Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə63/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   59   60   61   62   63   64   65   66   ...   315

İdarəetmə mədəniyyəti 

 

131



vilayət canişinliklərinin və şəhər əhli nümayəndələrinin iştirakı ilə keçirilir-

di. Cinayətkarların cəzalandırılması amansızlığı ilə  fərqlənirdi. XV əsr 

üçün Elamın dövlət idarəçiliyi sistemində dəyişikliklər baş verdi. Şah taxtı 

ata xətti ilə varislik üzrə əvəz edilməyə başladı ki, bu da mərkəzləşdirilmiş 

monarxiyanın formalaşması prosesinin başlanğıcını qoydu. İdeoloji funksi-

yaları yerinə yetirən kahinlər xalqa təlqin edirdilər ki, şahlar allahların yer-

dəki müavinləridir və onların iradəsini yerinə yetirirlər. Elam panteonunun 

başında allahların anası hesab edilən Pinekir (“Böyük ilahə”) dururdu. B.e.ə. 

549-cu ilə yaxın Elam farslar tərəfindən zəbt edildi və Əhəmənilər imperi-

yasının tərkibinə daxil oldu.  

B.e.ə. VII əsrin əvvəlləri üçün Babilistan və Misirlə yanaşı Yaxın Şərqin 

ən iri dövləti Midiya oldu. Assuriya ilə  uğurlu mübarizədən və Midiya 

knyazlıqlarının tədricən birləşməsi nəticəsində, b.e.ə. 671-ci ildə Kaştariti 

(Fraorta, Herodot onu belə adlandırır) dövründə Midiya ilk dəfə müstəqil 

dövlət oldu. B.e.ə. 612-ci ildə Yeni Babil şahlığı ilə birlikdə Assuriyanı 

darmadağın etdikdən sonra, VI əsrin  əvvəli üçün Midiya Urartunu, Skif 

şahlığını, Manna, Persiya, Parfiya, Girkaniya və Elamı öz hakimiyyətinə ta-

be etdi. Yüz ildən bir qədər artıq mövcud olan Midiya, b.e.ə. 550-ci ildə üs-

yan edən fars tayfaları tərəfindən ələ keçirildi, və tezliklə Əhəmənilər döv-

lətinin bir hissəsi olaraq, özünün müstəqil mövcudluğunu dayandırdı. Nəti-

cədə, Misir və Babilistandan fərqli olaraq, Midiya yetkin dövlətçilik səviy-

yəsinə çatmağa müvəffəq olmadı. Buna baxmayaraq, məlum olduğu kimi, 

Midiyanın istilasından sonra farslar dövlət idarəçiliyinin midiya sistemini 

mənimsədilər, amma sonralar onu islahat yolu ilə ciddi surətdə dəyişdilər.  

B.e.ə. VI əsrin ortalarında Yaxın Şərqin tarixi səhnəsində, özünün inki-

şaf etmiş dövlət idarəçiliyini yaratmış yeni dövlət - qüdrətli Əhəmənilər im-

periyası meydana çıxdı. Rəsmən Misirin fironu elan edilmiş şah Kambizin 

dövründə farslar tərəfindən istila edilmiş xalqların nümayəndələri dövlət 

aparatında öz vəzifələrini tutmaqda davam edirdilər və onları irsən ötürür-

dülər. Qədim Şərq dövlətlərində qeyri-məhdud şah hakimiyyətinin tədricən 

təsdiq olunması şahların, özünün əvvəlki imtiyazlarını inadla qoruyan qəbi-

lə  əyanlarına qarşı mübarizəsi ilə müşayiət olunurdu. Qəbilə  əyanları  və 

mərkəzləşdirilmiş monarxiyalı dövlət yaratmağa cəhd edən şah hakimiyyəti 

arasındakı qarşıdurma köhnə sosial sistem olan patriarxal-qəbilə münasibət-

lərinin dağıdılmasını tələb edirdi. Midiyalı Qaumatanın ölkəni qısamüddətli 

idarə etməsi zamanı yeni siyasi prinsiplərə əsaslanan dövlət islahatı keçiril-

di. İdarəetmənin qaydaya salınması məqsədilə, Qaumata, kültün mərkəzləş-

dirilməsinə, habelə  fəth edilmiş ölkələrin  əhalisinin müxtəlif təbəqələrinin 

cəlb edilməsi hesabına imperiyanın sosial bazasını genişləndirməyə  cəhd 

edirdi. Tabe edilmiş xalqları Persiya daxilində saxlamaq və ölkə daxilində 




Fuad Məmmədov

 

 

132



sosial-siyasi sabitliyə nail olmaq məqsədilə bütün vergilər və hərbi mükəl-

ləfiyyətlər üç il müddətinə ləğv edildi. Daxili siyasətdə islahat, fars əyanı-

nın imtiyazlarını və onun iqtisadiyyatdakı və cəmiyyətdəki hakim mövqeyi-

ni məhv etmək məqsədini güdürdü. Qəbilə fars əyanlarını imtiyazlardan 

məhrum etmə cəhdi ona həyatı bahasına başa gəlsə də, bu islahatlar qəbilə-

tayfa münasibətlərinin aradan qaldırılması və I Daranın dövründə Persiyada 

geniş vüsət alan mərkəzləşdirilmiş monarxiyanın formalaşması prosesi üçün 

mühüm əhəmiyyət daşıyırdı.  

B.e.ə. 522-ci ildə taxta qədəm qoyan I Dara dövlət idarəçiliyinin sabit 

sistemini yaratmağa imkan verən inzibati-maliyyə islahatları keçirdi. O, 

vergi yığımını nizamladı, ordu kontingentini genişləndirdi və zəbt edilmiş 

ölkələr üzərində  nəzarəti artırdı. Onun tərəfindən yaradılmış yeni inzibati 

sistem, əhəmiyyətli dəyişikliklər olmadan, Əhəmənilər imperiyası devrilənə 

qədər fəaliyyət göstərdi. Əyalətləri idarəetmə sisteminin yenidən qurulması 

və unifikasiyası nəticəsində dövlət yeni inzibati-vergi dairələrinə - mülki və 

hərbi funksiyaların dəqiq bölüşdürüldüyü satrapiyalara (“satrap” – “şahlığı 

qoruyan”) ayrıldı. Satraplar şah tərəfindən vəzifəyə qeyri-məhdud müddətə 

seçilirdilər. Onlar vilayətin mülki administrasiyasına başçılıq edir, təsərrü-

fat həyatına, vergilərin daxil olmasına və yerli məmurların fəaliyyətinə nə-

zarət edir, məhkəmə səlahiyyətini həyata keçirir, təhlükəsizliyi təmin edir-

dilər və gümüş sikkələr kəsmək hüququna malik idilər. Ordu, satraplardan 

asılı olmayan, birbaşa  şaha tabe olan sərkərdələrin rəhbərliyi altında idi. 

Satrapiyaların tərkibinə daxil olan zəbt edilmiş ölkələr daxili işlərdə muxta-

riyyətdən istifadə edirdilər. Fars administrasiyası onları yerli şahlar vasitəsi 

ilə idarə edirdi. Əhəməni imperiyasının paytaxtı Suzda şah dəftərxanasının 

başçılığı ilə böyük mərkəzi dövlət idarəçiliyi aparatı yaradıldı. Babilistan, 

Ekbatan, Memfis və digər şəhərlərdə fəaiyyət göstərən dövlət dəftərxanala-

rının fəaliyyəti onunla istiqamətləndirilirdi. Bütün satraplar və  sərkərdələr 

şahın və onun mərkəzi idarəetmə aparatını təşkil edən məmurlarının daimi 

nəzarəti altında idilər. Dövlət idarəetmə sistemində ali nəzarət, eyni zaman-

da şahın şəxsi qvardiyasının rəisi olan “minbaşı” tərəfindən həyata keçirilir-

di. Dövlətin təhlükəsizliyi məxfi polis tərəfindən təmin edilirdi. Ölkədə bü-

tün rəhbər vəzifələr farsların  əlində  cəmləşmişdi. Bununla belə, zəbt edil-

miş ölkələrin yerli dövlət müəssisələrinin idarə edilməsi üçün fars administ-

rasiyası yerli xalqların nümayəndələrindən geniş istifadə edirdi. Dövlət ida-

rəçiliyinin ideoloji əsası Zərdüştlük idi, hərcənd ki, xalq kütlələri, günəş al-

lahı – Mitraya, su və məhsuldarlıq ilahəsi – Anahitə və digər arxaik allahla-

ra da sitayiş edirdilər. Fars şahları başqa dinlərə mane olmamaq müstəsnalı-

ğı ilə seçilirdilər ki, bu da möhkəm müəyyən edilmiş dini ehkamın olma-

ması ilə şərtlənirdi. Kserks tərəfindən həyata keçirilən, Ahuramazda (işıqı, 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə