Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə54/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   50   51   52   53   54   55   56   57   ...   315

İdarəetmə mədəniyyəti 

 

113



lər dövründə (V əsrin axırı – VIII əsrin ortaları) VII əsrin ortalarından haki-

miyyəti öz əlində cəmləşdirən yüksək vəzifəli sima – Mayordom (evdə bö-

yük) zahir oldu. Mayordom Gödək Pipin 751-ci ildə Karolinqlər sülaləsinin 

əsasını qoydu. Tibetdə “Qanunlar Şahı” ilahi Dalay Lamanın dövründə ida-

rə etməyə başladı. Yaponiyada dövlət işlərini Taykun idarə etməyə başladı, 

ənənəvi müqəddəs missiyanı isə,  əvvəlki kimi, “Allahın oğlu” imperator 

Mikado yerinə yetirməkdə davam edirdi. Türk və ərəb dövlətlərində bu rolu 

vəzirlər yerinə yetirməyə başladılar. Bütpərəstlik dövründə kahinlərin haki-

miyyətinin genişləndirilməsi hesabına kral hakimiyyətinin məhdudlaşdırıl-

ması prosesi alman tayfalarında da baş verirdi. Orta əsrlərdə də öz vərəsəli-

yini qoruyub saxlayan və kral hakimiyyətini  ələ almağın vacib şərti olan 

“allahın mərhəməti ilə” qədım tacqoyma adəti zaman keçdikcə ruhanilərin 

və onların krallara göstərdikləri təsirin rolunu çox artırdı. Orta əsrlərdə Cə-

nubi Fransada və İspaniyada Roma kilsəsi kralları taxta çıxarmaq və endir-

mək hüququna malik idi. Bunu yəhudi və müsəlman din xadimlərinin səla-

hiyyəti də təsdiq edir.  

Y. Lippert ən qədim dövlətlərin  ilk  təşkilat formasını “patriarxal mütlə-

qiyyət” adlandırırdı. Yalnız atalıq hakimiyyətinə  əsaslanan bu dövlətlərdə 

mütləqiyyətin dərəcəsi onların ölçüləri ilə düz mütənasib idi. Belə dövlət-

lərdə hökmdara və onun qəbul etdiyi qərarlara təsirə yalnız “hakim ailə” 

malik idi. Hökmdar icmanın mülkiyyət hüququnun yeganə daşıyıcısı, mü-

qəddaratı həll edən, onun bütün üzvlərinin hökmdarı və hakimi, təbəələrinə 

istifadəyə verdiyi torpağın sahibi idi. Patriarxal hakim özü, həm də kahin 

funksiyalarını yerinə yetirir, allahın iradəsinin qoruyucusu və daşıyıcısı ro-

lunda çıxış edirdi, bu da ona həmtayfalarının gözündə xüsusi atalıq  şərəfi 

verirdi. Beləliklə, patriarxal hakim ailə səcdəgahının himayəçisi hesab edi-

lən allahın ruhunun daşıyıcısı, dövlətin hökmdarı və rəhbəri idi. İnsanların 

fəaliyyətinin təşkili və rəhbərliyi ilə yanaşı o həm də allahın simvolu olan 

dini ayin əşyalarının sahibi idi. Bunun sayəsində patriarxal mütləqiyyət 

dövründə hökmdar mütləq nüfuz, toxunulmazlıq və tam hakimiyyət qazan-

mışdı, çünki hesab edilirdi ki, o, allahı özündə təcəssüm etdirir və onun va-

sitəsi ilə xalqı allah özü idarə edir. Bununla əlaqədar olaraq, həmçinin təbi-

ətdə və cəmiyyətdə baş verən bütün pozitiv və neqativ təzahür və proseslərə 

görə məsuliyyət də onun üzərinə qoyulurdu. 



İkinci formaya, sülh və qarşılıqlı maraqlarhüquq bərabərlikləri, əmək-

daşlıq və qarşılıqlı yardım, problemin kollegial həlli prinsiplərinə  əsasla-

nan, ailələrin və qəbilələrin birliyi yolu ilə yaranan dövlətlər aid edilir. Belə 

dövlətlərdə, dövlət idarəçilik problemlərinin mürəkkəbləşməsi, hakimlərin 

bilikləri, qabiliyyətləri və keyfiyyətlərinə tələblərin artması, dəyişən həya-

tın artan tələbatlarının təmin edilməsi zərurəti,  əhalinin artımı  və ictimai 




Fuad Məmmədov

 

 

114



münasibətlərin inkişafı ilə diktə edilmiş dövlət idarəçiliyinin dünyəvi və di-

ni funksiyalarının ayrılması yer tutur.  

Qədim Yunanıstan və Romanın dövlət quruluşunda biz, bərabər hüquqlu 

ailələrin birləşməsinə  əsaslanan, mühakimə üsulu və müharibədə başçılıq 

hüququnun icmada qaldığı seçkili hökmdar (Roma) və kahin (Yunanıstan) 

hakimiyyətini formalaşdıran təşkilatın ikinci formasının tədricən əmələ gəl-

məsini görürük. Yeni tipli dövlətlər sülhün, mülkiyyətin müdafiəsinin, 

əməkdaşlıq və qarşılıqlı yardım imkanının zamini kimi, ona daxil olan üzv-

lərin hüquqlarının qarşılıqlı tanınmasına əsaslanan ittifaqda maraqlı idilər. 

Beləliklə, insanlar tədricən, müvəqqəti varlanmaq metodu olan müharibə-

dən sabit rifah mənbəyi olan birgə fəaliyyətə keçidin üstün olduğunu dərk 

edirdilər.  

Əgər dövlətçiliyin qədim forması şəxsi mülkiyyət və ədalət hüququ anlayışla-

rını xudbincəsinə yalnız özünün dövlət çərçivələri ilə məhdudlaşdırırdısa, təfək-

kür və dünyagörüşün təkamülü nəticəsində yaranan yeni forma bu anlayışları, 

ona daxil olan strukturların mülkiyyət hüququnun qarşılıqlı tanınmasına əsasla-

nan “ittifaq dövlətinin” bütün üzvlərinin ümumi varı etdi. Mülkiyyətin əldə edil-

məsinin yeni forması müharibə deyil, müqavilələrə  və razılıqlara  əsaslanan 

əmək, mübadilə və ticarət oldu. Beləcə, patriarxal dövlətlərin içərisində addım-

addım demokratiya mədəniyyətinin qədim prinsipləri tədriclə əmələ gəlirdi.  

Yeni dövlət təşkilatı tipinin ən xarakterik nümunələrindən biri Hotland 

adalarındakı Skandinaviya koloniyaları və İslandiya oldu. Burada yerləşən 

alman tayfaları ilk əvvəl torpağın sahibi oldular və ticarət, dini həyat və 

məhkəmə icrası üçün ümumi yer seçərək, qəbilələrin ittifaqında birləşdilər. 

Bu zaman ittifaqın kahin hakimiyyətinin sahibi kilsə, məhkəmə hakimiyyə-

tinin sahibi isə - patriarx oldu. Belə qəbilə birlikləri Hotlandda - “Hundari”, 

Daniyada – “Hared”, İslandiyada – “Tinglag”, Almaniyada – “Zend”, Ro-

mada – “Kuriya” adlanırdılar. Bu qəbilələrin məcmusu mərkəzləşdirilmiş 

idarəetməni ya qəbilə  Ağsaqqallar  şurası formasında, ya ümumi rəhbər- 

patriarx formasında həyata keçirirdi. Məsələn,  İslandiyada “Tinglag” üç 

prixodun (xristianlarda: aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadı-

ğı yer, məhəllə) rəhbərlər şurası tərəfindən idarə olunurdu. Y. Lippert belə 

təşkilatı arı yuvasında hər birinin öz vəzifəsini saxladığı arı şanıları ilə mü-

qayisə edir. Pomada üç kuriya “tribanı”, üç triba isə - qədim Roma patrisi 

dövlətini təşkil edirdi. İctimai inkişafın ayrı-aryı pillələrində dövlət idarəçi-

liyi forması müxtəlif olub. Qədim Romada ölkənin dövlət idarəçiliyini se-

natı təşkil edən “patres consripti” qəbilə ağsaqqalları həyata keçirirdi. Qə-

dim İsraildə və Qədim İudeyada idarəetmə tayfaların ittifaqı tərəfindən hə-

yata keçirilirdi. Qədim Çexiyada Roma senatına oxşar şuranı qəbilə ağsaq-

qalları - “kmetlər” təşkil edirdilər. Əslində bu, bəzi ölkələrdə şah hakimiy-




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə