Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə40/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   36   37   38   39   40   41   42   43   ...   315

Fuad Məmmədov

 

 

84



ya və sosial stabilliyə yardım edən və ya ona mane olan amillərə diqqəti 

mərkəzləşdirən “struktur funksionalizm” (D.İston, Q.Almond, T.Parsons) 

geniş yayıldı. Bu konsepsiya daxilində T. Parsons iki – “bölgü” və “birləş-

mə”  prinsipini formalaşdırdı.  “Bölgü”  prinsipnə  aşağıdakılar aid edildi: 

vəsaitlər” (nəqliyyat, yaşayış evi, maddi rifah, pul və hakimiyyət də daxil 

olmaqla istehsal vasitələri),  “personal”  (dövlət qulluqçularının təlimi, se-

çilməsi və təyinatı) və “mükafatlar”. Birləşmə prinsipi vəsaitlərin bölüşdü-

rülməsi keyfiyyəti kontekstində  nəzərdən keçirilirdi. Bütövlükdə  “struktur 

funksionalizm” öz məhsuldarlığını yalnız cəmiyyətin sosial-siyasi sabitliyi 

şəraitində göstərən qismən mücərrəd yanaşma kimi qiymətləndirilirdi.  

ABŞ-ın inzibati-dövlət idarəçiliyinin müasir nəzəriyyəsində dövlət inzi-

batçılığı sistemində  fəaliyyətin effektivliyinin yüksəldilməsini nəzərdə tu-

tan innovativ xarakterli “mütəşəkkil inkişaf konsepsiyası” (A.Maslou, 

D.Mak-Qreqor, R.Laykert) mühüm yer tutur. Burada: struktur dəyişikliklə-

rin hesaba alınması, sistemin ətraf aləmdə baş verən dəyişikliklərə düzgün 

qiymət verməsi və tez üyğunlaşması, həmçinin ən yeni idarəetmə nəzəriy-

yəsi və praktikasının nailiyyətlərindən istifadə şərt kimi çıxış edir. Bu kon-

sepsiyada ideal idarəetmə strukturunun modeli kimi, “Canlı orqanizm mo-



deli” yeni idarəetmə  məqsədlərinə uyğunlaşmaq bacarığını, həmrəylıyi və 

dəyişiklikləri, idarəetmə qabiliyyətini, obyektiv ziddiyyətləri həll etmək ba-

carığını, habelə əməkdaşların özünü reallaşdırması üçün şəraitin yaradılma-

sını  nəzərdə tutur. Bu yanaşmanın mühüm vasitələri - ən yeni idarəetmə 

texnologiyalarına öyrədilmə, mədəniyyətlərin harmonizasiyası və əməkdaş-

ların mədəni dəyərlər sisteminə  təsiri  əsasında davranışın tənzimlənməsi 

yolu ilə insan kapitalından istifadə effektivliyinin artırılmasıdır.  

Birləşmiş Krallıqda dövlət idarəçiliyinə nisbətən yeni yanaşmalar ara-

sında, yuxarıda adı  çəkilən,  Piter Çekland tərəfindən işlənib hazırlanmış 

“yumşaq təfəkkür” sistemi daha böyük nüfuza malikdir. Bu sistem konkret 

vəziyyətlərdə müxtəlif baxışların təhlili və onların qanuniliyinin müzakirəsi 

yolu ilə idarəetmə prosesləri strukturunun tərtibinin demokratikliyini nəzər-

də tutur. Bu yanaşmanın özülündə mümkün qədər daha çox nöqteyi-nəzər-

lərdən görmə əsasında tamlıq ideyası durur. P. Çekland idarəetmə problem-

lərinin həllini konkret vəziyyətlərin daimi öyrənilməsi zərurəti ilə, kollekti-

vin ona uyğunlaşması və idarəetmə fəaliyyəti perspektivlərinin formalaşdı-

rılaşdırılması ilə şərtlənən fasiləsiz idrak prosesi kimi nəzərdən keçirir. İda-

rəetmədə “yumşaq təfəkkürə” yaxın, idarəetmə sisteminin yüksək uyğun-

laşma səviyyəsini ifadə edən, onun tərəfindən “tarazlaşdıran sistem” anla-

yışı daxil edilmiş S.Bierin “mütəşəkkil kibernetika” yanaşmasıdır. O, xarici 

mühitin tələbləri və daxili funksiyalar arasındakı harmoniya hesabına onun 

həyat fəaliyyətini təmin edən balans strategiyası əsasında qurulur. Belə sis-



İdarəetmə mədəniyyəti 

 

85



temin funksiyaları - təşkilat, nəzarət, informasiyanın toplanması  və  işlən-

məsi, həmçinin siyasətin işlənib hazırlanmasıdır.  

Dövlət idarəçiliyi nəzəriyyəsinə mühüm töhfələrdən biri – M.Prelo, M.Dü-

verje və başqalarının tədqiqatları sayəsində keçən əsrin 70-ci illərinin əvvəlləri-

nə qədər Fransada geniş yayılmış “institutlar nəzəriyyəsi” oldu. Onun əsasında 

ifadə edilmiş dövlətin institusional hakimiyyət kimi yeni izahını verən “dövlə-



tin institusional konsepsiyası”, faktik olaraq, hakimiyyətin mütləqdən hüquqi-

yə çevrilməsinə yardım etdi. O, hakimiyyətin səpələnməsi və demokratlaşma-

sını, ”kastaçılıqdan” imtina və dövlətin hakimiyyət böhranının mümkünlüyünü 

istisna edən zəruri islahatların aparılmasını nəzərdə tutur.  

Qərb ölkələrində bürokratik aparatın inkişafı vəzifə iyerarxiyasının for-

malaşması prosesində keyfiyyətli dəyişikliklərlə müşayiət olunurdu. Bu də-

yişikliklərin mahiyyəti tədriclə, imtiyazlar prinsipindən bilik, peşəkarlıq və 

bürokratiyanın  şəxsi xidmətlərinin qiymətləndirilməsinə  əsaslanan hüquq 

prinsipinə keçid idi. Başlıca ideyası biliyin, elmin siyasət və dövlət idarəçi-

liyindəki rolundan ibarət olan M.Ponyatovskinin konsepsiyası dövlət idarə-

çiliyi nəzəriyyəsinin inkişafı üçün innovativ əhəmiyyətə malik idi. M.Pon-



yatovski  diqqəti ona yönəldirdi ki, iyerarxiya daima iddia ediləcək, çünki 

onun hakimiyyəti daim yeniləşən biliyə istinad edir. Bunu nəzərə alaraq, o, 

gələcəyin problemlərini həll etməyə iqtidarlı olan yeni metodların və insti-

tutların yaradılması  zəruriliyini göstərdi. Ölkə  vətəndaşlarına xidmətdə 

dövlət administrasiyasının rolunu təsdiq edərək, o, cəmiyyətdə sabitliyi və 

rifahı təmin edən idarəetmənin bütün səviyyələrində vətəndaşların öz iştira-

kının vacibliyini qeyd etmiş və dövlət səlahiyyətlərinin bir hissəsinin səriş-

təli orqan və təşkilatlara həvalə edilməsi üçün çıxış etmişdir.  

Əsasını dövlətə hüquqi deyil, sosial institut kimi yanaşma təşkil edən 

Lüdviq Erxardın “dövlət idarəçiliyinin sosial konsepsiyası”, dövlət idarəçi-

liyi nəzəriyyəsində mühüm yer tutur. Konsepsiya dövlət qulluğunun məna-

sını, funksiyaları və strukturlarını yeni görmə imkanı hesabına dövlət inzi-

batçılığının sosial rolunun yüksəldilməsi ilə əlaqədardır. Alman cəmiyyəti-

nin sosial strukturunun modernləşdirilməsi vəzifəsini qoyan bu konsepsiya-

ya uyğun olaraq, dövlət qulluğundakı bütün vəzifələri dövlət siyasətini mü-

əyyənləşdirən  “ümumi maraqlar üzrə” mütəxəssislər  tutmalı idilər.  Peşə-



kar idarəçi kadrların seçilməsinin əsas prinsipi ölkənin bütün sosial qrup-

larının maraqlarının yaxşı başa düşülməsi hesab edilirdi. 

Qərb ölkələrinin təcrübəsi ilə yanaşı, Rusiya Federasiyasının dövlətçilik 



mədəniyyətinin inkişafı  və dövlət idarəçiliyi təcrübəsi  böyük maraq doğu-

rur. Üçüncü minillikdə dövlət idarəçiliyi texnologiyalarının təkmilləşdiril-

məsi və Rusiyanın strateji planlaşdırıılması ölkənin sabit sosial-iqtisadi in-

kişafı üçün əlverişli şəraitin yaradılmasına yönəldilmişdir. O, həyat fəaliy-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə