Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   2   3   4   5   6   7   8   9   ...   12

15 

 

 



Assambleyasının  hesabatlarına  görə,  Avropa  Şurasına  üzv  olarkən  üzərinə  götürdüyü 

öhdəliklərdən biri olsa da, Azərbaycan alternativ mülki xidmət haqqında qanun qəbul etməyib.

20

   


46.  Bu  mənada  qeyd  edilməlidir  ki,  nsan  Hüquqları  Komitəsinin  mövqeyi  budur  ki,  vicdanlı 

etiraz  hüququ  “MSHBP-nin  18-ci  maddəsindən  irəli  gələ  bilər”.

21

  Bu  yaxınlarda  Avropa  nsan 



Hüquqları  Məhkəməsi  Bayatyan  Ermənistana  qarşı

22

  işi  üzrə  vicdanlı  etiraz  hüququna  Avropa 

Konvensiyasının  9-cu  maddəsi  ilə  qorunan  fikir,  vicdan  və  din  azadlığı  hüququ  ilə  təminat 

verilməsini tanıyıb. A HM qeyd edib ki, “Məcburi alternativ hərbi xidməti əvvəllər və ya hazırda 

olan  Avropa  Şurasına  üzv  olan  demək  olar  ki,  bütün  dövlətlər  bu  xidmətə  alternativlər  [...] 

müəyyən  ediblər  və  bunu  müəyyən  etməyən  dövlət  yalnız  məhdud  mülahizə  sərbəstliyinə 

malikdir  və  istənilən  müdaxiləyə  haqq  qazandırmaq  üçün  inandırıcı  və  məcburi  səbəblər 

gətirməlidir”.

23

  O  cümlədən,  məcburi  hərbi  xidmətə  “vicdanla  bağlı  hər  hansı  istisnaya”  yol 



verməyən  və  bu  vəzifəsinə  əməl  etməkdən  imtina  edənləri  cəzalandıran  sistemin  təcrübəsi 

demokratik cəmiyyətdə zəruri olan tədbir hesab edilə bilməz (əvvəlki, bənd 124). Bundan başqa, 

Məhkəmə bildirib ki, sözügedən dövlət alternativ xidmət haqqında qanun qəbul etmək öhdəliyini 

üzərinə  götürüb  və  bu  fakt  onu  göstərir  ki,  şəxsi  hərbi  xidmət  keçməkdən  imtina  etməyə  görə 

məhkum etmə israrlı sosial tələbata xidmət etməyib (əvvəlki, bənd 127).  

47. Əlavə edilməlidir ki, bu hüquq qanunla və ya təcrübə ilə tanındığı halda, vicdanlı etirazçılar 

arasında  onların  konkret  etiqadlarının  xarakteri  baxımından  hər  hansı  fərq  qoyulmamalıdır; 

vicdanlı  etirazçılara  qarşı  hərbi  xidmət  keçmədiklərinə  görə  hər  hansı  ayrı-seçkiliyə  yol 

verilməməlidir; 

24

 həmçinin, alternativ xidmət daha uzun müddət olmaqla cəzalandırıcı məqsəd 



daşımamalıdır.

25

 



48.  Bu  səbəbdən,  dini  (yaxud  qeyri-dini)  etiqadına  görə  hərbi  xidmət  keçməkdən  imtina  edən 

şə

xslərə  alternativ  mülki  xidmət  yerinə  yetirmələrinə  açıq  icazə  verən  qanunun  qəbul  edilməsi 



tövsiyə edilir.   

 

 

 

                                                            

20

 Sənədlərə bax: AS/Mon (2011) 07 rev., bənd 39 & As/Mon (2012) 05 rev   



21

 22 saylı Ümumi Şərh, Düşüncə, vicdan və din azadlığı hüququ (Maddə 18), 07/30/1993. CCPR/C/21/Rev. 1/əlavə 

4/bənd 4 

22

 A HM, Bayatyan Ermənistana qarşı, ərizə N 23459/03, 7 iyul 2011-ci il qərarı 



23

 A HM, Bayatyan Ermənistana qarşı, ərizə N 23459/03, 7 iyul 2011-ci il qərarı, bənd 123 

24

 22 saylı Ümumi Şərh, Düşüncə, vicdan və din azadlığı hüququ (Maddə 18), 07/30/1993. CCPR/C/21/Rev. 1/əlavə 



4/bənd 11 

25

  nsan Hüquqları Komitəsi tərəfindən 25 aprel 2005-ci ildə qəbul edilən Yekun Müşahidələr(CCPR/CO/83/GRC)   



Yunanıstan tərəfindən təqdim edilən  lkin dövri hesabat (CCPR/C/GRC/2004/1), bənd 15.  

Həmçinin  bax:  CCPR/CO/83/GRC  bənd  15,  Xüsusi  Məruzəçi  tərəfindən  istinad  edilib,  UNCHR  Hökümətlərə 

göndərilən işlərin icmalı və alınan cavablar, E/CN.4/2006/5/Add.1, 27 mart 2006, səh. 5   



16 

 

 



Maddə 4-1. Peşəkar dini fəaliyyət və din xadimi     

49. Bu maddə “din xadimi” və “peşəkar dini fəaliyyət” anlayışlarını müəyyən edir. Bu maddəyə 

Avropa  nsan Hüquqları Məhkəməsinin Seyidzadə Azərbaycana qarşı iş üzrə qərarının işığında 

baxılmalıdır.

26

 Bu işdə Məhkəmə A HK-nin 1 saylı Protokolunun 3-cü maddəsinin Azərbaycan 



tərəfindən  pozulmasını  qərara  alıb,  çünki  din  xadiminin  seçkilərdə  namizədliyini  vermək 

hüququnu  tənzimləyən  qanunvericilik  öncədəngörüləbilən  və  yetərincə  aydın  deyildi,  “din 

xadimi”  və  “peşəkar  dini  fəaliyyət”  terminlərinin  anlayışının  tamamilə  verilməməsi  bu 

məhdudiyyətin tətbiqində özbaşınalığa yol açırdı. 

50. Qanunun yeni 4-1-ci maddəsinin 1-ci bəndi “din xadimi”ni “[peşəkar] dini fəaliyyətlə məşğul 

olan  dini  ali  və  ya  orta  ixtisas  təhsilli  şəxs”,  4-1-ci  maddəsinin  1-ci  bəndi  isə  “peşəkar  dini 

fəaliyyət”i  “peşəkar  dini  tərbiyəyə  və  dini  təhsilə,  dindarların  dini  tələbatlarının  ödənilməsinə, 

dinlərin  yayılmasına,  ...  moizələrin  (xütbələrin)  oxunmasına...  (və  s.)  yönəlmiş  fəaliyyət  kimi 

müəyyən edir. “Peşəkar dini fəaliyyət”i bu hərəkətlərin (təhsil, moizə oxuma və s.) özü deyil, bir 

sıra  hərəkətlərə  “yönəlmiş”  fəaliyyət  kimi  müəyyən  etməklə  Qanun  qarışıqlıq  yaradır.  Belə  ki, 

konkret  hərəkətlərə  “yönəlmiş”  fəaliyyətin  məhz  həmin  konkret  hərəkətlərdən  bəzilərinə 

yönəlib-yönəlməməsi,  bunu  müəyyən  etmək  hüququnun  kimə  məxsusluğu  və  hansı  meyarlar 

ə

sasında həyata keçirilməsi kimi labüd suallar doğur. 



51. Eləcə də, Qanunun 4-1.1-ci maddəsində “peşəkar dini fəaliyyət” sayılan “dinlərin yayılması”, 

“dindarların  dini  tələbatının  ödənilməsi”,  “moizə  oxunması”  kimi  konkret  növ  hərəkətlər  öz-

özlüyündə geniş müəyyən edilib. Bu anlayışlar müxtəlif yozumlara açıqlıq mənasında yetərincə 

qarışıq  görünür  və  bəzi  məhdudiyyətlərin  təsir  etdiyi  şəxslər  kateqoriyasını  həddindən  artıq 

genişləndirə bilər. Məsələn, dövlət orqanına seçildikdə və ya təyin edildikdə, şəxsin peşəkar dini 

fəaliyyətinin dayandırılması (Qanunun 5-ci maddəsinin 6-cı bəndinə bax) A HK və xüsusilə də 1 

saylı Protokolun 3-cü maddəsindən (azad seçki hüquqü) irəli gələn mütənasiblik prinsipinə zidd 

olardı. 


27

 

 



Maddə 5. Dövlət və dini qurumlar  

52.  Qanunun  5-ci  maddəsinin  1-ci  bəndinə  əsasən,  din  və  dini  qurumlar  dövlətdən  ayrıdır  və 

bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdirlər (Maddə 5, bənd 1). 

53.  Qanunun  5-ci  maddəsinin  5-ci  bəndi  müəyyən  edir  ki,  dini  qurumlar  “siyasi  partiyaların 

fəaliyyətində  iştirak  etmir”.  Bu  müddəa  tamamilə  qarışıqdır  və  problematik  dərəcədə  geniş 

yozumlara  imkan  verir.  Bu  səbəbdən,  mənanın  dəqiqləşdirilməsi  üçün  normanın  yenidən 

işlənməsi tövsiyə edilir. 

                                                            

26

 A HM, Seyidzadə Azərbaycana qarşı, ərizə N. 37700/05, son qərar 03/03/2010, §37-yə bax   



27

 A HM, Seyidzadə Azərbaycana qarşı, ərizə N 37700/05, son qərar 03/03/2010, §37;  

A HM, Ždanoka Latviyaya qarşı, ərizə N 58278/00, 16 mart 2006, bənd 114 & 115 (e)

  

 




Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə