Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə42/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   38   39   40   41   42   43   44   45   ...   315

Fuad Məmmədov

 

 

88



rarları və fəaliyyətlərində görür. İdarəetməni cəmiyyətin bütün strukturları 

və qanunauyğunluqları ilə bağlı olan sistemli ictimai təzahür kimi qiymət-

ləndirən Q.V.Atamançuk, onun tamdəyərliliyini və hüquqiliyini,- onda “in-

san mədəniyyətinin bütün zənginliyinin, insanın təfəkkürü, biliyi, təcrübəsi 

və istedadının bütün imkanlarının, bir çox elmlərin nailiyyətlərinin təqdim 

edilməsi ilə” şərtləndirir. Tarixdən öyrənməyin vacibliyini göstərərək alim, 

onsuz inkişafın sabit yaradıcı yoluna çıxmağın mümkün olmadığı həyat di-

alektikasını vicdanla, cəsarətlə  və dürüst açmağa çağırır. Q.V.Atamançuk 

dövlət idarəçiliyinə, - həyat fəaliyyətinin vəhdətini ontoloji əks etdirən mü-

əyyən dünyagörüşün, fəlsəfə və metodologiyanın məcmusu kimi kompleks 

yanaşmanın aktuallığını  göstərir. Beynəlxalq sahədə milli idarəetmə key-

fiyyətinin və dövlətlərin fəaliyyət koordinasiyası xüsusiyyətinin rolunu 

qeyd edərək, o özündə dövlət idarəçiliyinin universal qanunauyğunluqları 

və formalarını əks etdirən kompleks elmi biliklərin hazırlanması və müntə-



zəm inkişafının zəruriliyini qeyd edir.  

Qərb ölkələri dövlət idarəçiliyinin zəngin təcrübəsi professor İ.V.Vasilen-

konun, inzibati - dövlət idarəçiliyi nəzəriyyəsi mahiyyətinin və əsas problemlə-

rinin öyrənildiyi məşhur  əsərlərində  əks olunmuşdur. Bu, - nəzəri idarəetmə 

problemlərinin hazırlanmasının, aparatın funksiyalarının, idarəetmə koordinasi-

yalarının daxil olduğu dövlət idarəçiliyinin təşkil edilməsi problemləridir. Bu - 

ştatların optimal strukturu, personalın idarə edilməsi, idarəetmə üslubu, liderlik 

problemləri və digərlərinin daxil olduğu kadrların hazırlığı və istifadəsi prob-

lemləridir. Nəhayət, bu - qərarların qəbulu, siyasi proqnozlaşdırma, böhran şə-

raitində və münaqişəli vəziyyətlərdə idarəetmə metodlarının və s. daxil olduğu 

dövlət idarəçiliyi texnologiyaları problemləridir.  

Hazırkı icmaldan göründüyü kimi, siyasətçi və məmurlar tərəfindən ida-

rəetmə elminin mənimsənilməsi - konkret vəziyyətdə düzgün oriyentirini 

tapma, cəmiyyətin inkişaf perspektivlərini görmə qabiliyyəti, yüksək inki-

şaf dinamikasını və dövlətin rəqabət qabiliyyətini təmin edən kulturoloji in-

novasiyaların dəstəklənməsi üçün böyük imkanlar açır.  



 

Müəllifin kulturoloji idarəetmə modeli haqqında 

 

Məlumdur ki, təbiətdə qeyri-müəyyənlik var. Hələ 1927-ci ildə kvant 

mexanikasının yaradıcılarından biri olan Nobel mükafatı Laureatı Verner 

Heyzenberq elektron, proton və materiyanın digər hissəciklərinin ikili kor-

puskulyar dalğalı  təbiətini  əks etdirən kvant nəzəriyyəsinin fundamental 

müddəası olan qeyri-müəyyənlik prinsipini formalaşdırmışdır. Bu prinsipə 

uyğun olaraq, fiziki sistemi xarakterizə edən əlavə fiziki kəmiyyətlər (mə-

sələn, koordinat və impuls) eyni vaxtda dəqiq qiymət ala bilməz. Belə bir 




İdarəetmə mədəniyyəti 

 

89



qeyri-müəyyənlik tam sosial sistem olan mədəniyyətdə də, amma daha bö-

yük miqyaslarda mövcuddur. Burada qeyri-müəyyənlik amilləri qismində, 

ayrı-ayrı insanlarda müxtəlif olan əhval-ruhiyyə, enerji, xarakter, bilik, ira-

də  və sosial, habelə  təbii  şəraitdən asılı olaraq dəyişə bilən insanın digər 

mədəniyyət göstəriciləri çıxış edə bilər.  

Kollektiv və cəmiyyət səviyyəsində qeyri-müəyyənlik daha çox artır, bu 

da insanların idarə edilməsi mürəkkəbliyini göstərir. Bir çox dəyişən kə-

miyyətlər kimi, böyük kollektiv və sosial qrupların davranışını proqnozlaş-

dırmaq çətin məsələ olur. Əgər bu problemə “insanın davranışı onun mədə-

niyyətinin dəyişməsi ilə dəyişilir” formulunu müəyyənləşdirən L.A. Uaytın 

prizmasından yanaşsaq, onda cəmiyyətdə və kollektivdə yüksək ruhi mədə-

niyyətin formalaşmasının nə qədər vacib olduğu aydın olur ki, onun norma-

larına sadiqlik, konkret situasiyalarda insanların davranışının proqnozlaşdı-

rılması və əvvəlcədən xəbər verilməsi imkanlarını genişləndirir. Bu, xüsusi-

lə,  əgər insan kapitalının və ictimai əməyin məhsuldarlığının artmasının 

əsasını  təşkil edən intellektual mədəniyyət ilk olaraq inkişaf etdirilərsə, 

dövlətin sosial- mədəni inkişafının böyük ehtiyatıdır, çünki maddi rifah is-

tehsalçılarının başlıca mənbəyi intellektdədir.  

Dövlət idarəçiliyi proseslərinin təkmilləşdirilməsi maraqlarını  nəzərə 

alaraq, müəllif tərəfindən innovativ effektiv idarəetmə modelinin qurulma-

sına imkan verən “kulturoloji piramida”

10

 universal metodu hazırlanmışdır. 



Bu, universal biliklərə, düzgün anlama və yaradıcılıq fəaliyyətinin səmərəli 

istifadəsi və cəmiyyətin və dövlətin layiqli gələcəyinin qurulmasının effek- 

tiv idarə edilməsi üçün yeni imkanlar açan texnologiyalara aparan, üçsəviy-

yəli, çoxpilləli “kulturologiya piramidası”dır. O, tərəfimizdən təklif olunan 

bir sıra metodoloji prinsiplərin və ifadə edilən baza kulturoloji anlayışların 

və kateqoriyaların istifadəsini nəzərdə tutur. Metodoloji prinsiplərə: məntiq, 

tarixilik prinsipi və dialektika aiddir. Baza anlayışlarına: mədəniyyətin elmi 

anlamı, mədəniyyətin bütöv sosial sistem kimi başa düşülməsi, mədəni in-

san formulu, mədəniyyətin inkişafının obyektiv tarixi amilləri, sosial-mədə-

ni tərəqqi formulu, mədəniyyətin effektivlik formulu, istehsalın effektivlik 

formulu, idarəetmənin effektivlik formulu və nəhayət, kulturoloji piramida-

nın üç: öyrənmə, dərk etmə, və yaratma səviyyəsinin anlaşılmasını nəzərdə 

tutan yaradıcılıq formulunu ehtimal edir. Öyrənilən obyektin sistemli kultu-

roloji təhlili məqsədilə  tərəfimizdən, mürəkkəb və sistemyaradıcı dövlət 

idarəçiliyi problemlərinin düzgün və daha səmərəli həllinin hazırlanması və 

əsaslandırılması üçün 12 tədqiqat metodu məcmusu təklif edilmişdir.

11

 

                                                            



10 

Bax. bölmə: “Kulturoloji piramida” universal metodu 

11

 Bax. bölmə: Mədəniyyətin əsas tədqiqat metodları və prinsipləri  




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə