Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 



I.

  Giriş 

 

1.



  6 iyun 2012-ci il tarixli məktubu ilə Avropa Şurasının Parlament Assambleyasının Üzv 

Dövlətlərin Vəzifə və Öhdəliklərinə Əməl Edilməsi üzrə Komitəsinin Sədri sonuncu dəfə 

2011-ci  ildə  əlavə  və  dəyişikliklər  edilmiş  “Dini  etiqad  azadlığı”  haqqında  Azərbaycan 

Respublikasının  qüvvədə  olan  Qanununa  rəy  verməklə  bağlı  Venesiya  Komissiyasına 

müraciət edib. 

 

2.



  Venesiya  Komissiyası  xanım  Herdis  Thorgeirsdottir  ( slandiya  adından  üzv)  və  cənab 

Vladimir  Djerici  (Serbiya  adından  əvəzedici  üzv)  məruzəçilər  qismində  təyin  edib. 

Venesiya  Komissiyası  ATƏT/DT HB-ni  Qanunun  qiymətləndirilməsinə  yardım  etməyə 

dəvət edib. Onlar Qanunun hakimiyyət orqanları tərəfindən təqdim edilən tərcüməsindən    

(CDL-REF  (2012)  030)  yararlanıblar.  Məruzəçilər  Qanunun  ingilis  dilinə  tərcüməsinin  

tam  mənada  mükəmməl  olmadığını  müşahidə  ediblər.  Odur  ki,  tərcümədən  doğan 

səhvlərin də olması mümkündür.  

 

3.



  Hazırki Rəy Qanunun əhatə dairəsi və Azərbaycan Konstitusiyasının müvafiq müddəaları 

ilə  məhdudlaşır.  Rəydə  digər  qanunvericilik  aktları,  məsələn,  Azərbaycan  Cinayət  və 

nzibati  Xətalar  Məcəlləsinin  ölkədə  din  və  ya  etiqad  azadlığına  təsir  göstərə  və  ya 

məhdudiyyətlər yarada biləcək müddəaları təhlil olunmur.  

 

4.

  Venesiya Komissiyası Azərbaycandakı mövcud dini durumdan məlumatlıdır. Komissiya 



hakimiyyət  orqanlarının  din  azadlığı  prinsipini  tanımasını  qiymətləndirir.  Bununla  belə, 

bu,  Venesiya  Komissiyasını  Qanunun  spesifik  müddəalarını  beynəlxalq  insan  hüquqları 

standartları çərçivəsində təhlil etməkdən azad etmir. 

 

5.



  ATƏT/DT HB  və  Venesiya  Komissiyası  vurğulayır  ki,  burada  qeyd  edilən  Rəy 

ATƏT/DT HB  və  ya  Venesiya  Komissiyasının  gələcəkdə  bu  məsələ  ilə  bağlı  verə 

biləcəyi digər rəy və ya tövsiyələrə münasibətdə qəti mövqeni formalaşdırmır.   

 

6.



  Azərbaycan  Hökuməti ATƏT/DT HB və Venesiya Komissiyasının Dini etiqad azadlığı 

haqqında Qanuna verdiyi Birgə Rəy layihəsinə öz şərhini bildirib (bax: CDL (2012) 073). 

 

7.

  Hazırki  Rəy  məruzəçilərin  şərhləri  əsasında  tərtib  edilib.  11  oktyabr  2012-ci  ildə  Rəy 



Venesiya  Komissiyasının  Əsas  Hüquqlar  üzrə  Alt  Komissiyasında  müzakirə  edilib  və 

Venesiya Komissiyasının 92-ci Plenar iclasında qəbul edilib (12-13 oktyabr 2012-ci il). 

                                                                                                               

  

II.



  Ümumi məlumat 


 

 



 

8.

  31  yanvar-  2  fevral  2012-ci  ildə  Parlament  Assambleyasının  Monitorinq  Komitəsinin 



həmməruzəçiləri  monitorinq  prosesi  çərçivəsində  Bakıya  faktaraşdırıcı  missiya  səfəri 

təşkil ediblər.

1

 

 



9.

  Onlar məlumatlanıblar ki, 2010-cu ilin iyununda Dini etiqad azadlığı haqqında Qanuna 

edilmiş əlavə və dəyişikliklər əvvəllər qeydiyyatdan keçən bir sıra dini icmaların təkrarən 

qeydiyyatdan keçmək vəzifəsini müəyyən edib.  

 

10.


  rqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası ( DAK)

2

 2011-ci ilin martında dərc 



olunan sonuncu hesabatında qeyd edib ki, məhdudlaşdırıcı müddəalar və təcrübə artırılıb 

və  bir  sıra  dini  icmalar  təkrarən  qeydiyyatdan  keçə  bilməyiblər.  Ərizələri  hələ  də 

baxılmayan  icmalar  öz  dini  fəaliyyətlərini  həyata  keçirib-keçirməyəcəklərinə  əmin 

olmadıqlarından hüquqi qeyri-müəyyənlik vəziyyətində qalıblar. 

 

11.


 Sözügedən Qanuna qəbul edildiyi tarixdən etibarən 10 dəfə əlavə və dəyişikliklər edilib; 

sonuncu əlavə və dəyişiklik 2011-ci ilin iyulunda olub. 

 

III.

 Qısa icmal və tövsiyələr    

 

12.



 2011-ci ildə əlavə və dəyişikliklər edilmiş Dini etiqad azadlığı haqqında Qanun bir sıra 

məqamlarda  beynəlxalq  standartlara  zidd  olan  hüquqi  çərçivə  müəyyən  edir  və  bu 

standartlara uyğun gəlməsi üçün yenidən nəzərdən keçirilməlidir. 

 

13.



 Dövlətin  geniş  mülahizə  sərbəstliyinə  malik  olması  tanınsa  da,  bu  insan  hüquqları  ilə 

bağlı  dəyərlərin  mahiyyətinə  xələl  gətirməyə  icazə  sərbəstliyi  kimi  şərh  edilməməlidir. 

Düşüncə, vicdan, din və etiqad azadlıqları “demokratik cəmiyyət”in əsaslarından biridir. 

3

 



 

14.


 Göründüyü  kimi,  Qanunda  beynəlxalq  standartlara  zidd  olan  bir  sıra  yetərincə 

məhdudlaşdırıcı  müddəalar  mövcuddur.  Qanunun  əhatə  dairəsi  və  din  və  vicdan 

azadlığının  benefisiarları  kimi  əsas  məsələləri  tənzim  edən  müddəalarından  başqa, 

qeydiyyat,  dini  icmaların  muxtariyyəti  və  ləğvi,  vicdanlı  etiraz,  dini  təbliğat  məsələləri, 

dini materialların dərci və yayılması beynəlxalq standartlara cavab vermək üçün yenidən  

işlənməlidir.  Eləcə  də,  Qanun  qarışıq  terminologiyaya  malikdir  və  bu  hal  Qanunun 

özbaşına şərhinə və tətbiqinə gətirib çıxara bilər. 

 

                                                            



1

 AS/Mon(2012) 05 rev 

2

  DAK-ın Azərbaycanla bağlı hesabatı,  qrçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası, CR(2011)19, 23 mart 



2011-ci ildə qəbul edilib  

3

 A HM, Kokkinakis Yunanıstana qarşı 25 may 1993-cü il qərarı, A Seriyaları, N 260-A, səh. 17, bənd 31 




Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə