Microsoft Word Fidan-Qasimova



Yüklə 273,51 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix14.06.2018
ölçüsü273,51 Kb.
#48771
1   2   3   4   5   6   7   8   9

 

7

-  Türkologiyada,  o  cümlədən  də  Azərbaycan  folklorunda 



ilk dəfə olaraq mədəni qəhrəman personajları haqqında ətraflı və 

başqa  xalqların  mifoloji  qəhrəmanları  ilə  müqayisəli  şəkildə 

geniş tədqiqat aparılmışdır;  

-  Qədim türk mifologiyasında  mədəni qəhrəman obrazları-

nın spesifikası və tipləri onların məlum tarixi ilə bağlı və sistemli 

şəkildə öyrənilmişdir; 

-  Öz  mənşəyini  əcdadlar  kultundan  götürən  qədim  türk 

tanrılarının (Tenqri, Umay, Ülgen və Yerlik) funksiyaları və adlarının 

etimologiyaları barədə yeni və daha tutarlı fikirlər irəli sürülmüşdür; 

-  Qədim  inanc  formalarından  biri  kimi  şamanizmin  türk 

xalqlarının 

mifoloji 

dünyagörüşündəki 

yeri 


və 

şaman 


funksiyasını  yerinə  yetirən  personajların  mədəni  qəhrəman  kimi 

də fəaliyyəti araşdırılmışdır; 

-  Azərbaycan  mifologiyasına  başqa  xalqların  mifologiyasın-

dan,  xüsusilə  də  müsəlman  mifologiyasından  daxil  olmuş  mədəni 

qəhrəmanlar haqqında da daha dəqiq məlumatlar verilmiş, o cümlə-

dən  Xızırla  İlyasın  eyni  personaj  olmayıb,  başqa-başqa  şəxslər  ol-

ması və bu iki obrazın türk xalqları mifologiyasında bir şəxs hesab 

edilməsinin səbəbləri dəqiq məlumatlar əsasında izah edilmişdir; 

-  Çox vaxt miflərdəki fəaliyyəti mədəni qəhrəmanın fəaliy-

yəti ilə eyniləşdirilən demiurqun əsas xüsusiyyətləri və məhz ona 

xas  olan  cəhətləri  izah  edilmiş,  mədəni  qəhrəmandan  fərqli 

xüsusiyyətləri göstərilmişdir. 

-  Müəyyən  vaxtlarda  miflərdə  mədəni  qəhrəmanın  əkizi, 

yaxud  da  qardaşlarından  biri  kimi  çıxış  edən  triksterin  də 

səciyyəvi cəhətləri və mədəni fəaliyyəti aydınlaşdırılmışdır; 

-  Miflərdəki mədəni qəhrəman-demiurqların sonradan epos-

larda tayfa başçılarına, sərkərdələrə, ata və övliyalara çevrilmələri 

tədqiq edilmiş və bu barədə konkret nəticələrə gəlinmişdir. 



Dissertasiyanın 

nəzəri-metodoloji 

əsasları. 

Tədqiqat 

təsviri,  tarixi  müqayisəli,  müqayisəli-tipoloji  metodlar  əsasında 

işlənmişdir. İş hazırlanarkən müasir folklorşünaslığın elmi-nəzəri 

müddəalarına, dünya və Azərbaycan mifologiyası sahəsində əldə 

edilmiş nailiyyətlərə istinad edilmişdir.  



Tədqiqatın  praktik  və  nəzəri  əhəmiyyəti.  Dissertasiyada 

aparılan  elmi  araşdırmaların  və  ümumiləşdirmələrin  nəticəsində 

meydana  çıxan  nəzəri  müddəalardan  mifoloji  mətnlərin 

gələcəkdə öyrənilməsində istifadə oluna bilər. 




 

8

Qədim  türk  folklorunda  mədəni  qəhrəman  personajlarının 



öyrənilməsi  və  qruplaşdırılmasına  həsr  olunmuş  bu  araşdırma 

bütövlükdə  nəzəri  təmayüllüdür.  Ona  görə  də  təqdim  olunan 

dissertasiya  işi  şifahi  xalq  ədəbiyyatı,  ədəbiyyatşünaslığın 

əsasları,  türk  xalqları  ədəbiyyatı  dərsliklərinin  yeni  nəşrlərində 

müvafiq bölmələrə daxil edilə  və  ya praktikum kimi ayrıca dərs 

vəsaiti şəklində istifadə edilə bilər.  



İşin  aprobasiyası.  Dissertasiya  Azərbaycan  Milli  Elmlər 

Akademiyası  Folklor  İnstitutunun  Folklor  nəzəriyyəsi  şöbəsində 

hazırlanmışdır.  Tədqiqatın  əsas  nəzəri  müddəaları,  başlıca  elmi 

yenilikləri  müxtəlif  elmi  nəşrlərdə  və  konfrans  materiallarında 

məqalələr şəklində çap edilmişdir. 

Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə 

və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 




 

9

TƏDQİQATIN ƏSAS MƏZMUNU 



 

“Giriş”də  mövzunun  aktuallığı,  məqsəd  və  vəzifələri, 

tədqiqatın obyekti və predmeti, işin nəzəri və praktik əhəmiyyəti, 

elmi  yenilikləri,  nəzəri-metodoloji  əsasları  və  aprobasiyası 

haqqında danışılır. 

Dissertasiyanın 

birinci 


fəsli 

Mədəni 



qəhrəman 

obrazlarının  arxetipləri”  adlanır.  Bu  fəsil  üç  paraqrafdan 

ibarətdir. “Mədəni qəhrəmanları doğuran tarixi-sosial şərait” 

adlanan  birinci  paraqrafda  mədəni  qəhrəman  personajlarını 

doğuran tarixi sosial şəraitlə bağlı məlumat verilmiş, qədim türk 

xalqlarının  ilkin  inanc  formaları  olan  fetişizm,  totemizm, 

animizm, magiya barədəki fikirlər yığcam və konkret halda şərh 

edilmişdir.  Ona  görə  ki,  birinci,  bu  personajların  mahiyyətini, 

qədim  insanların  dünyagörüşünə,  gündəlik  həyat  və  fəaliyyətinə 

onların  təsirini,  həmçinin  onların  folklordakı  yerini  və 

əhəmiyyətini  müəyyənləşdirmək  üçün  onların  hansı  tarixi 

şəraitdə  və  necə  yaranmasını  bilmək  lazımdır.  İkincisi  isə, 

ovçuluqla  və  toplayıcılıqla  məşğul  olan  qədim  insanların 

inancları  və  mənəvi  amalları  barədə  yazılı  məlumatların  ya 

tamamilə  olmaması,  ya  da  olduqca  az  olması  üzündən  biz  belə 

məlumatları  xeyli  dərəcədə  məhz  onların  həyat  tərzi  və  məlum 

adət-ənənələri,  mədəniyyət  nümunələri  əsasında  öyrənə  bilərik. 

Mifoloji  mətnlərin  göstərilən  amillər  nəzərə  alınmadan  izahı, 

sözsüz  ki,  xeyli  dərəcədə  subyektiv  olacaqdır.  Yəni  belə  halda 

eyni  bir  mətn  müxtəlif tədqiqatçılar tərəfindən  müxtəlif cür  izah 

oluna bilər.  

Beləliklə,  arxaik  düşüncə  tərzi,  inanclar  sistemi  təbii  olaraq 

qəbilə  və  tayfaların  gündəlik  fəaliyyətinə,  məişətinə  və 

mədəniyyətinə  hopmuşdur.  Ona  görə  də  qədim  türk  təfəkkür 

tərzini  və  dünyagörüşünü  daha  aydın  şəkildə  anlamaq  üçün 

qədim türklərin sosial-mədəni həyatı ilə də tanış olmaq lazımdır. 

Ancaq  qədim  türk  xalqları  çox  olduğundan  dissertasiya  işində 

onların  hamısı  barədə    məlumat  vermək  mümkün  deyildir.  Ona 

görə də biz burada öz mədəniyyətində arxaik düşüncənin ən tipik 

və ən əski  formalarını  əks etdirən hunlar  və göytürklər üzərində 

dayanmışıq. 

Mifin  ilkin  formaları  fetişizm, totemizm  və  animizm  idi. Bu 

yol  ayrı-ayrı  əşyaların  ilahiləşdirilməsindən  (fetişizm)  başlanıb, 




Yüklə 273,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə