Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə77/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   73   74   75   76   77   78   79   80   ...   89

 309 
imkan verdiyi dərəcədə nəzər salmaq və bununla «Kitabi-
Dədə Qorqud» dastanlarının müasir Azərbaycan dramatur-
giyasına təsiri problemini daha geniş  məkanda, daha 
böyük hüdudlar daxilində əhatə etməkdir.  
Dram  əsəri bütün hallarda tamaşa - teatrla bağlıdır. 
«Dədə Qorqud» eposunun keçən  əsrin 90-cı illərində - 
xalqımızın müstəqillik uğrunda mübarizəyə başladığı çağ-
larda ictimai  şüurda, milli yaddaşda xüsusi aktuallıq kəsb 
etməsi teatrlarımızın da diqqətini eposa yönəltdi. Ancaq 
bu sahədə edilmiş hər bir təcrübə uğurlu alınmadı. Sənət-
şünas  İ.Kərimov yazır: «Kitabi-Dədə Qorqud» dastanının 
təcəssüm imkanı çox genişdir, dramaturgiya elementləri 
hədsizdir, zəngindir. Bir boyun əsasında neçə səhnə əsəri 
yaratmaq mümkündür.. Müqəddimə  və on iki boydan 
ibarət olan bu dastanda 70-dən çox surət iştirak edir. İstər 
qadın, istərsə  də kişi surətləri öz igidlikləri, qoçaqlıqları, 
mərdlikləri, sədaqətli olmaları ilə seçilirlər. Təbii ki, Kita-
bi-Dədə Qorqud» dastanına formal yanaşanlar, onun bu və 
ya başqa bir boyunu mexaniki olaraq teatra, kinoya, eləcə 
də bədii ədəbiyyata gətirmək niyyətində olanlar da vardır. 
Şübhəsiz ki, bu fikirdə olanlar böyük səhv edərək yanı-
lırlar» (195). 
İ.Kərimov öz müşahidəsində haqlıdır. «Dədə Qor-
qud» eposunun hər hansı boyunu, sadəcə olaraq, nəzmə 
çəkmək, yaxud boyun məzmununu müasir nəsr təhkiyəsi 
ilə yenidən təcəssüm etdirmək, yaxud da dialoqlarla zən-
gin boyları çağdaş dram mükalimələri ilə canlandırmaqla 
yaranan əsər uzunömürlü ola bilməz. Bunlar bir yaxşı, xe-
yirxah təcrübə olaraq diqqəti cəlb edər, ancaq bədii yaddaş 
tarixində qalmaz. Çünki növündən və janrından asılı ol-
mayaraq bədii əsərin əhəmiyyətini onun müəllifinin xeyir-
xah niyyəti yox, əsərin bədii dəyəri müəyyənləşdirir. Bu 
cəhətdən bilavasitə «Kitabi-Dədə Qorqud»un mətni  əsa-
sında hazırlanmış  işlər içərisində Vaqif İbrahimoğlunun 
 310
rəhbərlik etdiyi «Yuğ» teatrında hazırlanmış tamaşalar 
xüsusilə diqqətəlayiqdir. 
Əslində, «Yuğ» bir «Dədə Qorqud» teatrıdır. Teatrın 
adı, onun yaradıcı konsepsiyası «Kitabi-Dədə Qorqud» 
dünyası ilə bağlıdır. «Yuğlama» qədim oğuz türklərinin 
ölümlə bağlı möhtəşəm mərasimlərinin adıdır. Oğuzlarda 
yuğçular olmuş, onlar ölmüş insanın  şərəfinə yuğlama 
mərasimi keçirməklə onun ölümünü, o biri dünyaya yola 
salınmasını möhtəşəm ritual-mədəniyyət, hadisəsinə, bir 
növ, arxaik «faciəvi teatra» çevirmişlər. Elə buna görə də 
teatrın rəhbəri V.İbrahimoğlu göstərir ki, «Yuğ» teatr sə-
nətimizin ən dərin, ən şəffaf qaynağıdır. Ondan o yana ta-
rixi yaddaşımızda «qaiblik», qaranlıq başlanır. «Yuğ» mə-
rasimində teatr ünsürləri boldur, bunu görkəmli alim-
lərimiz də  təsdiq edirlər. Odur ki, əlamət, ünsür şəklində 
olan milli teatr düşüncəsini bərpa edib, genişləndirib, 
çağdaş  mənalar və vasitələrlə  zənginləşdirib sözün əsl 
mənasında milli teatrın konseptual poetikasını yaratmaq 
olar» (284). 
V.İbrahimoğlu «Kitabi-dədə Qorqud» əsasında öz 
konseptual poetikasını ilk dəfə 1982-cü ildə İncəsənət İns-
titutunun Tədris Teatrında hazırladığı «Mən Dədə Qor-
qud» tamaşasında həyata keçirmişdir (140). Tamaşa «Ki-
tabi-Dədə Qorqud»un «Dəli Domrul» və Dirsə xan» boy-
ları əsasında hazırlanmışdır. Rejissor tamaşanı «müqəddi-
mə və ön sözlü səhnə dastanı» kimi müəyyənləşdirmişdir. 
İ.Rəhimli belə hesab edir ki, «Azərbaycan teatr tarixində 
belə janr təyini ilk dəfədir»  (283, 132). 
Ümumiyyətlə, V.İbrahimoğlunun hazırladığı tamaşa-
lar çoxmənalılığı ilə seçilir. Hətta onun işləri haqqında de-
yirlər ki, «elitar tamaşadır, hazırlıqlı tamaşaçı tələb edir». 
Lakin İ.Rəhimli bununla qətiyyən razı olmayaraq yazır ki, 
«yeganə  şərt özünü passiv tamaşaçı  çərçivəsinə salma-
maqdır» (284). 


 311 
Bu  şərt V.İbrahimoğlunun «Kitabi-Dədə Qorqud» 
mövzusunda hazırladığı bütün tamaşa-yozumlara aiddir. 
Həmin «şərt» haqqında prof. R.Bədəlov «Mən Dədə Qor-
qud» tamaşasına münasibətdə daha geniş şəkildə belə da-
nışır: «Tamaşanın emosional və  məna dalğasına düzgün 
köklənmək üçün iki gözləntidən qurtulmaq lazımdır. Bi-
rincisi, əsl, gerçək həqiqət gözləntisindən imtina etmək la-
zımdır; bu, nəinki teatrda, hətta təfərrüatları  bərpa etmək 
imkanı daha böyük olan kinoda və ədəbiyyatda da müm-
kün deyildir. Bütün bunlardan başqa, həm də ona görə 
mümkün deyildir ki, «Kitabi-Dədə Qorqud»da xalqın, az 
qala, minillik tarixinin layları əks olunub. İkincisi, səhnə-
dən «Kitabi-Dədə Qorqud»un müxtəlif aktyorlar tərəfin-
dən ifa olunan qiraətini eşitmək gözləntisindən imtina 
etmək lazımdır. Bu («qiraət» - Y.İ.), əlbəttə, mümkündür. 
Lakin böyük Kitabın öz zamanı baxımından tamaşaçıya 
hermetik  şəkildə «bağlı» olan və müasir tamaşaçıya açıl-
maq qabiliyyətindən məhrum şəkildə qavranan tamaşa la-
zımdırmı?.. Heç nə  əlavə etmədən, heç nə  dəyişdirilmə-
dən, heç nə uyğunlaşdırılmadan iki boyun ardıcıllığı rejis-
sora abidənin «sözünə» fövqəladə  dərəcədə qayğı ilə ya-
naşmaqla kəskin, dünyagörüşü baxımından təzadlı qovuş-
ma yaratmağa imkan vermişdir» (373).  
Ümumiyyətlə, igidlik, mərdlik, cəsarət, inam, insan-
pərvərlik üzərində qərar tutmuş keçmişimizin bugün xatır-
lanması qəhrəmanlıq eposunun başlıca xüsusiyyətlərindən 
biridir. Burada təkcə, xalqın qəhrəmanlığı xatırlanmır, bu-
rada məsələlər adamı silkələyir, hər kəsin kimliyi məlum 
olur. Köklü inkişafdan köksüz «zoğlara» keçmənin xalqa 
vurduğu dəhşətli ziyanlar göstərilir. Quruluşçu rejissorun 
da «Mən Dədə Qorqud» səhnə dastanında əsas məqsədlə-
rindən biri odur ki, insan bu gün mənəvi kökündən ayrı 
düşürsə, sabah onu daha dəhşətli faciələr gözləyir.  Ən 
böyük faciə isə budur ki, mənəvi parçalanma, kökdən 
 312
qopma fərddən fərdə keçib şaxələnir, kütləvi hal alır. Belə 
olan halda insan kökün ümumi yüksəliş  zəminindən ay-
rılıb ancaq dar, məhdud çərçivədə inkişaf eyləyir. Vaqfin, 
səhnə dastanına təfsir verəndə   «Kitabi-Dədə Qorqud»un 
on boyunun teatr «itkisinə» «dözüb», yalnız ikicə boyuna 
müraciət etməsinin fəlsəfi-estetik kökünü məhz burada 
axtarmaq gərəkdir. V.Həsənov (V.İbrahimoğlu - Y.İ.) özü-
nün rejissor məntiqini daha sanballı etmək üçün foyedə - 
ocaq başında söylənən müqəddimədə Mövlud Süleymanlı-
nın folklor ruhlu «Köç» romanından «Tarix nədir» «yol 
hardan baş alıb hara gedir» (burada yol  ancaq fəlsəfi mə-
na daşıyaraq, xalqın inkişaf mərhələlərini göstərir) sual-
larına cavab verən parçalardan istifadə etmişdir. «Köç»dən 
verilən parçalar yaddaşımızı keçmişə aparır, tamaşaçını öz 
həyatını, öz keçmişini xatırlamağa məcbur edir (283, 134). 
Dastanda Dədə Qorqud bütöv bir tayfanın, elin oba-
nın, xalqın ümumiləşdirilmiş obrazıdır, müdrikdir, huma-
nistdir, insanpərvərdir. Rejissorun səhnə yozumuna görə, 
Dədə Qorqud milləti parçalamaq, başqasının aşına su tö-
küb fitnə-fəsad törətmək istəyənlərə, xəyanətkarlara qarşı 
qəzəb püskürür. Belə bir mövqedə rejissor dastanın qəhrə-
manlıq ruhunu saxlayır. Eyni zamanda (igidlik prinsipinə 
əsasən) məişət kontekstində iftiraya, yalançılığa qarşı is-
tehzanı və ifşanı gücləndirmişdir. Həmin mövqedə dastan 
öz milli koloritilə  nə  qədər cazibədardırsa, bəşəri huma-
nizm ideyaları ilə bir o qədər mənalıdır, dərin fikirlidir. 
Tamaşanın birinci hissəsində  Dədə Qorqudun özü və 
onunla bağlı hadisələr epos notları ilə çulğanıb. Poetik-psi-
xoloji, nağıl-dastanvari qatda personaclar üçün tanrı sözü 
və onun anlayışı ölməzlikdir, hər biri dini mahiyyət daşı-
yır, tanrıya tapınmaq təbiətə, ulu varlığa qovuşmaq de-
məkdir (283, 135).  
V.İbrahimoğlu daha sonra dastana ikinci dəfə müra-
ciət etdi. «Bakı «Yuğ» teatrının «Kitabi-Dədə Qorqud» 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə