Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə66/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   62   63   64   65   66   67   68   69   ...   315

İdarəetmə mədəniyyəti 

 

137



xanın (XIII əsr) vəziri Məhəmməd Nəsirəddin Tusi, özbək sultanı Hüseyn 

Baykarın (XV əsr) vəziri Nizaməddin Mir Əlişir və s. kimi tanınmış alimlər 

və mütəfəkkirlər təyin olunurdular.  

 

Qədim Misir 

 

Dünya mədəniyyətinə  və, hər  şeydən  əvvəl, Ön Asiya və Antik Yuna-



nıstan xalqlarının mədəni inkişafına Qədim Misirin yüksək inkişaf etmiş si-

vilizasiyası böyük təsir göstərmişdir. Qədim Şərq istibdadının nümunəsi he-

sab edilən Misirin dövlətçilik təcrübəsi dünyanın bir çox ölkələrinin dövlət 

quruculuğu və idarəçiliyi təcrübəsində bu və ya digər dərəcədə nəzərə alın-

mışdır. Misirlilərin, bəşəriyyətin müvəffəqiyyəti olan görkəmli nailiyyətlə-

rinin başlıca amillərindən biri - dövlət idarəçiliyi mədəniyyətidir. Misir 

xalqları b.e.ə. VI əsrin sonunda Saxara, Liviya səhrası, müasir Həbəşistanın 

vilayətlərində yaşayan qəbilələrin sintezi nəticəsində formalaşmağa başla-

mışdır. Qədim Misirdə sinfi cəmiyyətin və dövlətçiliyin  əmələ  gəlməsi 

b.e.ə. IV minilliyin II yarısında baş vermişdir. Misir, b.e.ə. VI əsrdə Persiya 

imperiyasının tərkibinə daxil olması ilə başa çatan uzunmüddətli bir tarixi 

hesablasa da, bu tarixdə tərəqqi və tənəzzül dövrləri olmuşdur. Onların ara-

sında dövlət idarəçiliyi mədəniyyəti baxımından  ən maraqlıları, – b.e.ə. 

XXVIII-XXIII əsrləri əhatə edən Qədim Şahlıq dövrü və Misir sivilizasiya-

sının yüksəlişinə nail olunduğu və Misir imperiyasının yarandığı (b.e.ə. 

XXVI-XXI əsrlər) Yeni Şahlıq dövrüdür. Misirin mənəvi dəyərlərinin, dün-

yagörüşü və dini ayin sisteminin xüsusiyyətləri təbii-coğrafi  şəraitin sərt 

xarakteri ilə bağlı idi. Yaşama və əlverişli həyat şəraitinin yaradılması üçün 

xalqın mütəşəkkil  əməyi, güclü mərkəzləşdirilmiş hakimiyyət və dövlət 

idarəçiliyinin effektiv sisteminin olması  zəruri idi. Bu səbəbdən, Qədim 

Yunanıstanda yer alan dövlət idarəçiliyinin demokratik tendensiyaları Misi-

rin sosial quruluşunda mümkün deyildi. Fironun və onun məmurlarının ila-

hi iradəsinə xalqın danışıqsız itaətini formalaşdıran dövlət ideologiyası və 

dünyagörüşü misirlilərin,  şəxsiyyətə deyil, vəzifəyə hörmətlə  şərtlənən 

mentalitetinin formalaşmasına səbəb olurdu. Buna baxmayaraq Qədim Mi-

sirdə dövlət idarəçiliyinin mürəkkəbliyi hakim sinfin daxilində, bir tərəfdən  - 

nom (vilayət) nəsli tayfa əyanları və kahinlər və digər tərəfdən - firon başda 

olmaqla xidmətdə olmuş  əyanlar arasındakı münasibətlərin daimi ziddiy-

yətləri ilə əlaqədar idi. İmperiya böyüdükcə, onun iqtisadiyyatı inkişaf et-

dikcə və ictimai münasibətlər sistemi mürəkkəbləşdikcə, dövlət idarəçiliyi 

aparatının yenidən qurulması və təkmilləşdirilməsi zərurəti artırdı. Zamanın 

tələblərindən asılı olaraq, funksiyalar mürəkkəbləşir, dövlət idarəçiliyinin 




Fuad Məmmədov

 

 

138



həcmi və məmurların sayı artır, hakimiyyət iyerarxiyası təkmilləşir, vəzifə 

borcları nizama salınırdı.  

Artıq b.e.ə. III minillikdə  Erkən  Şahlıq  dövründə (b.e.ə. XXXI-XXIX 

əsrlər) Qədim Misirdə ilahiləşdirilmiş monarxın qeyri-məhdud hakimiyyə-

tinə  əsaslanan dövlət idarəçiliyi sistemi yarandı. Bu monarxiya “Qədim 

Şərq istibdad hakimiyyətinin” (qədim yunan sözündən “despot” – ağa) tə-

cəssümü idi. Bu dövrdə idarəetmə  mədəniyyəti xüsusiyyətləri, firona xid-

mət etməyə görə saray əyanlarının funksiyalarının, dövlət idarəçiliyinin və 

kahin vəzifələrinin ayrılmaması idi. Dövlət idarəçiliyinin başlıca məqsədlə-

ri – suvarma əkinçiliyinin təşkili, hakim sinfin imtiyazlarının müdafiəsi və 

ictimai asayişin mühafizəsi idi. Ölkənin dövlət aparatı üç əsas hissədən iba-

rət idi: mərkəzi, vilayət (nom) və yerli (icmaların yaşayış  məntəqələri sə-

viyyəsində). Mərkəzi idarəçiliyin başında bütün hakimiyyəti almış, yəni bü-

tün qanunverici, icraedici və  məhkəmə hakimiyyətini  əlində  cəmləşdirən 

ilahiləşdirilmiş firon dururdu. Onun sərəncamları qəti hökm xarakteri daşı-

yır və ölkənin bütün sakinləri tərəfindən danışıqsız yerinə yetirilməli idi. 

Fironun köməkçisi və dövlətin ali məmuru çati (sonralar vəzir) idi. Çati - 

təsərrüfat, maliyyə, sosial, hərbi, diplomatik və  məhkəmə sahələrini  əhatə 

edən müxtəlif idarələrdə qulluq edən məmurların iyerarxiya aparatına rəh-

bərliyi həyata keçirirdi. Yerli sülalələrin irsi hakimiyyətini zəiflətmək məq-

sədi ilə,  Erkən  Şahlıq  dövründə  mərkəzi hakimiyyət öz hakimlərini no-

marxlar vəzifəsinə  təyin edir və onların yerini nomdan noma dəyişirdi. 

Mərkəzi hakimiyyətin möhkəmləndirilməsi üçün dəfn ayini şəklində həyata 

keçirilən hökmdarın ilahiləşdirilməsi prosesi mühüm əhəmiyyət daşıyırdı.  



Qədim  Şahlıq dövründə (b.e.ə. XXVIII- XXIII əsrlər) IV sülalənin ha-

kimliyi zamanı (b.e.ə. XXVIII əsr)  əzəmətli piramidaların – fövqəlbəşəri 

böyüklük və mütləq hakimiyyət abidələrinin tikilməsi ilahiləşdirilmiş firon-

ların istibdad hakimiyyətinin əsaslandırılmasının effektiv ideoloji vasitəsinə 

xidmət edirdi. Bu dövrdə dövlət idarəçiliyinin mərkəzləşdirilməsi özünün 

son həddinə çatdı, belə ki, bütün ali vəzifələr şah ailəsinin – fironun çox-

saylı övladlarının və qohumlarının əlində cəmləşdi. Hakimiyyətin və böyük 

vəsait mənbələrinin mərkəzi hakimiyyətin əlində cəmləşməsi xarici siyasə-

tin uğurlarına səbəb oldu. Misir Yaxın Şərqdə ən iri dövlətlərdən biri oldu. 

Lakin idarəetmənin həddən artıq mərkəzləşdirilməsi nom əyanlarının və 

hərbçi əyanların narazılığına səbəb oldu ki, bu da hakim siniflərin münasi-

bətlərində gərginliyə gətirib çıxardı. Bunu nəzərə alaraq, ictimai münasibət-

lərin tənzimlənməsi və ziddiyyətlərin aradan qaldırılması üçün V sülalənin 

fironları yerli və  hərbçi  əyanları  mərkəzi aparata cəlb etməklə, misir aris-

tokratiyasının geniş dairələrinin hakimiyyətinə yol açmağa cəhd edirdilər. 

Bu siyasət nəticəsində ölkədə maddi və insan resurslarının yerli hakimlərin 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə