Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə39/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   35   36   37   38   39   40   41   42   ...   315

Fuad Məmmədov

 

 

82



nın reallaşdırılması üçün əlverişli şəraitin yaradılmasının əhəmiyyəti göstə-

rildi (A. Maslou).  

XX əsrin 50-ci illərində inzibati dövlət idarəçiliyi nəzəriyyəsi neoklassik 

“insan münasibətləri məktəbi”nin yeni – “davranış” (“bihevioral”), “sistem-

li” və “situasiya” yanaşmaları ilə zənginləşdi. Sosial psixologiya və sosio-

logiyanın nailiyyətlərinə  əsaslanan “Davranış yanaşması” (Q.Saymon, 

D.Smitsberq, V.Tompson, D.İston və b.) idarəetmə strukturlarında işləyən 

fərdlərin və qrupların davranışı vasitəsilə idarəetmə prossesləri və təzahür-

lərinin izahını verdi. Yanaşma, insan resurslarının inkişafı və istifadəsinin 

səmərəliliyi hesabına personalı idarəetmə effektinin artmasını  təmin edən 

metod  kimi təklif olunmuşdur.  Şəxsiyyətin idarəetmə imkanlarının dərk 

edilməsi, aşkar olunması və səmərəli istifadəsi xüsusi qeyd edilmişdir. Bu 

məqsədlə  sosial münasibətlərin xüsusiyyətləri, hakimiyyət mahiyyətinin 

problemləri, əməkdaşların nüfuzu və motivasiyası tədqiq edilmişdir. Sonra-

lar adı “bihevioralizm”ə (D.İston, D.Mak-Qreqor, F.Hersberq), dəyişdiril-

miş “davranış yanaşması” idarəetmə prosesində insan davranışını anlama-

nın  əsasını  təşkil edən idarəetmə elmində ümumi dəyişənlərin axtarışının 

zəruriliyinə diqqət yetirdi. Bu məqsədlə idarəetmə proseslərinin tədqiqi za-

manı D.İston tərəfindən “qərar”, “qərarların qəbulu”, “maraqlar qrupu” və 

s. kimi müəyyən anlayışlar, kateqoriyalar və paradiqmalar qismində nəzər-

dən keçirilən “təhlil vahidləri” işlənib hazırlandı. D.İston bihevioral meto-

dologiyanın 8 prinsipini ifadə etdi.: “qanunauyğunluqlar”, “verifikasiya” 

(“həqiqətə uyğunluğun müəyyən edilməsi”), “metodika”, “kəmiyyət metod-

ları”, “dəyərlər”, “sistemlilik”, “təmiz elm”, “inteqrasiya”. D.Mak-Qreqo-

run biheviorizm çərçivəsində hazırladığı idarəetmənin “statik” və “dina-

mik”  konsepsiyaları idarəetmə prosesinin effektivliyində  məcburiyyətin, 

nəzarətin və marağın rolunu nəzərdən keçirir. F.Hersberqin “motivasiyalı 



gigiyena”konsepsiyası əməkdaşların baza tələblərinə əsaslanan düzgün mo-

tivasiyasının idarəetmə effektivliyinin yüksəlməsinə yardım etməsi haqqın-

dakı tezisi əsaslandırdı. O, əmək uğurlarının, xidmətlərin təsdiqi, məsuliy-

yət səviyyəsi, xidməti və peşəkar yüksəlişin insanların davranış motivasiya-

sına və təşkilatda əlverişli psixoloji mühitin formalaşmasına təsirini göstər-

di. Bununla bərabər alim tərəfindən  əməklə  təmin olunmaya yardım edən   



8 motivasiya ifadə edildiişin saxlanması təminatı, sosial status, təşkilatda 

əmək siyasəti,  əmək  şəraiti, səmimi rəis münasibəti,  şəxsi meyllər,  şəxsiy-

yətlərarası münasibətlər, əmək haqqı.  

Özünə müxtəlif elmi məktəblərin metodları və nailiyyətlərini, o cümlə-

dən, sistemlər nəzəriyyələrini inteqrasiya etmiş “sistemli yanaşma” (D. İs-

ton, Q.Almond, T.Parsons), dövlətin inkişafının strateji idarə edilməsi üçün 

böyük imkanlar açmışdır. Sistemli yanaşma, son nəticələrin səmərəliliyi 



İdarəetmə mədəniyyəti 

 

83



nöqteyi-nəzərindən, qərarların qəbul edilməsi prosesinin həyata keçirilmə-

sinə  təsir göstərə bilən bütün amillərin - zaman, resurs, motivasiya, ətraf 

mühitin dəyişməsi və s. hesaba alınmasını nəzərdə tutur. Bununla bərabər, 

sistemli yanaşma idarəçiliyin funksiya və effektivliyinə təsir göstərən bir sı-

ra əsas elementləri və dəyişən sistemləri diqqətdən kənarda qoymuşdur.  

XX əsrin 70-ci illərində elmin konkret situasiya və şəraitlərə birbaşa tət-

biqi imkanlarının istifadəsinə əsaslanan dövlət idarəçiliyinə yeni “situasiya 

yanaşması” işlənib hazırlandı. Əsasını Piter Çeklandın “yumşaq təfəkkür” 

sisteminin və Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin təşkil etdiyi 

bu yanaşmanın mahiyyəti - təşkilatın və ya idarəçilik sisteminin fəaliyyəti-

nin effektivliyinə təsir göstərən daim dəyişən siyasi, sosial, iqtisadi, ekoloji, 

zaman və digər amillərin təhlili  əsasında idarəçilik qərarlarının korrektə 

edilməsindədir.  İdarəetmə  vəzifələri və  qərarlarının situativ təhlili - elmi 

metodun seçilməsini, qəbul edilmiş  qərarın müsbət və  mənfi nəticələrinin 

qiymətləndirilməsini, prosesin amillərinin və effektinin düzgün interpretasi-

yasını, qoyulmuş məqsədlərə nail olmağı təmin edən daha səmərəli üsullar-

dan istifadə bacarığını nəzərdə tutur.“Situasiya yanaşması” konkret şərait-

də idarəetmə prosesinin inkişafını müəyyən edən və onun təkamülünə təsir 

göstərən situativ dəyişənlərin  əsas daxili və xarici növlərini təyin etməyə 

imkan verdi. Daxili dəyişənlər  – məqsəd, vəzifə, struktur, texnologiya və 

kollektivdir. Xarici dəyişənlər – siyasi proses, elmi-texniki tərəqqi, iqtisadi 

inkişaf, sosial-mədəni dəyişikliklər, qrup maraqlarının təsiridir.          

Lakin təcrübə göstərdi ki, kiçik qrupların təhlili üçün bihevioristlərin is-

tifadə etdikləri sosiometriya prinsipləri dövlət idarəçiliyinin makrososial 

mühitini təşkil edən ictimai inkişaf prosesinin bütövlükdə dərk edilməsi üçün 

effektiv deyil. Bu, idarəetməyə yeni: “postbiheviorizm”, "modernizm”, “struk-

tur funksionalizm” amerikan yanaşmalarını yaratdı. “Postbihevioralizm” 

demokratiyanın başlıca prinsiplərini saxlamaqla, onun aktual sosial-siyasi 

dəyərləri kontekstində, dövlət inzibatçılığında lazımi dəyişikliklərin müm-

künlüyünü elan etdi. Öz bilikləri və fəaliyyətlərinin cəmiyyətin inkişafı ma-

raqlarında tətbiqi üçün alimlərin məsuliyyəti xüsusi olaraq qeyd edilirdi. 

“Modernizm” “biheviorizmin” məhdudluğunu, inzibati-dövlət idarəçiliyi 

institutlarının öyrənilməsinə əsaslanan institusional yanaşma ilə tamamlan-

ma hesabına aradan qaldırmağa istinad edirdi. Bununla bərabər “moder-

nizm” kibernetikanın, fizika və riyaziyyatın faktor təhlili, konten-təhlil, ver-

bal abtrakt modellər, oyunlar nəzəriyyəsi və digər nəzəri və empirik metod-

larından geniş istifadə edirdi. “Modernizmin” nünayəndəsi D.Springer öz 

diqqətini struktur, mədəniyyət və münasibətlər kimi institusional təzahürlə-

rin birgə təhlilinin zəruriliyinə yönəltdi. Keçən əsrin 50-ci illərinin ortala-

rından ABŞ-ın idarəçilik elmində, dövlət idarəçiliyi sistemində inteqrasiya-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə