Microsoft Word Fidan-Qasimova



Yüklə 273,51 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix14.06.2018
ölçüsü273,51 Kb.
#48771
1   2   3   4   5   6   7   8   9

 

4

hallarının geniş yayılmasına səbəb olmuşdur. Belə bir vəziyyətdə 



qədim əcdadlarımızın, Dədə Qorqud və Oğuz xaqan kimi mədəni 

qəhrəmanların  öz  xalqlarına  etdiyi  tövsiyələri,  yaratdıqları  adət-

ənənələri  sistemli  şəkildə  öyrənib,  geniş  xalq  kütlələrinə 

çatdırmaq, sözsüz ki, olduqca vacib və aktual bir vəzifədir. 

Miflər  qədim  insanlara  onların  kim  olduqlarını  və  necə 

yaşamalı olduqlarını öyrədirdi. O zamanlar da, xeyli dərəcədə elə 

indi  də  miflər  əxlaq  normalarının,  dövlətçiliyin  və  milli 

özünüdərkin  əsasını  təşkil  edir.  Mifi  təkcə  “primitiv”,  “elmsiz” 

cəmiyyətin məhsulu hesab etmək heç də düzgün deyildir. Bizim 

dövrümüzdə də həyat mifoloji simvol və mənalarla doludur. Mif 

bizi özümüzə göstərən əbədi bir güzgüdür. Bizim öz ətrafımızda 

da  miflər  vardır.  Sadəcə  biz  onları  görüb,  müəyyən  etməyi 

öyrənməliyik.  Məsələn,  XX  əsrin  ən  böyük  miflərindən  biri, 

sözsüz  ki,  kommunistlərin  “hər  kəsdən  bacarığına,  hər  kəsə 

tələbatına  görə”  prinsipinə  əsaslanan  kommunizm  cəmiyyəti 

quruculuğunu  1980-ci  ildə  başa  çatdırmaq  illüziyası  idi.  Qədim 

insanlar  miflərə şəksiz  inandıqları kimi, on  milyonlarla  insan da 

o zamanlar belə xülyalara inanırdı.  

Göründüyü  kimi,  mif  sanki  bütün  dövrlər  və  bütün  insanlar 

üçün daimi və dəyişməz bir fəlsəfi kateqoriyadır. Ən yaxşı miflər 

özündə  dərin  fəlsəfi  mənalar,  xalqın  tarixi  yaddaşını  və  milli 

xarakterini saxlayır. 

Məlum  olduğu  kimi,  Azərbaycan  mifologiyası  elmi  şəkildə 

əsasən 1960-ci illərdən öyrənilməyə başlanmış, son illərdə isə bu 

iş xeyli intensivləşmişdir. Bununla belə, türk mifologiyasının bir 

çox  problemləri,  o  cümlədən  də  “mədəni  qəhrəman”  problemi 

indiyədək  nə  ölkəmizdə,  nə  də  xaricdə  müfəssəl  şəkildə 

öyrənilməmiş  və  ayrıca  tədqiqat  obyekti  olmamışdır.  Bütün 

bunlar  isə  dissertasiya  mövzusunun  aktual  və  qanunauyğun 

olmasına dəlalət edir.   



Mövzunun  işlənmə  səviyyəsi.  Folklorda  mədəni  qəhrəman 

problemi  indiyədək  nə  Azərbaycan  folklorşünaslığında,  nə 

türkologiya  elmində,  nə  də  şifahi  xalq  ədəbiyyatına  dair  rus 

dilində  nəşr  olunmuş  elmi  ədəbiyyatda  ayrıca  monoqrafik 

tədqiqat  mövzusu  olmamışdır.  Başqa  dünya  xalqlarının 

folklorşünaslığında  da  bu  sahədə  hər  hansı  bir  hərtərəfli  və 

müfəssəl araşdırmanın mövcud olması bizə məlum deyildir. 



 

5

Bununla  belə  folklorşünaslığa  dair  yazılmış  bir  çox  kitab  və 



məqalələrdə  “mədəni  qəhrəman”  və  “demiurq”  adlarına  rast 

gəlmək  mümkündür.  Ancaq  həmin  tədqiqatların  əksəriyyətində 

bu personajlar barəsində yazılanlar ümumi səciyyə daşıyır və bir 

qayda olaraq bir neçə cümlədən və ya abzasdan çox olmur. 

Bu məsələ barədə nisbətən ətraflı və ən mükəmməl məlumata 

ikicildlik  “Dünya  xalqlarının  mifləri”  ensiklopediyasında  E.  M. 

Meletinski  tərəfindən  yazılmış  “Demiurq”  və  “Mədəni 

qəhrəman”  məqalələrində rast gəlinir. İkinci  məqalənin  sonunda 

bizi maraqlandıran mövzuya bu və digər dərəcədə toxunmuş rus 

və  ya  Avropa  tədqiqatçılarının  müvafiq  əsərlərinin  adları  da 

göstərilmişdir. E.M.Meletinskinin bu məqalələrinin əsas tezisləri 

onun bir sıra başqa əsərlərində də təkrar olunmuşdur. 

Koreya  mifologiyası  əsasında  mədəni  qəhrəman  probleminə 

həsr  edilmiş  başqa  bir  məqalə  isə  R.Ş.  Carılqasinova  tərəfindən 

yazılmışdır.

Azərbaycan  folklorşünaslığında  mədəni  qəhrəman  problemi 



barədə  F.  Bayatın  “Türk  mitolojisində  koruyucu  ata  kültü 

paradiqmasında 

medeni 

kahramanlıq 



ve 

iyelik 


işlevi”

2

 



məqaləsində,  C.  Bəydilinin  “Türk  mifoloji  obrazlar  sistemi: 

struktur  və  funksiyası”

3

  kitabında  və  yenə  həmin  müəllif 



tərəfindən  hazırlanmış  “Türk  mifoloji  sözlüyü”

4

  adlı  lüğətdə 



nisbətən ətraflı məlumat verilmişdir.  

Tədqiqatın  obyekti  və  predmeti.  Dissertasiyanın  tədqiqat 

obyekti  müxtəlif  dövrlərdə  ayrı-ayrı  müəlliflər  tərəfindən 

toplanmış  qədim  türk  mifoloji  mətnləridir.  Bununla  yanaşı 

tədqiqat  prosesində  başqa  xalqların  mifologiyasına  da  müraciət 

edilmişdir. 

                                                

1

Джарылгасинова  Р.Ш.  Корейские  мифы  о  культурных  героях  // 



Религия  и  мифология  народов  Восточной  и  Южной  Азии.  М.:  Наука, 

1970, с. 62-73.

 

2

 



Bayat  F.  Türk  mitolojisində  koruyucu  ata  kültü  paradiqmasında  medeni 

kahramanlıq  ve  iyelik  işlevi  /  “Ortaq  türk  keçmişindən  ortaq  türk 

gələcəyinə” III Uluslararası folklor konfransı. Bakı: Səda, 2005, s. 169-176.

 

3



 

Bəydili  C.  Türk  mifoloji  obrazlar  sistemi:  struktur  və  funksiyası.  Bakı: 

Mütərcim, 2007, 272 s. 

 

4



 

Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, 418 s. 

 



 

6

Tədqiqatın  predmetini  mifoloji  mətnlərdəki  mədəni  qəhrə-



man  tiplərinin  və  onların  transformasiya  formalarının  tədqiqi 

təşkil  edir.  Bu  personajlar  qədim  türk  xalqları  mifologiyasında 

xüsusi  yer  tutduğuna  görə  qədim  türklərdəki  mifoloji  mətn  və 

eposların  sistemli  şəkildə  nəzərdən  keçirilməsi  əsas  istiqamət 

kimi  götürülmüşdür.  Qədim  türk  xalqlarının  mif  və  əfsanələrin-

dəki mədəni qəhrəman personajlarının özünəməxsus cəhətlərinin, 

onları  səciyyələndirən  xüsusiyyətlərin  və  onların  özlərinin 

dəyişilmiş formalarda eposlara transformasiya üsullarının tədqiqi 

də işin predmeti kimi seçilmişdir. 

Dissertasiyanın  məqsəd  və  vəzifələri.  Dissertasiyanın  əsas 

məqsədi  qədim  türk  folklorunda  mədəni  qəhrəman  personajları 

və  onların  transformasiya  formalarını  araşdırmaqdan  ibarətdir. 

Mədəni  qəhrəmanlar  haqqında  dəqiq  və  müfəssəl  məlumatlar 

vermək, onların  mif  və əfsanələrdəki  mövqeyini  müəyyənləşdir-

mək,  bu  qəhrəmanları  onların  funksiyalarına  yaxın  funksiyaları 

yerinə  yetirən  başqa  personajlardan  fərqləndirən  cəhətləri 

aydınlaşdırmaq  və  mədəni  qəhrəmanların  transformasiya 

proseslərini  izləmək  məqsədilə  aşağıdakı  elmi  vəzifələri  yerinə 

yetirmək nəzərdə tutulmuşdur:  

-  Haqqında  tədqiqat  apardığımız  mədəni  qəhrəmanları 

doğuran tarixi sosial şəraiti  öyrənmək;  

-  Qədim  türk  xalqlarının  mifoloji  dünyagörüşünü  sistemli 

şəkildə işıqlandırmaq;  

-  İlkin mifoloji inanc formalarını ətraflı tədqiq etmək; 

-  Mifoloji  mətnlərdə  mədəni  qəhrəmanın  arxetiplərini 

araşdırmaq; 

-  Mədəni  qəhrəman  obrazlarının  spesifikasını  və  tiplərini 

müəyyənləşdirmək; 

-  Qədim türklərin mifologiyasındakı mədəni qəhrəman ob-

razlarını başqa xalqlardakı oxşar personajlarla müqayisə etmək; 

-  Mifoloji  mətnlərdəki  mədəni  qəhrəman-demiurqların 

transformasiya formalarını müəyyənləşdirmək və s. 

Dissertasiyanın  elmi  yeniliyi.  Dissertasiyanın  əsas  elmi 

yeniliyi  türk  xalqları  mifologiyasında  ilk  dəfə  olaraq  mədəni 

qəhrəman  və  onun  transformasiya  formaları  haqqında  geniş  və 

sistemli  şəkildə  monoqrafik  tədqiqat  aparılmasıdır.  Aparılan 

araşdırma  bir  sıra  elmi  yeniliklərin  əldə  edilməsinə  imkan 

yaratmışdır. Bunları aşağıdakı şəkildə qruplaşdırmaq olar:  




Yüklə 273,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə