Microsoft Word Fidan-Qasimova



Yüklə 273,51 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix14.06.2018
ölçüsü273,51 Kb.
#48771
1   2   3   4   5   6   7   8   9

 

10

öz  icmasının  ilahiləşdirilməsinə  (qəbilənin  totem  əcdadının 



obrazında),  sonra  isə  ruhların  müstəqil  surətdə  mövcudluğunun 

təsəvvürünə  (animizm)  doğru  inkişaf  etmişdir.  Növbəti  addım 

tanrılar – təbiət qüvvələri barədə fikirlərin yaranması oldu. Daha 

sonralar  isə  digər  tanrılar  və  insanların  yaradıcısı  hesab  edilən 

vahid, tək tanrı haqqında təsəvvürlər meydana gəlmişdir. 

Əhatəsindəki dünyanın ruh və canlarla bağlı olmasına inanan 

qədim  insan  onlarla  əlaqə  saxlamaq  üçün  münasib  vasitə 

axtarırdı.  Təcrübə  göstərirdi  ki,  heç  də  ruhlara  ünvanlanan  hər 

xahiş təmin edilmirdi. Bəzi adamların xahişi daha yaxşı nəticələr 

verirdi və onlar insanlar arasında daha xoş təəssürat yaradırdılar. 

Tayfada  daima  ruhlarla  əlaqə  yaratmaqla  məşğul  olan 

“mütəxəssislər”  yaranmağa  başladı.  Ruhlarla  əlaqə  prosesinin 

özü  də  mürəkkəbləşirdi  və  bu  zaman  vasitəçidən  bir  çox  qeyri-

adi  keyfiyyətlər  tələb  olunurdu.  Bunların  hamısını  şamanizmdə 

müşahidə etmək olar. 

Qədim  türklərdə  ruh,  onun  ölməzliyi  və  o  biri  dünyanın 

mövcud olması haqqında animistik təsəvvürlər geniş yayılmışdır. 

Məsələn,  yakutlarda  ölənin  ruhu  ilə  əlaqədar  müxtəlif  adətlər 

mövcud  idi.  Belə  adətlərdən  biri  “kut  arrarıı”  –  “xüsusi  kut” 

adlanırdı və ölənin ona yaxın olan insanların “canını” da özü ilə 

aparmasına  aid  inama  əsaslanırdı.  Bunun  qarşısını  almaq  üçün 

ölənin  evinə  (çadırına)  şaman  dəvət  edirdilər  və  şaman  da 

kiminsə  kutunu  (canını)  ölənin  özü  ilə  aparıb-aparmadığını 

öyrənmək, əgər aparıbsa onu geri qaytarmaq üçün xüsusi ritual 

keçirirdi.

5

 



Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, 

bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. 

Müşahidə  edilən  faktların  həqiqi  və  qarşılıqlı  əlaqələrini  başa 

düşməyən  və  təsadüfi  uyğunluğu  tərsinə  başa  düşən  insan  belə 

hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və 

yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və 

ya  müvəffəqiyyətsizliyini  təmin  edə  bilər,  tufan  törədə  bilər  və 

ya  onu  sakitləşdirə  bilər.  Magiyanın  əsasən  “ağ”  (qoruyucu)  və 

                                                

5

 



Потапов Л.П. Алтайский шаманизм. Л.: Наука, 1991, s.  42-43

 



 

11

“qara” (pislik edən) növləri mövcuddur. Magiyanın digər növləri 



isə onun hansı obyektə təsirindən asılıdır.

6

 



 Mantika  isə  gələcəyi  və  indiki  zamanı  xəyali  şəkildə, 

təsəvvürlər  əsasında  dərk  etmə  bacarığı  ilə  bağlıdır.  Müxtəlif 

xalqlarda  mövcud  olan  çoxsaylı  fala  baxma  üsulları  xüsusi 

ədəbiyyatda  iki  formal-tipoloji  əlamətlə  təsnif  edilir:  “xarici 

əlamət” üzrə fala baxmaq və “daxili aydınlaşdırma” üzrə fala  

baxma (gələcəyi görmə). 

Bütün  bu  sadalanan  inanclar  ibtidai  insanların  dünya 

haqqındakı  yanlış,  fantastik  düşüncələrini  əks  etdirir.  Qədim 

inancların hamısı bir-biri ilə bağlıdır. Uzun müddət tədqiqatçılar 

bunlardan  hansının  birinci,  hansıların  isə  sonralar  yarandığı 

üzərində  tədqiqat  aparmaqla  məşğul  olmuşlar.  Ancaq  bu  haqda 

müxtəlif fikirlər meydana çıxmış və bunu dəqiq söyləmək hələlik 

mümkün olmamışdır. Çünki onlar arasındakı əlaqələr çox sıxdır. 

Birinci  fəslin  ikinci  paraqrafı  isə  “Mifoloji  şüur  və  onun 



spesifikası”adlanır.  Qədim

 

türk  mifologiyasındakı  mədəni 



qəhrəman  və  digər  personajlar  əski  türk  dünyagörüşünün  ayrı-

ayrı  ünsürləridir.  Bu  ünsürləri  sistem  halında,  bir-birilə  əlaqəli 

şəkildə  təsəvvür  etmək  üçün  isə  arxaik  insanların  dünyagörüşü, 

həyata  və  ətraf  aləmə  baxışı,  düşüncə  tərzi  ilə  tanış  olmaq 

lazımdır. Eyni zamanda mifoloji dünyagörüşün ümumi sistemini 

bildikdən  sonra  mədəni  qəhrəman  personajının  mahiyyətini,  bu 

sistemdəki  yerini  daha  düzgün  və  ətraflı  aydınlaşdırmaq 

mümkündür. 

Təəssüf  ki,  qədim  dövrün  dərin  qatlarına  daxil  olmaq,  baş 

vurmaq  çox  çətindir.  Qədim  dövrə  aid  ədəbiyyat  və  incəsənət  

abidələri çox azdır; tapılmış ibadətgahlar susur, təsvirlər o qədər 

də  aydın  izahat  vermir.  Müxtəlif  miflər,  rəvayət  və  nağıllar  da 

qədim  dövrün  yadigarlarıdır.  Ancaq  onlar  bizim  dövrədək 

minilliklərdən  keçib  gəlmişlər  və  çoxlu  dəyişikliklərə  və 

təhriflərə  məruz  qalmışlar.  Ona  görə  onlar  da  ibtidai  insanların 

düşüncə və duyğuları barədə dəqiq və ətraflı məlumat vermirlər.  

İnsanlara  aidiyyatı  olan  hər  bir  qanunauyğun  təbiət  hadisəsi 

(ibtidai  insanın  fikrincə  isə  hər  hansı  bir  varlıq  tərəfindən 

törədilən məqsədyönlü hadisə), hər bir məlum və ya qeyri-məlum 

                                                

6

 Алексеев В.П., Першиц А.И. История первобытного общества. М.: 



Высшая школа, 1990, s. 213 


 

12

səbəbdən  törəyən  hadisə  ibtidai  insan  tərəfindən  hər  hansı  ağıllı 



bir  varlığın  iradəsinin  yerinə  yetməsi  kimi  başa  düşülürdü. 

Təcrübədə  isə  səbəb  və  nəticə  arasındakı  əlaqəni  insan 

mahiyyətcə,  yalnız  öz  şəxsi  fəaliyyəti  çərçivəsində  başa  düşə 

bilərdi.  Bu  səbəbdən  ibtidai  insan  düşünürdü  ki,  hər  bir  təbiət 

hadisəsinin arxasında onu icra edən bir varlıq dayanır. 

 

İbtidai  insanlar  hər  bir  təbiət  hadisəsi  və  ya  obyektinin 



sahibini  və  ya  onun  arxasında  dayanan  qüvvəni  (tanrını)  ruhi, 

mənəvi  varlıq  kimi  yox  (çünki  qeyri-maddi  ruh  mücərrəd 

anlayışdır  və  onun  təsəvvür  edilməsi  və  sözlə  ifadəsi  üçün 

vasitələr  yox  idi),  maddi,  cismani  varlıq  kimi  təsəvvür  edirdilər. 

Bu  cismani  varlıq  insandan  öz  gücü,  qüdrəti,  hirsi,  qəzəbi  və  s.  

xüsusiyyətləri  ilə  fərqlənirdi.  Tanrı  insandan  ölməzliyi  ilə  də 

seçilirdi;  ona  görə  ki,  ibtidai  insan  ölümü  istər  hissi  cəhətdən, 

istərsə  də  sözlə  ifadə  baxımından  yoxluq  kimi  təsəvvür  etmək 

üçün  də  vasitələrə  malik  deyildi.  Onun  üçün  ölmüş  adam 

buradakı  həyatdan  başqa  bir  yerdəki  həyata  keçən  kimi  təsəvvür 

edilirdi.  Eyni  ilə,  doğulmuş  uşaq  da  başqa  yerdəki  həyatdan 

buradakı  həyata gələn kimi qavranılırdı.

7

 Bir  həyatdan  başqasına 



keçməyin  bir  növü  də  uşaqların  tamhüquqlu  döyüşçü  (oğlanlar 

üçün)  və  ya  nigah  (qızlar  üçün)  dövrünə  qədəm  qoymaları  ilə 

bağlı  idi.  Belə  keçidlər  inisiasiya  mərasimləri  ilə  müşayət 

olunurdu. 

Dünyanın  bəzi  hadisələri  ilə  üzləşdikdə  insan  nəinki 

emosiyalar,  hisslər keçirir,  həmçinin  bu  hadisələri başa düşməyə 

çalışırdı. Bu da eyni zamanda beyin, düşüncə formalarının lazımi 

istiqamətdə  inkişafına  səbəb  olurdu.  Buna  qədər  isə  hələlik 

beyində  şüurlu  apparatın  tam  formalaşmaması  üzündən 

metaforik,  məcazi  düşüncə  tərzindən  istifadə  edilirdi.  Təbii 

varlıqlarla  mədəniyyət  obyektlərinin  müqayisəsi  bunu  nəzərdə 

tuturdu ki, insan təbiət obyektlərinə özünün fərdi xüsusiyyətlərini 

köçürürdü,  onlara  həyati  funksiyalar  və  insani  hisslər  şamil 

edirdi.


8

 Kosmosun xüsusiyyətlərinin, gücünün, ünsürlərinin canlı, 

konkret  hisslərə  malik  obrazlar  şəklində  ifadəsi  qəribə  bir 

                                                

7

Байбурин  А.К.  Ритуал  в  традиционной  культуре.  Санкт-Петербург: 



Наука, 1993, s. 190-194

 

8



 

Андреев Н.П. Фольклор и его история // Русское поэти-ческое 

творчество. Хрестоматия по фольклористике. М.: Высшая школа, 1986 (с. 

64-77), s. 66-67

 



Yüklə 273,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə