Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə59/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   55   56   57   58   59   60   61   62   ...   315

İdarəetmə mədəniyyəti 

 

123



bəb oldu. İstibdad hakimiyyətinin mərkəzləşdirilməsi prosesini davam etdi-

rərək, Naram-Suen, irsi hakimlər olan “ensi”ləri məmur mövqeyinə endirir, 

öz oğullarının canişinləri və şah bürokratiyasının nümayəndələri təyin edir, 

şah ailəsi üzvlərini məbəd heyətinin tərkibinə daxil edir, kahinlərə isə çox-

saylı güzəştlər təqdim edir. “Minnətdar” kahinlər padşahı “Akkad allahı” 

kimi tanıdılar və ona “dünyanın dörd tərəfinin hökmdarı” titulunu verdilər. 

Buna baxmayaraq, hökmdar pərəstişliyinin tətbiq edilməsi son nəticədə ka-

hinlərlə ziddiyyətlərə gətirib çıxardı. Padşahın müstəbid hakimiyyəti Akka-

dın kutilər tərəfindən siyasi məğlubiyyəti nəticəsində  zəiflədi, bu da mü-

vəqqəti olaraq, hakimiyyətin Ağsaqqallar surası və xalq yığıncağının fəaliy-

yətini nəzərdə tutan əvvəlki strukturunun bərpasına gətirib çıxardı. Lakin 

Urun III sülaləsi dövründə (b.e.ə. XXII əsrin axırı - XX əsrin  əvvəli)  Şu-

mer-Akkad  şahlığının dövlət quruluşu qədim  şərq istibdadının bitkin for-

masını əldə etdi. Hökmdar qeyri-məhdud hakimiyyətə malik idi və “dünyanın 

dörd tərəfinin hökmdarı” titulunu daşıyırdı. İdeologiya cəhətdən onun hakimiy-

yəti din ilə əsaslandırılırdı: o, allahın himayəsi altında idi. Şulqanın idarəçiliyi 

vaxtından (b.e.ə. 2093-2047-ci illər) kahinlik hökmdarlara tabe edildi. Onlara 

ilahi ehtiram göstərməyə başladılar və onların ayini yaradıldı. Ölkənin inzibati 

idarəetmə sahəsində də dəyişikliklər baş verdi. Cəmiyyətin bütün həyat fəaliy-

yətində bürokratizm ruhu hakim oldu. Geniş bürokratik aparatın başında 

hökmdar dururdu. Şəhər-dövlətləri və yerli icma əyanları müstəqilliyini tama-

milə itirdilər. Ölkə, hökmdarın təyin etdiyi məmurlar tərəfindən idarə edilən 

canişinliklərə bölündü. Canişinlər, məmurlar və kahinlər də yenidən təşkil edil-

miş hökmdar məhkəməsində hakim vəzifəsini yerinə yetirirdilər. Mühakimə 

üsulu dünyada ən qədim qanunnamə olan “Şulqanın qanunları” əsasında həya-

ta keçirilirdi. Bununla bərabər  əyalətlərdə yerli özünüidarə hüququnda icma 

məhkəmələri fəaliyyət göstərirdi. Ümumilikdə, Mesopotamiyada dövlətin idarə 

edilməsi sosial ziddiyyətlərlə, “vətəndaş itaətsizliyinin” müxtəlif formalarında 

ifadə olunan kütlələrin narazılığı ilə mürəkkəbləşirdi. Daxili və xarici siyasət-

dəki böhranlar, iqtisadiyyatın zəifləməsi və daxili müharibələr b.e.ə. II minilli-

yin əvvəlində mərkəzləşdirilmiş dövlətin müvəqqəti tənəzzülünə və ölkədə si-

yasi parçalanmanın bərpasına gətirib çıxardı.  

B.e.ə. XIX-XVI əsrlərdə hakimiyyət uğrunda mübarizə gedişində, ba-

şında amorey sülaləsi duran, strateji cəhətdən mühüm olan Babil (“Bab-ili” 

– “Allahın qapısı”) şəhərinin yüksəlişi baş verir. Güclü siyasi lider, hökm-

dar Hammurapinin effektiv hakimliyi sayəsində (b.e.ə. 1792-1750-ci illər) 

Babil Ön Asiyanın ən iri iqtisadi, siyasi və mədəni mərkəzinə çevrilərək, ən 

yüksək tərəqqi dövrünə yetişdi. Babilistandakı dövlət idarəçiliyinin fərqli 

xüsusiyyəti vətəndaşların həyat fəaliyyətinin hüquqi tənzimlənməsi idi. Qə-

dim babil cəmiyyətinin bütün səviyyələrində hüquq və qanun - iqtisadiyya-




Fuad Məmmədov

 

 

124



tın və sosial həyatın, ictimai münasibətlərin tənzimlənməsinin  əsası idi. 

Hammurapinin hakimliyi dövründə quldarlıq qanunlarının üstünlüyünə 

əsaslanan hüquqi idarəetmə sistemi mütərəqqi nailiyyət idi. Hökmdar tərə-

findən nəşr edilmiş qanun külliyyatı onun geniş dövlətinin möhkəmlənmə-

sinə yönəldilmişdi və dövlətin həyat fəaliyyətini vahıd prinsiplər və qayda-

lar əsasında tənzimləməyə imkan verirdi. Müxtəlif ixtisaslar üzrə diferensi-

al ödəmə  və yerinə yetirilən işə görə ciddi məsuliyyət, azad vətəndaşların 

(“avilum”–“insan”), “səcdəyə  əyilənlərin” (“muşkenum”) və qulların (“var-

dum”) hüquqları qanunlarla təyin edilmişdi. Varlı vətəndaşların xüsusi mül-

kiyyəti və quldarların maraqları qanunlarla müdafiə olunurdu. Azad vətən-

daşlara quldarlar - (iri torpaq sahibləri, kahinlər, tamkarlar (tacirlər), icma 

kəndliləri və  sənətkarlar) və  xırda istehsalçılar sinfi aid edilirdilər. Yalnız 

azad vətəndaşlara münasibətdə “talion” (“qana qan”) prinsipi tətbiq edilirdi.  

Babil dövlətinin başında qanunverici, icraedici, məhkəmə və dini haki-

miyyətə malik olan hökmdar dururdu. Hammurapi qanunları əsasında ölkə-

də dövlət idarələri fəaliyyət göstərirdi. Maliyyə-vergi idarəsi gümüşlə, qı-

zılla və məhsuldan, mal-qaradan, sənətkarlıq məhsullarından natura ilə alı-

nan vergilərin yığılması ilə  məşğul olurdu. Hökmdar məhkəməsi, məbəd 

məhkəməsi, icma məhkəməsi və  şəhərdə  məhəllə  məhkəməsindən ibarət 

olan hökmdarın məhkəmə idarəsi təşkil edilmişdir. Əsas məhkəmə funksi-

yaları hökmdar məhkəməsinin əlində cəmləşsə də, digər məhkəmə kateqo-

riyaları da onların ərazisində törənmiş ailə və cinayət işlərini həll etməyin 

bəzi hüquqlarını özündə saxlamışdılar. Hakimiyyətin dayağını ordu təşkil 

edirdi. Döyüşçülərin hüquqları və vəzifələri də Hammurapi qanunları ilə ni-

zamlanırdı. Dövlət xidmətə görə döyüşçülərə özgəninkilişdirilə bilməyən 

nadellər (pay torpaqlar) verir, onların ailələrini təmin edirdi. Dövlət təsərrü-

fatı strukturu mülkiyyətin xüsusi-icma sektorunun təşviqinə və hökmdarın 

torpaqlarının icarəyə  və ya xidmətə görə məmurlara, döyüşçülərə, muşke-

numlara və başqalarına  şərtli tutulma üçün verilməsinə  əsaslanırdı. Geniş 

bürokratik aparat öz fəaliyyətini hökmdarın sərəncamları  əsasında həyata 

keçirirdi və ciddi şəkildə onun nəzarəti altında idi. Hökmdar administrasi-

yası yerlərdə hakimiyyət nümayəndələri - icma şuraları və icma başçıları ilə 

sıx əlaqədə çalışırdı. Hammurapi qanunları inzibati aparatda rüşvətxorluq, 

ələ alma, intizamsızlıq və tənbəlliklə sərt mübarizəni təmin edirdi.  

Dörd əsrlik kassit sülaləsinin hakimiyyətindən sonra b.e.ə. XI əsrdən başla-

yaraq, Babilistanda aramey etnosu üstünlük təşkil etməyə başladı, b.e.ə. IX əsr-

dən isə Babilistan tarixində bir neçə əsr ərzində aramey dili dialektlərinin birin-

də danışan haldey tayfaları mühüm əhəmiyyət daşımağa başladılar. B.e.ə. VIII 

əsrdə aşşur istilasından sonrakı Babilistan yalnız b.e.ə.VII əsrin sonunda özünə 

gəldi. B.e.ə. 609-cu ildə Aşşurun Midiya və Yeni Babil şahlığı ilə müharibədə 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə