Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   2   3   4   5   6   7   8   9   ...   12

11 

 

 



Qanunun adı 

28. Qanunun adı, eləcə də bəzi müddəaları göstərir ki, Qanunun əhatə dairəsi dini etiqad hüququ 

ilə  məhdudlaşır  və  beləliklə,  qeyri-dini  etiqad  hüququnu  qorumur.  ATƏT/DT HB-  Venesiya 

Komissiyasının Bələdçisi din və ya etiqad azadlığı üzrə beynəlxalq standartlara diqqət çəkməklə 

dinə və ya etiqada malik olmaq, qəbul etmək və ya dəyişmək hüququnun hər hansı məhdudiyyətə 

məruz  qala  bilməməsi  prinsipi  kimi  əsas  dəyərləri  vurğulayır.  Bundan  başqa,  dini  etiqad  geniş 

şə

kildə  şərh  edilməlidir.



7

  Təcrübi  ayinlər  mənasında  yalnız  ibadəti  və  ya  dar  mənada  etiqadı 

qoruyan  qanunvericilik  qeyri-adekvatdır.

8

  Qeyri-dindarların  da  dərin  etiqadları  var  və  bu, 



qanunla bərabər formada qorunmalıdır və bu səbəbdən, bunu əhatə etmək üçün Qanunun adına 

dəyişiklik edilməsi tövsiyə edilir.  



 

Fəsil 1. Ümumi Müddəalar 

Bu Fəsil 6 maddədən ibarətdir və bütün maddələrə spesifik şərh və tövsiyələr edilib. 

 

Maddə 1. Dini etiqad azadlığı 

29.  Qanunun  1-ci  maddəsində  “dini  etiqad  azadlığı”na  verilən  anlayış  bir  sıra  məqamlarda 

spesifik şərhləri şərtləndirib.  

 

Dini və ya etiqadı dəyişmək və ifadə etmək hüququ da daxil olmaqla müdafiəni geniş 

şə

kildə şərh etməyə ehtiyac 

 

30.  lk  öncə,  tərcümədə  yanlışlıq  yoxdursa,  Qanunun  “hər  kəs  dinə  öz  münasibətini  müəyyən 



etməlidir” müddəası məcburi tələb kimi görünməklə din və ya etiqad azadlığı kimi əsas prinsiplə 

ziddiyyət  təşkil  edir.   Heç  kəs  öz  dini  düşüncələrini  və  ya  əqidəsini  və  ya  dinə  bağlılığını 

müəyyən  etməyə  və  ya  açıqlamağa  məcbur  edilə  bilməz.  Avropa  nsan  Hüquqları  Məhkəməsi 

vurğulayıb ki, şəxsin dini ifadə azadlığının öz dinini açıqlamağa məcbur edilməmək kimi neqativ 

aspekti var.

9

 Beynəlxalq insan hüquqları standartları tələb edir ki, inanmaq hüququ ilə dinin və 



                                                            

7

  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq  Vasitəsilə 



Demokratiya Uğrunda  Avropa Komissiyası (Venesiya Komissiyası) ilə  məsləhətləşmə  əsasında hazırladığı Din  və 

ya  Etiqad  Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçi.  2004-cü  ilin  iyununda  Venesiya 

Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028, səh. 10   

8

  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq  Vasitəsilə 



Demokratiya Uğrunda  Avropa Komissiyası (Venesiya Komissiyası) ilə  məsləhətləşmə  əsasında hazırladığı Din  və 

ya  Etiqad  Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçi.  2004-cü  ilin  iyununda  Venesiya 

Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, səh. 10 

9

 A HM, Sinan  sık Türkiyəyə qarşı (21924/05), 2 fevral 2010-cu il Palata Qərarı 




12 

 

 



ya etiqadın ifadə edilməsi  azadlığı arasında aydın fərq qoyulmalıdır. Beləliklə, Qanunun şəxsdən 

dinə münasibətini müəyyən etmək tələbi ləğv edilməlidir.  

   

31.  kincisi, Qanunun 1-ci maddəsinin 1-ci bəndində  təsbit edilən anlayışda  şəxsin dinini və ya 



etiqadını  dəyişmək  hüququ  açıq  şəkildə  nəzərdə  tutulmayıb.  Həm  A HK-nin  9  (1)-ci  maddəsi, 

həm də MSHBP-nin 18 (1)-ci maddəsi birbaşa tanıyır ki, dini azadlıq hüququna “öz dinini və ya 

etiqadını  dəyişdirmək  azadlığı”  da  daxildir.  Odur  ki,  mütləq  xarakter  daşıyan  forum  internum 

(daxili etiqad) sahəsinə aid olduğundan bu hüququn da təmin edilməsi tövsiyə edilir.

10

 Qanunun 



1-ci maddəsində müəyyən edilən “dini etiqad azadlığı” anlayışı genişləndirilməli və bura dini və 

ya etiqadı qəbul etmək və ya  dəyişdirmək hüququ da daxil edilməlidir.  

   

32.  Bundan  başqa,  Qanunun  1-ci  maddəsinin  ilk  cümləsi  beynəlxalq  müqavilələrlə  müəyyən 



edilən din azadlığının dinin və ya etiqadın ictimai və ya təkbaşına ifadə edilməsini əhatə etməsi 

kimi önəmli təminatını nəzərdə tutmur. Bu səbəbdən, Qanunun 1-ci maddəsində verilən anlayış 

ictimai və ya təkbaşına dini ifadə azadlığını da əhatə etməklə genişləndirilməlidir.  

   


33. Eləcə də, Qanundakı anlayışın hər kəsin “dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və 

yaymaq  hüququ”nu,  yəni  öz  dini  əqidəsini  ifadə  etməni  əhatə  etməsinə  baxmayaraq,  bunun 

beynəlxalq  insan  hüquqları  aktları  ilə  təmin  edilən  “dini  ibadət,  tədris,  təcrübə  və  ayinlər” 

zamanı  həyata  keçirilməsinin  mümkünlüyü  ayrıca  olaraq  müəyyən  edilməyib.  Odur  ki, 

beynəlxalq  insan  hüquqları  aktlarında  təmin  olunduğu  kimi  şəxsin  dini  etiqadının  “dini  ibadət, 

tədris,  təcrübə  və  ayinlər”  zamanı  həyata  keçirilməsinin  Qanunda  xüsusi  olaraq  göstərilməsi 

tövsiyə edilir.    

   


34. Sonda, Qanunun 1-ci maddəsinin 2-ci bəndi müəyyən edir ki, heç kəs öz dini etiqadını ifadə 

etməyə məcbur edilə bilməz. Beynəlxalq insan hüquqları standartlarına uyğunluq üçün “etiqad” 

anlayışının  əhatə  dairəsi  geniş  olmalı  və  ənənəvi  dinlərlə,  institusional  xarakterli  din  və  ya 

etiqadlarla  və  ya  həmin  ənənəvi  dinlərə  oxşar  təcrübə  ilə  məhdudlaşmamalıdır.

11

 “Etiqad” 



anlayışı  “din”  anlayışından  ayrılmaqla  müəyyən  edilməlidir  ki,  Qanun  ən  geniş  mənada  din  və 

 etiqad azadlığını, o cümlədən teist, qeyri-teist, ateist və aqnostik etiqadları qoruyur.

12

 

   



Dini təbliğat və missionerlik fəaliyyəti  

35.  Qanunun  “insan  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik  prinsiplərinə  zidd  olan  dinlərin 

(dini  cərəyanların)  yayılması  və  təbliği  qadağandır”  məzmunlu  1-ci  maddəsinin  2-ci  bəndi 

dövlətə  yuxarıda sadalanan beynəlxalq aktlarda  müəyyən edilən əsaslara nisbətən məhdudiyyət 

tətbiq etmədə və ya özbaşına şərh etmədə daha sərbəstlik verir.  

                                                            

10

  Müqayisə  et,  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq 



Vasitəsilə  Demokratiya  Uğrunda  Avropa  Komissiyası  (Venesiya  Komissiyası)  ilə  məsləhətləşmə  əsasında 

hazırladığı Din və ya Etiqad Azadlığı ilə bağlı Qanunvericiliyin Araşdırılması barədə Bələdçi. 

11

  Müqayisə  et,  22  saylı  Ümumi  Şərh,  Düşüncə,  vicdan  və  din  azadlığı  hüququ  (Maddə  18),  07/30/1993. 



CCPR/C/21/Rev. 1/əlavə 4/bənd 2  

12

 Əvvəlki 




Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə