Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   ...   4   5   6   7   8   9   10   11   12

19 

 

 



qurumların  nizamnamələrinə  uyğun  olaraq,  tabe  olduqları  dini  mərkəz  və  idarələrin  razılığı  ilə 

yaradılır.  Göründüyü  kimi,  müqəddəs  kitablar  kurslarının  (dərslərinin)  dini  qurumların 

nizamnamələrinə uyğun olması və dini qurum tərkibində bir sıra (yüksək) dini/təşkilati orqanın 

razılığının  zəruriliyi  tələbi  din  azadlığının  tədris  yolu  ilə  ifadəsi  hüququna  yolverilməz 

müdaxilədir,  çünki  bu,  xüsusilə  də  dini  qrupu  “vahid  rəhbərlik”  altında  fəaliyyət  göstərməyə 

sövq  edə  bilər.

32

  Bu  tələb  tədris  vasitəsilə  dini  ifadə  azadlığını,  eləcə  də  A HK-nin  10-cu 



maddəsi və MSHBP-nin 19-cu maddəsi ilə qorunan ifadə azadlığını, o cümlədən, informasiya və 

ideyalar  yaymaq hüququnu pozur.

33

 

63.  Qanunun  10-cu  maddəsi  (Dini  təhsil  müəssisələri)  müəyyən  edir  ki,  din  xadimləri  və  dini 



ixtisaslar  üzrə  digər  kadrlar  hazırlanması  üçün  dini  təhsil  müəssisələri  yalnız  dini  mərkəz  və 

idarələr  yarada  bilərlər.  Bu  müddəa  MSHBP-nin  18  (1)-ci  maddəsi  və  demək  olar  ki,  oxşar 

məzmunlu A HK-nin 9.1-ci maddəsində nəzərdə tutulan hər kəsin “öz dinini və ya etiqadını [...] 

təcrübədə  və  tədris  zamanı  ifadə  etmək”  hüququna  müdaxilədir.  Bu,  dini  mərkəz  və  idarələrin 

üzvü  olmayan  şəxslərin  öz  dinlərini  ibadət  və  tədris  yolu  ilə  başqaları  ilə  birlikdə  ifadə  etmək 

hüquqlarını faktiki olaraq pozmuş olur. Belə ki, bu məhdudiyyət demokratik cəmiyyətdə zəruri 

deyil.  Bundan  başqa,  digər  dini  qurumların  deyil,  məhz  dini  mərkəz  və  idarələrin  belə  hüquqa 

malik  olmasını  anlamaq  çətindir.  Həmçinin,  qeyri-dini  qurumların  ən  azı  başqa  dini  kadrları 

təlimatlandırmasına  icazə  verilməməsi  başadüşülən  deyil;  bu  mənada  “dini  kadrlar”  termininin 

mənası sual olaraq qalır. Odur ki, bu müddəanın yenidən işlənməsi tövsiyə edilir. 



 

Dini qurumlar və icmalar   

64. Bu məsələ 2-ci fəsildə “Azərbaycan Respublikasında dini qurumlar” adı altında əhatə edilib. 

Dini qurumların nizamnamələri, qeydiyyat və ləğvetmə prosesi də bu fəsildə müəyyən edilib. 

65.  Qanun  dini  qurumların  müxtəlif  kateqoriyalarını  təqdim  edir:  7-ci  maddə  dini  qurum,  8-ci 

maddə dini icma, 9-cu maddə isə dini mərkəz və idarələr anlayışlarını təsbit edir. 

66.  Qanunun  7-ci  maddəsinə  əsasən,  dini  qurumlar  idarələrlə  təmsil  olunurlar.  Maddənin  2-ci 

bəndi  isə  müəyyən  edir  ki,  dini  qurumlar  bu  Qanuna  “və  təsdiq  olunmuş  nizamnamələrinə” 

müvafiq  surətdə  fəaliyyət  göstərirlər.  Bu  müddəa  dövlət  orqanlarına  lazımsız  müdaxilə  üçün 

geniş imkan açır. Qanunun 7-ci maddəsinin 2-ci bəndinin qeyd edilən məqsədi aydın deyil və bu 

tələbin nə üçün zəruri olması aydınlaşdırılmır. Dini qurumun öz nizamnaməsinə uyğun fəaliyyət 

göstərməsinin necə və ya kim tərəfindən qiymətləndirilməsi və ya təcrübənin bu səviyyəyə qədər 

məhdudlaşdırılmasına hansı ehtiyacın olması Qanunda öz əksini tapmayıb. Göründüyü kimi, bu 

                                                            

32

  Bax:  A HM,  Metropolitan    Bessarabia  Kilsəsi  və  b.  Moldovaya  qarşı,  ərizə  N.  45701/99,  Palata  qərarı 



13.12.2001, bənd 117   

33

  Muqayisə  et:  A HM,  Metropolitan    Bessarabia  Kilsəsi  və  b.  Moldovaya qarşı,  ərizə  N.  45701/99,  Palata qərarı 



13.12.2001 


20 

 

 



müddəa dövlətin dini qurumların fəaliyyətinə və muxtariyyətinə aşırı müdaxiləsinə şərait yarada 

bilər. Odur ki, bu bəndin daha aydın formada yenidən işlənməsi tövsiyə edilir.     

67. Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən, Azərbaycanda fəaliyyət göstərən islam dini 

qurumları  Qafqaz  Müsəlmanları  darəsinə  öz  fəaliyyətləri  haqqında  hesabat  təqdim  edirlər.  Bu 

müddəa  Qanunun  8-ci  maddəsinin  2-ci  bəndi  (Azərbaycanda  təşkilat  məsələlərində  islam  dini 

icmaları  Qafqaz  Müsəlmanları  idarəsinə  tabedirlər)  və  Qanunun  9-cu  maddəsinin  1-ci  bəndi 

(Azərbaycan  Respublikasında  islam  dini  qurumları  öz  tarixi  islam  dini  mərkəzində  -  Qafqaz 

Müsəlmanları  darəsində  birləşirlər)  ilə  birgə  analiz  edilməlidir.  Bundan  başqa,  Qanunun  8-ci 

maddəsinin  3-cü  bəndi  müəyyən  edir  ki,  islam  dininə  aid  ibadət  yerlərinə  rəhbərlik  edən  din 

xadimləri Qafqaz Müsəlmanları  darəsi tərəfindən təyin edilir. Başqa sözlə, Qanun bütün islam 

dini qruplarının və ya qurumlarının, həmçinin onların din xadimlərini təyin edən vahid təşkilati 

qurumun - Qafqaz Müsəlmanları  darəsinin rəhbərliyi altında fəaliyyət göstərməsini tələb edir. 

68. Düşüncə və vicdan azadlığı, eləcə də din və ya etiqad seçmək azadlığı tam şəxsi azadlıqlar 

sayılsa da, kollektiv qurumun da dini ifadə etmək və tətbiq etmək hüququ qorunduğundan dini 

azadlıq hüququ təkcə fərdi deyil, həmçinin kollektiv ölçüyə malikdir.

34

 Dini və ya etiqadı ifadə 



etmək və  ya tətbiq etmək üçün toplaşmaq kimi kollektiv hüquq daha sonra A HK-nin 11-ci və 

MSHBP-nin 21-ci maddəsi ilə müdafiə edilir. Bu müddəalar o gözləntini əhatə edir ki, dindarlar 

dövlətin  özbaşına  müdaxiləsi  olmadan  sərbəst  birləşə  bilərlər.

35

  Avropa  nsan  Hüquqları 



Məhkəməsi vurğulayıb ki, A HK-nin məqsədləri baxımından din azadlığı prinsipi dövlətin “dini 

etiqadların qanunliyini və ya həmin etiqadların ifadə yollarını” qiymətləndirməsini istisna edir.

36

 

Bundan  başqa,  “konkret  liderin  [...]  xeyrinə  dövlət  tədbirləri”  də  din  azadlığının  pozulması 



deməkdir.

37

  



69.  Başqa  sözlə,  dövlət  hər  hansı  dini  məzhəbə  mənsub  olan  fərdi  üzvlərdən  və  ya  qruplardan 

konkret dini orqanın və ya qurumun üzvü olmasını, yaxud onların nəzarəti altında olmasını tələb 

edə  bilməz.  Amma  Qanunun  qeyd  edilən  müddəaları  hazırda  məhz  buna  imkan  verir  və  bu 

səbəbdən, Qanundan çıxarılmalıdır. 

70. Onun əksinə olaraq və beynəlxalq standartların əksinə olmayaraq, Qanunun 8-ci maddəsinin 

2-ci  bəndi  Qafqaz  Müsəlmanları  idarəsinə  tabe  olan  islam  dini  icmalarının  vəzifəsi  ilə  “qeyri-

müsəlman  dini    icmalarının  Azərbaycanda  və  xaricdə  fəaliyyət  göstərən  dini  mərkəzlərə 

(idarələrə)  tabe  olmaq  və  tabeliyini  dəyişdirmək  hüququ  var”  müddəasındakı  hüququ  arasında 

nəticə etibarilə fərq qoyaraq, qeyri-islam dini qurumlarının “Azərbaycanda və xaricdə fəaliyyət 

göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək” hüququna (vəzifəsinə 

deyil) təminat verir.  

                                                            

34

 Bax: A HM, Metropolitan  Bessarabia Kilsəsi və b. Moldovaya qarşı, ərizə N. 45701/99, Palata qərarı 



13.12.2001, bənd 114 

35

 Əvvəlki, bənd 117 



36

 Əvvəlki, bənd 117 

37

 Əvvəlki 




Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə