Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 



maddəsi barədə BMT-nin  nsan Hüquqları Komitəsinin 22 saylı Ümumi Şərhinə istinad 

edilib. 



 

18.


 MSHBP-nin  18  (1)-ci  maddəsinə  əsasən,  hər  kəs  düşüncə,  vicdan  və  din  azadlığı 

hüququna malikdir. Bu hüquqa özü seçdiyi dinə və əqidəyə malik olmaq və ya öz istədiyi 

dini  və  əqidəni  qəbul  etmək  azadlığı  və  öz  dininə  və  əqidəsinə  həm  təkbaşına,  həm  də 

başqaları  ilə  birlikdə,  açıq  və  ya  özəl  qaydada  etiqad  etmək,  ibadət  etmək,  dini  və 

mərasim ayinləri və təlimini yerinə yetirmək azadlığı daxildir. 18 (2)-ci maddəyə əsasən, 

heç  kim  öz  seçiminə  görə  dininə  və  əqidəsinə  malik  olmaq  və  ya  onları  qəbul  etmək 

azadlığına xələl gətirən məcburiyyətə məruz qalmamalıdır. 18 (3)-cü maddəyə əsasən, öz 

dininə və ya əqidəsinə etiqad etmək azadlığına yalnız qanunla müəyyən edilən və ictimai 

təhlükəsizliyin,  asayişin,  sağlamlığın  və  əxlaqın,  digər  şəxslərin  əsas  hüquq  və 

azadlıqlarının mühafizəsi üçün zəruri olan məhdudiyyətlər qoyula bilər. Nəhayət 18 (4)-

cü  maddəyə  əsasən,  hazırki  Paktda  iştirak  edən  dövlətlər  valideynlərin  və  müvafiq 

hallarda  qanuni  qəyyumların  öz  uşaqlarına  öz  əqidələrinə  uyğun  olaraq  dini  və  mənəvi 

tərbiyə  vermələrinin  təmin  olunması  azadlığına  hörmətlə  yanaşmağı  öz  öhdələrinə 

götürürlər. 



 

 

19.


 A HK-nin  9  (1)-ci  maddəsi  müəyyən  edir  ki,  hər  kəsin  fikir,  vicdan  və  din  azadlığı 

hüququ  var;  bu  hüquqa  öz  dinini  və  ya  əqidəsini  dəyişmək  azadlığı,  öz  dininə  və  ya 

ə

qidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi 



qaydada  ibadəti,  təlimləri,  dini  və  mərasim  ayinlərini  yerinə  yetirmək  azadlığı  daxildir. 

9(2)-ci  maddədəki  məhdudlaşdırma  müddəasına  görə,  öz  dinini  və  ya  etiqadını  ifadə 

etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud 

mənəviyyatı qorumaq üçün və  ya digər şəxslərin hüquq və azadlıqlarını  müdafiə  etmək 

üçün  qanunla  nəzərdə  tutulmuş  və  demokratik  cəmiyyətdə  zəruri  olan  məhdudiyyətlərə 

məruz qala bilər. 



 

B.

  Azərbaycan Konstitusiyasının müvafiq müddəaları 

 

20.


 

Konstitusiyanın 7-ci maddəsinə əsasən 

5

, Azərbaycan dövləti demokratik, hüquqi, 



dünyəvi, unitar respublikadır. 18 (1)-ci maddəyə əsasən, Azərbaycan Respublikasında din 

dövlətdən  ayrıdır.  Bütün  dini  etiqadlar  qanun  qarşısında  bərabərdir.  18  (2)-ci  maddəyə 

ə

sasən,  insan  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik  prinsiplərinə  zidd  olan  dinlərin 



(dini  cərəyanların)  yayılması  və  təbliği  qadağandır.

 

18  (3)-cü  maddəyə  əsasən,  dövlət 

təhsil sistemi dünyəvi xarakter daşıyır. 

 

                                                                                                                                                                                               



ya  Etiqad  Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçi.  2004-cü  ilin  iyununda  Venesiya 

Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028   

5

 Konstitusiyanın mətnini bu mənbədən oxumaq olar: 



 

http://www.unhcr.org/refworld/pdfid/4d4828112.pdf

 

 



10 

 

 



21.

 Konstitusiyanın  25-ci  maddəsi  hamının  qanun  və  məhkəmə  qarşısında  bərabərliyi 

prinsipini  təsbit  edir.  Bu  maddənin  3-cü  bəndinə  əsasən,  dövlət,  məsələn,  irqindən, 

milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq, 

hər  kəsin  hüquq  və  azadlıqlarının  bərabərliyinə  təminat  verir.  nsan  və  vətəndaş 

hüquqlarını  və  azadlıqlarını  bu  əsaslara  görə  məhdudlaşdırmaq  qadağandır.  Venesiya 

Komissiyası  Azərbaycan  Konstitusiyası  barədə  əvvəlki  rəyində  həmin  maddəyə  əlavə 

edilən qeyd edilən əsaslara görə hər hansı şəxsə imtiyazlar verilməsi və ya güzəştlərdən 

imtina  edilməsini  qadağan  edən  iki  yeni  bəndin  (4  və  5-ci  bəndlərin)  zəruriliyini  sual 

altına alıb.

6

 

 



22.

 Konstitusiya  ilə  qorunan  digər  əsas  hüquqlara  şərəf  və  ləyaqətin  müdafiəsi  hüququ 

(maddə  46),  fikir  və  söz  azadlığı  (maddə  47),  vicdan  azadlığı  (maddə  48),  sərbəst 

toplaşma azadlığı (maddə 49), məlumat azadlığı (maddə 50), (assosiasiyalarda) birləşmək 

hüququ (maddə 58) daxildir. 

 

23.



  nsan  hüquqlarını  qorumaq  sahəsində  dövlətin  pozitiv  öhdəliyi  “qanunvericilik,  icra  və 

məhkəmə  hakimiyyəti  orqanları”na  həvalə  edilib  (maddə  71).  Həmin  maddənin  4-cü 

bəndinə əsasən, “heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur 

edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz”. 

 

24.  Konstitusiyanın  76  (2)-ci  maddəsinə  əsasən,  vətəndaşların  əqidəsi  həqiqi  hərbi  xidmət 



keçməyə  ziddirsə,  qanunla  müəyyən  edilmiş  hallarda  həqiqi  hərbi  xidmətin  alternativ  xidmətlə 

ə

vəz olunmasına yol verilir. 



 

25.  Konstitusiyanın  79-cu  maddəsinə  əsasən,  heç  kəs  Azərbaycan  Respublikasının 

Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. 

 

26.  Konstitusiyanın  12  (1)-ci  maddəsinə  əsasən,  insan  və  vətəndaş  hüquqlarının  və 



azadlıqlarının  təmin  edilməsi  dövlətin  ali  məqsədidir.  12-ci  maddənin  2-ci  bəndinə  əsasən,  bu 

Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 

 

 



V.

  Qanunun analizi 

27.  Analiz şərh və tövsiyələrin edilməsinin zəruri olduğu maddələr üzərində aparılacaq.  



 

 

                                                            

6

 Venesiya Komissiyası. Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər Layihəsi barədə Rəy, 



Venesiya Komissiyasının 78-ci Plenar iclasında qəbul edilib (Venesiya, 13-14 mart 2009, CDL-AD(2009) 10 


Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə