Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə46/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   42   43   44   45   46   47   48   49   ...   315

İdarəetmə mədəniyyəti 

 

97



ğunluqların forma və xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. Sis-

temli kulturoloji təhlil dünya sivilizasiyasının müxtəlif mərhələlərində müx-

təlif ölkələrdə dövlətçiliyin yaranması və inkişafının əsil mahiyyətini və qa-

nunauyğunluqlarını aşkar etməyə imkan yaradır. Müqayisəli təhlil müxtəlif 

dövlətçilik tipləri və dövlət idarəçiliyi sistemlərinin təşəkkül tapması və də-

yişilməsi prosesləri qanunauyğunluqlarının konkret formalarının başa dü-

şülməsinə və elmi ümumiləşdirilməsinə yardım edir. Məntiqi anlayışlardan 

və tarixi faktlardan, analiz və sintezdən istifadə etməklə, o, nəinki ictimai 

inkişafın mürəkkəb proseslərini düzgün müəyyənləşdirməyə, həm də zama-

nın tələblərinə və sonsuz hərəkətdə olan dünya dəyişikliklərinə adekvat zid-

diyyətlərin həllini, cəmiyyətin dəyişdirilməsi və mütərəqqi inkişafını təmin 

edən dövlət quruculuğu və idarəçiliyinin effektiv modellərini və innovativ 

texnologiyalarını hazırlamağa imkan verir.  

Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin mahiyyəti və xüsusiy-

yətlərinin düzgün dərk edilməsi məqsədi ilə hazırkı əsərdə, insan mədəniy-

yətinin bu vacib sahəsinin Şərq və Qərb ölkələrində təşəkkülü və inkişaf ta-

rixi və qanunauyğunluqlarını tədqiq etmək, sistemli kulturoloji yanaşmanın 

köməyi ilə bu problemin başlıca nəzəri məsələlərini nəzərdən keçirməyə tə-

rəfimizdən ilk dəfə təşəbbüs edilmişdir. Nəzərə almaq lazımdır ki, “dövlət-

çilik” anlayışı geniş məna daşıyır. Bu termin həm dövlətin sinonimi kimi, 

həm onun yaranma prosesində dövlət elementi kimi, həm hüquqi sistem da-

xil olmaqla, dövlət və ictimai-siyasi həyat institutları kimi, həm də sırf döv-

lət institutları (ictimai-siyasi institutlardan fərqli olaraq) kimi tətbiq olunur. 

Bizim tədqiqat işimizdə “dövlətçilik” anlayışı “dövlət quruluşu”, “dövlət 

qurulması”, “dövlət hakimiyyətinin qurulması” mənasında tətbiq olunur.  



Dövlətçilik mədəniyyəti və dövlət idarəçiliyi mədəniyyəti bir-biri ilə sıx 

əlaqədardır.  Əgər  dövlətçilik,  hakimiyyət orqanları  fəaliyyətinin müəyyən 

nizam və prinsiplərini nəzərdə tutan dövlət qurumunu (quldarlıq, feoda-

lizm, kapitalist, unitar, federal və s.) ifadə edirsə, onda dövlət idarəçiliyi – 

ideoloji xarakter və hakimiyyətin özü ilə şərtlənən, siyasi rejimlə sıx bağlı 

olan, dövlətin həyat fəaliyyətini təmin edən intellektual, etik və inzibati-hü-

quqi metodlar sistemidir. Dövlətçilik – müəyyən idarə formasının, dövlət 

aparatının, hüquqi və etik sistemin, ictimai münasibətlər mədəniyyətinin 

aid olduğu ideologiyaya əsaslanan dövlət təşkilatıdır. Dövlətçilik mədəniy-

yəti bir çox cəhətdən mədəniyyətin - cəmiyyət, hakimiyyət, siyasi rejim, 

mülkiyyət, hüquq, əxlaq, siniflər, silklər, sosial münasibətlər, siyasi partiya-

lar, ictimai təşkilatlar və s. kimi sosial institutlarının inkişaf səviyyəsindən 

asılı olmuşdur və asılıdır. Qədim və orta əsrlər dünyasında dövlətçiliyin və 

dövlət idarəçiliyinin bu və ya digər yaranma fərziyyələrini əks etdirən müx-

təlif konsepsiyalar L.Morqan, F.Engels, N.K.Mixaylovski, Henri Men, Ru-



Fuad Məmmədov

 

 

98



dolf Pampiriye, J.Hezertin və elmin bir çox digər etnoloq, sosioloq, tarixçi 

və nəzəriyyəçilərinin tədqiqatlarında öz əksini tapmışdır. Dövlətçilik mədə-

niyyəti məsələləri yalnız xüsusi tarixi, o cümlədən, milli dövlətlərin yara-

dılmasına həsr edilmiş  əsərlərdə (N.S.Derjavin, Y.V Qotye, V.İ.Piçet, 

Z.R.Neyedla və b.) deyil, həm də “ilahiyyət təlimləri”, “müqavilə”, ”coğra-

fi”, “psixoloji” nəzəriyyələri, “sosial darvinizm”, “ictimai münasibətlər”, 

“zorakılıq və işğalçılıq” nəzəriyyələri, ”fenomenoloji”, “marksist” konsep-

siyaları adı ilə məlum olan və dövlətçiliyin yaradılma səbəbləri, şərtləri və 

üsullarının müxtəlif nöqteyi-nəzərlərini şərh edən digər bir sıra nəzəri əsər-

lər və konsepsiyalarda öz əksini tapmışdır. Cəmiyyətin siyasi təşkilatı olan 

dövlət, müxtəlif siniflərin və sosial qrupların maraqları ilə  sıx bağlıdır. 

Müxtəlif sinfi cəmiyyətlərə ayrı-ayrı dövlətçilik tipləri uyğun gəlir - quldar-

lıq, feodal, kapitalist, sosialist. Tarixi tipindən asılı olmayaraq, hər bir döv-

lət - vasitəsilə cəmiyyətin idarə edilməsini həyata keçirən siyasi təşkilat ki-

mi, öz məzmunu, funksiyalarının qarşılıqlı  əlaqəsi, fəaliyyətinin forma və 

metodları ilə fərqlənir.  

Ölkənin dövlətçilik mədəniyyətinə  hər bir xalqın ümumilikdə mədəniy-

yətini müəyyən edən eyni əsas amillər təsir göstərir. Bu, təbii-coğrafi şərait, 

xalqın genetik kodu, sosial mühit, tarixi şərait və mədəni mübadilədir. Biz 

burada, yuxarıda adı  çəkilən, beş obyektiv-tarixi amillə müəyyən edilən 

dövlətçilik mədəniyyətinin, onun formaları  və texnologiyalarının inkişaf 

vektoruna uyğun ümumi qanunauyğunluğunun təzahürünü görürük ki, bun-

lardan sonuncu ikisi beynəlxalq münasibətlərlə sıx bağlıdır. Eyni zamanda 

bu prosesdə subyektiv insan amili - insanın mədəniyyəti, öz zəmanəsini qa-

baqlayan, ağıllı siyasət və düzgün idarəetməni həyata keçirən görkəmli şəx-

siyyətlərin və liderlərin şüurlu təsiri həlledici əhəmiyyət qazanır. Xalqların 

inkişaf səviyyəsi ilə diktə edilmiş bir sıra səbəblər dövlət təşkilatı və idarə-

etmə prinsiplərinin dəyişdirılməsinə imkan yaratdı. Həyat göstərdi ki, ida-

rəetmə bacarıqları heç də  həmişə irsən ötürülmürdü, xalq hər hakimə eti-

mad göstərmirdi. Avropa dövlətlərində əcdadlarının hökmdar olduğunu gü-

man edən irsi kahinlərin yaranması müstəqil kahin nəsillərinin formalaşma-

sı ilə başa çatmadı, belə ki, Roma papası VII Qriqori nigahsızlıq institutunu 

tətbiq etməklə, ruhaniləri ailə qurmaq hüququndan məhrum etdi. 

Dövlətçilik mədəniyyətinin dəyəri onun sosial məzmunu və rolu ilə mü-

əyyən edilir. Demokratik ölkədə hakimiyyətin idarə və fəaliyyəti xalqın ira-

dəsi və  fəaliyyəti ilə ayrılmamalıdır. Demokratik mədəniyyət prinsipləri 

əsasında fəaliyyət göstərən müasir kapitalist dövlətində dövlət siyasəti mü-

əyyən sinif və qrupların deyil, bütün xalqın maraq və iradəsini ifadə etməyə 

qabildir. Görünür ki, belə siyasətin  ən uğurlu ifadələrindən biri - Norveç 

Krallığında qəbul edilmiş “ümumrifah dövləti” formuludur. Vaxtaşırı məq-



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə