Microsoft Word Fidan-Qasimova



Yüklə 273,51 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix14.06.2018
ölçüsü273,51 Kb.
#48771
1   2   3   4   5   6   7   8   9

 

24

gəlincə,  onlar  epik  transformasiyada  ata  və  övliya  kimi  çıxış 



edirlər. 

Üçüncü 


fəslin 

ikinci 


paraqrafı 

isə 


Triksterlərə 

çevrilmələr”  adlanır.  Mifoloji  dövrün  sərt  qanunları  laxlamağa 

və  sinifli  cəmiyyətin  ilkin  əlamətləri  yaranmağa  başlayarkən 

mədəni  qəhrəman  obrazından  tədricən  ibtidai  kələkbaz  surəti 

qopub  ayrılır.  İlkin  dövrlərdə  kələkbaz  ya  mədəni  qəhrəmanın 

qardaşı kimi, ya da onun “ikinci şəxsiyyəti” kimi təsvir edilir. Bu 

surətə  mədəni  fəaliyyətlə  yanaşı  hiylə  və  kələklər  də  mənsub 

edilir.  Elmdə  “trikster”  adı  almış  bu  personaj  özündə  iblislik  və 

komiklik xüsusiyyətlərini birləşdirir. O, nəinki mədəni qəhrəma-

nı  uğursuz  şəkildə  təqlid  edir  və  ya  ona  maneçilik  törədir, 

həmçinin  öz  aclıq  və  ya  şəhvət  hisslərini  təmin  etmək  üçün 

məkrli  və  gülünc  hiylələrə  də  əl  atır.  Bəzi  triksterlər  acgözlüyə, 

digərləri ehtiraslara malik olur.  

“Koroğlu”  dastanı  ilə  ətraflı  tanışlıq  zamanı  Koroğlu 

obrazının  epik  transformasiyada  həm  də  trikster  kimi  fəaliyyət 

göstərdiyinin  şahidi  oluruq.  Bu  fikri  söyləməyimizə  səbəb 

obrazdakı  kələkbazlıq,  dönərgəlik  xüsusiyyətidir.  Belə  ki, 

dastanın əksər qollarında Koroğlunun bir aşıq kimi sazı sinəsinə 

basıb oxuması, bəzən isə müəyyən məqamlarda özünü aşıq kimi 

qələmə verməsi ilə rastlaşırıq.  

“Həmzənin  Qıratı  aparması”  qolunda  Koroğlu  özünü 

dəyirmançı,  “Düratın  itməyi”  qolunda  isə  ilxıçı  kimi  qələmə 

verir.  Başqa  bir  qolda  isə  Eyvazı  Çənlibelə  gətirməyə  gedən 

Koroğlu  çoban  paltarında  Eyvazın  qarşısına  çıxır  və  özünü  ona 

çoban  kimi  təqdim  edir.  “Koroğlu  ilə  Bolu  bəy”  qolunda  isə 

Koroğlu  əvvəl  özünü  Bolu  bəyə  qoruqçu  kimi  tanıdır.  Çıxılmaz 

vəziyyətdə qalan Koroğlu canını qurtarmaq üçün kələk işlədərək 

Çənlibelin qoruqçusu olduğunu söyləyir.

46 


Koroğlu  trikster  kimi  dönərgəlilik  xüsusiyyətinə  malik 

olmaqla  yanaşı,  həm də qarınquludur  və aclığa dözümü  yoxdur. 

“Həmzənin  Qıratı  aparması”  qolunda  onun  bu  xüsusiyyəti  də 

bariz şəkildə özünü göstərir.

47

  

Triksterin  əsas  cəhəti  kələkbazlıq  edərək  öz  məqsədinə  nail 



olmasıdır.  “Koroğlu”  dastanında  “Həmzənin  Qıratı  aparması” 

                                                

46

 Azərbaycan dastanları: 5 cilddə, IV c., Bakı: Çıraq, 2005, s. 289 



47

 Yenə orada, s. 178 




 

25

qoluna bir daha nəzər salaq. Bu qolda Həmzə də miflərdə təsvir 



edilən triksterin  epik transformasiyasıdır. Həmzənin öz  istəyinə, 

arzusuna çatmaq üçün kələk işlətməsi, yalan danışması, oğurluğu 

triksterin iştirak etdiyi miflərdə də rast gəlinən hallardır. 

Əgər  mədəni  qəhrəmanın  təkamülü  epik  qəhrəmana  doğru 

gedirsə,  trikster  obrazının  inkişafı  heyvanlar  haqqındakı 

nağıllarda  olan  hiyləgər  surətlərinə  aparır.  Bu  nağıllardakı 

trikster  mifoloji  mətnlərdəki  fəaliyyətindən  bir  qədər  fərqli 

şəkildə  özünü  göstərir.  Ancaq  bəzi  janrlarında  triksterin 

kələkbazlığı  özünü  qoruyub  saxlayır.  Bəzən  də  elə  olur  ki,  o, 

kələkbazlıqla  yanaşı  gülməli  cəhətləri  ilə  də  seçilir.  Onun 

acgözlüyü, qarınqulu olması, bəzən səfeh, ağılsız hərəkləri gülüş 

yaradır. Məsələn, bir sıra xalqlarda Qarğa trikster kimi acgözlük 

etdiyi, hiyləgərliyə əl atdığı halda, Azərbaycan nağıllarında bunu 

tülkü obrazı yerinə yetirir.

48

 

Dissertasiyanın  “Nəticə”  hissəsində  tədqiqat  zamanı  əldə 



edilmiş  başlıca  elmi  qənaət  və  mülahizələr  ümumiləşdirilmişdir. 

Burada  əldə  edilən    nəticələrdən  ən  mühümü  mifologiyada 

demiurq  və  mədəni  qəhrəman  kimi  yaxın  xüsusiyyətli 

personajların  fəaliyyətinin  bir-birindən  fərqləndirilməsi  hesab 

edilə bilər. Çünki bir-birinə yaxın missiyaları yerinə yetirən bu iki 

personajın  fəaliyyəti  elmi  ədəbiyyatda  çox  vaxt  qarışdırılır  və 

onların əldə etdiyi nailiyyətlərdən biri digərinə aid edilir. Mədəni 

qəhrəmanla  oxşar  missiyanı  yerinə  yetirən  demiurqu  bir  çox 

cəhətlərinə görə mədəni qəhrəmandan fərqləndirmək olar. Belə ki, 

demiurqlar  yaratdıqlarını  ilk  dəfə  olaraq  özləri  yaradır,  mədəni 

qəhrəmanlar  isə  artıq  yaradılmışları  müxtəlif  üsullarla  əldə 

edərək,  xalqına  çatdırır  və  ya  onları  daha  da  təkmilləşdirirlər. 

Bunun  üçün  o,  hətta  bəzən  kələyə  və  oğurluğa  da  əl  ata  bilər. 

Aralarındakı  bütün  belə  fərqlərə  baxmayaraq,  mifoloji  mətnlərdə 

mədəni  qəhrəman,  demiurq  bir-birinə  ən  yaxın  mifoloji 

personajlardır. 

Etioloji,  kosmoqonik  və  antropoqonik  miflərdə  demiurq 

funksiyası  daha  çox  tanrılara  şamil  edilir.  Müxtəlif  təbiət 

obyektlərinin  və  insan  üçün  lazım  olan  maddi  nemətlərin 

yaradılmasında  tanrılar  mühüm  rol  oynayırlar.  Aparılan 

                                                

48

Azərbaycan folkloru külliyyatı. VI cild / Tərtib edənlər: H. İsmayılov, O. 



Əliyev.  Bakı: Nurlan, 2007.   


 

26

araşdırmalar  nəticəsində  müəyyən  edilmişdir  ki,  Umay  ilahəsi 



daha  qədim  dövrlərin  –  matriarxat  dövrünün  tanrısı  olmuşdur. 

Matriarxat  dövründə  insanların  aya  sitayiş  etməsi  elmdə 

məlumdur.  “Umay”  adı  da,  bizə  görə  “uma”  (ana)  və  “ay” 

sözlərindən yaranmışdır.  

Dissertasiyada  dəqiq  faktlar  əsasında  “Tənqri”  adının 

mənasının  da  “Dan oğlu”  (Tanq  - uri),  yəni  “Şəfəq oğlu” olması 

müəyyənləşdirilmişdir.  Həmçinin  türk  mifologiyasında  mədəni 

qəhrəman,  xilaskar  rolunda  çıxış  edən  Xızırın  (Xıdırın) 

mənşəyinin  müsəlman  mifologiyası  ilə  bağlı  olması  və  burada 

Xıdır və İlyas obrazlarının ayrı-ayrı şəxslər kimi çıxış etməsi, türk 

mifologiyasında 

bu 


iki 

adın 


bir 

personaj 

üzərində 

birləşdirilməsinin 

səbəbləri 

də 


konkret 

faktlar 


əsasında     

göstərilmişdir. 

Dissertasiya  boyu  türk  mifologiyası  üzrə  tədqiq  edilən 

məsələlər,  obrazlar  digər  dünya  xalqlarının  mifologiyasındakı 

müvafiq  personajlarla  müqayisə  edilmiş,  onların  arasındakı 

tipoloji  uyğunluqlar  göstərilmişdir.  Belə  uyğunluqlar  isə, 

müəyyən fərqlərə baxmayaraq, insan cəmiyyətinin, bəşər tarixinin 

əsasən  vahid  və  universal  qanunlar  əsasında  inkişaf  etdiyini 

göstərir. 

 

 

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

27

Dissertasiyanın  mövzusu  ilə  bağlı  müəllifin  aşağıdakı 



məqalələri dərc olunmuşdur:  

1.  Arxaik  folklorda  mifoloji  qəhrəman  tipləri.  AMEA-nın 

Xəbərləri  (Humanitar  elmlər  seriyası).  №  2-4.  Bakı,  “Elm”, 

2006. s. 291-299.  

2.  Şamanizm  qədim  türklərin  dünyagörüşü,  dini      inanclar 

sistemi  kimi  //“Dədə  Qorqud”  jurnalı.  №  21.  Bakı,  “Səda”, 

2006/4, s. 86-95.     

3.  Türk  totemizminin  mənşəyi  və  mahiyyəti  //“Ortaq  türk 

keçmişindən  ortaq  türk  gələcəyinə”  IV  uluslararası  folklor 

konfransının materialları. Bakı, “Səda”, 2006, s. 98-101.   

4. Hunların  mədəni-sosial  həyatı, adət-ənənələri  və  inancları 

haqqında //Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. № 

23. Bakı, “Nurlan”, 2007, s.162-172.  

5.  Qədim  türk  xalqlarında  arxaik  mifoloji  inanc  formaları 

//Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. № 24. Bakı, 

“Nurlan”, 2007, s. 106-114. 

6. Əski türk etnik mədəniyyətinin inkişafında göytürklərin rolu 

//“Dədə Qorqud” jurnalı. № 25. Bakı, “Nurlan”, 2007/4, s. 78-85   

7. Türk mifologiyasında ilkin əcdad kultları və onların tarixi-

mifoloji  mənşəyi  //“Ortaq  türk  keçmişindən  ortaq  türk 

gələcəyinə”  V  uluslararası  folklor  konfransının  materialları. 

Bakı, “Səda”, 2007, s. 239-242.    

8.  Türk  mitolojisində  tanrı  adlarının  etimolojisi  üzerine 

//Marmara  Üniversitesi  İlahiyat  Fakültesi  Din  Eğitimi  Anabilim 

Dalı.  Din  eğitimi  araşdırmaları  dergisi.  №19.  İstanbul,  2008, 

s.121-131. 

9. Mədəni qəhrəman və demiurqların tayfa başçısı, sərkərdə, 

ata  və  övliya  obrazlarına  transformasiyası  //Folklorşünaslıq 

məsələləri  (VIII  buraxılış).  Bakı,  “Elm  və  təhsil”,  2010,  s.  113-

131. 


10.Mədəni  qəhrəmanlar  miflərin  əsas  personajları  kimi 

//Filologiya  məsələləri.  Bakı  “Elm  və  təhsil”,  2010,  №7,  s.  333-

344. 

 



 

28

Фидан Атакиши кызы Касумова 



Культурный герой в Азербайджанском фольклоре и  

его трансформационные формы 

РЕЗЮМЕ 

Мифотворчество было важным явлением в истории человечества. 

А  центральные  персонажи  архаических  мифов  были  предки,  которые  в 

то  же  время  являлась  культурными  героями  и  демиургами.  Образы 

культурных героев у тюркских народов часто связаны с тотемическими в 

прошлом предками и имеют черты животных, птиц и т.д. Первопредки, в 

том числе  и тотемные  предки, обычно мыслятся как прародители родов 

и племен (например, у Огузов – Огуз-каган, у тюркютов – Ашина и др.), 

но  они  часто  являются  одновременно  и  культурными  героями,  которое 

добывают  или  впервые  создают  для  людей  различные  предметы 

культуры  (огонь,  культурные  растения,  орудия  труда),  учат  их 

охотничьим  приемам,  возделыванию  земли,  ремеслам,  искусствам, 

вводят  специальные  или  религиозные  установления,  ритуалы  и 

праздники, брачные правила, противостоят силам хаоса и т.д. Демиурги 

–  творцы  мира  –  возникают  позднее.  Они  изготавливают  природные  и 

культурные  объекты  с  помощью  гончарных,  кузнечных  и  иных 

инструментов. Обо всем этом, а также о мифологизированных аспектах 

истории  древних  тюрков,  о  роли  мифологического  сознания  в  их 

повседневной жизни говорится в первой и второй главах диссертации. 

Последняя  –  третья  глава  диссертационной  работы  посвящена 

исследованию способов и форм трансформации архаических культурных 

героев  в  различные    фольклорные  персонажи.  На  более  поздней  стадии 

мифотворчества  культурные  герои  часто  выступают  как  борцы  с 

чудовищами,  демоническими  силами  природы,  представляющими 

начало  хаоса  и  мещающими  упорядоченному  мироустройству.  В  этом 

случае 


культурные 

герои 


приобретают 

богатырскую 

окраску. 

Культурный герой в ходе эволюции может развиваться и в сторону бога-

творца ( как  и первопредок), так и в сторону эпического героя. 

От  культурного  героя  постепенно  как  бы  отпочковывается  образ 

первобытного плута, получившего в науке название «трикстера».  

В  «Заключении»  подводятся  итоги  проделанной  работы,  в 

которых,  в  частности,  отмечается,  что  миф  прошел  путь  от 

обожествления  отдельных  вещей  (фетишизм)  к  обожествлению  своей 

общины  (в  образе  тотемного  предка,  облик  которого  с  развитием  

общественных  отношений  становится  все  более  очеловеченным  и 

превращается  в  культурного  героя),  а  затем  –  к  признанию 

самостоятельного существованию душ и духов (анимизм и шаманизм).  



 

 


 

29

Fidan Atakishi gizi Gasimova 



The cultured hero in Azerbaijan folklore and its 

transformation forms 

SUMMARY 

The  myth  creation  was  an  important  phenomenon  in  the  history  of 

mankind.  But  the  central  personages  of  archaic  myths  were  ancestors  who 

were  cultured  heroes  and  demiurges  at  the  same  time.  The  characters  of 

cultured heroes in Turk nations often connect with totemic in old ancestors and 

have the features of animals, birds and etc. The ancient ancestors, including the 

totemic  ancestors  are  usually  thought  as  the  forefathers  of  tribes  and  stocks 

(for  example  in  Oghuzes  –  Oghuz-kagan,  in  Turks  –  Ashina  and  etc.),  but 

often  they  are  at  the  same  time  cultured  heroes  who  get  or  create  different 

culture things (fire, cultured plants, tools) for people, teach them with hunting, 

tilling  of  the  land, handicraft,  art, apply  special  or religious  laws,  rituals  and 

holidays,  wedding  traditions,  show  resistance  to  chaos  forces  and  etc.  The 

creators  of  the  world  –  demiurges  appear  later.  They  prepare  natural  and 

cultural targets with the help of instruments of a potter, a smith and others. All 

about it, especially about mythological aspects of history of ancient Turks, the 

role of mythological thinking in their daily life are spoken in the first and the 

second chapters of the dissertation.  

The  last,  the  third  chapter  of  the  dissertation  is  devoted  to  the 

investigation of transformation aspects and forms of archaic cultured heroes in 

different  folklore  characters.  The  later  period  of  myth  creation  the  cultured 

heroes  often  take  part  as  fighters  with  giants  and  demonical  strength  of  the 

nature,  represent  the  beginning  of  chaos  and  inform  the  world  regulation.  In 

this  case  the  cultured  heroes  get  the  heroic  color.  The  cultured  hero  in  the 

development of evolution can be divided into either the side of a creator (as an 

ancestor) or the side of an epic hero.  

Little by little from the cultured hero as the character of primitive fraud, 

getting the name of “trickster” in the science is formed. The trickster combines 

the features of demonism and comics. If the way  from the cultured hero goes 

to  the  epic  hero,  but  from  the  trickster  it  goes  to  the  fraud  the  tales  about 

animals (as if a fox) and about people (as if a bald person).   

In  the  conclusion  the  results  of  the  work  shown  and  especially  it  is 

noted that the first forms of the myth were fetishism, totemism and animism. 

The myth passed the way from the idolization of different things (fetishism) to 

the idolization their community (in the character of totem ancestor, the image 

which  becomes  more  humane  in  the  development  of  general  relations  and 

changes  into  the  cultured  hero),  then  to  the  accepting  of  self-dependent 

existence of spirit and courage (animism and shamanism). The following step 

was the formation of assignment of creators – personalizing of nature forces, 

then about the only God – the protector of people and other altars. 



 

30

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА  



ИНСТИТУТ ЛИТЕРАТУРЫ имени НИЗАМИ

 

 

 

На правах рукописи 

 

 

 

 

ФИДАН АТАКИШИ кызы КАСУМОВА 

 

 

 

 

КУЛЬТУРНЫЙ ГЕРОЙ В АЗЕРБАЙДЖАНСКОМ 

ФОЛЬКЛОРЕ И ЕГО ТРАНСФОРМАЦИОННЫЕ 

ФОРМЫ 

 

 

 

10.01.09 – Фольклористика 

 

 

А В Т О Р Е Ф Е Р А Т  

 

 

диссертации на соискание научной степени доктора  

философии по филологии

 

 

 

 

 

 

 

 

БАКУ - 2011 

Yüklə 273,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə