Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə69/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   65   66   67   68   69   70   71   72   ...   315

İdarəetmə mədəniyyəti 

 

143



düştlük və bir sıra xalq ayinləri mühüm rol oynayırdı. III əsrdə Kuşan im-

periyası Sasani dövləti ilə mübarizədə məğlub edildi. 

247-ci ildə Parfiya dövlətinə Mərkəzi Asiya tayfalarından birinin başçısı 

şah Arşak rəhbərlik edirdi. Parfiyalılar  şəhərlər və qalalar tikir, Arşakın 

əlində sevimli parfiya silahı – ox- kaman təsvirli xüsusi sikkələrini kəsirdi-

lər. Sülalənin banisi Arşakın adı növbəti hökmdarlar tərəfindən Parfiyanın 

taxt-tac adlarından biri kimi qəbul edilirdi. B.e.ə. I əsrin ortaları üçün Parfi-

ya Dəclə çayının sol sahilində mərkəzi Ktesifon olan iri dövlət oldu ki, bu-

na da parfiya süvari qoşunlarının döyüş keyfiyyətləri, şəhərlərin, sənətlərin 

və beynəlxalq ticarətin inkişafı imkan yaratdı. Parfiya şahlığının dövlətçili-

yi, Midiyanı birləşdirən və öz hakimiyyətini Mesopotamiyada genişləndirən, 

Babilin tanınmış  şahı I Mitridatın dövründə (b.e.ə. 171-138-ci illər) inkişaf 

etdi. Parfiyanın Qərbə, Romanın isə  Şərqə doğru hərəkəti iki imperiyanın 

maraqlarının toqquşmasına gətirib çıxardı, və  məsələnin hərbi yolla uzun-

müddətli həll edilməsi cəhdləri heç bir tərəfdən gözlənilən nəticələri vermədi. 

Parfiya dövlətçiliyinin və Kuşan imperiyasının tədricən zəifləməsi və tənəz-

zülü parfiyalıların Roma ilə, kuşanlıların Çinlə apardıqları müharibələrlə, 

həmçinin quldarlıq sisteminin ümumi böhranı ilə şərtlənirdi.  



 

Qədim Hindistan 

 

B.e.ə. III minilliyin axırıncı üçdə bir hissəsi ilə tarixi göstərilən, b.e.ə. 

təxminən XVIII əsrdə mövcudluğunu dayandıran Hind sivilizasiyası, yazılı 

mənbələrin olmamasını  nəzərə alaraq təəssüf ki, öz dövlətçiliyinin, siyasi 

hakimiyyətin təşkil edilmə formalarının və idarəetmə sisteminin sirlərini 

hələlik bizə açmamışdır. Əsasən müasir Pakistan ərazisində yerləşən, onun 

üçün səciyyəvi şəhərlərin inşası və yerli mənşəli yazısı olan Harap və Mo-

hencodaro sivilizasiyasının tənəzzülünü, - səmərəsiz suvarma əkinçiliyinin 

aparılması və meşələrin qırılması ilə həyatın ekoloji amillərinin pisləşməsi-

nə, xüsusilə, təbii şəraitin dağıdılmasına səbəb olan, daha geridə qalmış qə-

bilələrin Hind vadisinə girməsi ilə əlaqələndirirlər. Şəhərlərin kənd yerləri 

ilə  əvəz edilməsi və  mədəniyyətin barbarlaşması, cəmiyyətin intellektual 

səviyyəsinin aşağı düşməsinə və buna uyğun olaraq, iqtisadiyyatın və eko-

loji təhlükəsizliyin tənəzzülünə  səbəb olmaya bilməzdi. Görünür, ehtimal 

etmək olar ki, hind sivilizasiyasının tənəzzül səbəblərindən biri dövlət ida-

rəçiliyinin az effektivli sistemi də ola bilərdi.  

Şimali Hindistanda sivilizasiyanın təşəkkülü b.e.ə. II minilliyin ikinci 

yarısından başlamışdı  və Ari hind-avropa tayfalarının buraya girməsi ilə 

əlaqədar idi. Hindistanda erkən dövlətlərin əmələ gəlməsinin “Vedi dövrü” 

b.e.ə. XIII-VII əsrləri  əhatə edir. Qədim hind sivilizasiyasının  əsası b.e.ə.    




Fuad Məmmədov

 

 

144



I minilliyin ortalarında yaranmışdır. Bu dövrdə Hindistanda iyirmiyə yaxın 

iri dövlət təxmin edilirdi. Məlum olduğu kimi, tərcümədə “alicənab” məna-

sını verən “ari” sözü, qədim hind və qədim  İran tayfa birliklərində hakim 

qəbilələrin öz-özünə verdiyi ad idi. Sonrakı vedi dövründə hind-ari hökm-

darları (racələr) ilk əvvəl əsasən hərbi başçılar idi. Ənənəvi olaraq bütün sa-

ray əyanlarının çoxu racənin qohumları idi və bu, dövlətdəki qarşılıqlı mü-

nasibətlərə ailə əlaqələri xarakteri verirdi. Qohumların dəstəyi hakimiyyəti 

əldə etmək və “anadangəlmə  bərabər” olan rəqiblər üzərində  qələbə üçün 

lazım idi. Hakimiyyət xalqdan vergi yığmaq imkanı kimi nəzərdən keçiri-

lirdi ki, onun bir hissəsi böyük qurbanlara sərf edilirdi. Şimali Hindistanın 

böyük siyasi qurumlarının hökmdarları özlərini “ali” və “mütləqiyyət” pad-

şahları adlandırırdılar. “Şahların ən yüksək siyasi uğuru“ atın qurban kəsil-

məsi mərasimi hesab edilirdi, onun köməyi ilə qurbanlıq atın ayağı hara də-

yirdisə, o torpaqlarda padşahlar öz ali hakimiyyətinin tanınmasına nail olur-

dular. Ənənələrin qoruyucuları və qeyri-adi müdriklər sayılan kahinlər, mü-

əyyən edilmiş ictimai qaydaların mühafizəsini təmin edən tayfaların hakim-

ləri funksiyasını yerinə yetirirdilər.  

Sonrakı vedi dövründə sosial-iqtisadi münasibətlərdə və hind dövlətçili-

yində əhəmiyyətli dəyişikliklər müşahidə edilir, onun xüsusiyyəti bu idi ki, 

o, fasiləsiz xarakter daşımırdı. Tam hüquqlu mülkədar-icmaçılar yerli ida-

rəetmə məsələlərini toplanışlarda müzakirə edirdilər. Yerli icma özünüida-

rəsinin hüquqi əsasını adi hüquq təşkil edirdi. Kəndin başında, dövlət haki-

miyyəti qarşısında icmanı təmsil edən ağsaqqal dururdu. Hər vilayətin hü-

dudları dairəsində eyni ictimai statusun ailələri qapalı birliklər - daxili vəh-

dəti iqtisadi maraqlar və dini adətlərlə  şərtlənən kastalar yaradırdılar. Hər 

kateqoriya simalarının statusu irsi və dəyişməz idi, onların öz aralarındakı 

ənənəvi münasibətləri isə  əmək bölgüsünün, hind kəndinə sosial sabitlik 

verən qarşılıqlı hüquq və vəzifələrin öz sistemini nəzərdə tutan kasta iyerar-

xiyası formasında həyata keçirilirdi.  

Struktur baxımından kasta münasibətləri cəmiyyətin, müxtəlif sosial nü-

fuza malik dörd varnaya bölünən sosial təşkilatına uyğun gəlirdilər. Mülkə-

darların ən yüksək kastası brahmanlara və ya kşatrilərə, ticarət-sələmçi his-

sə - vayşyamlara, sənətkarlar və kəndlilər - şudralara, ən ağır və çirkli mə-

rasimi işlərlə məçğul olanlar isə - “toxunulmazlar” kastasına aid edilirdilər. 

Hind cəmiyyətində muzdlu və icbari əmək geniş tətbiq olunurdu, köləliyin 

müxtəlif formaları vardı, bu səbəbdən Qədim Hind dövlətçiliyi quldarlıq 

xarakteri daşıyırdı. Xəzinənin doldurulma mənbələri vergilər idi. Alim 

brahmanlara, məbəd və monastırlara aid olan torpaqlar, bir qayda olaraq

vergi ödənişindən azad edilirdi.  



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə