Microsoft Word final joint Opinion for aze 2012 Az docx



Yüklə 309,48 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix30.10.2018
ölçüsü309,48 Kb.
#76173
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 



15.

  Yığcamlığı  təmin  etmək  üçün  bu  Rəydə  aparılan  analizin  istiqaməti  Qanunun  məhz 

problematik müddəaları barədədir. 

 

Ə



sas tövsiyələr   

 

A.



  Din və ya etiqad azadlığını əhatə etmək üçün Dini etiqad azadlığı haqqında Qanunun 

ə

hatə dairəsini genişləndirmək 



 

B.

  Dini və ya etiqadı qəbul etmək və ya dəyişdirmək, eləcə də dini və ya etiqadı ibadət, 



tədris, təcrübə və ayinlər zamanı təkbaşına və ya ictimai ifadə etmək hüquqlarını da 

müəyyən etmək yolu ilə “din azadlığı” anlayışını genişləndirmək 



 

C.

  Beynəlxalq  hüquqa  tam  uyğun  gəlməsi  şərtilə  yalnız  din  və  ya  etiqad  azadlığının 



ifadəsinə icazəli məhdudiyyətlərin Qanunla müəyyən edilməsini təmin etmək 

 

D.

  Münasib  dini  təbliğata  açıq  imkan  vermək  və  Qanunun  1-ci  maddəsinin  4-cü 



bəndindən  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  dini  təbliğatın 

aparılması qadağasını çıxarmaq 



 

E.

  Qanunun  4-cü  maddəsi  ilə  dini  və  ya  qeyri-dini  vicdanlı  etiqadından  dolayı  hərbi 



xidmət  keçməkdən  imtina  edən  şəxslərin  alternativ  mülki  xidmətinə  açıq  imkan 

vermək 



 

F.

  Dövlət  məktəblərində  dini  dərslərin  neytral  və  obyektiv  keçirilməsini  və  dövlət 



təhsilinin konkret din və ya etiqadın tədrisini əhatə etdiyi təqdirdə bunun ayrı-seçkilik 

aşılamadan  və  ya  valideynlərin  və  ya  qəyyumların  istəklərini  təmin  edəcək 

alternativlər müəyyən etməklə həyata keçirilməsini açıq təmin etmək (Qanunun 6-cı 

maddəsinin 3-cü və 6-cı bəndləri)  



 

G.

  Qanunun dini icmaların xüsusi təşkilati struktur olmalarına məcbur edən nizamlayıcı 



müddəalar  olaraq  7,  8  və  9-cu  maddələrinin  dəyişdirilməsini  və    ya  çıxarılmasını 

nəzərdən keçirmək və dini icmaları daha geniş muxtariyyətlə və etiqad, inanc və  ya 

qrup  halında  daxili  təşkilatlanma,  eləcə  də  ibadət  yerinin  seçimi  məsələlərində 

özünüidarəetmə ilə təmin etmək 



 

H.

  Dini qurumun adı və dini qurumun nizamnaməsinin onun dini mərkəzinin (idarəsinin) 



nizamnaməsinə  uyğunluğu  ilə  bağlı  nizamlayıcı  müddəanın  yenidən  nəzərdən 

keçirilməsi və ya çıxarılması 

 

I.

  Dini icmaların dövlət qeydiyyatı sistemində aşağıdakı yollarla islahatlar aparmaq: 




 

 



 

-

  Fərdlərə və dini icmalara onların seçimi əsasında dövlət qeydiyyatı olmadan dinlə 



məşğul olmağa icazə vermək   

-

  Dövlət qeydiyyatı üçün tələb olunan məlumat və sənədləri dəqiqləşdirmək 



-

  Dövlət qeydiyyatına məsul olan dövlət qurumlarının nizamnamənin məzmununu 

və ya dini qrupun xarakterini araşdırmağa cəlb olunmamasını təmin etmək 

-

  Dövlət  qurumlarının  qeydiyyatla  bağlı  qərar  qəbul  etmələri  üçün  son  müddət 



müəyyən etmək 

 

J.

  Dini qurumların ləğvini nizamlayan qaydalara aşağıdakı yollarla düzəliş etmək: 



-

  Aşırı dərəcədə məhdudlaşdırıcı və ya qarışıq müddəaları çıxarmaq və ləğvetmə ilə 

yanaşı qanunu pozan dini qurumlara mütənasib şəkildə tətbiq edilə bilən müxtəlif 

ağırlıqlı inzibati sanksiyalar müəyyən etmək 

-

  Ləğvetmə və ya digər sanksiyalara məruz qalan dini qurumları şikayət proseduru 



ilə təmin etmək 

 

K.



  Qanunun  21-ci  maddəsində  təsbit  edilən  “ slam  dininə  aid  ayin  və  mərasimlərin 

aparılması  yalnız  Azərbaycan  Respublikasında  təhsil  almış  Azərbaycan 

Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər” müddəasını çıxarmaq 

 

L.



  Fərdlərin və dini qurumların dini ədəbiyyat, əşya və başqa məlumatları istehsal, idxal, 

ixrac,  sərbəst  yaymaq  və  satmaq  hüququ  ilə  əlaqədar  aşırı  məhdudiyyətləri  aradan 

qaldırmaq  

 

M.



  Vətəndaşların təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin beynəlxalq 

mübadiləsi üçün “müvafiq icra hakimiyyət orqanı”nın razılığının olması tələbini ləğv 

etmək 

 

N.



  Dini  qruplardan  “zəruri  məlumat  əldə  etmək”lə  bağlı  icra  hakimiyyəti  orqanlarının 

səlahiyyətlərinə  gəldikdə,  bu  müddəanı  ya  ləğv  etmək,  ya  da  özbaşına  və  sui-

istifadəyə yol açan dövlət müdaxiləsinə qarşı təminatlar müəyyən edəcək şəkildə daha 

dəqiq ifadə etmək 

 

O.

  Hüquqi müəyyənlik və öncədəngörüləbilənliyi təmin etmək üçün 1-ci maddənin 2-ci 



bəndi,  4-1-ci  maddə,  4-cü  maddənin  2-ci  bəndi,  5-ci  maddənin  5-ci  bəndi  və  6-cı 

maddə,  7-ci  maddənin  2-ci  bəndi,  9-cu  maddənin  2-ci  bəndi,  10-cu  maddə,  12-ci 

maddənin  5-ci  bəndi,  12-1-ci  maddənin  2-ci  bəndi  və  29-cu  maddədəki  müvafiq 

müddəaları daha dəqiq formada yenidən formulə etmək. 

 

 



 

 



Ə

lavə tövsiyələr   

  

P.

  Qeyri-vətəndaşların da ilahiyyat tədrisi və dini təhsil almasını təmin etmək üçün 



 maddənin 3-cü bəndini yenidən hazırlamaq 

Q.

  Dini qurumların yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunan məlumatda 



göstərilən  hüquqi  ünvanda  fəaliyyət  göstərə  bilməsi  qaydasını  yenidən  nəzərdən 

keçirmək 

R.

  Dini qruplara dövlət qeydiyyatından imtina barədə qərardan şikayət hüququ vermək 



S.

  slam  dininə  mənsub  ibadət  yerlərinə  nəzarət  edən  din  xadimlərinin  seçilməsi 

prosesini ya ləğv etmək, ya da bu prosesi daha şəffaf və məşvərət formasında təşkil 

etmək  


T.

  Mümkün  ayrı-seçkiliyə  yol  verməməklə  dini  qurumlara  diqqətlə  vəsait  toplamağa 

icazə vermək 

U.

  Dini qurumlara həmçinin qeyri-vətəndaşlardan ianələr toplamağa icazə vermək 



V.

  Dini  qurumların  nizamnamələrinin  (əsasnamələrinin)  dindar  şəxslərin  ümumi 

yığıncağında  və  ya  dini  qurultaylarda  və  ya  konfranslarda  qəbul  edilməsi  ilə  bağlı 

normanı yenidən işləmək 

W.

 Dini təhsil müəssisələrinə lisenziyaların verilməsi sisteminin ədalətli, şəffaf və ayrı-



seçkilik olmadan həyata keçirilməsini təmin etmək 

X.

  Din  xadimləri  və  digər  dini  kadrları  hazırlamaq  üçün  yalnız  dini  mərkəzlərin  və 



idarələrin dini təhsil müəssisələri yarada bilməsi ilə bağlı müddəanı yenidən işləmək 

 

IV. Qanunun mövqeyi  

A.

  Din və etiqad azadlığının beynəlxalq standartları  

 

16.


 Rəyin  bu  hissəsində  Qanunun  din  və  etiqad  azadlığı  ilə  bağlı  beynəlxalq  standartlara 

uyğunluğu  araşdırılır.  Azərbaycanın  19  avqust  2002-ci  ildə  ratifikasiya  etdiyi  Mülki  və 

Siyasi  Hüquqlar  haqqında  Beynəlxalq  Pakt  (bundan  sonra  MSHBP)  və  Azərbaycana 

münasibətdə 15 aprel 2002-ci ildən qüvvəyə minən  nsan Hüquqları və Əsas Azadlıqları 

haqqında Avropa Konvensiyası (bundan sonra A HK) ən müvafiq aktlardır. 

 

17.



 Yuxarıda  qeyd  edilən  müqavilələrə  əlavə  olaraq,  analiz  zamanı  A HK-nin  müvafiq 

presedent  hüququna,  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərinin 

Məsləhət Qrupunun Venesiya Komissiyası ilə məsləhətləşmə əsasında hazırlanan Din və 

ya  Etiqad  Azadlığı  ilə  bağlı  Qanunvericiliyin  Araşdırılması  barədə  Bələdçiyə  (bundan 

sonra ATƏT/DT HB- Venesiya Komissiyasının Bələdçisi)

4

 , eləcə də MSHBP-nin 18-ci 



                                                            

4

  ATƏT/DT HB-nin  Din  və  ya  Etiqad  Azadlığı  üzrə  Ekspertlərin  Məsləhət  Qrupunun  Hüquq  Vasitəsilə 



Demokratiya Uğrunda  Avropa Komissiyası (Venesiya Komissiyası) ilə  məsləhətləşmə  əsasında hazırladığı Din  və 


Yüklə 309,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə