Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə79/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   75   76   77   78   79   80   81   82   ...   89

 317 
artıq milli olmaz - özgələşər. Bu cəhətdən hər bir milli 
düşüncə,  əslində, öz qaynağına - ilkinliyinə, başlanğıcına 
doğru «can atır». Bu «canatma» milli düşüncənin mövcud-
luq üsuludur. Milli düşüncə bütün hallarda öz bünövrəsinə 
aid olur, ondan başlanır, onun üstündə boy ataraq, öz bü-
növrəsini - mayasını, ilkin əsaslarını daim ruhunda gəzdi-
rir. Bu cəhətdən Azərbaycan milli düşüncəsinin əsas kod-
larından olan milli ədəbiyyatımız bütün tarixi boyunca heç 
vaxt «Kitabi-Dədə Qorqud»dan ayrı düşməmişdir. Öz 
inkişafında dönə-dönə - ritmik şəkildə daim ona qayıtmış, 
ondan poetik enerci almışdır. Müasir Azərbaycan drama-
turgiyasında «Dədə Qorqud» mövzusuna daim müraciət 
olunması milli düşüncənin ona olan ehtiyacını göstərməklə 
yanaşı, Azərbaycan  ədəbi düşüncəsinin başlanğıcı olan 
«Kitabi-Dədə Qorqud»un tükənməz bir mənbə olduğuna, 
öz poetik enercisi ilə milli düşüncəmizi əbədi olaraq qida-
landıracağına heç bir şübhə yeri qoymur. Bu da öz növbə-
sində belə bir qənaətə  gəlməyə imkan verir ki, müasir 
ədəbiyyatımızda «Dədə Qorqud» mövzusu hələ bundan 
sonra daha da intişar tapacaq və biri-birindən gözəl əsərlər 
meydana gələcəkdir. 
 318
N Ə T İ C Ə 
 
«Kitabi-Dədə Qorqud» dastanları  və müasir Azər-
baycan  ədəbiyyatı» probleminin tədqiqi ilk növbədə üzə 
çıxardı ki, «milli varlığımızın mötəbər qaynağı» olan «Də-
də Qorqud» eposu (ulu öndər H.Əliyev) bütün zamanlarda 
milli mədəniyyətimizin,  ədəbiyyat və incəsənətimizin bü-
növrəsi olaraq qalır.  Bu cəhətdən müasir Azərbaycan ədə-
biyyatı da «Kitabi-Dədə Qorqud»la sıx və qırılmaz tellərlə 
bağlıdır.  Milli elmi və ədəbi düşüncə dövriyyəsinə XX əs-
rin birinci yarısında daxil olmuş «Qorqud» eposunun 
göstərdiyi təsir fasiləsiz olmuş, onilliklər ərzində abidənin 
ədəbiyyatımıza təsiri getdikcə güclənmiş, onun obrazlar 
aləmi, ideya və mövzuları ilə bağlı çoxsaylı nəsr, nəzm və 
dram əsərləri yazılmışdır.  
Əsərdə «Kitabi-Dədə Qorqud» dastanlarının Azər-
baycan ədəbi-estetik düşüncəsinin ilk qaynağı kimi tədqiq 
edilməsi problemin aşağıdakı aspektlərini üzə çıxarmışdır:  
1. «Folklor və yazılı ədəbiyyat» aspekti. 
2. «Kitabi-Dədə Qorqud» Azərbaycan  ədəbi düşün-
cəsinin mərhələsi kimi. 
3. «Kitabi-Dədə Qorqud» Azərbaycan  ədəbi düşün-
cəsinin qaynağı kimi. 
4. «Kitabi-Dədə Qorqud»un Azərbaycan şifahi ədəbi 
düşüncə tarixinə təsiri. 
5. «Kitabi-Dədə Qorqud»un yazılı  ədəbi düşüncə 
tarixinə təsiri. 
6. «Kitabi-Dədə Qorqud» və müasir Azərbaycan 
ədəbiyyatı.   
Dastanın Azərbaycan ədəbi düşüncəsinin inkişafında 
mühüm və əlahiddə yeri vardır. Belə ki, «Qorqud» eposu 
bir tərəfdən milli ədəbi-bədii yaradıcılığın konkret bir 
mərhələsi, digər tərəfdən isə  həm də milli düşüncənin 
bütün ilkin arxetiplərini özündə qoruyan mənbə - 


 319 
qaynaqdır. Müasir Azərbaycan  ədəbiyyatı öz poetik ma-
hiyyətinin hansı  səviyyəsindən baxılırsa-baxılsın, ilkin 
qaynaqları etibarilə «Kitabi-Dədə Qorqud»a bağlanır. Bu 
cəhətdən tədqiqat milli ədəbiyyatımızın obrazlar sistemi-
nin, bədii təfəkkür tərzinin, dünyanı  bədii qavramasının 
poetik üsulunun alt qatında, bünövrəsində «Qorqud» epo-
sundan gələn poetik kodlarını  aşkarlamışdır. Dastan bir 
«etnopoetik ruh» (başqa adla: «Qorqud» ədəbi ruhu), ədə-
bi düşüncənin arxetipik əsası kimi müasir ədəbi düşün-
cənin dərin qatlarında həmişə var olmuşdur.  
İşdə «Kitabi-Dədə Qorqud» eposunun milli ədəbi 
düşüncənin inkişaf tarixinə  təsirinin tədqiqi nəticəsində 
müəyyənləşdirilmişdir ki, «Dədə Qorqud» epik ənənələri-
nin milli ədəbi düşüncəyə  təsiri,  əsasən, iki istiqamətdə 
olmuşdur: 
1. Eposun şifahi xalq yaradıcılığına - folklora təsiri; 
2. Eposun qədim və orta əsrlər yazılı  ədəbiyyatına 
təsiri. 
«Dədə Qorqud» dastanları özünəqədərki folklor ya-
radıcılığı ilə özündən sonrakı folklor yaradıcılığının ara-
sında durmaqla bir körpü rolunu oynamış, «Dədə Qorqud» 
körpüsündən keçən Azərbaycan  şifahi xalq ədəbiyyatı - 
milli folkloru eposun tükənməz enercisi ilə qidalanıb coş-
qun inkişaf yoluna qədəm qoymuşdur. Dastanın qədim və 
orta əsrlər şifahi xalq yaradıcılığına təsiri son dərəcə qüv-
vətli olub, çox geniş  və  zəngin  ədəbi nümunələrlə  təmsil 
olunur.  İstər «Qorqud» eposu, istərsə  də ümumən  şifahi 
xalq yaradıcılığı vahid poetik ənənəni təşkil etmiş  və 
«Dədə Qorqud» eposu bu ənənə daxilində unikal rola ma-
lik olmuşdur. O, özünəqədərki folklor ənənələrini  əxz et-
miş, uzun əsrlər boyu özündə yaşadaraq inkişaf etdirmiş, 
daha sonra cilalanmış, sabitləşmiş  ənənə kimi özündən 
sonrakı folklor yaradıcılığının tarixi dövriyyəsinə daxil et-
mişdir. Bu cəhətdən eposun müasir Azərbaycan 
 320
ədəbiyyatına təsiri heç də XX əsrin birinci yarısından - 
dastanın Azərbaycanda çap olunub yayılmasından başlan-
mır. «Kitabi-Dədə Qorqud» dastanları epik ənənə, milli 
epik ruh kimi əsrlər boyu ədəbiyyat tariximizdə olmuş, 
qədim və orta əsrlər ədəbi düşüncəmizdən keçərək müasir 
ədəbiyyatımızın ruhuna daxil olmuşdur.  
Tədqiqatda «Kitabi-Dədə Qorqud» dastanlarının 
müasir Azərbaycan nəsrinin inkişafındakı rolunun öyrənil-
məsi göstərmişdir ki, çağdaş Azərbaycan nəsrində «Dədə 
Qorqud» motivləri M.Rzaquluzadənin yazdığı «Bamsı 
Beyrək» və «El gücü» povestləri ilə başlayır. Hər iki po-
vest birbaşa «Kitabi-Dədə Qorqud» eposu ilə bağlıdır. 
Yazıçı boyların məzmununu öz povestlərində hekayələş-
dirmişdir: hər boyun süjetini müxtəlif motivlərə ayıraraq, 
hər bir motivi bir hekayənin mövzusuna çevirmişdir. 
M.Rzaquluzadə boyları  bədiiləşdirərkən süjet xətlərində
obrazların xarakterində müəyyən dəyişikliklər etmiş, baş-
qa sözlə, dastandan götürdüyü elementləri öz bədii kon-
sepsiyasına uyğun həm də dəyişmişdir. Bu da eposla onun 
əsərləri arasında müəyyən fərqlər yaratmışdır. Yazıçı das-
tandakı müəyyən boyları  bədiiləşdirərkən onlara həm də 
sərbəst yanaşmış, süjetləri öz yazıçı ideyasına uyğun 
dəyişdirmişdir. Bu elementlər süjetin üst qatında açıq-
aydın bilinən səviyyəni təşkil edir. Alt qatda isə «Kitabi-
Dədə Qorqud» dastanları və müasir Azərbaycan ədəbiyya-
tı» probleminin ana sütununu təşkil edən «yazıçı və epos» 
münasibətlərinin mürəkkəb sistemi durur. M.Rzaquluzadə-
nin «Dədə Qorqud» eposundan ilhamlanmasının əsas yara-
dıcı keyfiyyətini «mənəvi istiqamət» təşkil etmişdir. Bu xətt 
yazıçının əsərlərinin nümunəsində müasir Azərbaycan ədə-
biyyatında «Dədə Qorqud» motivlərinin «mənəvi istiqa-
mət»də  bədiiləşməsinin  əsasını  təşkil etmişdir. Sənətkarın 
yaşadığı dövrün - stalinizm dövrünün ab-havası içərisində 
eposun «oğuzçuluq» («oğuz-türkçülük») ideologyyasını əks 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə