Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə51/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   47   48   49   50   51   52   53   54   ...   315

İdarəetmə mədəniyyəti 

 

107



nirdi. Rusiyada mərkəzləşdirilmiş Rus dövləti XV əsrdə, Zemstvo yığın-

caqlı monarxiya isə XVI əsrdə yarandı. Zadəganların, ruhanilərin və şəhər 

əhlinin siyasi birləşməsi nəticəsində silki-nümayəndəli orqanlar, onların 

əsasında isə silki monarxiyalar yarandı. Silki-nümayəndəli orqanlar İngiltə-

rədə - parlamentlə, Fransada - Baş  ştatlarla, Rusiyada - Zemstvo Ali dini 

məclislərlə, İspaniyada - korteslərlə təmsil olunurdular. Dövlət idarəçiliyi-

nin bu institutlarının  əsas missiyası maliyyə yardımlarının səsə qoyulması 

və qanunvericilik xarakterli tövsiyələrin hazırlanması idi.  

Silki-nümayəndəli orqanlar zadəganlar, ruhanilər və üçüncü silk nüma-

yəndələrindən ibarət idi. Bu idarəetmə sistemi xüsusiyyətlərindən biri o idi 

ki, müəyyən müddətlərdə bu orqanların çağırılması hüquqi cəhətdən mo-

narxın vəzifəsinə aid deyildi. XV əsrdə silklərin mübarizəsi və alman və 

slavyan qaydalarının toqquşma meydanı olan Çexiyada ağası olmayan insa-

nın, ümumiyyətlə, yaşaya bilib-bilməməsi haqqında sual qoyulmuşdu. Bu 

suala mənfi cavab verilirdi. Eyni dünyagörüşünə Böyük Fransa inqilabına 

qədər mütləq hakimiyyətli Fransada rast gəlinir. Buna baxmayaraq, müxtə-

lif ölkələrin dövlətçilik mədəniyyətinin tarixi inkişaf prosesində köhnə  və 

yeni üsulun elementləri arasında, cəmiyyətin müxtəlif sosiumlarının maraq-

ları  və  mədəniyyətləri arasında,  əvvəldən zəngin torpaq mülkiyyətinə  və 

nüfuza malik olan köhnə nəsillərin imtiyazları ilə yenilərin formalaşan hü-

ququ arasında dialektik mübarizə baş verirdi. Sonuncuların üstünlükləri on-

da idi ki, onlar köhnə təsəvvürlərin və qaydaların əsarətindən azad idilər, və 

yeni  ərazilərdəki həyat  şəraiti ilə  əlaqəli idilər. Bu, şəhər  əhlinin torpaq 

mülkiyyəti sahibkarlarından asılı olmaması ilə şərtlənən, əhalinin sürətli in-

kişafı və yeni şəhər mədəniyyətinin yaradılmasına kömək edirdi.  

Bu dövrdə kral hakimiyyətinin mərkəzləşdirilməsinin əsas dayağı, göm-

rük maneələri, yerli vergilərin çoxluğu və digər məhdudiyyətlərlə bağlı 

olan, maraqları feodal üsul-idarəsi ilə  əzilən  şəhər burjuaziyasının  əmələ 

gəlməsi oldu. Dövlət idarəçiliyinin mərkəzləşdirilməsi feodalların məhkə-

mə funksiyalarının tədricən aradan götürülməsi və pulkəsmənin kral səla-

hiyyətinə çevrilməsi, həmçinin kral ordusunun texniki cəhətdən yenidən si-

lahlanması idi. Knyazların separatizmi ilə mübarizəsində kral burjuaziyanın 

dəstəyinə söykənirdi. Dövlət hakimiyyətinin mərkəzləşdirilməsi feodal öl-

kələrinin sosial-mədəni, o cümlədən, iqtisadi inkişafına müsbət təsir göstər-

di. Siyasi parçalanmanın saxlanıldığı Almaniya istisna olmaqla, Avropa öl-

kələrində ticarət-sənaye inkişafı dövlətçilik mədəniyyətinin və dövlət idarə-

çiliyinin təkmilləşdirilməsi də daxil olmaqla, ruhi və maddi mədəniyyətin 

bütün sahələrində ciddi tərəqqini təmin etdi.  

Silki monarxiyaların növbəti pilləsi mütləq monarxiya oldu. Onun əsası 

zadəganlarla burjuaziya arasındakı kompromis oldu. Zadəganların və ruha-




Fuad Məmmədov

 

 

108



nilərin siyasi cəhətdən hakim sinif kimi qalmalarına baxmayaraq, kral haki-

miyyətinə dəstək verən və kapitalist elementlərinin inkişafına yardım edən 

burjuaziya, dövlət hakimiyyətini və mühakimə üsulunu tədricən inhisara al-

dı. Burjuaziyanın iqtisadi gücü feodalları dövlətçiliyin idarəetmə, qanunve-

ricilik və  məhkəmə  fəaliyyəti kimi aparıcı mövqelərində ciddi güzəştlərə 

getməyə məcbur etdi. Dövlət hakimiyyətinin mərkəzləşdirilməsi və mütləq 

monarxiyanın qurulması müxtəlif ölkələrdə özünün milli xüsusiyyətlərinə 

malik idi. İngiltərədə silki-nümayəndəli müəssisələr tamamilə hökumətə ta-

be edilmişdi, Fransa, İspaniya və Rusiyada onlar ləğv olunmuşdu. Mütləq 

monarxiya (və ya mütləqiyyət) hakimin qeyri-məhdud hakimiyyəti demək 

idi. Monarx qanunlar verir, məmurları təyin edir və dövlətin bütün gəlirləri-

ni toplayır və sərf edirdi. Monarxiya hakimiyyəti özünün başçılıq etdiyi da-

imi orduya, dövlət idarəçiliyinin müxtəlif sahələrini əhatə edən mərkəzləş-

dirilmiş məmur aparatına, dövlət xəzinə sistemini daxil edən kral xəzinəsi-

nə istinad edirdi. 

Unitar dövlətçiliyin nisbətən proqressiv formasi kimi mütləqiyyətin ya-

ranması bir sıra səbəblərlə  şərtlənirdi ki, onların arasında alimlər, - roma 

dövlətçiliyi ideyasının bərpasını, XVI-XVII əsrlərdə  kəndlilərlə feodallar 

arasında mübarizənin kəskinləşməsi, kapitalist elementlərinin təsiri altında 

feodal münasibətlərinin dağılmasını,  şəhərlərin inkişafını, daxili bazarın 

formalaşmasını, beynəlxalq ticarətin inkişafını  və hakimiyyətə  və  məmur 

aparatına burjuaziyanın iqtisadi təsirinin güclənməsini ayırırlar.  

İnsan münasibətləri mədəniyyəti onunla şərtlənirdi ki, kapitalizmdən 

fərqli olaraq, feodal cəmiyyətində ümumi hüquq və vəzifələr yox idi, imti-

yazların siyasi xarakteri isə bir silkdən digərinə keçidi bağlayırdı. Şübhəsiz, 

feodal dövlətçiliyi və dövlət idarəçiliyi mədəniyyətinin formalaşmasında 

yaradıcı-monarxların  şəxsiyyətinin rolunu yenidən qiymətləndirmək çətin-

dir. Məsələn, Uinston Çörçill İngiltərənin siyasi inkişafında, parlament ida-

rəsi və vahid milli ingilis dövləti yaradan, feodal dünyasında ilk dəfə Bö-

yük Azadlıqlar Xartiyasını elan etmiş möhkəm və mübariz xarakterli şəx-

siyyətlərin rolunu xüsusi qeyd edir.  

Artıq Qərbi Avropanın feodal cəmiyyəti içərisində  şəhərliləri, “orta 

silk” nümayəndələrini, bürgerləri burjuaziya adlandırmağa başladılar. Za-

manla burjuaziya, feodal cəmiyyətinin ali təbəqələrinə - zadəgan və din xa-

dimlərinə qarşı dura bilən sosium kimi inkişaf etməyə başladı. Sənətkarlıq 

və ticarətlə məşğul olan burjuaziya pillə-pillə siyasi nailiyyətlər yolu ilə irə-

liləyir, azad şəhərlər və müstəqil şəhər respublikaları yaradırdı. Feodal cə-

miyyətinin inkişafı prosesində siyasi hakimiyyətə malik, lakin öz iqtisadi 

əhəmiyyətini itirmiş zadəganlarla, hakimiyyətə malik olmayan, lakin iqtisa-

di qüdrətə yetişən burjuaziya arasında obyektiv ziddiyyətlər yarandı. Bu 




Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə