Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə41/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   37   38   39   40   41   42   43   44   ...   315

Fuad Məmmədov

 

 

86



yəti vektorlarını  əhatə edən: elm, təhsil və texnologiya, sosial sabitlik və 

həyat keyfiyyəti, tibb və ekologiya, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı 

səmərəli əməkdaşlıq, rasional və praqmatik xarici siyasət, milli təhlükəsiz-

lik və müdafiə qabiliyyəti və s. kimi prinsiplərin formalaşdırılması və döv-

lət prioritetlərinin təyin edilməsi üzərində qurulur. Bu zaman dövlət idarə-

çiliyi proseslərinin və  nəticələrinin qiymətləndirilmə mexanizmi monito-

rinq yolu ilə nəzarət göstəriciləri vasitəsilə yaradılır. Siyasi kursun reallaş-

dırılması dövlət hakimiyyəti orqanlarının və vətəndaş cəmiyyəti institutları-

nın konsolidasiyası əsasında həyata keçirilir.  

Burada idarəetmə elminə ciddi diqqət yetirən rus alimlərinin rolu danıl-

mazdır. Müəllif, Q.V.Atamançukun dövlət idarəçiliyi məsələlərinin parlaq 

və hərtərəfli təhlili verilmiş, yüksək qiymətə layiq “Dövlət idarəçiliyi nəzə-

riyyəsi” (Moskva, 2004) əsəri üzərində xüsusi olaraq dayanmağı zəruri he-

sab edir. Professor haqlı olaraq qeyd edir ki, qədim və orta əsrlər dövründə 

“dövlət idarəçiliyi hakimiyyəti saxlama və ya ona malik olma qaydaları, rə-

qiblərin susdurulması və onu (hakimiyyəti) saxlamaq üçün cərimələr tələb 

etmə vasıtələri haqqında biliklər” idi. Müasir anlamda isə “idarəetmə” anla-

yışının yaranması sənaye cəmiyyətinin formalaşması ilə əlaqədar istehsalın 

təşkili və idarə edilməsi sahəsində yeni biliklərə tələbatlarla şərtlənmişdir; o 

xüsusi bilik və bacarıqlarla əlaqələndirilmiş fəaliyyət kimi mənimsənilməyə 

başladı. Bununla əlaqədar əsərdə, dövlət idarəçiliyi sistemində elmi biliyə 

münasibətin dəyişilməsi zəruriliyi haqqında düzgün məsələ qoyulur. Bizim 

araşdırmamızda bütün idarəetmə tipləri üçün universal əhəmiyyətə malik 

“idarəetmə subyektləri və obyektlərinin qarşılıqlı təsir sistemi” kimi dövlət 

idarəçiliyi konsepsiyası mühüm əhəmiyyət təşkil edir. İdarəetmə nəzəriyyə-

si nailiyyətlərinin hərtərəfli təhlili əsasında, rus alimi tərəfindən dövlət ida-

rəçiliyinin təşkili, qiymətləndirilməsi və  təkmilləşdirilməsinə dair funda-

mental prinsip və yanaşmalar işlənib hazırlanmışdır. Onlar dövlət idarəçili-

yi məqsədlərinin, strategiyalarının qurulmasına, dövlət idarəçiliyinin forma, 

metod və mərhələlərinin təsvirinə, sosial effektivlik meyarlarının təhlilinə, 

dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi və informasiya təminatına qoyul-

muş tələbləri əhatə edir. Əməyi və bır çox insanların qarşılıqlı əlaqəsini təşkil 

etmək bacarığı kimi dövlət idarəçiliyinin Qərb ölkələri üçün danılmaz əhəmiy-

yətindən danışan prof. Q.V.Atamançuk düzgün olaraq qeyd edir ki, hər hansı 

bir işin nəticəsi və keyfiyyəti, onu kimin və necə etməsindən asılıdır. Bu zaman 

o qeyd edir ki, az-az hallarda “istedadın yüksəlişi etinasızlıq girdabında batır”, 

“böyük məqsədlər“ isə kütləvi ətalət üzündən məhv olurlar.  

İdarəetmə elmi sahəsində çalışan məşhur Rusiya mütəxəssisi, qərb və 

sovet idarəçilik təcrübəsini tanınmış siyasətçilərin xatirələrinin təhlili  əsa-

sında müqayisə edərək, qərb dövlət idarəçiliyi sisteminin üstünlüklərini xü-




İdarəetmə mədəniyyəti 

 

87



susi qeyd etmişdir. Rusiyanın gələcəyini qurmaq məsələsini nəzərdən keçi-

rərək, Q.V.Atamançuk, milli inkişafın perspektivlərini ictimai tərəqqini “bi-

liklər cəmiyyəti” yolu ilə stimullaşdıran idarəetmə texnologiyasının düzgün 

seçimi ilə əlaqələndirir. O hər bir ölkənin milli mədəni xüsusiyyətlərini və 

konkret  şəraitlərini, həmçinin bəşəriyyətin məskunlaşdığı mühitin qorun-

ması üçün zəruri olan ekoloji tarazlığı nəzərə almaqla, dünya idarəçilik təcrü-

bəsinin öyrənilməsinə və mənimsənilməsinə xüsusi əhəmiyyət verir. Alim Ru-

siyadakı mütərəqqi dəyişiklikləri, - cəmiyyətdə idarəetmə haqqında elmi bi-

liklərin yayılması, onların lazımi səviyyədə qiymətləndirilməsi və praktik 

istifadəsi şərti ilə, idarəetməni “ictimai inkişafın real hərəkətverici qüvvəsi-

nə” çevrilmə vasitəsi hesab edən, idarəetməyə yeni yanaşma ilə  şərtləndirir. 

Bununla bərabər qeyd olunur ki, insanları idarə etməyə mənəvi haqqa kifayət 

qədər səriştəli və əxlaqlı, xüsusi hazırlıq keçmiş insanlar malikdirlər.  

İnsanın inkişafında dövlət idarəçiliyinin aparıcı rolunu araşdıraraq, 

Q.V.Atamançuk inzibati özbaşınalıq, rəsmiyyətçilik, məmurların məsuliy-

yətsizliyi və hakimiyyətdən sui-istifadə etmək kimi halların aradan qaldırıl-

masına çağırır. Rusiyanın milli inkişaf maraqlarını  və üçüncü minillikdə 

onun Avropa xalqlarının səviyyəsinə  çıxmasının  əhəmiyyətini nəzərə ala-

raq, o, ailə  və mülkiyyətin möhkəmləndirilməsində, mənəvi oriyentirlərin 

və  dəyərlərin müasirləşdirilməsində, hüquq, qanunilik və özünüidarə pro-

seslərinin inkişafında səylərin bir yerə cəmləşdirilməsi zəruriliyinin güclən-

dirilməsini qeyd edir. Q.V.Atamançuk ictimai münasibətlərin, proseslərin 

və insanın fəaliyyət sahələrinnin ahəngdarlığında, ehtiyatların səmərəli isti-

fadəsində idarəetmənin roluna diqqət yetirir. O həmçinin, gözlənilən nəticə-

lərə nail olmanı təmin edən müasir yüksək texnologiyaların mənimsənilməsi-

nə, beynəlxalq standartlara cavab və maksimum sosial effekt verən ən yeni el-

mi-texniki nailiyyətlərin prioritet istifadəsi şərti ilə, ictimai məhsulun istehsalı-

nın və sosial xidmətlərin daha səmərəli və effektiv kütləvi tətbiqinə çağırır.  

Prof. Q.V.Atamançuk idarəetmə “subyektləri” və “obyektləri” maraqla-

rının bir-biri ilə uzlaşması zəruriliyi haqqında danışır. Bu məqsədlə o, cə-

miyyətin həyat fəaliyyəti proseslərini ahəngləşdirən, həm idarəetmə sub-

yektləri (hakimiyyətə malik olanlar), həm də obyektlərinin (ruhi və maddi 

nemətlərin yaradıcıları) rifahının “uyğun və müqayisəli” səviyyələrini nə-

zərdə tutan “çarx modeli” (dövr etmə) üzrə idarəetmə sisteminin qurulması-

nı təklif edir. Alim konkret nəticələrin əldə edilməsi məqsədilə həyat tərə-

findən daim irəli sürülən problemləri real həll etməyin, sözlərin, fikirlərin, 

islahatların, proqramların, onların əməli faydası nöqteyi-nəzərindən dəyəri-

nin müəyyənləşdirilməsi zəruriliyini qeyd edir. O, “idarəetmə subyektləri-

nin vəzifəsini müdrik (biliyə əsaslananlar), rasional ( praktik təcrübədən çı-

xış edənlər)  və perspektivli (stateji cəhətdən doğru olanlar) idarəetmə  qə-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə