Microsoft Word Fidan-Qasimova



Yüklə 273,51 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix14.06.2018
ölçüsü273,51 Kb.
#48771
1   2   3   4   5   6   7   8   9

 

21

tayfalarda  təsərrüfatı  bacarıqla  idarə  edən,  çoxlu  uşaqları  və 



nəvələri  olan  təcrübəli  yaşlı  qadın  qəbilənin  rifahının  və 

məhsuldarlığın  simvoluna  çevrilmişdir.

36

  Sözsüz  ki,  məhz  bu 



səbəbdən  də  ümumiləşdirilmiş  Umay  obrazı  qədim  türklərdə 

rifah,  bərəkət  və  məhsuldarlıq  ilahəsi,  həmçinin  Oğuz  xaqanın, 

yəni totemik əcdadın anası hesab edilmişdir.  

Məlumdur  ki,  Oğuz  xaqanın  özü  də  qədim  türk 

mifologiyasında 

əcdad 


funksiyasını 

yerinə 


yetirmişdir. 

A.Şükürovun  yazdığı  kimi,  “türklər  islamiyyətdən  əvvəl  də, 

sonra da Oğuz xaqanı ata saymışlar”.

37 


Tədqiqatda  belə  bir  qənaətə  gəlinmişdir  ki,  arxaik 

mifologiyalarda  ilk  əcdad  –  demiurq  ilə  mədəni  qəhrəman 

təsəvvürləri  qovuşuq  şəkildə  mövcud  olmuşdur.  Çünki 

dissertasiyada  mədəni  qəhrəman  və  əcdadlar  haqqında  gətirilən 

nümunələrdən də göründüyü kimi, əcdad nəslin yaradıcısı olduğu 

kimi,  eyni  zamanda  mədəni  fəaliyyətlə  də  məşğul  olur.  Mədəni 

qəhrəmanın fəaliyyətinin əsas tərəflərindən biri də məhz bu və ya 

digər xalqın nəslinin yaradıcısı olmasıdır. Bütün bunlar əsasında 

da əcdad  və  mədəni qəhrəmanın  fəaliyyəti  bir-birini tamamlayır 

və biri digərinə keçə bilir. 

İkinci fəslin “Demiurqlar və mədəni qəhrəmanlar” adlanan 

üçüncü paraqrafında göstərilir ki, demiurqlar (“usta”, “sənətkar” 

deməkdir)  dünya  obyektlərinin  yaradıcısı  olaraq,  onlar  insanı, 

torpağı, Günəşi, dağları, bitkiləri və heyvanları, musiqi alətlərini 

və  s.  yaradırlar.  Demiurqdan  fərqli  olaraq,  mədəni  qəhrəman 

adətən  yaratmır,  o  öz  tayfası,  xalqı  üçün  hazır  şeyləri  müxtəlif 

üsullarla  (oğurlayır,  döyüş  vasitəsilə  ələ  keçirir  və  s.)  əldə 

edirlər.  Mədəni  qəhrəman  dünyanı  yaratmaqdan  çox  onu 

sahmana  salır,  qayda-qanun  qoyur.  O,  xaos  yaradan  vəhşi 

varlıqlarla da (məsələn, Basat Təpəgözlə) vuruşur. 

Mifologiyada demiurq kimi təzahür edən personajlardan  biri 

olan  dəmirçi  personajına  nəzər  salaq.  Dəmirçi  personajı 

mifologiyada odla bağlı, demiurq funksiyasına malik, fövqəltəbii  

yaradılış  gücü  ilə  seçilən  bir  obrazdır.  O,  allahlardan  birinin 

köməkçisi, mədəni qəhrəman və yaxud əcdaddır. Dəmirçi nəinki 

                                                

36

Баландин Р.К. Сто великих богов. М.: Вече, 2002, s.18



 

37

Şükürov A. Mifologiya. 6-cı kitab. Bakı: Elm, 1997, s. 45 



 


 

22

müxtəlif metallardan istənilən alətləri, hətta qəhrəmanların sehirli 



silahlarını  da  (toppuz,  qalxan,  qılınc  və  s.)  yarada  bilər.

38

 



Məsələn,  Ər  Soqotok  əfsanəsində  deyilir  ki,  onun  sivri  uclu  bir 

oxunu  bir  obanın  dəmirçisi,  qaşığa  bənzər  oxunu  da  başqa  bir 

obanın dəmirçisi uzun zaman çalışaraq düzəltmişlər.

39 


Dəmirçi  ümumiyyətlə  insanları  dəmirçi  işi  və  od  ünsürü  ilə 

tanış  edir.  Odla  bağlı  olaraq  dəmirçi  hər  şeydən  əvvəl  səma 

odunu  (günü  yaxud  ildırımı)  təcəssüm  etdirir  və  səmada 

yaşayır.


40

  Məsələn,  yakut  türklərində  dəmirçilər  müqəddəs  odla 

əlaqədar  idilər.  Hətta  yakut  mifologiyasında  dəmirdən  tikilmiş 

evlərə  də  rast  gəlinir.  Bir  qayda  olaraq  bu  evləri  tikdirənlər 

qadınlardır.  Onlar  belə  ev  tikdirmək  üçün  diyar-diyar  gəzir  və 

nəhayət  ürəkləri  istəyən  dəmirçini  tapırdılar.

41

  Burada  biz 



dəmirçinin  demiurq  səviyyəsində  yaradıcılıq  xüsusiyyətləri  ilə 

qarşılaşırıq. 

Türk  xalqları  mifologiyasında  tanrı  Ülgen  də  demiurq  kimi 

fəaliyyət göstərir. Belə ki, mifologiyada Ülgen demiurq kimi yeri 

və göyü, bütün yer təbiətini, Erliklə birgə insanları yaradır. Həm 

də  Ülgen  demiurq  kimi  yalnız  onun  kosmik  səyahətə  uçduğu 

ucsuz-bucaqsız su  burulğanından çıxan  “müqəddəs (ağ) ana”nın 

köməyi  və göstərişi  ilə  fəaliyyət göstərir.

42

 Ülgen tərəfindən  yer 



və  göy  onun  sayəsində  yaradılmışdır.  Buna  görə də  teleutlar  bu 

müqəddəs ananı  həm də  “yaradıcı-ana” adlandırırlar. Etnoqrafik 

ədəbiyyatda Ülgen haqqında yalnız yer və göyün yaradıcısı kimi 

deyil,  həm  də  günəş,  ay,  göy  qurşağı,  ildırım,  hətta  odun  və  s. 

yaradıcısı olması barədə də məlumatlara rast gəlinir.

43 


Qorqud  da  demiurqa  xas  cəhətlərə  malikdir.  Basilov  qeyd 

edir  ki,  ilk  şaman  kimi  göstərilən  Qorqud  haqqında  Sibir 

xalqlarında  çoxlu  əfsanələr  var.  Bəzi  əfsanələrdə  deyilir  ki, 

qopuz Qorqud tərəfindən düzəldilmişdir.  

                                                

38

 Мифы народов мира. Энциклопедия (В 2 томах) / Гл. ред. С.А. Токарев. 



М.: Советская энциклопедия, 1982, Т. 2, К – Я, s. 21 

39

 Ögəl B. Türk mifologiyası. I c. Bakı: Səda, 2004, s. 120 



40

 Мифы народов мира. Энциклопедия (В 2 томах) / Гл. ред. С.А. Токарев. 

М.: Советская энциклопедия, 1982, Т. 2, К – Я, s. 21  

41

 Ögəl B. Türk mifologiyası. I c. Bakı: Səda, 2004, s. 82  



42

 Потапов Л.П. Алтайский шаманизм. Л.: Наука, 1991, s. 245  

43

 Yenə orada, s. 246  




 

23

Əbülqazi  Bahadır  xan  “Şəcəreyi-tərakimə”  adlı  kitabında 



Yafəs oğlu Türkün adını çəkir. Burada göstərilir ki, Türk məişətə 

üstüörtülü  (çadırlı)  arabanı  gətirdi.  Türklər  arasında  bəzi  adətlər 

ondan qalmadır. Hətta burada Türk oğlu Tütəyin də adı çəkilir ki, 

o  da  yeməyə  duz  tökmə  adətini  kəşf  etmiş  və  yeməyi  duzlama 

adəti  ondan  qalmışdır.

44

  Tarixdən  məlumdur  ki,  üstüörtülü 



arabanı ilk dəfə göytürklər icad etmişlər. “Türk” sözünü də tarix 

səhnəsinə  ilk  dəfə  onlar  çıxarmışlar.  Ona  görə  də  bu  mifdə 

verilən  məlumatlardan  belə  görünür  ki,  türk  personajı  altında 

göytürklər və ya onların əcdadı nəzərdə tutulur.  

B. Ögəl  isə odu da Türkün  icad etdiyini  söyləmişdir.

45 


Oğuz 

isə  dünyaya  gətirdiyi  övladları  ilə  (Gün,  Ay,  Ulduz,  Göy,  Dağ, 

Dəniz) bütün kainat obyektlərinin yaradıcısı olur. Bu da yuxarıda 

haqqında  mədəni qəhrəman kimi  bəhs  etdiyimiz  personajın  həm 

də demiurq cizgili olmasına sübut ola bilər. 

Dissertasiyanın  üçüncü  fəsli  “Mədəni  qəhrəman  və 



demiurqların  transformasiya  formaları”  adlanır.  Bu  fəslin 

Mədəni  qəhrəman  və  demiurqların  tayfa  başçısı,  sərkərdə, 



ata  və  övliya  obrazlarına  çevrilməsi”  adlanan  birinci 

paraqrafında nümunələr  əsasında göstərilir ki,  mədəni qəhrəman 

və  demiurqlar  miflərin  əsas  personajı  olmaqla  yanaşı,  onlar  öz 

fəaliyyətlərini  sonradan  Azərbaycan  folklorunun  müxtəlif 

janrlarında  da  davam  etdirirlər.  Burada  mədəni  qəhrəman  və 

demiurqlar  yeni  şəraitə  uyğunlaşdırılaraq  və  yeni  keyfiyyətlər 

əldə  edərək  folklor  janrları  içərisində  mühüm  yer  tutan 

dastanların  əsas  personajlarına  transformasiya  edilirlər.  Dastan 

qəhrəmanı olan Koroğlu mif və əfsanələrdə təsvir edilən mədəni 

qəhrəmanın  epik  transformasiyasıdır.  Epik  transformasiyada 

Koroğlu  əsasən  xilaskar,  qoruyucu  kimi  çıxış  edir.  Mədəni 

qəhrəmanın  xilaskarlıq,  qoruyuculuq  funksiyası  dastanda 

Koroğlunun epik qəhrəman kimi, xalqa zülm edən xanlar, bəylər, 

paşalarla mübarizə aparmasında özünü göstərir.  

Aparılan araşdırmalar göstərir ki, epik transformasiya zamanı 

qəhrəmanların  tayfa  başçılarına,  sərkərdələrə,  ata  və  övliyalara 

çevrilməsi də baş verir. Məsələn, Qorqud, Uluq Türük surətlərinə 

                                                

44

 Əbülqazi B. Şəcərei-Tərakimə / Rus dilindən tərcümə edən, ön söz və 



biblioqrafiya tərtibçisi İsmixan Osmanlı. Bakı: Azərbaycan Milli 

Ensiklopediyası, NPB, 2002, s. 50 

45

 Ögəl B. Türk mifologiyası. I c. Bakı: Səda, 2004, s. 42  




Yüklə 273,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə