Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə38/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   34   35   36   37   38   39   40   41   ...   315

Fuad Məmmədov

 

 

80



kulturologiyada istifadə olunan sistemli və situasiyalı yanaşmalar, Piter 

Çeklandın “yumşaq təfəkkür” sistemi və Lütfi Zadənin qeyri-səlis məntiq 

nəzəriyyəsi ən mürəkkəb problemlərin düzgün təhlilinə və onların düzgün 

həlli yollarının seçilməsinə imkan verir. 

Müasir anlamda idarəetmə elmi ilk dəfə XIX əsrdə istehsalat təşkilatçı-

ları arasında, sənaye cəmiyyətinin formalaşması  şəraitində meydana gəl-

mişdir. O, istehsalın təşkili və idarə edilməsi, istehsal kollektivlərində in-

sanlarla işləmək bacarığı üçün zəruri olan xüsusi bilik və texnologiyalara 

tələbatlarla şərtlənirdi. Bu elm, məqsədi istehsalın effektivliyini yüksəltmək 

olan idarəetmə prinsipləri, metodları, vasitə və formalarının məcmusu kimi 

meydana gəlmiş menecmentin əsasını təşkil edir. 

Biznesdə tətbiq edilən mütəşəkkillik və idarəetmə vasitələrinə əsaslanan 

“inzibati effektivlik modelini” işləyib hazırlamış Vudro Vilson (1887) bü-

rokratiyanı iyerarxiya və funksiyaların bölünməsi üzərində qurulan demo-

kratik dövlətin idarəetmə aləti kimi nəzərdən keçirirdi. V.Vilson və F.Qud-

naunun idarəetmənin elmi metodlarına və dövlət idarəçiliyinin siyasi ideo-

logiyadan asılı olmamasına  əsaslanan “Peşəkar mülki xidmət” modeli de-

mokratik mədəniyyətin prinsip və dəyərlərinə uyğunlaşdırılmışdır. O, siya-



sətçi və inzibatçılar arasındakı hədləri, fərdi və kollektiv səviyyədə subor-

dinasiya münasibətlərini, seçilmiş siyasi rəhbərlik tərəfindən təyin olunmuş 

müdiriyyətin fəaliyyətini istiqamətləndirmək və nəzarət etmək üçün hüquqi 

imkanı nəzərdə tuturdu. XX əsrin əvvəllərində Maks Veber tərəfindən ifadə 

edilmiş, dünya praktikasında geniş yayılmış 8 universal prinsip dövlət ida-

rəçiliyi üçün nəzəri əsas oldu. Alim göstərirdi ki, “qərar – sərəncam – icra-

ya nəzarət” sxemi üzrə qurulan və dövlətin mənafeyinə xidmətə təyin edil-

miş avtoritar hakimiyyətin mənbəyi - idarəetmə elmi sahəsində peşəkar bi-

liklər və bürokratik prosesin qaydalarına yiyələnmədir. XX əsrin  əvvəllə-

rində idarəetmə elmi sahəsində ən görkəmli nəzəriyyəçi, Fransada menec-

ment təliminin təşkilatçısı Anri Fayoldur. Onun tərəfindən elmi idarəetmə-

nin klassik tərifi ifadə edilmişdir: “İdarə etmək gələcəyi görmək, təşkil et-

mək, sərəncam vermək,  əlaqələndirmək və  nəzarət etməkdir”. A. Fayola 

görə, vəzifəsinə – təşkilatın fəaliyyət proqramlarının hazırlanması, kollekti-



vin seçilməsi, fəaliyyət koordinasiyası və işin harmonizasiyasının daxil ol-

duğu inzibati funksiyalar dövlət idarəçiliyi üçün mühüm əhəmiyyət daşıyır. 

Onun tərəfindən hazırlanmış 14 universal idarəetmə prinsipi dünya prakti-

kasında geniş əməli tətbiqə malikdir. Bunlar: əməyin bölüşdürülməsi, haki-



miyyət, intizam, sərəncamçılıq vahidliyi, rəhbərlik vahidliyi, şəxsi maraqla-

rın ümumi maraqlara tabe edilməsi, personalın mükafatlandırılması, mər-

kəzləşdirilmə, iyerarxiya, intizam, ədalət, personal tərkibinin sabitliyi, tə-

şəbbüs, personalın yekdilliyidir.  


İdarəetmə mədəniyyəti 

 

81



 XX əsrin birinci yarısında Qərbdə inzibati-dövlət idarəçiliyi prinsipləri-

ni,  səciyyəvi xüsusiyyətlərinin müəyyən olunmasını  və  ümumi  qanunauy-

ğunluqlarını ifadə edən idarəetmə nəzəriyyəsini işləyib hazırlamış “Klassik 

məktəb” (A.Fayol, Leonard D.Uayt, L.Urvik, D.Muni, T.Vulsi ) yarandı. 

O.F.Teylor, Q.Emerson və Q.Ford tərəfindən hazırlanmış elmi menecment 

nəzəriyyəsinin nailiyyətlərindən müvəffəqiyyətlə istifadə edərək, dövlət 

təşkilatlarının səmərəli idarəetmə sisteminin və onların strukturunun elmi 

əsasını verən idarəetmə prinsiplərini yaratmışdır. Xətti-funksional tipli inzi-

bati-dövlət idarəçiliyinin nizamlanmış iyerarxiya modelinin yaradılması 

“Klassik məktəbin” əməli nəticəsi oldu. Bu modelin əsasına: “ənənəvi vər-

dişlər əvəzinə - elm”, “ziddiyyətlər əvəzinə - harmoniya”, “fərdi iş əvəzinə - 

əməkdaşlıq”, “hər bir iş yerində maksimal məhsuldarlığın təmin edilməsi” 

postulatları qoyulmuşdur. Klassik yanaşma dövlət idarəçiliyi sisteminin iş 



mexanizmi, vəzifə funksiyaları və idarəetmə əlaqələri haqqında aydın təsəv-

vür verirdi. Klassik cərəyanın banilərindən biri - 1926-cı ildə nəşr olunmuş 

ABŞ administrasiyasının fəaliyyət təcrübəsinin ümumiləşdirildiyi “Dövlət 

idarəçiliyi elminə giriş” adlı fundamental əsərin müəllifi, amerikalı profes-

sor L.D.Uayt hesab edilir. Qoyulmuş məqsədlərə çatmaq üçün administrasi-

ya orqanlarının fəaliyyətini və inkişafını optimallaşdırmaq imkanlarını təh-

lil edərək, Leonard D.Uayt dövlət idarəçiliyinin maksimal effektivliyinin 

minimal məsrəflərlə təmin edilməsinin zəruriliyi haqqında müddəa irəli sür-

dü. Biznesdə  təşkilatçılıq təcrübəsindən çıxış edərək,  o,  dövlət idarəçiliyi 



mədəniyyətinin  əsas prinsipləri qismində: ixtisaslaşma, sərəncamların va-

hidliyi, qulluqçuların sayının ixtisara salınması, məsuliyyətin ötürülməsi, 

korporativ mədəniyyətə əsaslanan personalın mərkəzləşdirilməsi və harmo-

niyasını irəli sürdü. Administrasiya strukturunun səmərəlilik məsələlərini 

iyerarxiya sistemi kimi nəzərdən keçirərək, alim onun başlıca funksiyaları 

qismində planlaşdırmanı və təşkil etməni göstərdi.  

Klassik yanaşma effektiv təşkilatın başlıca amili kimi, insan amilinin 

prioritetliyi ideyasını xüsusi olaraq qeyd edən neoklassik “insan münasibət-

ləri məktəbi”nin (M.Follet, A.Maslou, E.Meylo, U.Merfi) yanaşması ilə ta-

mamlanır.  İnsan münasibətləri nəzəriyyəsi  şəxsiyyətlərarası  münasibətlər 

mədəniyyətinin,  təşkilatdakı  mühitin və motivasiyanın  kollektivin  əmək 

məhsuldarlığına təsirini göstərdi. Ümumiliyə iddialı klassik yanaşmanın 

universallığını şübhə altına alaraq, o, diqqəti - münasibətlər mədəniyyətinin 

və kollektivdəki sosial (lakin iqtisadi deyil) tələbatların çox vaxt əmək 

məhsuldarlığının artmasına təsir edən idarəetmənin aparıcı amilinə çevril-

məsinə yönəltdi. Bununla əlaqədar olaraq, kollektivdə psixoloji mühitin 

yaxşılaşdırılmasının, şəxsiyyətin özünütəsdiqi və onun yaradıcı potensialı-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə