Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə36/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   32   33   34   35   36   37   38   39   ...   315

Fuad Məmmədov

 

 

76



peşəkar təcrübəyə, mütəşəkkilliyə, mənəviyyata, cəmiyyətin və dövlətin ri-

fahi üçün siyasi məsuliyyət və innovativ yaradıcılıq fəaliyyətinə nə dərəcə-

də malik olması,  demokratik idarəçiliyin müasir universal kulturoloji tex-

nologiyalarına yiyələnmə səviyyəsi ilə müəyyənləşdirilir.  

Tamamilə aydındır ki, həm dövlət, həm də beynəlxalq idarəetmə təbiət 

və  cəmiyyətin ümumi inkişaf qanunlarına, dünyanın ümumi harmoniyaya 

əsaslanan qarşılıqlı əlaqəli bütövlüyünə zidd olmamalıdır. Çətin ki, kimsə, 

insanın həyat fəaliyyətinin harmoniyasına nail olma cəhdinin təfəkkürümü-

zün və davranışımızın norması olduğunu qeyd edən Ervin Laslo və Mixael 

Laytmanın konsepsiyasının  ədalətliyinə  şübhə etsin. Lakin qlobal inkişaf 

strategiyasının universal əsası olan yüksək ruhi mədəniyyətin bütün dünya-

da məqsədyönlü inkişafı və yayılması olmasa, bu mümkün olarmı?  

Budapeşt klubunun prezidenti professor Ervin Laslo hesab edir ki, məq-

sədyönlü idarəetmə fəaliyyəti yolu ilə gələcəyə qlobal səviyyədə pozitiv tə-

sir göstərmək zəruriliyi bir sıra təhlükələr və çağırışlarla şərtlənir. Onların 

arasında aşağıdakıları qeyd etmək olar: artan demoqrafik proseslər və yox-

sulluq, iqtisadi və sosial ziddiyyətlər və müharibələr; dağıdıcı daşqınlara və 

tornadoya səbəb olan iqlim dəyişiklikləri;  ətraf aləmin istehsal tullantıları 

ilə çirklənməsi; torpaq, su və havada zəhərli maddələrin toplanması; içməli 

su, ərzaq məhsulları və enerjinin artan defisiti; ozon qatının davam edən da-

ğılması; atmosfer oksigeninin əskilməsi; bioloji müxtəlifliyin azalması; 

atom elektrostansiyalarındakı qəzaların və nüvə tullantılarından təcrübi isti-

fadənin səbəb olduğu fəlakətlərin baş vermə riski və s. Təbii vəsaitlərdən 

səmərəsiz istifadə və texnogen sivilizasiyanın məsarifləri ilə əlaqədar həya-

ti balansların pisləşməsi problemləri, hüquqi mühafizəsizliyin artması, ekst-

remizm, despotizm, terrorizm və zorakılığın müxtəlif tipləri, insanların so-

sial bərabərsizliyinin artması, varlılar və yoxsullar arasındakı fərqin böyü-

məsi, aclıq və  xəstəliklər, cəmdə, törənə biləcək bərpa olunmaz dağıdıcı 

proseslərlə ağırlaşır.  

“Sosial darvinizm” təhlükəsi haqqında danışaraq, E. Laslo diqqəti ona 

yönəldir ki, Darvinin təbii seçmə nəzəriyyəsinin insan cəmiyyətinə proyek-

siyası “varlılarla yoxsullar arasındakı  fərqi böyüdür, hakimiyyəti və var-

dövləti korporasiya rəhbərləri və beynəlxalq maliyyəçilərin əlində cəmləş-

dirir, bu da dövlətləri və bütöv xalqları müştərilərə və istehlakçılara çevirir”. 

Həqiqətən bu ziddiyyətli problemin insanın xoş  məramını  nəzərdə tutan 

həlli vardır. Siyasi və iqtisadi hakimiyyət özündə yüksək intellektual və 

mənəvi mədəniyyəti, şüurlu eqoizmlə altruizmin balansını birləşdirən “Ho-

mo cultural” - yüksək mədəniyyətli insanlara məxsus olmalıdır. Biz dərin-

dən inanırıq ki, cəmiyyətdə ”ən güclü” olan - bu, keyfiyyətləri “mədəni in-

san formulu”nda təsvir olunaraq oxucunun diqqətinə çatdırılan yüksək mə-



İdarəetmə mədəniyyəti 

 

77



dəniyyətli insandır. Bəşəriyyətin xilasının açarı məhz burada qorunur. Bu-

nun üçün yalnız yüksək eqoizmdən imtina edərək,  şüurumuzu pozitiv də-

yişmək lazımdır ki, burada mədəniyyətlərin harmoniyasına və maraqların 

balansına əsaslanan, məhsuldar həyat fəaliyyəti üçün əlverişli mühit forma-

laşdıran, razılaşdırılmış və müxtəlif ölkələrin konkret şəraitlərinə uyğunlaş-

dırılan beynəlxalq kulturoloji təhsil və maarif həlledici rol oynaya bilər. İn-

sanın xoşbəxtlik açarının pulda deyil, yüksək insani mədəniyyətdə olması 

tezisi bir çox alimlər, həmçinin, Devid Mayerson tərəfindən ifadə edilmiş 

“göylərdə süzən rifah və qəlbin cılızlaşması sindromu” ilə də təsdiq olunur.  

Müasir dünya birliyinin qeyri-sabitliyini təhlil edən E.Laslo, sistemlər 

nəzəriyyəsinə istinad edərək, ona havanı proqnozlaşdırılması sənətində isti-

fadə edilən “kəpənək effektinin” tətbiq edilməsini mümkün hesab edir. Ya-

radıcı təşəbbüsləri və insanın fəaliyyətini “titrəyişlər” kimi nəzərdən keçi-

rən alim deyir ki, elə kreativ “titrəyişlər” yaratmaq olar ki, o, insanları xaos 

nöqtəsindən sülhə  və  həyati sabitliyi saxlamağa yönəltməyə qadir olsun. 

Professor deyir: “Əgər biz əlimizdə necə bir qüvvənin olduğunu dərk etsək 

və onu təyinatı üzrə sərf etmək üçün bizdə lazımi qədər istək və müdriklik 

olsa, biz öz taleyimizin sahibi olarıq”. Şüurun təkamülünün müasir inkişa-

fın həlledici amili olduğunu qeyd edərək, E.Laslo, yeni təfəkkür tərzi sayə-

sində insanların iradəsini səfərbər edən və yaradıcı qüvvələrin yeni yüksəli-

şini təyin edən, daha adekvat dəyərlərlə  və daha inkişaf etmiş  şüurla,    

2020-ci ildə bəşəriyyətdə yeni era başlayacağı haqqında nikbin proqnoz ve-

rir.  

Fikrimizcə, bu məsələnin həlli iki şərtin olmasını tələb edir: 1) universal 



kulturoloji biliklərə malik və yeni idarəetmə texnologiyalarına yiyələnmiş 

idarəçilər – “ceneralistlər”; 2) effektiv sosial terapiyaya, destruktiv proses-

ləri və tendensiyaları aradan qaldıra bilən, yeni və daha həyat qabiliyyətli 

sivilizasiyanın qurulmasına qadir olan sağlam və əlverişli beynəlxalq mədə-

ni mühit. 

Beynəlxalq idarəçiliyin təkmilləşdirilməsi prosesinə yardım məqsədi ilə 

görkəmli alim və ictimai xadimləri birləşdirən “Simurq” Azərbaycan mədə-

niyyət Assosiasiyası tərəfindən XX əsrin 90-cı illərinin əvvəllərində BMT 

nəzdində Beynəlxalq Dünya Mədəniyyəti  Şurasının və Beynəlxalq Dünya 

Mədəniyyəti Universitetinin yaradılmasını nəzərdə tutan beynəlxalq idarə-

etmə modeli hazırlanmış və müzakirəyə verilmişdir. 1995-ci ildə bu model 

BMT-nin Azərbaycandakı nümayəndəliyi, Azərbaycana təyin edilmiş bir 

sıra xarici ölkə  səfirlikləri və beynəlxalq təşkilatlar, həmçinin görkəmli 

Azərbaycan alimləri, respublikanın ziyalı və ruhani nümayəndələri tərəfin-

dən bəyənilmişdir. Mədəniyyət anlamına bizim yanaşmamızın düzgünlüyü, 

öz prinsiplərinə görə, dünyanın bütövlüyü anlamına yaxınlığı, insanların ət-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə