Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə80/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   76   77   78   79   80   81   82   83   ...   89

 321 
etdirən etnik-milli ideyalarının (Azərbaycan) sovet ədəbi 
fikir dövriyyəsinə daxil etməyin yeganə yolu elə «mənəvi 
istiqamət», yəni milli-etnik ideyaları «mənəvi formullar» - 
obraz və motivlər şəklində vermək idi. M.Rzaquluzadə bu 
yolla getmiş, «Kitabi-Dədə Qorqud»dakı milli-mənəvi ide-
yaları bədii-mənəvi konseptlərə - «milli» xarakterin «mə-
nəvi» keyfiyyətlərinin bədii təcəssümünə çevirmişdir.  
Azərbaycan nəsrində M.Rzaquluzadə ilə başlanan  
«mənəvi istiqaməti» daha sonra Ə.Muğanlı (Qurbanov) 
davam etdirmişdir. Yazıçının «Dədə Qorqud» motivləri 
əsasında yazdığı əsərlər «Məclisə Dədə Qorqud gəldi» adlı 
hekayə-əfsanədən, «Qorqud dədənin öyüdü» hekayəsindən 
və «Şəhriyar» povestindən ibrətdir. Yazıçının bu üç əsərini 
(iki hekayə  və bir povest) biri-biri ilə birləşdirən, onların 
«vahid» əsərin tərkib hissələri kimi qovuşduran bir forma-
janr xüsusiyyəti var. O, həm hekayələrini, həm də povesti 
janr, forma, həcm  keyfiyyətlərindən asılı olmayaraq, bir 
«əfsanə» kimi düşünmüşdür.  Ə.Muğanlı öz hekayələrini 
janr baxımından «hekayə-əfsanə» hesab etmiş, povestini 
isə məzmun baxımından «əfsanə» sözü ilə adlandırmışdır: 
«Şəhriyar əfsanəsi». Bu, yazıçının  «Kitabi-Dədə Qorqud» 
motivlərinə müraciətdə tapdığı  bədii üsul, tarixlə («Dədə 
Qorqud» eposu) müasirliyi birləşdirməyin  ədəbi-bədii 
üslubudur.  
Tədqiqat müəyyənləşdirmişdir ki, keçən  əsrin 70-ci 
illərindən Azərbaycan nəsrində «Dədə Qorqud» motivləri 
əsasında yeni bir tendensiya da özünü göstərməyə başla-
yır. Bu, eposun obraz və ideyalarından milli özünütəsdiq 
vasitəsi kimi istifadə edilməsi idi. Həmin istiqamətin əsası 
görkəmli Azərbaycan yazıçısı Anarın yaradıcılığında qo-
yulur. Onun 1969-1972-ci illərdə yazdığı «Dədə Qorqud» 
povesti ilə «Kitabi-Dədə Qorqud» milli ədəbi düşüncədə 
milli özünütəsdiq, milli oyanış  və dirçəliş qaynağı kimi 
tərənnüm olunur. Milli ədəbiyyatda (nəsrdə) «Dədə 
 322
Qorqud» motivləri əsasında yaranan bu milli özünütəsdiq 
istiqaməti M.Rzaquluzadə ilə başlanan,  Ə.Muğanlı ilə 
davam etdirilən «mənəvi istiqamətin» həm davamı, həm 
də ondan fərqlənən müstəqil düşüncə axarı idi. Onun ya-
zıçı Anarla başlanması təsadüfi deyildir. Anarın yaradıcılı-
ğı milli ədəbiyyatımızın xüsusi səhifəsi olduğu kimi, «Ki-
tabi-Dədə Qorqud» eposu da Anar yaradıcılığının xüsusi 
səhifəsidir. Lakin müasir ədəbiyyatda «Dədə Qorqud» mo-
tivləri məsələsinə münasibətdə Anar yaradıcılığını M.Rza-
quluzadə və Ə.Muğanlıdan fərqləndirən xüsusi bir keyfiy-
yət var. Bu, «Kitabi-Dədə Qorqud» eposunun onun təkcə 
bədii yaradıcılığında deyil, eyni zamanda elmi yaradıcılı-
ğında mühüm yer tutmasıdır. Başqa sözlə, epos Anarı tək-
cə onun bədii motivlərindən istifadə baxımından yox, həm 
də elmi baxımdan cəlb etmişdir. Məsələnin bu cəhəti eti-
barilə Anar, əslində, onaqədərki ənənəni uğurla davam və 
inkişaf etdirmişdir. Eposu eyni zamanda həm elmi, həm də 
bədii düşüncənin obyektinə çevirmək  ənənəsi  Ə.Dəmirçi-
zadədən başlanır. O, «Dədə Qorqud» mövzusunda dram 
əsərləri ilə müasir Azərbaycan ədəbiyyatında «Kitabi-Də-
də Qorqud» motivlərinin  əsasını qoyduğu kimi, eposun 
dili ilə bağlı qiymətli və fundamental əhəmiyyətə malik 
olan əsərlər yazmışdır. Bu ənənə sonradan müxtəlif forma-
larda davam etdirilsə  də, həmin yanaşma parlaq formada 
iki  ədibin - Anarın və K.Abdullanın yaradıcılığında öz 
əksini tapmışdır. 
Anarın «Dədə Qorqud» yaradıcılığının  əsasında 
«Dədə Qorqud» povesti durur. O, povestdə milli mədəniy-
yətin “ana kitabını” povestdə milli tarixin ana sütununa, 
milli taleyin məhvərinə çevirmişdir. Təhlil müəllifin mət-
nə daxil etdiyi «milli tale yükünün» üç qatını aşkarlamış-
dır: Birincisi, «Kitabi-Dədə Qorqud» eposundan gələn 
oğuz milli tarixi; İkincisi, Oğuz tarixinin də onun içərisinə 


 323 
bütövlükdə daxil olduğu ümumtürk milli tarixi; Üçüncüsü, 
Oğuz-Türk taleyinin içində olan Azərbaycan milli tarixi. 
Bu üç qat biri-birinin içində olub, vahid orqanizmi 
təşkil etməklə «ümummilli taleyi» yaradır. Həmin ümum-
milli tale «Kitabi-Dədə Qorqud» dastanlarında «oğuzların 
tarixi» kimi təcəssüm olunmuşdur. Anar öz povestində hər 
üç layı - oğuz tarixi, ümumtürk tarixi və Azərbaycan tari-
xini həm ayrılıqda, həm də bütöv bir orqanizm kimi əsərə 
daxil etmişdir.  
Tədqiqat göstərmişdir ki, Azərbayan nəsrində K.Ab-
dullanın yaradıcılığının simasında «Dədə Qorqud» motiv-
lərinin tamamilə yeni və orijinal yozum istiqaməti yaran-
mışdır. Milli nəsrdə «Kitabi-Dədə Qorqud» dastanlarının 
postmodernist roman «yozumu» yazıçı,  şair, prof. K.Ab-
dullanın yaradıcılığı ilə bağlıdır. Onun «Yarımçıq  Əlyaz-
ma» romanı başdan-ayağa təzadlar və müəyyən mənada 
qəribəliklər üzərində qurulmuşdur. Əsərin çox sadə və qısa 
məzmunu məna etibarilə çox mürəkkəb və nəhəng müna-
sibətlər sistemini əhatə edir. K.Abdullanın ustalığı ondadır 
ki, burada təzadlı  məqamları biri-birinə üzvi şəkildə qo-
vuşdurub. Süjetin sadəliyi məzmunun məna qloballığı ilə 
qovuşaraq kompozisiya mürəkkəbliyi yaradıb. Romanın 
süjet  əsasında duran «casus» məsələsi nə  qədər komik 
planda təsvir olunsa da, onun altında çox ciddi problemlər 
durur.  
Təhlil «Yarımçıq  Əlyazma» romanının kompozisi-
yasında mətnin dörd ifadə planını üzə  çıxarmışdır: Birin-
cisi, romanın təhkiyəçi Qorqud da daxil olmaqla oğuzlar-
dan bəhs edən əsas süjet planı; İkincisi, təhkiyəçi Qorqu-
dun birinci süjet planındakı bütün hadisələrə müstəqil mü-
nasibətini ifadə edən və mətndə mötərizə içərisində veril-
miş plan; Üçüncüsü, romanda zamanın sinxronlaşdırılması 
(paralelləşdirilməsi) prinsipinə  əsaslanmaqla  Şah  İsmayıl 
Xətaidən bəhs edən süjet planı; Dördüncüsü, romanda 
 324
müəllifin - K.Abdullanın birbaşa iştirakını  təmin edən və 
mətndə ayrıca şrift düzümü ilə verilmiş elmi şərh planı. 
Gəldiyimiz qənaətə görə, romanın məkan-zaman qu-
rumu dörd zaman qatından təşkil olunmuşdur: 1. Oğuzlar 
haqqında təhkiyə zamanı; 2. Xətai haqqında təhkiyə 
zamanı; 3. Qorqudun müəllif təhkiyəsinin zamanı; 4. 
K.Abdullanın müəllif-alim təhkiyəsinin zamanı. 
İşdə müasir Azərbaycan poeziyasında «Dədə Qor-
qud» motivlərinin tədqiqi göstərmişdir ki, Azərbaycan 
poeziyasında xüsusilə görkəmli  şairlərin yaradıcılığında 
«Dədə Qorqud» motivlərindən istifadə kiçik janrlardan 
(şeirlərdən) monumetal janrlara (poemalara) doğru istiqa-
mət götürmüşdür. Bu cəhətdən B.Vahabzadə, N.Xəzri, 
B.Səhənd, A.Abdullazadə, Z.Yaqub, N.Kəsəmənli, V.As-
lan və b. şairlər Dədə Qorqud ruhunda təkcə kiçik həcmli 
şeirlər yazmamış, eləcə də iri poemalar yaratmışlar. Azər-
baycan  şairlərinin yaradıcılığında «Kitabi-Dədə Qorqud» 
motivlərindən istifadə bütün hallarda milli-mənəvi dəyər-
lərlə bağlı olmuşdur. Şairlər eposa milli dəyərlərin qaynağı 
kimi müraciət etmişlər. Özünü bir milli şəxsiyyət və sima 
kimi axtaran, milli özünütəsdiq ideyaları üçün alışıb-yanan  
yaradıcı subyektlər bütün bu ideya və idealları  məhz 
«Kitabi-Dədə Qorqud» dastanlarında tapırdılar.  
Tədqiqat göstərmişdir ki, «Dədə Qorqud» motivləri 
müasir Azərbaycan  şeirində geniş yayılmışdır. Bu proses 
müasir şeirimizin bizim keçən əsrdən başlayan və bugünə 
qədər davam edən tarixini, demək olar ki, bütövlükdə əha-
tə edir. Bu dövrdə stalinizm repressiyalarından irəli gələn 
bəzi fasilələr olmuşsa da, «Dədə Qorqud» ruhu ürəklərdə 
yaşamaqda davam etmiş, repressiyalar aradan qalxdıqdan 
sonra həmin ədəbi ruh böyük coşqu ilə ədəbi mətnlərdə öz 
ifadəsini tapmışdır.  
Eposun müasir Azərbaycan şeirinə təsirinin öyrənil-
məsində «Dədə Qorqud» motivləri  əsasında yazılmış 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə