Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə58/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   54   55   56   57   58   59   60   61   ...   315

İdarəetmə mədəniyyəti 

 

121



Mesopotamiyanın dövlətçilik mədəniyyəti haqqında məsələ uzunmüddətli 

elmi diskussiya mövzusu olmuşdur. Hələ XIX əsrin sonlarında Ed.Meyer tərə-

findən “dövrilik nəzəriyyəsi” yaradılmışdır ki, ona uyğun olaraq, hər bir sivili-

zasiya feodolizmdən başlayır, kapitalizm səviyyəsinə çatır və sonra daxili zid-

diyyyətlər nəticəsində məhv olur, bundan sonra inkişaf dövrəsi yenidən təkrar-

lanır. Bu konsepsiyaya uyğun olaraq, Şərq “daimi feodalizm” vəziyyətində 

olan bir cəmiyyəti ifadə edir. V.V.Struve qədim Şərq cəmiyyətinin quldarlıq, 

Asiya xarakteri haqqında nəticə çıxarmışdır. İ.M. Dyakonov idarəetmənin qə-

bilə formalarından monarxiya dövlətinin formalaşmasına doğru tədrici keçidi 

haqqında özünün elmi müddəası ilə  Qədim Ön Asiyada quldarlıq cəmiyyəti 

konsepsiyasını  təsdiq etmişdir.  Şumerdə dövlətçiliyin ibtidai demokratiyanın 

ilkin formasından istibdad hakimiyyətinə doğru təşəkkülü ilk dəfə keçən əsrin 

ortalarında Torkild Yakobsen tərəfindən aşkarlanmışdır.  

Arxeoloqlar tərəfindən Şumer-Mesopotamiya sivilizasiyasının formalaş-

masından əvvəl mədəniyyətin uzun müddətli tarixi inkişaf prosesi haqqında 

bir sıra mədəni qatlar aşkar edilmişdir. Bu, b.e.ə. VII-IV minilliklər dövrü-

nü  əhatə edən Carmo, Xassun, Xalaf, Übeyd mədəniyyətləri, Uruk mədə-

niyyəti və Cəmdət-Nəsr mədəniyyətidir.  

Sinfi cəmiyyətin və dövlət quruluşunun əmələ gəlməsi, Şumer sivilizasi-

yası  əsaslarının yaranması b.e.ə. IV minilliyin II yarısına aiddir və Uruk 

mədəniyyəti ilə bağlıdır. Bu dövrdə yaşayış  məskənlərinin artması,  əmlak 

təbəqələşməsi, cəmiyyətin differensiasiyası, məbədlərin və saray kompleks-

lərinin tikintisi müşahidə olunur, sənət, ticarət və  nəqliyyat inkişaf edir, 

əmək bölgüsü baş verir, piktoqrafik yazı yaradılır, ilk şəhərlərin formalaş-

ması prosesi başlayır. Sivilizasiyanın təşəkkülü və sosial infrastrukturun 

mürəkkəbləşməsi dövlət hakimiyyəti orqanlarının xüsusiləşməsini tələb 

edirdi. Kahin-hökmdarlar və  sərkərdə-hökmdarlar meydana çıxdı. Dövlət 

idarəetmə mərkəzləri kimi, məbədlərin rolu yüksəldi. Hakimiyyəti öz əlin-

də  cəmləşdirən kahinlər yalnız dini funksiyaları yerinə yetirməyə deyil, 

həm də suvarma əkinçiliyini idarə etməyə, istehsal və məhsulların bölüşdü-

rülməsi üzərində nəzarəti həyata keçirməyə başladılar. Bu dövrdə Şumerdə 

Səma allahı Anunun Urukdakı “Ağ məbədi” və Tell-Brakdakı “Müqəddəs 

göz” məbədi seçilirdi. Bu dövrə, həmçinin xüsusiyyət nişanəsi olan möhür-

lərin yaradılması da aiddir.  

İlkin sülalə dövründə (b.e.ə. XXVIII-XXVII əsrlər) hakimiyyət struktur-

larının ibtidai demokratiyadan istibdad monarxiya formasına keçidi baş ve-

rir. İlkin sülalə dövrünün əvvəlində Şumer şəhər-dövlətinin başında baş ka-

hin (və ya kahinə) – “en”, “ensi” (qurucu-kahin) və ya daha geniş səlahiy-

yətlərdə, “luqal” (böyük adam, ağa, hərbi rəhbər, hökmdar) dururdu. Bu 

dövrdə ibtidai demokratiya institutunun saxlandığını nəzərə alaraq bu vəzi-




Fuad Məmmədov

 

 

122



fə təxminə görə seçkili idi. Kahin funksiyalarından başqa o, məbəd admi-

nistrativ aparatına, tikintiyə  və digər ictimai işlərə, vergilərin yığılmasına 

rəhbərlik edir, sosial-iqtisadi həyatı tənzimləyirdi. İlkin sülalə dövrü ərzin-

də Şumerdə Ağsaqqallar surası və Xalq yığıncağı fəaliyyət göstərməkdə da-

vam edirdi. Onların tərkibinə daxil olan tamhüquqlu icma üzvü döyüşçüləri 

hakimi seçmək və ya onu devirmək hüququna malik idilər. Onların funksi-

yasına, həm də hakimin fəaliyyətinə  nəzarət, məhkəmənin adi qanun əsa-

sında keçirilməsi, daxili intizamın qorunması və icma mülkiyyətinin idarə 

edilməsi daxil idi. Sinfi cəmiyyətin inkişafı ilə xalq yığıncağının rolu azal-

dı, lakin Ağsaqqallar surası özünü hakimə qarşı qoya bilirdi və onun haki-

miyyətini məhdudlaşdıra bilirdi. İlkin sülalə dövrünün sonuna yaxın haki-

min hərbi-siyasi və iqtisadi hakimiyyətinin güclənməsi nəticəsində fironun 

hakimiyyətini xatırladan istibdad formalı monarxiya hakimiyyəti meydana 

gəldi. Daimi qoşun  şəklində  təşkil edilmiş, dövlət təminatında olan ordu 

dövlət idarəçiliyinin dayağı oldu. Bu və sonrakı dövrdə şumer cəmiyyətinin 

sosial sabitliyi idarəetmə üslubundan və siyasi rejimdən asılı idi. Belə ki, 

istibdad üslubu və onunla əlaqədar vergi və mükəlləfiyyətlərin artırılması, 

əhalinin fəaliyyəti və onun gəliri üzərində nəzarətin güclənməsi, məmurla-

rın özbaşınalığı  və köhnə qaydaların ləğvi, Laqaşda olduğu kimi, dövlət 

çevrilişlərinə  və hakimiyyətin devrilməsinə  gətirib çıxarırdı. Bir tərəfdən 

kahinlərlə qəbilə əyanları, digər tərəfdən - hökmdarla xidmətdə olmuş za-

dəganlar arasındakı ziddiyyətlər, hökmdar tərəfindən onu hakimiyyətə təyin 

edən sosial təbəqələri təmin edən islahatlar keçirilməsi yolu ilə həll edilirdi. 

Bu islahatlar hüquqi səciyyə daşıyırdı. Hüquq normalarının ilk yazılı qeyd-

lərindən biri, b.e.ə. 2318-2312-ci illərdə hökmdar Laqaş Uruinimginanın 

apardığı islahatlar olmuşdur. Mesopotamiyada sonsuz istilaçı müharibələr 

şəraitində ölkə daxilində dövlətin sosial sabitliyini təmin edən düzgün ida-

rəetmə bir çox cəhətdən xarici qüvvələrə qarşı müvəffəqiyyətlə dayanma 

rəhni idi. B.e.ə. XXIV-XXII əsrlərdə akkadlar tərəfindən zəbt edilmiş  şu-

mer şəhər-dövlətlərinin birləşdirilməsi yolu ilə hökmdar (“şarrum”) Sarqo-

nun başçılığı ilə vahid mərkəzləşdirilmiş dövlət olan Akkad şahlığı  təşkil 

edildi. Dövlətin başında təkhakimiyyətliliyi Ağsaqqallar  şurasına istinad 

edən, qəbilə aristokratiyası ilə mübarizədə təsdiqlənən istibdadçı-şah durdu. 

Öz növbəsində  şahı  İlahə  İştarın himayəsi sayəsində yüksələn sima kimi 

mədh edən kahinlər xüsusi imtiyazlardan istifadə etməyə başladılar.  Şah 

hakimiyyətinin sosial dayağı yeni xidmətdə olmuş zadəganlar, şahın bürok-

ratiyasını təşkil edən məmurlar oldular. İrsi “ensi”lərin əvəzinə onun nüma-

yəndələri ölkə şəhərlərinin başında dururlar. Mərkəzi hakimiyyət rejiminin 

sərtləşməsi dövlətin gücdən düşməsinə və xarici çağırışlar üçün onun zəif-

ləməsinə  gətirib çıxaran  Şumer qəbilə aristokratiyasının separatizminə  sə-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə