Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   2   3   4   5   6   7   8   9   10   ...   26

22 

 

1.



  stehsal  françayzinqi.  Hər  hansı  bir  məhsulun  hazırlanması 

texnologiyasına  malik  firma,  həmin  texnologiyanı  digər  bir  müştəri-firmaya 

müəyyən  ərazidə  bu  məhsulu  istehsal  etmək  üçün  verir.  Bu  metod  daha  çox 

alkoqolsuz içkilərin istehsalında istifadə olunur. Məsələn, Koka-Kola kompaniyası 

öz  məhsullarının  hazırlanması  üçün  lazımi  texnologiyanı  və  konsenrtantları  digər 

bir  ölkədəki  françayzi  kompaniyaya  təqdim  edir  və  məhsulların  istehsalının  və 

satışının  idarə  olunmasıyla  məşğul  olur.  Lakin  bu  halda  ən  vacib  şərt  məsələn, 

Bakıda istehsal olunan məhsulun San-Fransiskodakı məhsuldan fərqlənməməsidir. 

Təbii  ki,  məhsul  istehsalında  istehlaçıların  regional  fərqlərinin  nəzərə  alınması 

istisnadır. 

2.

  Ticarət françayzinqi. Hər hansı bir aparıcı firma öz əmtəə nişanını digər 



bir  firmaya  müəyyən  bir  ərazidə  realizasiya  etmək  üçün  təqdim  edir.  Bu  zaman 

françayzi məhsulun satışına qədər və satışdansonrakı xidmətləri öz üzərinə götürür. 

Françayzi  məhsulları  françayzordan  alır  və  öz  adından  satır.  Ticarət 

françayzinqinin özünəməxsus xarakteri françayzi şirkətin əmtəə satışı və xidmətlər 

göstərilməsində  dar  ixtisaslaşmaya  malik  olması  ilə  izah  oluna  bilər.  Hal-hazırda 

bu  tip  françayzinq  daha  çox  avtomobil  şinlərinin  satışında  istifadə  olunur.  Əgər 

ə

mtəə və xidmətlər əmtəə nişanı deyilsə onda bu tip taicarət françayzinq sayılmır 



[30]. 

3.

  Xidmət  sahəsinin  françayzinqi.  Bu  sahə  təqribən  ticarət  françayzinqində 



olduğu  kimidir.  Sadəcə  əməkdaşlığın  obyekti  fərqlidir.  Bu  sahədə  ilk  addımı 

MakDonald kompaniyası atmışdır. Hal-hazırda dünyanı bir sıra ölkələrində xidmət 

françayzinqi  əsasında  çoxlu  sayda  restoran  və  qəlyanaltıların  açıldığını  qeyd 

etməliyik. 

Françayzi olmaq üçün icazə müxtəlif metodlarla əldə oluna bilər. Daha geniş 

yayılmış iki forma mövcuddur: Birbaşa françayzinq və master françayzinq. Birinci 




23 

 

halda françayzor franşizəni yerli sahibkara satır. Françayzor və françayzi arasında 



sıx  əlaqələrin  qurulması  baxımında  bu  ən  real  variant  hesab  olunur.  Lakin 

subyektlər  arasında  coğrafi  baxımdan  fərqlər  mövcud  olarsa  bir  sıra  çətinliklər 

ortaya  çıxa  bilər.  Bura  ilk  növbədə  yerli  səviyyədə  françayzinin  fəaliyyətinin 

izlənilməsində  və  köməklik  göstərilməsində  ortaya  çıxan  problemlərin 

mövcudluğunu  aid  etmək  olar.  ri  kompaniyalar  bu  metoddan  bir  qayda  olaraq 

müxtəlif bazarların öyrənilməsində geniş istifadə edirlər. 

Master  françayzinq  sistemində  isə  beynəlxalq  kompaniya  digər  bir  ölkə 

ə

razisində  yalnız  bir  iri  françayzi  kompaniyaya  fəaliyyət  göstərmək  üçün  icazə 



verir.  Bu  ölkədə  françayzinq  sisteminin  qurulması,  çoxlu  sayda  xırda 

kompaniyaların  bu  sistemə  cəlb  olunması,  onların  idarə  edilməsi  və  ödənişlərin 

vaxtında  həyata  keçirilməsi  işləri  də  bütünlükdə  bu  iri  françayzi  firmaya  həvalə 

olunur. 


Françayzinq  sahəsində  ən  fəal  şirkətlər  ABŞ-ı  təmsil  edir.Yeri  gəlmişkən 

françayzinqdən ABŞ-da ilk dəfə tikiş maşınlarının istehsalı ilə məşğul olan Zinqer 

kompaniyası  istifadə  etmişdir.  XIX  əsrin  ortalarında  Zinqer  kompaniyası  tikiş 

maşınlarının kütləvi istehsalına başlayır. Lakin bu maşınlara xidmət göstərilməsini 

və ehtiyyat hissələrlə təmin edilməsini mərkəzləşdirilmiş şəkildə həyata keçirmək 

praktiki  cəhətdən  qeyri-real  idi.  Buna  görə  də,  kompaniya  françayzinq  sistemi 

yaradır. Maliyyə cəhətdən sərbəst firmalara tikiş maşınlarına xidmət göstərmək və 

ehtiyyat hissələrinin satışını təşkil etmək hüququ verilir. 

Eyni tipli sistem 1898-ci ildə General Motors şirkəti tərəfindən yaradılmışdır. 

Dilerlərə  digər  kompaniyaların  məhsullarını  satmağa  icazə  verilmirdi.  Bundan 

başqa  həmin  firmalar  françayzor  kompaniyanın  imicini  qorumaq  və  xidmət 

səviyyəsini  yüksəltmək  üçün  öz  kapitallarını  bu  işə  sərf  etməliydilər.  Avtomobil 

satışında françayzinq sistemindən hal-hazırda da istifadə olunur. 



24 

 

Koka-Kola, Pepsi, Seven-Ap və digər şirkətlər alkoqolsuz içkilər istehsalı və 



satışı sahəsində françayzinq sistemidən hər zaman səmərəlisenziya şəkildə istifadə 

etmiş və etməkdədir. 

XX  əsrin  50-ci  illərinə  qədər  françayzinq  məhsul  satışının  və  xidmətlərin 

genişləndirilməsinin  effektli  metodu  hesab  edilirdi.  Bu  ənənvi  françayzinq  və  ya 

ilkin nəsil françayzinq hesab edilirdi [30].  

ABŞ-da françayzinqin inkişafına güclü təkan verən hadisə 1946-cı ildə əmtəə 

nişanları haqqında qanunun qəbul edilməsi oldu. Artıq sahibkarlar qanunvericiliyin 

dəstəyi ilə, o qədər də böyük olmayan xərclər hesabına öz əmtəə nişanlarını digər 

kompaniyalara  müəyyən  şərtlər  daxilində  verir  və  bunun  hesabına  öz  biznesini 

böyütmüş olurdu. 

 

 

Françayzinqin tətbiq sahələri 



Françayzinqin çoxsəviyyəli sistemi  

Təhsil xidmətləri 

stirahət və əyləncə 

Restoran, kafe və qəlyanaltılar 

Tibbi və kosmetika xidmətləri 

Ev təsərrüfatı ilə bağlı xidmətlər 

Pərakəndə satış və s. 

istehsalçı-istehsalçı 

istehsalçı-topdansatış 

istehsalçı-pərakəndəsatış 

topdansatış-pərakəndəsatış 

pərakəndəsatış-pərakəndəsatış 

xidmətgöstərən-xidmətgöstərən 

 

Şə



kil 3.  Françayzinqin istifadə sahələri və səviyyələri [30]. 

 

xtiyari növ biznesi franşizə sisteminə çevirmək olar. Beynəlxalq Françayzinq 

Assosasiyası  françayzinqin  tətbiq  olunması  mümkün  olan  70  növ  təsərrüfat 

sektorunu müəyyənləşdirmişdir [26]. 

Françayzinq bisnesin bir sıra sahələrində daha çox istifadə olunur ki, bunlara 

aşağıdakıları aid etmək olar - avtomobil sənayesi və avtoservis, biznesin təşkili və 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə