Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   2   3   4   5   6   7   8   9   ...   12

13 

 

 



36.  Din  və  ya  etiqad  azadlığına  hər  hansı  məhdudiyyət  üçün  israrlı  sosial  tələbat  olmalıdır  və 

yuxarıda qeyd olunan əsaslar çox qarışıqdır və yolverilən məhdudiyyətlərin (MSHBP və A HK-

nin  uyğun  olaraq  18  (3)-cü  maddəsi  və  9  (2)-ci  maddəsində)  daşıdığı  məqsədlərə  heç  də  hər 

zaman birbaşa bağlılığı yoxdur  və ya onların söykəndiyi spesifik ehtiyaca mütənasib deyil. 

37.  Bu  müddəaların  məqsədləri  anlaşılan  olsa  da,  istifadə  olunan  anlayışlar  (məsələn,  “insan 

ləyaqətini alçaldan” və “insanpərvərlik prinsiplərinə zidd olan”) qanunvericilik aktı üçün uyğun 

deyillər.  Belə  ki,  həmin  anlayışlar  çox  qarışıq  və  müxtəlif  yozumlara  açıqdır,  bu  da  öz 

növbəsində Qanunun özbaşına və mülahizə sərbəstliyinə imkan verməklə tətbiqinə gətirib çıxara 

bilər.  Qarışıq  terminologiyanın  mümkün  nəticələrinin  qarşısını  almaq  üçün,  qeyd  olunan 

müddəalar  ya  Qanunla  müəyyən  olunan  daha  dəqiq  terminologiya  ilə  əvəz  edilməli,  yaxud 

tamamilə  ləğv  edilməlidir.  Həmçinin,  bu  müddəalarla  hədəflənən  məqsədlərə  qanunların 

mütənasibliyi prinsipinə hər zaman söykənməklə cinayət və ya inzibati məsuliyyəti tənzimləyən 

ümumi qanunlarla daha yaxşı nail olunub-olunmaması nəzərə alınmalıdır.  

38.  Qanunun  1-ci  maddəsinin  3-cü  bəndi  dini  etiqad  azadlığına  qoyulan  məhdudiyyətləri 

müəyyən  edir.  Amma  Qanun  ayırmır  ki,  din  azadlığı  deyil,  məhz  dinin  və  ya  etiqadın  ifadə 

edilməsi əsaslandırılmaqla məhdudlaşdırıla bilər. Beynəlxalq hüquqa görə, daxili etiqad (forum 

internum) hər hansı məhdudiyyətə məruz qala bilməz və din və ya etiqad azadlığı yalnız xarici 

ifadə  (forum  externum)  zamanı  A HK-nin  9  (2)-ci  maddəsinin  və  MSHBP-nin  18  (3)  3-cü 

maddəsinin məhdudiyyət normalarına ciddi əməl etməklə məhdudlaşdırıla bilər.

13

 Bu səbəbdən, 



Qanunun 1-ci maddəsinin 3-cü bəndi müəyyən etməlidir ki, şəxsin ümumiyyətlə din və ya etiqad 

azadlığı deyil, məhz din və ya etiqadını ifadə azadlığı məhdudlaşdırıla bilər. 

39.  Din  və  ya  etiqadla  bağlı  beynəlxalq  insan  hüquqları  standartlarının  söykəndiyi  əsas 

dəyərlərdən biri də qeyri-zorakılıqdır. Heç kəs öz din və ya etiqad azadlığına xələl gətirə biləcək 

zorakılığa məruz qala bilməz. Din azadlığının bu aspekti  düzgün olmayan metod və vasitələrdən 

istifadə  etməklə  və  ağlabatan  inandırmanın  sərhədlərindən  kənara  çıxmaqla  məcburilik  tətbiq 

edən təcrübəyə qarşı müdafiə təşkil edir.

14

         



40.  Qanunun  1-ci  maddəsinin  4-cü  bəndi  açıq  şəkildə  təsbit  edir  ki,  əcnəbilər  və  vətəndaşlığı 

olmayan  şəxslər  tərəfindən  dini  təbliğat  aparılması  qadağandır.  Bu  qadağa  vətəndaşlıqdan  asılı 

olmayaraq  “hər  kəs”  tərəfindən  qeyri-zorakı  dini  ifadəni  (dini  təbliğat  və  ya  missionerlik 

fəaliyyəti  də  daxil  olmaqla)  qoruyan  beynəlxalq  hüquqla  ziddiyyət  təşkil  edir.

15

  Qeyd  etmək 



lazımdır ki, öz etiqadı barədə müzakirə etmək və ya onu yaymaq təkcə A HK-nin 9-cu maddəsi 

                                                            

13

  Həmçinin  bax:  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq 



Vasitəsilə  Demokratiya  Uğrunda  Avropa  Komissiyası  (Venesiya  Komissiyası)  ilə  məsləhətləşmə  əsasında 

hazırladığı Din və ya Etiqad Azadlığı ilə bağlı Qanunvericiliyin Araşdırılması barədə Bələdçi. 2004-cü ilin iyununda 

Venesiya Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028, səh. 10 

14

  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq  Vasitəsilə 



Demokratiya Uğrunda  Avropa Komissiyası (Venesiya Komissiyası) ilə  məsləhətləşmə  əsasında hazırladığı Din  və 

ya  Etiqad  Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçi.  2004-cü  ilin  iyununda  Venesiya 

Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028, səh. 11 

15

 Bax: A HM, Kokkinakis Yunanıstana qarşı 25 may 1993-cü il qərarı (ərizə N 14307/88), bənd 31



 

 



14 

 

 



və MSHBP-nin 18-ci maddəsi ilə deyil, həmçinin hər iki beynəlxalq müqavilənin ifadə azadlığı 

müddəaları ilə qorunur (A HK-nin 10-cu maddəsi və MSHBP-nin 19 (2)-ci maddəsi).  

41.  Düşüncə,  vicdan,  din  və  ya  etiqad  azadlığına  dini  əlaqələr  sahəsində  “müvafiq  nəşrlər 

hazırlamaq,  istehsal  etmək  və  yaymaq”  hüququ  daxildir.

16

  Bu,  nsan  Hüquqları  üzrə 



Komissiyanın 2005/40 saylı Qətnaməsində (bənd 4(d)) və  nsan Hüquqları Şurasının 6/37 saylı 

Qətnaməsi  (“dövlətlər  [...]  o  cümlədən,  bütün  şəxslərin  bu  sahədə  müvafiq  nəşrlər  hazırlamaq, 

istehsal  etmək  və  yaymaq  hüququna  təminat  verməyi  öhdələrinə  götürürlər”  məzmunlu  9  (g) 

bəndi) vurğulanıb.  nsan Hüquqları Komitəsinin 22 saylı Ümumi Şərhində qeyd edilib ki, “dini 

və  ya  etiqadı  tətbiq  etmək  və  ya  tədris  etmək”  anlayışına  dini  qrupların  onların  adi  əlaqələri 

barədə davranışları, [...], seminar və ya dini məktəblər təşkil etmək azadlığı və dini mətnlər və ya 

nəşrlər  hazırlamaq  və  yaymaq  azadlığı  daxildir.

17

Beləliklə,  dini  təbliğat  və  missionerlik 



fəaliyyəti düzgün olmayan vasitələrlə həyata keçirilmədiyi təqdirdə, qeyri-zorakı dini ifadə kimi 

qorunur.


18

   


42. Qeyri-zorakı dini ifadə və ya dini cərəyanların və ya etiqadların tədrisi, həmçinin, yaymaq və 

qəbul  etmək  mənasında  ifadə  azadlığının  müdafiəsi  altındadır  (MSHBP-nin  19-cu  maddəsi 

A HK-nin  10-cu  maddəsi).  Bundan  başqa,  belə  “dini  təbliğat”la  məşğul  olma  milliyyət  və  ya 

vətəndaşlıq əsasları ilə məhdudlaşdırıla bilməz. Həmçinin, belə məhdudiyyət Konstitusiyanın 25 

(3)-cü maddəsi ilə uyğun deyil.  

43.  Bu  səbəbdən,  Qanunun  1-ci  maddəsinin  4-cü  bəndində  müəyyən  edilən  qadağa  ləğv 

edilməlidir. 

 

Vicdanlı etiraz 

44.  Qanunun  4-cü  maddəsinin  2-ci  bəndinə  əsasən,  öz  dini  əqidəsinə  görə  heç  kəs  qanunla 

müəyyən  edilmiş  vəzifələrin  icrasından  imtina  edə  və  ya  boyun  qaçıra  bilməz,  amma  bir 

vəzifənin  icrasının  dini  əqidəyə  görə  digər  vəzifənin  icrası  ilə  əvəz  edilməsinə  yalnız 

“Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda”  yol  verilir.  Bu 

müddəa vicdanlı etirazçılara alternativ mülki xidmət imkanı açsa da, bunun tənzimlənməsi hələ 

müəyyən olunmayan başqa qanuna tapşırılıb.    

45.  Bu  yaxınlarda  Avropa  Şurasının  nsan  Hüquqları  üzrə  Komissarının  xatırlatdığı  kimi,

19

 

vicdanlı  etiraz  hüququ  1967-ci  ildən  başlayaraq  Parlament  Assambleyasının  bu  mövzuda  ilk 



Qətnaməsi qəbul edildiyi vaxtdan Avropa Şurası tərəfindən təsdiqlənib.  Bu hüququn tanınması 

daha  sonralar  bu  təşkilata  üzv  olmaq  istəyən  dövlətlər  üçün  tələb  olub.  Parlament 

                                                            

16

 1981-ci il Baş Assambleyanın din və ya etiqad azadlığı barədə bəyanatı 



17

 22 saylı Ümumi Şərh, Düşüncə, vicdan və din azadlığı hüququ (Maddə 18), 07/30/1993. CCPR/C/21/Rev. 1/əlavə 

4/bənd 4 

18

 Bax: A HM, Kokkinakis Yunanıstana qarşı 25 may 1993-cü il qərarı (ərizə N 14307/88) 



19

 http://commissioner.cws.coe.int/tiki-view_blog_post.php?postId=205

  

 



Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə