Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   18   19   20   21   22   23   24   25   26

64 

 

kinci  mərhələdə  TAS M  layihəsi  BMT  mandatına  uyğun  olaraq  həyata 



keçiriləcəkdir. 

  

TAS M  layihəsi  regionda  açıq  informasiya  cəmiyyətinin  yaradılmasına, 



bağlantının  sürətləndirilməsinə   və  internet  xidmətlərinin  inkişafına  kömək 

edəcəkdir.  Bununla  da  iqtisadi  inkişafa,  iqtisadiyyatlarin  diversifikasiyasına  və 

raqəbətin artırılmasına nail olunacaqdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


65 

 

3.2. Azərbaycanın elmi-texniki strategiyasi və müasir xidmətlərlə beynəlxalq 



ticarətin perspektivləri 

 

 



Müasir  dövrün  reallıqlarına  uyğun  həyata  keçirilən  siyasət  nəticəsində  son 

illər  Azərbaycan  Respublikası  sosial-iqtisadi  inkişaf,  ictimai-siyasi  sabitlik 

şə

raitində  yaşayır  və  regionun  aparıcı  dövlətinə  çevrilmişdir.  Ölkədə  qeyri-neft 



sektorunun  inkişafı  ilə  əlaqədar  həyata  keçirilən  dövlət  proqramları  və  konkret 

ə

məli  tədbirlər  iqtisadiyyatın  diversifikasiyası  və  yeni  sənaye  sahələrinin  inkişafı 



üçün geniş imkanlar açmışdır. 

nformasiya və kommunikasiya texnologiyalarının ( KT) tətbiqinin səviyyəsi 

hər  bir  ölkənin  sosial-iqtisadi  inkişafı  ilə  yanaşı,  onun  intellektual  və  elmi 

potensialının,  dövlət  idarəçiliyində  şəffaflığın  və  səmərəliliyin,  həmçinin 

cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. 

nformasiya  və  kommunikasiya  texnologiyaları  sahəsi  prioritet  sahə  elan 

edilmişdir.  Rabitə  və  informasiya  texnologiyaları  sahəsinin  isə  neft  sahəsindən 

sonra  Azərbaycan  iqtisadiyyatının  ən  inkişaf  etmiş  sektoru  olacağı  gözlənilir. 

nformasiya  və  kommunikasiya  texnologiyalarının  geniş  tətbiqi  ölkənin  hərtərəfli 

inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin 

olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycan  Respublikasının  Avropa  və  Asiya  qitələri  arasında  əlverişli 

geoiqtisadi,  coğrafi,  eləcə  də  informasiya  magistrallarının  kəsişdiyi  məkanda 

yerləşməsi  informasiya  mübadiləsinin  xarici  ölkələrdən  asılılığının  aradan 

qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan 

telekommunikasiya  peyklərinin  hazırlanması  və  orbitə  çıxarılması  Azərbaycanın 

regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından 

böyük əhəmiyyət kəsb edir. 

Azərbaycanda  yüksək  texnologiyaların  tətbiq  olunmasına  və  ölkədə  kosmik 

sənayenin 

yaradılmasına 

təkan 


verilməsi 

məqsədi 


ilə 

«Azərbaycan 

Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin 



66 

 

orbitə  çıxarılması  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  2008-ci  il  4 



noyabr  tarixli,  27  nömrəli  Sərəncamında  kosmik  sənayenin  yaradılması  və 

inkişafına  dair  Dövlət  Proqramının  hazırlanması  nəzərdə  tutulur  [3].  Bu 

istiqamətdə  görülən  işlərin  ardıcıllığını  və  sistemliliyini  təmin  etmək,  qarşıya 

qoyulmuş  strateji  məqsədlərə  nail  olmaq  üçün  müvafiq  idarəetmə  strukturunun 

yaradılması,  kosmik  sənayenin  yaradılması  və  inkişafı,  telekommunikasiya 

peykinin hazırlanaraq orbitə çıxarılması ilə telekommunikasiya peyk şəbəkələrinin 

yaradılması,  kosmik  informasiyanın  qəbulu  və  emalı  üzrə  çoxfunksiyalı 

superkompüter  mərkəzinin  yaradılması,  kadrların  hazırlanması  vacibdir.  Eyni 

zamanda, kosmik sənaye və informasiya texnologiyalarının nanotexnologiyalardan 

geniş  istifadə  etməklə  inkişafı  və  bu  sahədə  hüquqi  bazanı  təkmilləşdirərək  yeni 

normativ hüquqi aktların qəbulu nəzərdə tutulur. 

Dövlətin  iqtisadi  və  hərbi  gücünün  inkişafı  zərurəti  kosmik  tədqiqatlar 

sahəsində  fundamental  elmi  biliklərin  genişləndirilməsini  tələb  edir.  Kosmik 

fəzanın  fəth  edilməsi  iqtisadiyyatın  və  milli  təhlükəsizliyin  səviyyəsini 

müəyyənləşdirən  amillərdəndir.  Aerokosmik  fəzada  yerləşdirilmiş  cihazlar  və 

komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni olan 

məlumatları  operativ  şəkildə  əldə  etməyə,  aerokosmik  laboratoriyalar  isə 

komponentlərin,  dünya  okeanının,  planetlərin  və  digər  xüsusi  obyektlərin 

öyrənilməsinə geniş imkanlar yaradır. 

Azərbaycan  Respublikasında  kosmik  sənayenin  yaradılması  və  inkişafı  üzrə 

Dövlət Proqramı növbəti 5 ildə kosmik sənayenin yaradılması və inkişafına xüsusi 

təkan  verəcək,  Dövlət  Proqramının  yerinə  yetirilməsi  üzrə  nəticələr  və  sahə  üzrə 

dəyişikliklər 

nəzərə 


alınmaqla, 

sonrakı 


mərhələlər 

üçün 


tədbirlər 

müəyyənləşdiriləcəkdir. 

Mövcud vəziyyət. XX əsrin 60-70-ci illərində orbitə çıxarılan peyklər əsasən 

rabitə  və  analoq  teleradio  yayımı  üçün  istifadə  olunurdusa,  80-ci  illərdə  yeni 

VSAT (kiçikölçülü peyk terminalı) texnologiyasının yaranması lokal, şəhərlərarası 

və beynəlxalq rabitənin daha geniş ərazilərdə inkişafına böyük təkan vermişdir. 90-

cı illərin sonundan etibarən isə peyk sistemlərinin tətbiqi dünyada daha keyfiyyətli 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə