Microsoft Word Fidan-Qasimova



Yüklə 273,51 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix14.06.2018
ölçüsü273,51 Kb.
#48771
1   2   3   4   5   6   7   8   9

 

18

təmsil etməklə, bir-biri ilə mübarizə aparırlar (Məsələn, Ülgen və 



Erlik, Ahura Məzda və Əhrimən kimi).

 

Mədəni  qəhrəmana  xas  olan  keyfiyyətlər  müxtəlif  tanrı 



obrazları  üzərində  də  cəmləşir.  Belə  tanrılar  inisasiya 

mərasimlərinə,  müxtəlif  ruhlara  hamilik  edirlər.  Qüdrətli  və 

fövqəltəbii qüvvələr hesab edilən tanrıların  yaradıcı  funksiyaları 

müxtəlif  təbiət  qüvvələrinin,  ümumiyyətlə,  kosmosun  idarə 

edilməsi funksiyaları ilə birləşir. Tanrı obrazının formalaşmasın-

da  ruhlar  haqqındakı  təsəvvürlər  də  mühüm  rol  oynamışdır. 

İnkişaf  etmiş  mifologiyalarda  tanrıların  və  ruhların  obrazları 

yanaşı  yaşayır,  ancaq  ruhlar  mifoloji  sistemin  nisbətən  aşağı 

dərəcələrinə  aid  edilirlər.  Bu  mifoloji  varlıqlar  daima  insanla 

qarşılıqlı əlaqədədir. Ruhlar müxtəlifdir: onlar insanların hamisi, 

qəbilə  ruhları,  əcdadların  ruhları,  xəstəliklərin  ruhları,  şamana 

kömək  edən  ruhlar,  ayrı-ayrı  obyektlərin,  sahələrin  (meşənin, 

dağın, çayın və s.) ruhları şəklində təsəvvür edilirdilər.

26 


Qədim  türk  əfsanələrində  mədəni  qəhrəman  funksiyası 

daşıyan  obrazlardan  biri  qurddur.  Xüsusilə  də  Boz  qurdla  bağlı 

qədim  türk  dastanlarında  qurdun  bu  xüsusiyyəti  özünü  daha 

qabarıq şəkildə göstərir.

27

 Ümumiyyətlə, R. Əliyevin qeyd etdiyi 



kimi,  türk  mifologiyasında  aparıcı  xətt  boz  qurdla  əlaqədardır. 

Əski  türklər  boz  qurdu  özlərinin  xilaskarı,  yol  göstərəni,  öz 

soyköklərin  əsasında  dayanan  müqəddəs  varlıq  kimi  təsəvvür 

edirdilər. Boz qurdla bağlı əfsanələrdə bu fikir hakimdir ki, bütün 

türk  soyunun,  nəslinin  himayəçisi  boz  qurddur.  O,  türk  ulusuna 

yol  göstərmiş,  onları  azadlığa  çıxarmış,  döyüşdə  qalib 

gəlmələrinə  kömək  etmişdir.

28

  Qurd  haqqında  bu  kimi  bəzi 



fikirlərə, əfsanələrə nəzər salmaqla onun həm əcdad, həm mədəni 

qəhrəman  kimi  qədim  türk  mifologiyasında  xüsusi  bir  yer 

tutduğunun şahidi oluruq. Belə ki, bir sıra qədim türk tayfalarının 

(Məsələn,  teleslərin,  göytürklərin)

29

  törəyiş  əfsanələrinin  əsasını 



qurddan  törəmə  təşkil  edir.  Mədəni  qəhrəmanın  bir  xüsusiyyəti 

də  nəslin,  tayfanın  başlanğıcını  qoymaqdır.  Məhz  bu 

                                                

26

Новик  Е.С.  Обряд  и  фольклор    в  Сибирском  шаманизме.  М.:  Наука, 



1984, s. 54-57 

 

27



Abbaslı  İ.  Azərbaycan  dastanlarının  yayılması  və  təsiri  məsələləri.  Bakı: 

Nurlan, 2007, s. 23-24 

 

28

Əliyev R. Mifoloji şüurun bədii spesifikası. Bakı: Qartal, 2001, 120 s. 17



 

29

Ögəl B. Türk mifologiyası. I c. Bakı: Səda, 2004



 


 

19

xüsusiyyətinə,  həmçinin  xilaskarlıq  funksiyasına  görə  qurd 



mədəni qəhrəman  hesab edilə  bilər. Digər bir  əlamət  isə qurdun 

mədəni  qəhrəman,  xilaskar  kimi  insanlara  yol  göstərməsidir. 

Məsələn,  “Oğuz  Xaqan”  dastanında  Oğuzun  məsləhətçisi,  yol 

göstərəni məhz qurd olmuşdur.

30

 

“Oğuz Xaqan” dastanda Oğuzun özü də mədəni qəhrəmandır. 



Onun dastandakı fəaliyyəti, ona məxsus bəzi xüsusiyyətlər onun 

da mədəni qəhrəman, demiurq cizgili olmasını göstərir. 

Biz  qeyd  etdik  ki,  mədəni  qəhrəmanlar  bəzən  də  insanlara 

təhlükə  yaradan  qorxunc  varlıqlara,  nəhənglərə  qarşı  vuruşub, 

onları  məhv  edirlər.  “Oğuz  xaqan”  dastanında  da  Oğuz  meşədə 

yaşayan,  ilxıları,  insanları  yeyib,  xalqı  çox  ağır  vəziyyətə  salan 

yırtıcı bir heyvanı öldürüb, insanları bu bəladan xilas edir.

31

 



Dastanın sonrakı gedişində Oğuzun özünü xaqan elan edərək, 

öz  xaqanlığını  və  qoşununu  yaradaraq,  xalqını  idarə  etməsi,  bir 

sıra  türk  uruqlarına  -  qıpçaq,  qarluq,  kalaç  və  s.  ad  verməsi  də 

onun mədəni qəhrəman, demiurq funksiyasını əks etdirir.

 

Qədim  türkərin  dünyagörüşündə  özünəməxsus  bir  yer  tutan 



şamanizmdə  ilkin  şamanlar  çox  vaxt  mədəni  qəhrəman  kimi  də 

miflərdə  xüsusi  yer  tutur.  Məsələn,  Orta  Asiya  əfsanələrinin 

demək olar ki, hamısı Qorqudu şaman kimi təsvir edir. “Qorqud 

Kitabı”nın  artıq  ilk  misralarından  Qorqud  gələcəkdən  xəbər 

verən  kimi  təqdim  edilir.  Lakin  bu  yalnız  müqəddimənin 

girişində belədir. Burada yəqin ki, ondan baxşı-şaman kimi bəhs 

edən  əfsanələrin  təsiri  özünü  göstərir.  Sonrakı  yerlərdə,  elə 

müqəddimənin özündə də Qorqud artıq müdrik bir ağsaqqal kimi 

çıxış  edir.  Yəni  artıq  şamandan  çox  mədəni  qəhrəman  kimi 

fəaliyyət  göstərir.  El-obanın  rifahı  yollarını  axtarır,  ad  qoyur, 

nəsə yaradır, bir çox mərasimləri icra edir. 

Qədim  eposlarda  rast  gəldiyimiz  Xızır  obrazı  da  miflərdə  

mədəni  qəhrəman  kimi  fəaliyyət  göstərmişdir.  A.Nəbiyevin 

qeydə aldığı mif buna nümunə göstərilə bilər. Mifdə təsvir edilir 

ki,  Boz  qurdun  Xızır  vasitəsilə  göndərdiyi  alma  oğuz  elinin 

                                                

30

Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı: Sabah, 1993



 

31

Yenə orada, s. 124 



 


 

20

ömrünü uzatdı, qılınc onları ən ağır düşmənlərdən qorudu, qopuz 



oğuza şadlıq gətirdi.

32

 



Ümumiyyətlə,  mədəni  qəhrəmanlar  dünya  xalqlarının 

əksəriyyətinin  mifoloji  mətnlərinin  əsas  personajlarından  biri 

olmuşdur.  Hər  bir  xalqın  mifologiyasında  ayrı-ayrı  adlarla 

mövcud  olan  bu  personajların  mədəni  fəaliyyəti  isə  mahiyyətcə 

demək olar ki, eynidir. 

İkinci  fəslin  ikinci  paraqrafı  isə  “Əcdadlar  kultu  obrazları 



və onların mədəni funksiyaları” adlanır. Bütün ibtidai dinlərdə 

və  arxaik  mifologiyada  qəbilənin  ulu  anası  və  qoruyucusu  kimi 

təsəvvür  edilən  Ana  ilahəsi  vardır.  Türk  mifologiyasında  bu 

obraza 


mənsub 

xüsusiyyətlər 

Umay 

ilahəsi 


üzərində 

toplanmışdır.  Matriarxat  dövrünün  ən  mühüm  dini  simvolunun 

Ay  olması  elmdə  məlumdur.  Bundan  çıxış  edən  K.  Hüseynoğlu 

Umay  adının  “uma”  (ana)  və  “ay”  sözlərindən  yarandığını  və 

“Ana  ay”  mənasını  verdiyini  yazmışdır.

33

  Məlumdur  ki,  “Oğuz 



Kağan”  dastanında  Oğuzun  anası  da  “Ay  xaqan”  adlanır. 

Avropada, Asiyada və Afrikada tapılmış və daş dövrünə aid olan 

qadın  heykəllərini  də  tədqiqatçılar  məhz  matriarxat  dövrünə  aid 

edirlər.  “Belə  heykəllərin  çoxunun  ocağın  yanında  olması  və 

əllərində heyvan buynuzu və s. məhsuldarlıq rəmzləri tutması da, 

N.N. Yefimenkonun  yazdığı kimi, “onların qəbilənin başçısı və 

qəbilə  ayinlərinin  icraçısı  olmasını  göstərir”.

34

 



S.A.Tokarevə 

görə  isə  belə  qadın  heykəlləri  ilə  ibtidai  insanlar  ocağın 

sahibəsini  və  odun  qoruyucusunu  təsvir  etmək  istəmişlər.  Türk 

mifologiyasında  Umay  ilahəsinin  də  ailənin  və  uşaqların 

qoruyucusu,  məhsuldarlıq  və  bərəkət  simvolu  kimi  təsvir 

edilməsi  məlumdur.

35

  Oğuz  xaqanın  anasının  Ay  xaqan  olması 



göstərir  ki,  daha  əski  zamanlarda  türk  mifologiyasında  da 

qəbilənin ilkin əcdadı qadın sayılıb.  

Matriarxat  dövrünə  xas  olan  bu  xüsusiyyətlər  XIX-XX 

əsrlərdə  də    Afrikada  və  Amerikada  arxaik  mədəniyyət 

səviyyəsində  yaşayan  bir  sıra  tayfalarda  saxlanılmışdır.  Həmin 

                                                

32

Sehrli  sünbüllər,  (miflər) /  Toplayanı:  A.  Nəbiyev.  Bakı:  Gənclik,  1990,  s. 



131-133

 

33



 Hüseynoğlu K. Novruz yenilik və bərəkət bayramıdır. “Azərbaycan” qəzeti, 

Bakı, 21 mart, 2007, s. 7

 

34

Баландин Р.К. Сто великих богов. М.: Вече, 2002, s. 16



 

35

Токарев С.А. Ранние формы религии. М.: Политиздат, 1990, s. 29-30



 


Yüklə 273,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə