Microsoft Word Fidan-Qasimova



Yüklə 273,51 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix14.06.2018
ölçüsü273,51 Kb.
#48771
1   2   3   4   5   6   7   8   9

 

13

mifoloji  fantastika  doğururdu.  Bəşəriyyətin  körpəlik  dövrünün 



yaratdığı  bu  fantastika  təbiət  haqqında  müasir  elmi  biliklərdən 

çox  uzaq  olsa  da,  özünəməxsus  bir  gözəlliyə  və  harmoniyaya 

malik idi.

 

 



Birinci  fəslin  “Qədim  türklərin  mənəvi-sosial  həyatında 

ruhların  və  şamanların    rolu”  adlanan  üçüncü  paraqrafda 

ruhlar  haqqında  ilkin  təsəvvürlər,  onların  mahiyyəti  və  tipləri, 

türk  xalqlarında  mövcud  olan  müxtəlif  kultlar,  cəmiyyətin 

mənəvi  həyatında  şamanların  rolu,  ruhlar  və  tanrıların  mədəni 

qəhrəmana  bənzər  funksiyaları  barədə  məlumat  verilmişdir. 

Burada göstərilir ki, şamanizm qədim türklərin dünyagörüşü, dini 

inanclar  sistemində  çox  mühüm  və  özünəməxsus  bir  yer 

tutmuşdur.  Bundan  əlavə  mədəni  qəhrəman  və  demiurq 

personajları da şamanizm ilə bilavasitə əlaqəlidirlər. Çünki daha 

sonrakı  dövrlərdə  mədəni  qəhrəmanlar  çox  vaxt  baş  şaman  və 

baş sərkərdə funksiyalarını da yerinə yetirirdilər. 

Hər  zaman  mübahisə  məsələsinə  çevrilən  şamanizmə  ətraflı 

nəzər  saldıqda  görürük  ki,  o,  qədim  türklərin  islamdan  əvvəlki 

dini  inanclar  sistemində  xüsusi  yer tutur. Ancaq  məlum deyil ki, 

qədim  türklər  öz  dinlərini  necə  adlandırırdılar.  Ümumiyyətlə, 

“şamanizm”  və  “şaman”  sözləri onların dilində  yox  idi; onlar bu 

gün  də  şaman  kimi  başa  düşülən  “qam”  sözündən  istifadə 

etmişlər.  L.P.  Potapov  göstərir  ki,  Altay-Sayan  xalqları  öz 

dinlərini “şamanizm” adlandırmamışlar. Onlar “din”, “inam” kimi 

başa  düşülən  “yanq”  sözündən  istifadə  edirdilər.

9

  Qazax  və 



qırğızlarda  “qam”  yerinə  “baksı  (baxşı)”,  əski  karluqlarda  isə 

“saqun”  deyilmişdir.

10

  Öz  araşdırmasında  uyğur  xalqlarının 



inanclarından  bəhs  edən  D.A.  İsiyev  göstərir  ki,  qədim  dövlərdə 

uyğurlar  peşəkar  şamanları  “kam”  yaxud  “kama”  adlandırırdılar. 

Orta 

əsrlər 


dövründə 

onları 


“baxşı” 

yaxud 


“pərixan” 

adlandırmağa başladılar.

11 

Müxtəlif  dövrlərdə  bütün  dünya  xalqlarında  bu  və  ya  digər 



şəkildə mövcud olmuş şamanizm qədim türklərin yaşadığı ərazidə 

daha geniş  yayılmışdır. Şamanizmin  yayıldığı  ərazilərdə  yaşayan 

                                                

9

 Потапов Л.П. Алтайский шаманизм. Л.: Наука, 1991, s. 18



 

10

 Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, s. 208



 

11

Исиев  Д.А.  К  вопросу  о  верованиях  уйгурского  народа  //  Вопросы 



истории и культуры уйгуров. Алма-Ата: Наука, 1987 (с. 121-138), s. 126

  



 

14

qədim  türklər  şamanın  ruhlarla  əlaqəsinə  inanırdılar.  Şamanın 



başlıca  funksiyalar  iki  dünya  arasında  vasitəçilik  etməsi  – 

mediasiyası,  xəstəliklərin  sağaldılması  və  “ölülərin  dirildilməsi”, 

ruhların  çağırılmasıdır.

12

  Ümumiyyətlə,  türk  xalqlarında  şaman 



tanrı  və  ya  ruhla  insanlar,  heyvanlar,  təbiət  arasında  bir  növ 

vasitəçi  rolunu  oynamışdır.

13

  Şamanın  ruhlarla  əlaqəsi  zamanı 



şaman ruhu çağırmaq üçün qavaldan çıxan səslərin sədası altında 

rəqs  etməklə  və  yaxud  narkotik  vasitələrin  köməyi  ilə  özünü 

ekstaz halına gətirirdi. 

Şamanın  ruhlarla  qarşılıqlı  əlaqəsi  şamanizmin  əsas 

müddəalarından  biridir.

 

Belə  hesab  edilirdi  ki,  şamanlar  ruhlarla 



danışa  bilər  və  qəddar  ruhlarla  mübarizə  apara  bilərdilər. 

Şamanlar  zəif  ruhları  o  dünyaya  qova  bilirdilər.  Ancaq  güclü 

ruhlarla  şamanlar  danışıqlar  aparır  və  onları  qurban  verməklə 

razılıq əldə edirdilər. Əgər bu danışıqlar kömək etmirdisə, şaman 

himayəçi  ruhun  köməyinə  ehtiyac  duyurdu.  Bu  ruhlar  şamanı 

zalım, qəddar ruhlardan qoruyurdular.

14

  

Hər bir şamanın köməkçi ruhu var idi. Ruhların sayı şamanın 



“gücündən”  asılı  idi.  Şamanlar  özləri  “nəhəng”,  “orta”  və 

“zəif”lərə  bölünürdülər.  “Nəhəng”  şamanların  daha  çox  ruhu 

olurdu.

 

İlk  şaman  bizim  tədqiqatımızın  əsasını  təşkil  edən  mədəni 



qəhrəman, hətta demiurq sayıla bilər. Bunu müxtəlif mənbələr də 

sübut edir. Bu haqda sonrakı bölmədə ətraflı məlumat verəcəyik.

 

Şamanlıq  qabiliyyəti  nəsildən-nəslə  ötürülür,  bəzən  isə  bir 



neçə nəsil davam edirdi. Şamanlar ruhları ölmüş şamanlardan irsi 

olaraq alırdılar. 

Ümumiyyətlə, 

qədim 


türk 

xalqlarının 

hər 

birinin 


özünəməxsus  şaman  ayinləri  və  mərasimləri  mövcud  olmuşdur. 

Bu ayin və mərasimlərdə isə mənası tam şəkildə başa düşülməyən 

müxtəlif dualar oxunurdu.  

Dissertasiyanın “Mədəni qəhrəman obrazlarının spesifikası 



və  tipləri”  başlığı altında  verilən  ikinci  fəslinin  birinci paraqrafı

 

 



Mədəni  qəhrəmanlar  miflərin  əsas  personajları  kimi” 

                                                

12

Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, s. 329



 

13

 Алексеев Н.А. Традиционые религиозные верования  тюркоязычных 



народов Сибири. Новосибирск: Наука, 1992, s. 132 

14

 Ögəl B. Türk mifologiyası. I c. Bakı: Səda, 2004, s. 53      




Yüklə 273,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə