Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə81/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   77   78   79   80   81   82   83   84   ...   89

 325 
poemalar xüsusi yer tutur. Tematik təsnifat onları iki qrup-
da götürməyə imkan vermişdir: Birincisi, eposla qismən 
(müəyyən elementlərlə) bağlı olan poemalar. İkincisi, 
«Dədə Qorqud» motivləri üstündə yazılmış poemalar. Bi-
lavasitə «Dədə Qorqud» mövzusunda yazılmış poemalar, 
əsasən, N.Xəzri, B.Səhənd, A.Abdullazadə, Z.Yaqub, 
N.Kəsəmənli, T.Elçin, R.Təhməzoğlu və  s.  kimi  sənət-
karların yaradıcılığını əhatə edir.  
«Kitabi-Dədə Qorqud» eposu, şair N.Xəzrinin yara-
dıcılığında mərkəzi yerlərdən birini tutur. O, müxtəlif za-
manlarda eposa müraciət edərək çox maraqlı əsərlər yarat-
mışdır. N.Xəzri yaradıcılığı üçün «Dədə Qorqud» motiv-
lərinin bədii növlərin monumental janrlarında işlənməsi 
səciyyəvidir: şair-dramaturq bu mövzuda «Əfsanəli yuxu-
lar» adlı poema və iki dram əsəri («Torpağa sancılan qı-
lınc» və «Burla Xatun» pyesləri) yazmışdır. Sənətkarın 
«Əfsanəli yuxular» poeması çox maraqlı quruluşa malik-
dir. İki hissəli əsərin hər bir hissəsi üç yuxudan ibarətdir. 
N.Xəzri əsərdə yuxu elementindən bədii vasitə kimi istifa-
də edərək onunla minillərin arxasında qalmış oğuz dünya-
sına daxil olur. Yuxular şairi müqəddəs inamlar və inanc-
lar dünyasına - sənətkarın  şəxsiyyət və yaradıcılığında 
özünü qabarıq xətt, aparıcı keyfiyyət kimi büruzə verən 
«inamlı  insan» obrazının mənbəyinə doğru pərvazlandırır. 
N.Xəzri poemaya milli düşüncənin qədim obrazları ilə 
nöqtə qoymaqla öz vətənlərini doğma anaları bilən, onu 
ana qədər dərindən sevən oğuzların «Vətən - Ana» sevgi-
sinin dünya durduqca çinar kimi həmişəyaşıl, bahar kimi 
işıqlı, həyat kimi əbədi olacağını təsdiq etmişdir.  
Müasir Azərbaycan  ədəbiyyatında «Dədə Qorqud» 
motivləri  əsasında yazılmış poemalar içərisində  Cənubi 
Azərbaycan  şairi Bulud Səhəndin yaradıcılığının xüsusi 
yeri vardır. Səhəndin «Dədə Qorqud» mövzusunda yazdığı 
ikicildlik «Sazımın sözü» poemalar silsiləsi ustad 
 326
M.Şəhriyarın «Heydərbabaya salam» əsərindən sonra Cə-
nubi Azərbaycanda ikinci möhtəşəm  ədəbi hadisə sayılır. 
Səhənd «Sazımın sözü»ndə dastanın altı boyunu nəzmə 
çəkmişdir.  Şair bu əsərlərlə xalqımızın milli-mənəvi də-
yərlərinə bağlılığını ortaya qoymuşdur. Ömrünü xalqının 
milli azadlıq mübarizəsinə həsr etmiş Səhəndin, ümumiy-
yətlə, bu əsərləri yazmaqda ən ali məqsədi xalqının damar-
larında qanla axan milli yaddaşı, qəhrəmanlıq ruhunu 
oyatmaq olmuşdur. «Sazımın sözü» kitabındakı bütün 
poemalarda zülm və zalımlara qarşı mübarizə ideyası du-
rur. Bu xətt altı poemanı öz ətrafında açıq şəkildə birləşdi-
rən xəttdir. Həmin xətt birləşdirici poetik motiv olmaqla 
qalmayıb, bu poemaların hər birini milli azadlıq uğrunda 
mübarizə manifestinə çevirmişdir.  
Tdqşiqatda şair-alim A.Abdullazadənin bir neçə dəfə 
Azərbaycan, o cümlədən rus dilində çap olunmuş «Ulu 
Qorqud» adlı poeması  sənətkarın «dünənin» bünövrəsi 
üzərində durub «bugünə» yazdığı «məktub» - poema kimi 
səciyyələndiirlmişdir. A.Abdullazadə  əsərdə bugünlə dü-
nən - müasirliklə tarix arasında «Dədə Qorqud» adlanan 
bir məclis - «körpü» qurmuşdur. «Dədə Qorqud» həqiqət-
lərini Azərbaycan xalqının «həqiqət tarixi» - «mənəvi ger-
çəklər tarixi» kimi tərənnüm edən şair dünyanın ulu dəyər-
lərinin tarix boyunca dəyişməz qaldığını göstərmişdir. 
Əsərdə müəllifin «mərdlik» haqqında düşüncələri dərin 
fəlsəfi məzmuna malikdir. Sənətkarın poemada uca dəyər-
lər səviyyəsində öydüyü varlıqlardan biri anadır. A.Abdul-
lazadə ananı bir insan, uca, ülvi varlıq olmaqla yanaşı, 
həm də müqəddəs milli dəyər kimi tərənnüm etmişdir. 
«Dədə Qorqud» motivləri ilə bağlı «Saz» dastan-
poesmasını yazmış  şair Zəlimxan Yaqubun yaradıcılığı, 
əslində, bütün ruhu ilə  Dədə Qorqud dünyasına bağlıdır. 
Sənətkar  əsərdə  Dədə Qorqudu qılıncın belə  kəsə bilmə-
diyi ağıla-huşa malik hikmət sahibi, el-obanın üstünə dərd 


 327 
qoşun çəkəndə  qəm səfini öz qopuzunun sehri ilə pozan 
ulu ozan, gözlərindən körpələrin bəbəyinə od verən, qopu-
zu ilə ana vətən torpağına dad verən, igidlərə hünərindən 
ad verən, sözlərin mənasını yozan ulu müdrik kimi tərən-
nüm etmişdir. Müəllif sazı  tərənnüm edərkən Dədə Qor-
qud adına arxalanmışdır. Saz haqqında böyük bir dastan-
poema yaradan şair bəyan etmişdir ki, Qorquddan sonra 
min il keçsə  də, o, yenə  də yaşadı. Çünki Dədə Qorqud 
şairin taleyinə bir yaraşıq olmaqla yanaşı, milli tariximizin 
vüqarıdır. Sənətkar  əsərdə oxucuları  Dədə Qorqudun 
vəsiyyətinə əməl edib, ən böyük milli sərvətlərimizdən biri 
olan sazı qorumağa çağırır. Bu işin müqəddəsliyini Dədə 
Qorqudun varlığına bağlayır. Çünki Dədə Qorqud adı hər 
bir azərbaycanlı üçün müqəddəsdir. Sənətkar sazı  Dədə 
Qorqudun yadigarı kimi tərənnüm etməklə onun müasir 
varlığımızdakı yerinin əbədi olduğunu təsdiq edir.  
«Dədə Qorqud» eposu motivləri  əsasında yazılmış 
poemalar içərisində N.Kəsəmənlinin «Dəli Domrul» poe-
ması özünəməxsusluğu ilə diqqəti çəkir. Ümumiyyətlə, 
N.Kəsəmənli  ədəbiyyatımızda sevgi şairi kimi tanınırdı. 
O, «Dəli Domrul» poemasında da öz üslubuna sadiq qal-
mış və «Dədə Qorqud motivləri üstündə bir sevgi dastanı 
yaratmışdır. «Dəli Domrul» poemasında mənzum dram 
janrının kompozisiya elementlərindən istifadə olunmuş-
dur. Şair poemada dastanın «Dəli Domrul» süjetini boyda 
olduğu kimi axıradək bədiiləşdirməyə ehtiyac görməmiş-
dir. Dastanda qadının sevgisi, ərinə olan vəfası Tanrının 
xoşuna gəlir və o, Dəli Domrulla qadınına 140 il ömür 
bəxş edir. Lakin N.Kəsəmənli süjetin bu hissələrini 
poema-pyesə gətirməmişdir. Bunun səbəbi əsərin şair tərə-
findən düşünülmüş  əsas ideyasının  Əzrayılla Qadınının 
dialoqunda tam şəkildə ifadə olunmasıdır.  Əslində,  şair 
sevginin Tanrının yaratdığı varlıq aləminin  ən uca və  ən 
ülvi dəyəri olduğunu tərənnüm etmişdir.  
 328
Şair T.Elçinin «Oğul, Buğac» poeması kiçik yaşlı 
uşaqlar üçün nəzərdə tutulmuşdur. Yeddi başlıq-hissədən 
ibarət olan poema ulu ozan dədə Qorqudun tərənnümü ilə 
başlanır. Sənətkar əsərdə Dədə Qorqudu tarixlərdən xəbər 
verən ozan, oğuzlara ad qoyan, oğuz elində küsülüləri 
barışdırıb bütöv cəmiyyətdə sosial harmoniya yaradan ağ-
saqqal, elin sevimlisi, güvənc yeri kimi tərənnüm etmişdir. 
Şair üçün Dədə Qorqud eyni zamanda bədii sözün hamisi, 
ilham mənbəyi, bütün şairlərin, o cümlədən T.Elçinin mə-
nəvi  əcdadıdır. Dədə Qorqudun mənəvi irsi indi onun 
sənətkar nəvələrinin sözündə, şeirində yaşayır. Poema baş-
dan-başa «Kitabi-Dədə Qorqud»un birinci boyu - «Dirsə 
xan oğlu Buğac boyu» əsasında yazılmışdır. Poemada ana 
oğlunu atasını xilas edib, xəyanətkarları  cəzalandırmağa 
çağırır. Buğac xəyanətkarlarla döyüşə girib, atasını xilas 
edir. Poemanın  əsas süjeti ata ilə  oğulun qovuşmasının, 
Oğuz elinin birlik və bütövlüyünün təntənəsi ilə bitir. Də-
də Qorqudun dilindən söylənilən nəsihətlər  əsərin  əsas 
ideya yükünü, ideya-məzmun mahiyyətini ifadə edir.  
R.Təhməzoğlunun «Dədəm Qorqut» adlı epos-
poemasında müəllif «Kitabi-Dədə Qorqud» dastanlarının 
öz bədii deyim tərzini saxlamağa çalışmışdır. Dastanın 
poetik deyim tərzi ilə R.Təhməzoğlunun deyim tərzi biri-
biri ilə qovuşub; bədii düşüncənin zaman adlı  sərhədləri 
dəf olunub, poeziya həmişəyaşarılığını və əbədiyyətini təs-
diq edib. «Dədəm Qorqut» poemasının səciyyəvi keyfiy-
yətlərindən biri də aydın cizgilərlə seçilən və əsəri başdan-
ayağa bir bütöv kimi təşkil edən lirizmdir. Əsərdə  şair 
tərəfindən  əsərin  əvvəlindən axırınacan gerçəkləşdirilmiş 
bir xətt də var: milli dil problemi. Dədə Qorqudun dilindən 
«Söz duyumdur, düz toxunsa» kimi ulu həqiqəti səsləndi-
rən R.Təhməzoğlu əsərdə dil ilə bağlı çox dərin problem-
lərə toxunmuş, onların bədii cəhətdən qoyuluşuna nail 
olmuşdur.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə