Microsoft Word F?ls?f? az doc



Yüklə 440,48 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix25.11.2017
ölçüsü440,48 Kb.
#12325
1   2   3   4   5   6   7   8   9   ...   18

insan kimi kamilləşdirmədədir. Aristotelə görə dövlət təbii quruluşdur, insan isə siyasi 

heyvandır.  Dövlətin  son  məqsədi  xoşbəxt  həyatı  təmin  etməkdir.  Dövlətin  başlıca 

vəzifəsi  isə  əxlaqlı  vətəndaşı  tərbiyə  etməkdir.  Platonun  təbəqələrə  böldüyü  cəmiyyəti 

Aristotel  yaşlara  görə  bölürdü.  O,  hesab  edirdi  ki,  gənc  ikən  insan  hərb  sənəti  ilə, 

qocalanda isə siyasətlə məşğul olmalıdır. Aristotelə göprə ən yaxşı hakimiyyət formaları 

–  monarxiya  və  aristokratiya,  ən  pis  dövlət  formaları  isə  tiraniya,  oliqarxiya  və  ifrat 

demokratiyadır. 

9.Orta əsrlər Qərb fəlsəfəsinin mənbələri: teosentrizm 

Hər bir tarixi dövr özünəməxsus dünyagörüşünə istinad edir. Qərb mədəniyyətinin 

dünyagörüşü  əsasını  monoteist  din  olan  xristianlıq  təşkil  edir.  Bu  dünyagörüşünün 

təməlində kreasionizm ideyası- dünyanı fövqəltəbii başlanğıc olan tək Allah tərəfindən 

heçdən  yaradılması  haqqında  dini  konsepsiya  durur.  Orta  əsrlərin  monoteist  dini 

dünyagörüşü  mütləq  varlığı  -  Allahı-  hüdudsuz  və  hər  şeyə  qadir  olan  fövqəltəbii 

başlanğıc kimi səciyyələndirir. Orta əsrlərin kreasionist dünyagörüşü bütpərəstlik üçün 

səciyyəvi olan dualizmi tamamilə aradan qaldırır: yalnız yeganə mütləq başlanğıc olan 

tək  Allah  mövcuddur,  qalan  nə  varsa,  hamısı  onun  yaratdıqlarıdır  və  buna  görə  də 

müstəqil  mövcudluğa  malik  deyil.  Orta  əsrlər  fəlsəfəsinin  bütün  ontoloji  təlimlərinin 

ə

sasında  kreasionist  dini  konsepsiya  durur.  Müqəddəs  yazılar  Allahın  kəlamlarıdır; 



Allah  özü  və  yaratdıqları  haqqında  əsl  həqiqətləri  vəhylər  şəklində  peyğəmbərlər 

vasitəsilə  insanlara  bəyan  edir.  Buna  görə  də  fəlsəfə  və  elm  özlüyündə  varlığın  sirləri 

qarşısında  acizdirlər.  Fəlsəfənin  vəzifəsi  dünya  haqqında  həqiqətləri  aşkara  çıxarmaq 

yox,  müqəddəs  yazıları  şərh  edərək  onları  təbliğ  etməkdir.  Beləliklə  Orta  əsrlərdə 

fəlsəfənin idraki funksiyası onun əlindən alındı və o, ilahiyyətin xidmətçisi səviyyəsinə 

endirildi.  Orta  əsrlər  fəlsəfəsinin  idrak  nəzəriyyəsinin  əsasında  “ilahi  vəhy”  haqqında 

dini  təlim  durur.  Orta  əsrlər  dünyagörüşünün  çıxış  nöqtəsini  təşkil  edən  dünyanın 

fövqəltəbii  başlanğıcı  tək  Allah  haqqında  təsəvvürlərin  özü  bir-birilə  o  qədər  də 

uyuşmayan  iki  fərqli  ənənənin  sintezi  kimi  təşəkkül  tapmışdır.  Bu  ənənələrdən  biri öz 

başlanğıcını antik fəlsəfənin rasionalizmindən götürür və Allahın mahiyyətini onun xalis 




zəkanın  təcəssümü  olmasında  görür.  Allahın  mahiyyətinə  ikinci  yanaşma  isə  öz 

başlanğıcını  iudaizmdən  götürən  Bibliya  ənənələrindən  qaynaqlanır.  Bu  ənənələrin 

davamcıları  olan  xristian  ilahiyyatçıları  Allahın  mahiyyətində,  ilk  növbədə,  hər  şeyə 

qadir olan azad iradə sahibi olmasını önə çəkirlər. Mütləq varlığın təbiətinə bu cür fərqli 

yanaşmalar bütün orta əsrlər Qərb fəlsəfəsində dərin izlər buraxdı.  

10.Orta əsrlər Qərb fəlsəfəsinin əsas cərəyanları 

IV-V  əsrlərdə  xristianlığın  neoplatonizmlə  mürəkkəb  qarşılıqlı  təsiri  nəticəsində 

patristika 

adlandırılan  xristian  dini  fəlsəfəsi  təşəkkül  tapdı.  Patristikanın  nümayəndəsi 

Avqustin (354-430) xristian dini təlimini neoplatonizm  prinsiplərindən istifadə edərək, 

sistemləşdirməyə  çalışırdı.  Təbiət  və  cəmiyyətdən  daha  çox  dünyanın  transsendent 

yaradıcısına köklənmiş  ruhani həyata diqqət,  insanda  antik  mədəniyyətə bəlli olmayan 

daxili “Mən” hissini formalaşdırdı. Bu hissin fəlsəfi inkişafı xüsusi subyektiv bir reallıq 

kimi  özünüdərkin  kəşf  olunmasına  gətirib  çıxardı.  Beləliklə  orta  əsrlər  fəlsəfəsində 

sonralar  yeni  dövr  rasionalizminin  çıxış  nöqtəsini  təşkil  edən  “Mən”  anlayışının 

formalaşması  prosesi  başlandı.  Kreasionizmin  fəlsəfi  cərəyanlarda  fərqli  şərhi, 

mövcudluq  (ekzistensiya)  və  mahiyyət  (essensiya)  anlayışlarının  fərqləndirilməsi  orta 

ə

srlər Qərb fəlsəfəsinin əsas cərəyanlarından olan realizmlə nominalizm arasında əsrlər 



boyu  davam  edən  mübahisələrə  səbəb  oldu.  Orta  əsrlərdə  antik  fəlsəfə  ənənələrinin 

davamçıları  olan  realistlər  hesab  edirdilər  ki,  Allahın  xəlq  etdiyi  bütün  varlıqların 

mövcudluğu onların mahiyyətləri ilə şərtlənir, onların mahiyyətləri əzəldən ilahi zəkada 

onun  “ideyaları”  şəklində,  ümumi  anlayışlar  (universalilər)  kimi  mövcuddur. 

Realistlərdən  fərqli  olaraq,  nominalistlər  hesab  edirdilər  ki,  xəlq  olunanların 

mövcudluğu  öz  başlanğıcını  zəkadan  götürə  bilməz.  Mövcudluq  Allahın  iradəsindən 

qaynaqlanır  və  buna  görə  də  xəlq  olunmuşların  mövcudluğu  onların  mahiyyətlərindən 

ilkin olub müstəqildir.   Orta              əsrlər fəlsəfəsinin görkəmli nümayəndələrindən 

olan  Akvinalı  Foma  (1225-1274)  əsas  fəlsəfi  cərəyanlar  olan  realizmlə  nominalizm 

arasındakı  ziddiyyətləri  aradan  qaldırmağa  çalışırdı.  O,  mövcudluq  və  mahiyyət 

anlayışlarını substansiya və aksidensiya ilə əvəzlədi. Aksidensiyalardan  - “xassələrdən, 



keyfiyyətlərdən,”  fərqli  olaraq,  substansiyalar  və  ya  mahiyyətlər  müstəqil  şəkildə 

mövcuddurlar.  Uilyam  Okkama  (1285-1349)  görə  ideyalar  (mahiyyət)  Allahın 

yaratdıqlarının  proobrazları  (ilk    nümunələri)  şəklində  ilahi  zəkada mövcud deyil,  real 

olaraq  yalnız  təkcələr  (konkret  varlıqlar)  mövcuddur.  Nominalizm  varlığın  müxtəlif 

iyerarxik  səviyyələri  haqqında  təlimi  qəbul  etmir.  Təcrübəyə  istiqamətlənmə 

nominalizmin  xarakterik  xüsusiyyətini  təşkil  edir.  Sonralar  bu  tendensiya  Yeni  dövr 

fəlsəfəsində  emprizm  tərəfindən  mənimsənilərək  daha  da  dərinləşdirildi  və  XVI-XVII 

ə

srlərin 



eksperimental 

riyazi 


təbiətşünaslığınım 

inkişaf 


istiqamətinin 

müəyyənləşməsində əhəmiyyətli rol oynadı. 



11.Orta əsrlər Qərb fəlsəfəsində insan problemi 

nsana  münasibətdə  orta  əsrlər  fəlsəfəsinin  irəli  sürdüyü  ideyaların  əsasını 

xristianlığın  “insan  Allahın  surəti  və  bənzəridir”  ehkamı  təşkil  edir.  Bu  ehkam  orta 

ə

srlərdə  insana  münasibəti  antik  dövrlə  müqayisədə  kökündən  dəyişdi.  Məlum  olduğu 



kimi  antik  fəlsəfənin  kosmosentrizmi  insanı  təbiətin  adi  bir  parçası  kimi  nəzərdən 

keçirməyi  tələb  edirdi.  Orta  əsrlərin  dini  dünyagörüşü  insanı  təbiətlə  deyil,  bütün 

kainatın  fövqəltəbii  başlanğıcı  olan  Allahla  bağlayır.  nsanın  mahiyyətini  orta  əsrlər 

fəlsəfəsi Allahdan ona pay verilmiş ağıl və azad iradə sahibi olmasında görür. Allah özü 

azad varlıq olduğuna görə, insanı da azad yaratdı. O bütün mövcudatın hakimi olduğu 

kimi,  təbiəti  yaradaraq,  insanı  da  onun  hakimi  etdi.  Beləliklə  sonralar  ntibah 

mədəniyyətinin səciyyəvi xüsusiyyətini təşkil edən humanizm ideyaları öz başlanğıcını, 

məhz,  orta  əsrlərin  dini  dünyagörüşündən  götürür.  Orta  əsrlər  fəlsəfəsində  insan 

haqqında  təsəvvürlərin  digər  mənbəyini  insanın  öz  nəfsinin  köləsi  olması  və  əzəldən 

günahkar bir varlıq olması haqqında ideyalar təşkil edir. Patristikanın banilərindən olan 

Origen hesab edirdi ki, insan ruh, can və bədəndən ibarətdir. Ruh insanın özünə məxsus 

olmayıb ona Allah tərəfindən bəxş edilmişdir və həmişə xeyirə və həqiqətə can atır. Can 

isə  insanın  yalnız  ona  məxsus  olan  “Mən”ini  təşkil  edir  və  hər  bir  adama  fərdiyyət 

keyfiyyəti  verir.  Lakin  insanın  mahiyyətinin  ən  mühüm  göstəricisi  iradə  azadlığı 

olduğuna  görə,  xeyirlə  şər  arasında  azad  seçim  etmək,  məhz  canın  missiyasıdır,  çünki 



Yüklə 440,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə