Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə65/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   61   62   63   64   65   66   67   68   ...   315

İdarəetmə mədəniyyəti 

 

135



də cənub-qərbi İranda, Jiroft İran şəhəri yaxınlığında, Kermanda qazıntılara 

başlayan  İran arxeoloqu, professor Yusif Məcidzadə burada, abidələrinin 

gözəlliyinə görə Misir və ya Mesopotamiya sivilizasiyalarına güzəştə get-

məyən Aratta sivilizasiyasının aşkar edilməsi haqqında məlumat verir. 

Onun aşkar etdiyi mesopotamiya tipli zikkurat (dünyada ən böyüklərdən bi-

ri), hərbi istehkam, möhürlər, mifoloji süjetlərlə olan vazalar, üzərində elam 

yazıları olan, b.e.ə. III minillik tarixini göstərən gil lövhəciklər, burada nə 

vaxtsa qədim dövlətçiliyin mövcud olduğunu sübut edir. Professor belə fər-

ziyyə söylədi ki, bu, özünün yazısı və Şumerlə mədəni əlaqələri olan “bü-

rünc əsrinin itirilmiş krallığı - Arattadır”. Şumer hakimi Enmerkarın yazış-

masından aşkar olur ki, Şumer ilahəsi İnannanın məbədinin tikilməsi üçün 

Arattadan Uruka arxitektorlar və sənətkarlar göndərilməli idilər.  

 

Türkiyə 

 

B.e.ə. V əsrdə artıq ilkin türk dövlətlərində dövlət idarəçiliyi millət və 



allah anlayışları ilə sıx bağlı idi. Ölkə (ulus) millətin ümumi torpağı və döv-

lətin əsası hesab edilirdi, vətən (yurd) isə siyasi müstəqillik anlayışı ilə as-

sosiasiya edilirdi. Hakimiyyətin türk konsepsiyasına uyğun olaraq hakimiy-

yət hüququ və hakimiyyət səlahiyyəti (kut) hökmdarlara allah tərəfindən 

verilirdi ki, bu da onlara xarizma verirdi.  

Müsəlmanlıq dövründən  əvvəl - Xaqan, müsəlmanlıq dövründə Sultan 

və ya Xan adlandırılan türk hökmdarları, özlərini allah qarşısında məsuliy-

yətli hesab edirdilər və  ədalətlə idarə etməyə borclu idilər. Eyni zamanda 

dövlət idarəçilik səlahiyyətləri  ənənəvi hüquqla (orf) nizama salınırdı ki, 

ona uyğun olaraq, dövlət başçısı müəyyən üstünlüklərə malik olmalı  və 

xalq qarşısında öz vəzifələrini yerinə yetirməli, müxtəlif irqlərin və dinlərin 

nümayəndələrinə qarşı ədalətli, mərhəmətli və səbrli olmalı idi.  



Türk hökmdarlarının keyfiyyətlərinə  əsas tələblər - mərdlik və igidlik 

(alp), ağıl və alimlik, həmçinin comərdlik (ərdəm) idi. Comərdlik – səxavəti, 

xalqın rifah halının və firavanlığının təmin edilməsini, ədaləti, mərhəməti, 

qanunların və ənənələrin gözlənilməsini nəzərdə tuturdu. Bunu nəzərə ala-

raq, türk dövlət konsepsiyasına uyğun olaraq hakimin vəzifələrinə: xalqın 

firavanlığına yardım, onun rifah halının təmin edilməsi, qanun və adətlərin 

(tore) tərtib edilməsi və həyata keçirilməsi, dövlətdə ədalətin, əmin-amanlı-

ğın və nizam-intizamın təmin edilməsi, silahlı qüvvələrin inkişafı  və yeni 

torpaqların zəbt edilməsi daxil idi. Daxili və xarici siyasətin formalaşdırıl-

masını  və  həyata keçirilməsini, vergiqoymanı, səfirlərin təyin olunmasını, 

xarici səfirlərin qəbulunu, vəzirlərin və dövlət qulluqçularının vəzifələrə tə-

yin edilməsi və azad edilməsini, torpağın paylanmasını nəzərdə tutan bütün 



Fuad Məmmədov

 

 

136



icra hakimiyyəti hökmdar tərəfindən həyata keçirilirdi. Hökmdar, həmçinin 

məhkəmə hakimiyyətinin başında dururdu və “Mezalim divan” idarəsinə 

rəhbərlik edərək, ali hakim titulunu daşıyırdı.  

Türk dövlət ideologiyasına uyğun olaraq, ədalət məhkəməsi dövlətin 

əsası hesab edilirdi, bu səbəbdən hakimə olan ən mühüm tələb ədalətin qo-

runması idi.  

Dövlət xadimləri üçün vəsait olan idarəetmə haqqında “Kutadgu bilig” 

(müasir türkcə ilə: ”Mutlu olma bilgisi”) traktatında hökmdarın ədalətli ida-

rəçiliyinə xüsusi əhəmiyyət verilirdi. Hökmdar dövlətdə qanunları müəyyən 

edən və ölkə təbəələrinin mühakiməsinin tam səlahiyyətlərinə malik yeganə 

sima idi. Hökmdarın qanun və  fərmanlarının dövlət qulluqçuları  və bütün 

xalq tərəfindən məcburi icrası zəruri idi. Dövlət işlərinin aparılması hüquq-

ları, bir qayda olaraq, hakim tərəfindən dövlət başçısı adından idarəetmə fə-

aliyyətini həyata keçirən Divana həvalə edilirdi.    

 Yüksək səviyyədə siyasi, sosial-mədəni və iqtisadi qərarlar qəbul edən 

qanunverici və nəzarətedici orqan Kengeş Məclisi (Qurultay) idi. Hökmda-

rın sərəncamlarını və Qurultayın qərarlarını həyata keçirən icraçı orqan baş 

vəzirin (Uluqayquçi) rəhbərliyi ilə  vəzirlərdən və nazirlərdən ibarət olan 

hökumət idi. Xaqanın köməkçiləri rolunu yerinə yetirən vəzirlərin keyfiy-

yətlərinə tələblər – alimlik və cəsurluq (bilgelik və alplıq) idi. Bu zaman və-

zirlər xalq tərəfindən, dövlət qarşısında xidmətləri və ağlı və müdrikliyi ilə 

tanınmış şəxslərdən seçilirdi.  

Təşkilati-funksional baxımdan türklərin dövlət idarəçiliyi “ikiləşmiş təş-

kilatı” təmsil edirdi. Belə formaya uyğun olaraq, ölkə  qərb (sol) və  şərq 

(sağ) hissələrə bölünürdü, bir hissəni xaqan, digərini “yaqbu” - xanlardan 

biri, adətən hökmdarın qardaşı idarə edirdi. Onların tabeliyində ölkənin mü-

əyyən hissələrinə məsul olan 22 rəhbərlik edən var idi.  

İyerarxiya pilləsində vəzirlərdən sonra nazirlər (buyruklar), daxili nazir-

lər (iç buyruqlar) və nəhayət, dövlət qulluqçuları: alpaqut, inel, inak, inançu, 

tarkan, apa, boyla, şadapıt, ataman, tudun, yaqruş, külüg və çavuş dururdu. 

Tayfa icmaları və  qəbilələr hökmdarın uşaqları  tərəfindən idarə edilirdilər 

və beləliklə, idarəetmə təcrübəsi toplayırdılar.  

XI  əsrdə müsəlmanlıq dövrünün türk hakimiyyət konsepsiyası, səlcuq 

vəziri Nizamülmülkün tərtib etdiyi “Siyasətnamə” traktatında əks olunmuş-

dur. 1259-cu ildə Misirdə yaradılmış Məmlük dövlətində varislik prinsipin-

dən deyil, dövlət qarşısında müvəffəqiyyətləri və xidmətləri ilə şərtlənən - 

sultanın seçkilər prinsipindən istifadə olunurdu.  

 Türklərin dövlət idarəçiliyi üçün xarakterik cəhət həm də o idi ki, pad-

şahların vəzirləri qismində, bir qayda olaraq, Səlcuq dövlətinin hökmdarı 

Məlik şahın (XI əsr) vəziri Nizam əl-Mülk, Azərbaycan hökmdarı Hülakü 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə