Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   ...   4   5   6   7   8   9   10   11   12

17 

 

 



54. Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və 

ya  təyin  olunduqda  onların  peşəkar  dini  fəaliyyəti  həmin  vəzifədə  olduqları  müddətdə 

dayandırılır.  Bu  müddəa  müxtəlif  aspektlərdə  problematikdir.  “Peşəkar  dini  fəaliyyət”  və  “din 

xadimi”nin daha dəqiq anlayışı olmadan (Qanunun 4-1-ci maddəsi ilə bağlı yuxarıda qeyd edilən 

49-51-ci bəndlərə bax) bu müddəa çox qarışıq olmaqda davam edir. Bir çox dinlərdə sərbəst din 

xadimləri  fəaliyyət  göstərir;  bu  şəxslər  dünyəvi  xarakterli  peşəkar  həyatlarından  başqa  dini 

funksiyaları da yerinə yetirirlər. Üzvlərinin dünyəvi peşələrdə çalışdığı bir çox təriqət formaları 

mövcuddur.  Öz  dini  funksiyalarını  itirmədən  dövlət  orqanlarında  çalışmaq  maneəsinin  onların 

hamısına  şamil  edilib-edilməməsi  də  aydın  deyil.  Eləcə  də,  belə  müddəanın  demokratik 

cəmiyyətdə zəruri olub-olmaması və hansı baxımdan zəruri olub-olmaması da aydın deyil.   

55.  Bir  çox  dövlətlərin  müəyyən  dövlət  işlərinin  konkret  digər  fəaliyyətlə  uyğun  gəlməməsini 

müəyyən edən qaydaları olsa da, bu qaydalar bir qayda olaraq beynəlxalq öhdəliklərə uyğundur. 

Bununla belə, din xadimləri üçün bütün dövlət orqanlarında çalışmaqla bağlı ümumi qadağanın 

qoyulması mütənasiblik prinsipinə ziddir. 

56.  Bundan  başqa,  həmin  müddəanın  yalnız  din  xadiminin  dövlət  orqanını  könüllü  olaraq 

seçməsi  halına  aid  edilib-edilməməsi  də  aydın  deyil.  Bəzi  hallar  var  ki,  dövlət  vətəndaşlarını 

dövlət  orqanına  təyin  edir  və  bu  təyinatdan  imtina  etmək  olmaz,  məsələn,  məhkəmədə  andlı 

iclasçı. Əgər dövlət din xadimini onun iradəsi əleyhinə dövlət orqanına təyin edə bilərsə və  ya 

edirsə,  bu  şəxs  avtomatik  olaraq  öz  dini  funksiyalarını  itirmiş  və  bu  hal  din  və  ya  etiqad 

azadlığını pozmuş olardı. Bu səbəbdən, bu müddəanın yenidən nəzərdən keçirilməsi və işlənməsi 

tövsiyə edilir. 

 

Din azadlığı və təhsil hüququ  

Bu məsələ Qanunun 6-cı və 10-cu maddələri ilə tənzimlənir. 

 

Maddə 6. Dinin məktəblə münasibəti 

57.  Qanunun  6-cı  maddəsinin  1-ci  bəndinə  əsasən,  Azərbaycan  Respublikasında  dövlət  təhsil 

sistemi  dindən  ayrıdır.  Qanunun  6-cı  maddəsinin  2-ci  bəndi  isə  müəyyən  edir  ki,  dini-fəlsəfi 

fənlər,  müqəddəs  dini  kitabların  əsasları  ilə  tanışlıq  dövlət  təhsil  müəssisələrinin  tədris 

proqramına daxil edilə bilər. 

58.  Beynəlxalq  insan  hüquqları  standartlarına  uyğun  gəlməsi  üçün  dini  fənlər  üzrə  dövlət 

məktəblərinin dərsləri neytral və obyektiv yolla keçirilməlidir.

28

 A HK-nin 1 saylı Protokolunun 



                                                            

28

 22 saylı Ümumi Şərh, Düşüncə, vicdan və din azadlığı hüququ (Maddə 18), 07/30/1993. CCPR/C/21/Rev. 1/əlavə 



4/bənd 6 

 



18 

 

 



2-ci  maddəsinə  (təhsil  hüququ)  əsasən,  dövlət  təhsil  və  tədris  sahəsində  öz  üzərinə  götürdüyü 

funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və 

tədrisi  təmin  etmək  hüququna  hörmət  edir.  Avropa  nsan  Hüquqları  Məhkəməsi  1  saylı 

Protokolun 2-ci maddəsində ehtiva olunan plüralizm və obyektivlik prinsiplərinə xidmət edərək 

“digər dinlər və fəlsəfi baxışlara birlikdə” geniş qiymət verməyə ehtiyacın olduğunu vurğulayıb. 

Məhkəmə,  bu  mənada  valideynlərin  uşaqları  dərs  proqramının  müəyyən  hissəsindən 

kənarlaşdırması  ilə  bağlı  seçiminə  qarşı  çıxıb,  belə  ki,  bu  hal  valideynləri  onların  şəxsi 

həyatlarını  aşırı  açmaq  riski  ilə  ağır  yük  altına  qoyardı,  halbuki  potensial  münaqişə  güman  ki, 

onları kənarlaşdırmaq üçün müraciət etməkdən uzaqlaşdırmaq ola bilər.

29

 



59.  ATƏT/DT HB-Venesiya  Komissiyasının  Bələdçisi  vurğulayır  ki,  valideynlərin  öz 

uşaqlarının dini təhsilini müəyyən etmək hüququnun olması ümumiyyətlə tanınıb.

30

 MSHBP-nin 



18(4)-cü  maddəsinə  əsasən,  valideynin  uşağının  dini  azadlığını  müəyyən  etməsi  xüsusi  olaraq 

qəbul  edilir.  1992-ci  ildə  Azərbaycanın  qəbul  etdiyi  BMT-nin  Uşaq  Hüquqları  haqqında 

Konvensiyasının  14(2)-ci  maddəsinə  əsasən,  iştirakçı  dövlətlər  valideynlərin  və  qanuni 

qəyyumların  uşağın  inkişaf  etməkdə  olan  qabiliyyəti  ilə  uzlaşan  metodlarla  onun  hüquqlarının 

həyata keçirilməsində uşağa rəhbərlik etmək hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər. 

 

60.  BMT-nin  Uşaq  Hüquqları  haqqında  Konvensiyasının  3-cü  maddəsi  ilə  nəzərdə  tutulduğu 



kimi,  uşağın  maraqları  nəzərə  alınmalı  olan  ilk  məsələ  olduğundan,  uşağa  dini  təhsilin 

verilməsində  balanslı  yanaşma  təhsil  hüququ,  ifadə  azadlığı  hüququ  və  ailə  və  şəxsi  həyata 

hörmət  hüququnun  söykəndiyi  əsas  prinsiplərə  əsaslanmaqla  dövlət  məktəblərində  geniş  və 

obyektiv  dini  təhsili  təmin  etməkdir.  Uşağın  dini  təhsili  ilə  bağlı  müddəalar  hazırlanarkən,  bu 

tələblər nəzərə alınmalıdır.

31

 



61.  Qanunun  6-cı  maddəsinin  3-cü  bəndi  dini  təhsil  hüququnu  “vətəndaş”larla  məhdudlaşdırır. 

Bu müddəa həm MSHBP və A HK-nin müvafiq olaraq 18 (1) və 9 (1)-ci maddələri ilə müəyyən 

edilən hər kəsin din azadlığı hüququnu, həm də “heç bir şəxsin təhsil hüququndan imtina edilə 

bilməz”  müddəasını  açıq  nəzərdə  tutan  A HK-nin  1  saylı  Protokolunun  2-ci  maddəsini  pozur. 

A HK-nin  9-cu  maddəsi  və  MSHBP-nin  18-ci  maddəsi  vətəndaşlıq  əsası  ilə  din  azadlığına 

ümumi  məhdudiyyətə  icazə  vermir.  Bu  səbəbdən,  qeyd  edilən  normadakı  “vətəndaşlar”  ifadəsi 

“hər kəs” ifadəsi ilə əvəz edilməlidir.  

62. 2011-ci ilin iyulunda Qanunun 6-cı maddəsinə 5-ci bənd əlavə edildi və yeni tələbə əsasən, 

dini  qurumlar  tərəfindən  gənclərin  [yaşlıların]  müqəddəs  kitabları  öyrənmə  kursları  həmin  dini 

                                                            

29

 A HM, Folgerø və b.Norveçə qarşı, ərizə N. 15472/02, Böyük Palatanın qərarı 29.06.2007   



30

  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq  Vasitəsilə 

Demokratiya Uğrunda  Avropa Komissiyası (Venesiya Komissiyası) ilə  məsləhətləşmə  əsasında hazırladığı Din  və 

ya  Etiqad  Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçi.  2004-cü  ilin  iyununda  Venesiya 

Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028, səh. 13 

31

 Bax: Venesiya Komissiyasının Rəyi, Bosniya və Herseqovina Federasiyasının Sarayeva kantonunda ibtidai təhsil 



qanununun  bir  sıra  maddələrinin  insan  hüquqları  standartlarına  uyğunluğunu  barədə  amicus  curiae,  CDL-

AD(2012)013

  

 



Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə