Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   ...   4   5   6   7   8   9   10   11   12

25 

 

 



90.  Qanunun  dini  qurumların  ləğv  edilməsinə  yol  verən  “şəxsləri  qanunla  müəyyən  edilmiş 

vəzifələrin icrasından imtina edilməsinə təhrik etmə” müddəası vicdanlı etiraz məsələsi ilə bağlı 

yuxarıda qeyd edilən şərhlərə uyğun olaraq araşdırılmalıdır (yuxarıda 44-48-ci bəndlərə bax). 

91.  Qanunun  12-1-ci  maddəsinin  2-ci  bəndinin  9-cu  yarımbəndində  dini  qurumun  ləğvi  üçün 

müəyyən edilən “dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə 

edilmiş  dəyişikliklər  barədə  məlumatın  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edilməsi 

tələbinə  təkrarən  əməl  olunmaması”  əsas  lazımsız  dərəcədə  sərtdir.  Bu  müddəa  iki  dəfə 

verilməyən  məlumata  görə  ləğvetməni  mümkün  edir.  Odur  ki,  bu  müddəanın  ya  Qanundan 

çıxarılması, ya da daha mütənasib qayda ilə əvəz edilməsi tövsiyə edilir.  

92.  Nəzərə  alınmalıdır  ki,  dini  qurumun  ləğv  edilməsi  dini  icmanın  bütün  üzvlərinin  dini 

həyatları  üçün  ağır  nəticələr  doğura  bilər  və  bu  səbəbdən,  sadəcə  bəzi  fərdi  üzvlərin  yanlış 

hərəkətlərinə  görə  dini  icmanın  fəaliyyətinin  dayandırılması  məsələsinə  ehtiyatla  yanaşmaq 

lazımdır.  Əks  halda  bu,  quruma  qarşı  kollektiv  sanksiya  tətbiq  etmiş  olar,  halbuki,  ədalət 

nöqteyi-nəzərdən  cavabdehliyi  konkret  fərdi  üzvlər  daşımalıdırlar.  Dini  qurumların  fərdi 

üzvlərinin  hər  hansı  yanlış  hərəkətləri  dini  qurumların  ləğv  edilməsinin  ümumi  müddəalarına 

istinad etməklə və bu yolla bütün təşkilatı cavabdeh etməklə deyil, cinayət, inzibati, yaxud mülki 

icraat  çərçivəsində  in  personam  (konkret  şəxsə  münasibətdə)  qaydada  fərdi  məsuliyyətə  uyğun 

olaraq həll edilməlidir.  

93. Daha ümumi dillə desək, Qanunla ləğvetmə kimi bir sərt sanksiyanın əvəzinə müxtəlif ağırlıq 

dərəcəsi ilə sanksiyalar dairəsinin (məsələn, rəsmi xəbərdarlıq, (mütənasib (cərimə), müvəqqəti 

dayandırma)  müəyyən  edilməsi  tövsiyə  edilir.  Bu,  dini  qurumlara  tətbiq  edilən  sanksiyaların 

törədilən  pozuntulara  mütənasib  olmasını  təmin  etmiş  olardı.  Bu,  həmçinin,  dini  qurumların 

ləğvetməyə məruz qalmamışdan öncə islahedici tədbirlər görməsinə (yaxud, müvafiq şikayətlər 

göndərməsinə) imkan verərdi. Ümumiyyətlə, dini qurumun ləğv edilməsi kimi sərt sanksiya son 

tədbir vasitəsi olmalıdır. Odur ki, Qanunun 12-ci maddəsinin 1-ci bəndinə müvafiq prosedurun 

daxil edilməsi tövsiyə edilir.    

94. Ləğvetmə (yaxud digər sanksiya) ilə üzləşən dini qurumun müvafiq qərarı mübahisələndirə 

bilməsi  üçün  Qanun  dəqiq  şikayət  prosedurunu,  daha  yaxşı  olar  ki,  məhkəmə  müdafiəsini 

müəyyən etməlidir.

44

 Özbaşına sanksiyalaşdırmanın qarşısının alınması üçün Qanun qərar qəbul 



edən qurumdan yazılı və əsaslandırılmış qərar qəbul etmə tələb etməlidir və bu qərar ağlabatan 

müddət  ərzində  məhkəməyə  şikayət  etmək  yolu  ilə  mübahisələndirilmə  imkanına  malik  olmalı 

və Qanunda nəzərdə tutulan şəffaf prosedura əməl etməklə həyata keçirilməlidir.    

 

 

                                                            

44

 Səmərəli müdafiə vasitəsi hüququ A HK-nin 13-cü və MSHBP-nin 2-ci maddəsinin 3-cü bəndində təmin olunub. 




26 

 

 



Dini qurumların maliyyə və iqtisadi fəaliyyəti 

Bu məsələ Qanunun 3-cü fəslində “Dini qurumların əmlak vəziyyəti” adı altında nəzərdə tutulub 

və iki maddə diqqət çəkib.   

 

Maddə  16.  Dövlətin,  ictimai  təşkilatların  və  ya  vətəndaşların  mülkiyyəti  olan  əmlakdan     



istifadə 

95.  Qanunun  16-cı  maddəsinə  əsasən,  dövlət  mülkiyyətində  olan  binalar  və  digər  əmlak  dini 

qurumların istifadəsinə verilə bilər. Dövlət mülkiyyətində olan binaların dini qurumlar tərəfindən 

ə

vəzsiz istifadəsi Qanunun 16-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulub.  



96.  Din  və  dini  qurumlar  Azərbaycan  dövlətindən  ayrı  olduğundan  (Konstitusiyanın  18  (1)-ci 

maddəsi  və  Qanunun  5-ci  maddəsinin  1-ci  bəndi)  dövlət  tərəfindən  maliyyə  yardımı  hər  hansı 

ayrı-seçkilik  növünü  istisna  etməlidir.  Eləcə  də,  Qanun  ayrı-seçkiliyə  qarşı  müvafiq  tədbir 

imkanını nəzərdə tutmalıdır. 

97.  Qanunun  16-cı  maddəsinin  4-cü  bəndinə  əsasən,  dinə  mənsub  binaların  və  əmlakın  dini 

qurumlara  verilməsi  barədə  qərarlar  bir  ay  müddətində  yazılı  qəbul  edilir.  Əgər  digər 

qanunvericiliklə artıq tənzimlənməyibsə, neqativ cavab olacağı təqdirdə şikayət etmək imkanının 

Qanunla müəyyən edilməsi tövsiyə edilir. 



Maddə 18. Dini qurumların mülkiyyəti 

98.  Qanunun  18-ci  maddəsinin  2-ci  bəndinə  əsasən,  dini  qurumlar  “vətəndaşların  ianələri” 

hesabına  əmlak  əldə  edə  bilərlər.    Hərfi  şərh  edilərsə,  bu  o  deməkdir  ki,  dini  qurumlar  qeyri-

vətəndaşlardan deyil, ancaq vətəndaşlardan ianələr əldə edə bilər. Əgər bu belədirsə, o zaman bu 

müddəa  diskriminativdir  və  insan  hüququ  olaraq  hər  kəsin  dini  ifadə  etmək  azadlığını  pozur.  

Hər  kəsin  öz  etiqadının  təminatlandırılmış  ifadəsi  və  ya  tətbiqi  formasında  dini  qurumu 

dəstəkləmək  hüququ  var.  Bununla  belə,  xarici  ianələr  mütənasiblik  baxımından  nizamlama 

predmeti ola bilər. Qanunun bu müddəasının yenidən hazırlanması tövsiyə edilir. 



 

IV fəsil. “Dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqları” 

Bu fəsildəki bütün maddələr xüsusi şərh predmeti olub.  

 

99. Vətəndaşların və dini qurumların hüquqlarını nizama salan 4-cü fəslin adı təəssüf ki, burada 



müəyyən edilən hüquqları vətəndaşlarla məhdudlaşdırır. Dövlətlər öz yurisdiksiyası altında olan 

bütün  fərdlərin  din  və  ya  etiqad  azadlığı  hüququnu  hər  hansı  fərq  qoymadan  hörmət  və  təmin 




27 

 

 



etməyə  borcludurlar.

45

  Din  və  ya  etiqad  azadlığı  vətəndaşlarla  məhdudlaşdırılmayan  insan 



hüququdur.  Bu  səbəbdən,  beynəlxalq  hüquqla  müəyyən  olunan  məqsədlər  üçün  demokratik 

cəmiyyətdə  xüsusi  məhdudiyyətlər  zəruri  deyilsə,  qeyd  edilən  hüquqların  dairəsini  qeyri-

vətəndaşlara münasibətdə genişləndirmək tövsiyə edilir.      

 

Maddə 21. Dini ayinlər və mərasimlə

100.  Qanunun  21-ci  maddəsinin  3-cü  bəndinə  əsasən,  islam  dininə  aid  ayin  və  mərasimlərin 

aparılması  yalnız  Azərbaycan  Respublikasında  təhsil  almış  Azərbaycan  Respublikasının 

vətəndaşları (kim?) tərəfindən həyata keçirilə bilər. Bu müddəa da diskriminativ xarakter daşıyır 

və  Qanundan  çıxarılmalıdır.  Belə  ki,  beynəlxalq  hüquqa  əsasən,  din  azadlığı  vətəndaşlıq  və  ya 

təhsil  alma  yeri  kimi  əsaslarla  məhdudlaşdırıla  bilməz.

46

  Yuxarıda  göstərilən  tələb  lazımsız 



dərəcədə  sərtdir  və  təkcə  qanunun  dövlətin  dindən  ayrı  olması  müddəası  ilə  deyil,  həmçinin 

A HK-nin  9  (1)-ci  maddəsi  ilə  müəyyən  edilən  şəxsin  “ibadəti,  təlimləri,  dini  və  mərasim 

ayinlərini” yerinə yetirmək azadlığı ilə ziddiyyət təşkil edir.     

 

Maddə 22. Dini ədəbiyyat və dini təyinatlı əşyalar 

101. Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən, dini qurumlar, dini qurum olmayan digər 

hüquqi  şəxslər  və  fiziki  şəxslər  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  ilə  dini  təyinatlı 

ə

dəbiyyatı,  əşyaları  və  dini  məzmunlu  başqa  məlumat  materiallarını  istehsal,  idxal,  ixrac  edə, 



habelə sərbəst yaya bilərlər. 

102.  Informasiyanın  yayılmasından  öncə  razılığın  alınmasını  tələb  edən  yuxarıdaki  müddəa 

A HK-nin  10  (1)-ci  və  MSHBP-nin  19  (1)-ci  maddələrini  birbaşa  pozur.  fadə  azadlığı  dövlət 

orqanları tərəfindən hər  hansı müdaxilə olmadan və sərhəd tanımadan informasiya və ideyaları 

vermək  və  əldə  etmək  hüquqlarını  əhatə  edir.  Dini  ədəbiyyatın  istehsalı  və  yayımı  üçün 

qabaqcadan razılıq tələbi demokratik cəmiyyətdə zəruri deyil və həm ifadə azadlığı, həm də din 

azadlığı  normalarını  poza  bilər.  BMT-nin  nsan  Hüquqları  Komitəsi  bildirib  ki,  “dini  və  ya 

etiqadı ibadət, təlimlər, dini və mərasim ayinləri zamanı ifadə etmək azadlığı çoxsaylı hərəkətləri 

[...];  dini  və  ya  etiqadı  tətbiq  və  ya  tədris  etmək  [...]  dini  məzmunlu  mövzuları  və  ya  nəşrləri 

hazırlamaq  və  yaymaq  azadlığını  əhatə  edir”.

47

  BMT-nin  Baş  Assambleyası  da  oxşar  olaraq 



dövlətləri bütün şəxslərin bu sahədə (din və ya etiqad) müvafiq nəşrlər hazırlamaq, çap etmək və 

                                                            

45

  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq  Vasitəsilə 



Demokratiya Uğrunda  Avropa Komissiyası (Venesiya Komissiyası) ilə  məsləhətləşmə  əsasında hazırladığı Din  və 

ya  Etiqad  Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçi.  2004-cü  ilin  iyununda  Venesiya 

Komissiyasının 59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028, səh. 10 

46

 A HK-nin 9-cu və 14-cü və MSHBP-nin 18-ci və 26-cı maddələrinə bax. 



47

Bax: BMT  nsan Hüquqları Komitəsinin CCPR 22 saylı Ümumi Şərhinin 4-cü bəndi, maddə 18   




28 

 

 



yaymaq  hüquqlarını  təmin  etməyə  çağırıb.

48

  Həmçinin,  ATƏT-in  Vyana  Yekun  Sənədi  (1989) 



müəyyən  edir  ki,  ATƏT-ə  üzv  olan  dövlətlər  dindar  şəxslərin  və  dindar  icmaların  müqəddəs 

kitablar  və  dini  nəşrlər  [...],  dinin  və  ya  etiqadın  tətbiqi  ilə  əlaqədar  başqa  məqalələr  və 

materiallar  əldə  etmək,  onlara  malik  olmaq  və  onlardan  istifadə  etmək  hüquqlarına  hörmətlə 

yanaşmalı  və  dindarlara,  qurumlara  və  təşkilatlara  dini  nəşr  və  materiallar  istehsal  etmə,  idxal 

etmə və yaymağa icazə verməlidirlər.

49

 Bu hüquqa hər hansı məhdudiyyət israrlı sosial tələbat və 



demokratik  cəmiyyətdə  zərurilik  meyarlarına  cavab  verməlidir.  Beynəlxalq  insan  hüquqlarına 

uyğunluq üçün bu müddəanın Qanundan çıxarılması tövsiyə edilir. 

103.  Qanunun  22-ci  maddəsinin  3-cü  bəndinin  tələbinə  görə,  dini  təyinatlı  ədəbiyyatın  və 

əş

yaların satışı yalnız dövlətin razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə 



həyata  keçirilir.  Bu  tələb  təkcə  A HK-nin  9-cu  maddəsi  deyil,  eləcə  də  10-cu  maddəsi 

çərçivəsində  ciddi  suallar  meydana  çıxarır  və  demokratik  cəmiyyətdə  zəruri  olaraq  buna  haqq 

qazandırmağın  mümkünlüyü  şübhə  doğurur.  Odur  ki,  beynəlxalq  insan  hüquqlarına  uyğunluq 

üçün bu müddəanın Qanundan çıxarılması tövsiyə edilir. 



 

Maddə 23. Dini qurumların xeyriyyə və mədəni-maarif fəaliyyəti 

104. Qanunun 23-cü maddəsinə əsasən, dini qurumlar həm müstəqil, həm də təsis etdiyi fondlar, 

o cümlədən ictimai fondlar vasitəsi ilə xeyriyyəçilik və mədəni-maarif fəaliyyəti göstərirlər. Bu 

müddəa aydın deyil.  

105. Bundan başqa, əgər dini qurum fəaliyyətini “özünün təsis etdiyi” fondlar vasitəsilə həyata 

keçirərsə,  bunun  nəticələri  aydın  deyil,  çünki  ictimai  fondlar  belə  qurum  üçün  təminat  deyil. 

Həmçinin,  bu  müddəanın  dini  qurumların  müxtəlif  mənbələrdən,  məsələn,  xaricdən  vəsait  əldə 

etməsini  dövlət  orqanlarının  “özü  tərəfindən  təsis  edilən”  olmadığını  iddia  edərək 

məhdudlaşdırıb-məhdudlaşdırmaması bəlli deyil. 

106.  ATƏT/DT HB-  Venesiya  Komissiyasının  Bələdçisinə  əsasən,  dövlətlər  vəsaitlərin  necə 

toplanmasına  bəzi  məhdudiyyətlər  qoya  bilərlər.  Həssas  yanaşma  bu  olardı  ki,  dini  qurumlara 

digər  önəmli  dövlət  siyasətini  pozmamaq  şərtilə  vəsait  toplamağa  icazə  verilir.  Bu  maddənin 

ayrı-seçkiliyə yol verilməməklə yenidən nəzərdən keçirilməsi tövsiyə edilir.  

 

                                                            



48

  Bax:  BMT  Baş  Assambleyasının  Din  və  ya  etiqada  əsaslanan  dözümsüzlüyün  və  ayri-seçkiliyin  bütün 

formalarının  ləğv  edilməsi  barədə  62/157  saylı  Rezolyusiyanın  10-cu  bəndi,  məktub  “c”  (18  dekabr  2007-ci  ildə 

qəbul edilib).   

49

 Bax: ATƏT-in Vyana Yekun Sənədi (1989), bənd 16.9 və 16.10 



ATƏT/DT HB-nin Din və ya Etiqad Azadlığı üzrə Ekspertlərin Məsləhət Qrupunun Hüquq Vasitəsilə Demokratiya 

Uğrunda  Avropa  Komissiyası  (Venesiya  Komissiyası)  ilə  məsləhətləşmə  əsasında  hazırladığı  Din  və  ya  Etiqad 

Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçi.  2004-cü  ilin  iyununda  Venesiya  Komissiyasının 

59-cu Plenar Sessiyasında qəbul edilib, CDL-AD (2004) 028, səh. 15 




29 

 

 



Maddə 24. Dindarların və dini qurumların beynəlxalq əlaqələri və ünsiyyəti 

 

107. Qanunun 24-cü maddəsinin 2-ci bəndinə əsasən, vətəndaşların dini təhsil almaq üçün xaricə 



göndərilməsi  üçün  dövlət  orqanının  qabaqcadan  razılığı  tələb  edilir.  Bu  müddəa  fərdlərin  din 

azadlığı,  A HK-nin  4  saylı  Protokolun  2-ci  maddəsində  müəyyən  edilən  hərəkət  azadlığı  və  1 

saylı  Protokolunun  2  (1)-ci  maddəsində  müəyyən  edilən  təhsil  hüququnu  həyata  keçirməsinə 

mane olmaqla məcburiyyət təbiətlidir.     

 

108. Qanunun 24-cü maddəsinin 2-ci bəndi daha sonra müəyyən edir ki, vətəndaşların dini təhsil 



almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı 

ilə razılaşdırılmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.  

 

109.  Yuxarıda  qeyd  edilən  müddəa  beynəlxalq  insan  hüquqları  ilə  təminat  verilən  hüquqları 



pozur.  Din  xadimlərinin  mübadiləsi  və  ya  dini  təhsil  məqsədilə  xaricə  gedən  vətəndaşların 

üzərində  məcburi  nəzarət/koordinasiyanın  hər  hansı  dərəcəsi  (dövlət  orqanlarının  qabaqcadan 

razılığına toxunmadan) demokratik cəmiyyətlə bir araya sığmır. Bu tələb məcburiyyət xarakteri 

daşımaqla  fərdlərin  din  azadlığı,  ifadə  azadlığı  və  A HK-nın  1  saylı  Protokolunun  2  (1)-ci 

maddəsi  ilə  qorunan  təhsil  hüququnu  qanunsuz  olaraq  həyata  keçirmələrinin  qarşısını  alır.  Bu 

məhdudiyyət obyektiv olaraq əsaslandırıla bilməz və bu mənada, demokratik cəmiyyətdə zəruri 

deyil. Bu müddəanın mənasının aydınlaşdırılması və zərurət olarsa, onun beynəlxalq standartları 

ə

hatə etməsi və onları pozmamasını təmin etmək üçün yenidən işlənməsi tövsiyə edilir.  



 

Dini qurumlar tərəfindən işəgötürmə  

  

110.  Bu  məsələ  Qanunun  V  fəslində  “Dini  qurumlarda  və  onların  müəssisələrində  əmək 



fəaliyyəti” adı altında nəzərdə tutulub. Aşağıdakı maddə diqqət çəkməklə tövsiyə predmeti olub.  

 

 



Maddə 25. Dini qurumlarda əmək-hüquq münasibətləri 

 

111.  Qanunun  25-ci  maddəsinə  əsasən,  dini  qurum  daxilində  əmək  münasibətləri  Azərbaycan 



Respublikasının  Əmək  Məcəlləsi  ilə  tənzimlənir.  Avropa  nsan  Hüquqları  Məhkəməsi  təkrarən 

vurğulayıb  ki,  dini  icmaların  muxtariyyəti  A HK-nin  9-cu  (din  azadlığı)  və  11-ci  maddəsinin 

(birləşmək  azadlığı)  təsiri  altında  dövlətin  aşırı  müdaxiləsindən  qorunur.  Dövlətlər  də  əmək 

münasibətlərində  fərdlərə  münasibətdə  pozitiv  öhdəliklərini  yerinə  yetirməlidirlər.

50

  Dini 


qurumun muxtariyyət hüququ ilə fərdlərin hüquqlarının din azadlığı hüququna söykənən üçüncü 

şə

xslər tərəfindən mümkün istismarından qorunması arasında ədalətli balans təmin edilməlidir.  



 

Qanunun icrası 

 

112.  Qanunun  icrası  “Dövlət  orqanları  və  dini  qurumlar”  adlı  VI  fəsildə  müəyyən  edilib  və 



aşağıda qeyd edilən maddə diqqət çəkməklə tövsiyə predmeti olub. 

 

Maddə 29. Müvafiq icra hakimiyyəti orqanı  

                                                            

50

 A HM, Schüth Almaniyaya qarşı, ərizə N. 1620/03, Palata qərarı 23.09.2010 



 


30 

 

 



 

113.  Qanunun  29-cu  maddəsinə  əsasən,  “müvafiq  icra  hakimiyyəti  orqanı”nın  din  azadlığının 

Qanunun məqsədlərinə uyğunluğunu təmin etməyə yönələn müxtəlif fəaliyyət istiqamətləri var. 

Bununla  belə,  sadalanan  fəaliyyət  istiqamətlərindən  bəziləri  qarışıq  və  səthi  təsir  bağışlamaqla 

geniş  yozumlara  yol  açır.  Dinin  dövlətdən  ayrı  olması

51

  və  icra  hakimiyyəti  orqanının  dini 



mərkəzlərdən,  idarələrdən  və  başqa  dini  qurumlardan  zəruri  məlumat  aldığı  nəzərə  alınsa, 

Qanunun  icrası  istiqamətində    icra  hakimiyyətinin  rolunun  “müxtəlif  dini  etiqadların  dini 

qurumları  arasında  qarşılıqlı  hörmət,  anlaşma  və  dözümlülük  mühitinin  möhkəmlənməsinə 

kömək  etmək”,  “xarici  dövlətlərin  müvafiq  orqanları  ilə  əlaqə  saxlamaq”  olması  sual  doğurur. 

Bu  müddəalar  dini  qurumun  daxili  işlərinə  aşırı  qarışmaq  və  sui-istifadə  üçün  geniş  imkan 

yaradır.  

 

114.  “Zəruri  məlumat”  ifadəsinə  gəldikdə,  bu,  müxtəlif  yozumlara  açıqdır  və  dini  təcrübəyə 



mənfi təsir göstərəcək sui-istifadəyə yol açan təcrübəyə gətirib çıxara bilər. 

 

115.  Bundan  başqa,  məlumatın  sui-istifadə  yolu  ilə  əldə  edilməsi  maraqlı  şəxslərin  şəxsi  həyat 



hüquqlarını da poza bilər. Buna görə də, müvafiq müddəaların  ya Qanundan çıxarılması, ya da 

daha aydın formada  yenidən işlənməsi və özbaşına və sui-istifadəyə  yol açan müdaxiləyə qarşı 

təminatlar müəyyən edilməsi tövsiyə edilir.  

                                                            



51

 Konstitusiyanın 18(1)-ci maddəsi və Qanunun 5-ci maddəsinin 1-ci bəndi  



Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə