrdə tamaşaya qoyulmuş «Xatun» 
tamaşası mətbuatda həm də Azərbaycan cəmiyyətinin gələ-
cəyinin - siyasi narahatlıqların arxada qalıb xalqın yalnız 
mədəni qayğılarla yaşayacağı dövrün müjdəsi kimi qiymət-
ləndirildi: «...Və gün gələcək... İstiqlal bərkiyəcək və Sənət 
Teatrosu Siyasət teatrını üstələyəcək. Biz o günün dadını, o 
günün işığını dünən axşam gördük və yaşadıq!..» (278). 
Bilavasitə «Kitabi-Dədə Qorqud» mətni  əsasında 
hazırlanmış tamaşalar içərisində «Dədə Qorqud» tamaşası-
nı da qeyd etmək olar. Dastanın «müqəddiməsi  əsasında 
Vidadi Həsənovun iştirakı ilə göstərilən mono-tamaşa 
Qorqud tamaşaları sırasına daxil oldu. Azərbaycan Dövlət 
Mədəniyyət və  İncəsənət Universitetinin «Səda» tədris 
teatrında hazırlanmış «Dədə Qorqud» tamaşası da öz 
estetik mahiyyəti, poetikliyi ilə nəzəri cəlb edirdi» (195). 
Beləliklə, «Kitabi-Dədə Qorqud» müasir Azərbaycan 
dramaturgiyasının inkişafına qüvvətli  şəkildə  təsir etmiş
onun motivləri əsasında bir çox görkəmli sənətkarlar tərə-
findən dram əsərləri yazılmış, rejissorlarımız birbaşa 
(müstəqil şəkildə) eposa müraciət edərək mətnin dramatik 
potensiyasını səhnədə «hərəkətə» gətirmişlər. Bu cəhətdən 
eposun müasir Azərbaycan dramaturgiyası  və teatr 
 316
tarixindəki təsirinin davamlı milli hadisə olması Azərbay-
can Teatr Xadimləri İttifaqının 1999-cu ildə keçirdiyi «Ki-
tabi-Dədə Qorqud» və Azərbaycan teatrı» mövzusundakı 
elmi-praktiki konfransının əsas leytmotivini təşkil etmişdir 
(343). 
«Kitabi-Dədə Qorqud» eposunun çağdaş Azərbaycan 
ədəbi düşüncəsinin dramaturci kodunu belə coşqulu şəkil-
də  hərəkətə  gətirməsi,  əslində, bir təsadüf olmaqdan, ya-
xud xalqımızın öz milli eposuna məhəbbətinin ifadəsi ol-
maqdan ziyadə dastanın «bətnindəki» dram potensiyasının 
müvafiq  şəraitdə «işə düşməsi» demək idi. «Kitabi-Dədə 
Qorqud» bir milli dastan - epos olsa da, o, tədqiqatçıların 
təsdiq etdiyi kimi, Azərbaycan milli teatr düşüncəsinin ən 
əski və  əsas qaynaqlarından birini təşkil edir (141, 113). 
Milli oyanış milli düşüncə simvollarının hərəkətə gəlməsi 
ilə baş verir. Heç təsadüfi deyildir ki, Azərbaycan drama-
turgiyasında «Dədə Qorqud» mövzusu həmişə milli dü-
şüncə, milli özünəqayıdış ideyaları ilə bağlı olmuşdur. Bu, 
istər sovet dönəmində, istərsə  də müstəqillik dövründə 
yazılmış «Dədə Qorqud» pyeslərinə eyni dərəcədə aiddir. 
Sovet dönəmində «Kitabi-Dədə Qorqud» eposu ümumən 
ədəbiyyatda və dramaturgiyada milli düşüncəni ölməyə 
qoymayan ideyalar qaynağı, eposdakı obraz və motivlər 
milli ideyaların veriliş - təqdimat vasitəsi kimi istifadə 
olunurdusa, müstəqillik dövründə «Dədə Qorqud» artıq 
milli özünüdərkin təkamül qaynağı kimi istifadə olunmaq-
dadır. Bu da göstərir ki, bu epos, əslində, ölməz milli dü-
şüncə qaynağıdır. O - milli düşüncənin başlanğıcıdır; milli 
ədəbiyyat milli düşüncənin əsaslarından biridir. Bu məna-
da müasir Azərbaycan  ədəbiyyatının, o cümlədən drama-
turgiyasının «Kitabi-Dədə Qorqud» mövzusuna dönə-dönə 
qayıtması milli düşüncəsinin inkişaf dialektikasından do-
ğur. Milli düşüncə milli sxemlər əsasında gerçəkləşir. Bir 
milli düşüncə öz genetik sxemlərindən qırağa çıxarsa, o, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə